»»

Hidayət olanlar 45 - Şeyx Əhməd Şəhvan

Adı: Əhməd Şəhvan

Ölkə: Fələstin

Keçmiş dini (Məzhəbi): Əhli-Sünnə

 

 

Məqsədimiz şiələri öz məzhəblərində müzakirə etmək və onların hansı birinin daha doğru və Allaha daha yaxın olduğunu bildirmək deyildir. Lakin məqsədimiz bölgələrdə müsəlmanların az bir hissəsini təşkil edən bir məzhəbi işıqlandırmaqdır. Hansı ki, son on ildə bir çox ölkələrdə çoxluq təşkil edən Sünnə məzhəbi Livanda, İranda və İraqda geniş yayılmış Şiə məzhəbinə çevrilməkdədir. Biz əvvəlcə düşündük ki, ərəb dünyasında bu çevriliş haqda, onun səbəbləri və mativləri barəsində şiələrlə əlaqə saxlamaqla və dini ayinləri tətbiq etməklə, xüsusən də Qurban və Fitr bayramlarında onların özlərindən eşidək. Yalnız məlumat üçün deyirik ki, Şiə sözü müsəlmanların ikinci ən böyük təriqətinin adıdır. Şiələrin rəyinə əsasən Əli ibn Əbu Talib və onun zövcəsi Fatimə binti Muhəmməddən olan nəsli səmavi göstərişlə itaətləri vacib olan kəslərdir. Belə ki, onlar Peyğəmbərdən (aleyhis-səlat vas-səlam) sonra müsəlmanların əsas qayıdış yeridirlər və buna imam adı vermişlər. Hansı ki, bəzi hədislərə əsasən Muhəmməd (aleyhis-salətu vas-səlam) peyğəmbərin əmri ilə başqasına deyil, yalnız ona tabe olmaq vacibdir. Belə hədislərdən biri Muhəmməd peyğəmbərdən nəql edilmiş və İslamda imaməti inkar edən bəzi firqələrin kitablarında qeyd edilmiş “Səqəleyn” hədisidir ki, bunun vasitəsi ilə onlar başqalarına dəlil gətirirlər. Həmin hədis belədir: “Sizin aranızda iki əmanət buraxıb gedirəm. Əgər onlardan yapışsanız məndən sonra heç zaman yolunuzu azmayacaqsınız. Bunlardan biri digərindən daha əzəmətlidir. Bunlar: Səmadan yerə uzanmış möhkəm ip olan Allahın kitabı və itrətim olan Əhli-beytimdir. Bu ikisi hovuzun ətrafında mənə qovuşana qədər heç zaman bir-birilərindən ayrılmayacaqlar. Odur ki, məndən sonra onlarla necə davranacağınıza diqqət yetirin”.

71 yaşlı şeyx Əhməd Şəhvan: “Dinimdə əsli seçdim”.

Nasira şəhərinin İksal kəndindən olan Şeyx Əhməd Şəhvan Şiə məzhəbinə çevrilmək mövzusu barəsində belə deyir: “1998-ci ildə Sünnə məzhəbindən Şiə məzhəbinə keçdik. Bu da şeyx Əhməd əl-Vailinin müxtəlif dini toplantılarda çıxış etdiyi bir neçə kasset və mühazirəsinə qulaq asdıqdan sonra başqa verdi”.

Şeyx Əhməd Şəhvan sözlərinə əlavə edərək deyir: “Müəyyən bir müddət ərzində şeyx Əhməd əl-Vailinin bütün mühazirələrini kassetlərə yazdım, onları bir, iki və üç dəfə dinlədim və o zaman diqqət yetirdim ki, mən müsəlmanam, lakin İslamın kökündən uzağam. Elə həmin vaxt da Şiə məzhəbinə keçməyi qərara aldım. Buna baxmayaraq Sünnə məzhəbi həqiqətdə Şafii əqidəsi üzərində qurulmuş və onda heç bir şübhə yoxdur”.

Həmçinin şeyx Əhməd Şəhvan Şiə məzhəbi barəsində deyir: “Şiə məzhəbinə keçməyim onun saf mənbə olduğuna qane olmağımdan sonra baş verdi. Belə ki, onun (hər hansı bir İmamın (ə)) sözü atasının sözüdür və atasının sözü babası Allah rasulunun (sallallahu aleyhi va səlləm) sözüdür”.

Həmçinin şeyx Əhməd Şəhvan sözlərinə əlavə edərək deyir: “Tarix kitablarına əsasən Şiə məzhəbi İslamın özüdür və təqvalı müsəlmanın şiə olması və Əli ibn Əbu Talibi özünə rəhbər hesab etməsi vacibdir. Həmçinin şiəlik həqiqi İslamın əsaslarından biridir. Hansı ki, bu sütunu Muhəmməd (sallallahu aleyhi va səlləm) peyğəmbər özü həyatda ikən qoymuş və ölümündən əvvəl bunu təkiblə bildirmişdir. Belə ki, Qədir-Xumda özündən sonra Əlini vəli təyin etmişdir.

