Adı: Chuan Yank
Ölkə: Çin
Keçmiş dini (Məzhəbi): ---
Mən (Chuan Yank) bu gün müsəlman oldum. Mən Çinin çoxlu müsəlmanlar olan regionunda Shenzhendə böyümüşəm. Demək olar Shenzenin hər tərəfində müsəlmanlar yaşayır.
O günlərdən müsəlmanların davranış və yaşam tərzinə mənim böyük marağım olub. Belə ki, mən böyüdükcə bu cür hiss eləməyə başladım ki, müasir aləmdə dünyanın hər yerində, hər bir insan normal yaşam üçün dinə sahib olmalıdırlar.
Məxsusən hər hansı bir yanlış davranış və ya səhvə yol verərkən öz vəzifə və səbrlərini nümayiş eləmək üçün bir yola ehtiyyacları var.
İnsanın necə yaxşı bir insan olub hər gün yaxşı işlər görməsi üçün bir hidayətçiyə, bir yola (məzhəbə) ehtiyacları vardır.
Düzü mən uzun zamandır müqəddəs Məşhəd ziyarətgahında olmağı istəyirdim. İranda artıq bir neçə dəfədir ki, olmuşam, amma Məşhəddə ilk dəfədir oluram. Mən hərəmə daxil olmaq üçün atdığım ilk addımda onun əzəmətindən, heyrətamiz quruluşundan şoka düşmüşdüm.
Burada olan hər bir şəxs çox mehriban və müqəddəs görünür. Bura doğrudanda müsəlmanlar üçün möhtəşəm bir dini məkandır. Məxsusən bura Allaha ibadət üçün möhtəşəm bir məkandır.