Həmçinin şeyx Əhməd Şəhvan deyir: “İslamın digər firqələri sonradan yananmış və bünövrələrini hakimlər, hökmdarlar və başqaları Muhəmməd (sallallahu aleyhi va səlləm) peyğəmbərin həqiqətdə istədiyi İslamdan uzaqlaşmaq üçün qoymuşlar. Deyilənlərə görə bu firqələr İslamdan 150 il sonra meydana gəlmişdir”.   

Bəni Səidnənin evi İslama fəlakət gətirdi

Şeyx Əhməd Şəhvan Əbu Bəkrə beyət edilməsi barəsində danışaraq deyir: “Bəni Səidnənin evi İslama fəlakət gətirdi. Belə ki, səhabələr Bəni Haşimin görkəmli şəxisyyətlərindən Əli ibn Əbu Talib və Abbas ibn Əbdülmüttəlibin iştirakı olmadan xəlifə seçmək üçün Bəni Səidənin evində toplaşdılar. Əli ibn Əbu Talib və Abbas xəlifə seçkisi aparılarkən Peyğəmbərin dəfn edilməsinə hazırlıq görürdülər. Beləliklə də Səqifədə mühacir və ənsarların iştirakı ilə baş tutan toplantı Əbu Bəkr ibn Əbu Quhafənin xəlifə seçilməsi ilə bitdi. Səqifə hadisəsindən sonra Əbuzər əl-Ğifari, Əmmar ibn Yasər, Miqdad ibn Əmr və Zubeyr ibn Əvvam kimi bəzi səhabələr Əbu Bəkrin xəlifə seçilməsinə etiraz edrək Əli ibn Əbu Talibin evində toplaşmağa başladılar”.

Şeyx Əhməd Şəhvan sözlərinə əlavə edərək deyir: “Xilafətin Əli ilə Əbu Talibə məxsus olduğuna baxmayaraq Səqifə toplantısı baş tutdu. Möhtərəm peyğəmbərimizin 23 il ərzində inşa etdiyi bir ölkəni başçısız buraxması əqli cəhətdən mümkündürmü?!”
Fələstindəki şiələr... Orada Şiə məscidlərinin imamları vardır və bunlar çoxu Dəburiyyədədir.

Şeyx Əhməd Şəhvan Sünnənin çoxluq təşkil etdiyi Fələstin diyarına şiələrin necə yetişməsi haqda belə deyir: “2000-ci ilin sonlarından başqalaraq bir dəstə cavanlar dinin əslinə qayıtmağa və şiə olmağa başladılar. Onlar arasında vəkillər, həkimlər, müəllimlər və digərləri və vardı. Onların çoxu ali təhsilli və ziyalılar idilər”.

Həmçinin şeyx Əhməd Şəhvan sözlərinə əlavə edərək deyir: “2000-ci ilin sonlarında Şiə məzhəbi bütün Fələstinə, Qəzzaya, Nablisə, Cəninə, Əkaya və Həyfaya yayılmağa başladı”.

Şeyx Əhməd Şəhvanın sözləri ilə desək Şiələrin çoxu Qəzzada yaşayır. Kəndlərdə yaşayan şiələr barəsində Şeyx Şəhvan deyir: “Bu gün şiələrin çoxluq təşkil etdiyi yer Dəburiyyə kəndidir”.

Şeyx Şəhvan sözlərinə əlavə edərək deyir: “Şiə Məhzəbini qəbul edən yüzlərlə cavan vardır. Hətta məscidlərin imamları belə bu məzhəbi qəbul ediblər. Lakin biz indi onların adlarını açıqlaya bilmirik. Şiə ilə Sünnə arasında ixtilaf gözə çarpmır”.

Ölkə əhalisinin şiəliyi qəbul etmələri barəsində şeyx Şəhvan deyir: “İksalda sakinlər mənim şiə olduğumu bilirlər və mənə heç bir etiraz etmirlər. Çünki hər kəs öz dinindədir və Allah onlara kömək olsun.

Şeyx Şəhvan sözlərinə əlavə edərək deyir: “Hərdən aramızda bəzi məsələlərdə ixtilaf olur. Lakin bu ixtilaf mehribançılığa ziyan vermir. Xüsusən də mən Şiənin Cəfəri məzhəbindən olduğum halda. Hansı ki, bu məzhəb Sünnənin Şafii məzhəbinə daha çox oxşayır. Fələstinin şəhərlərində yaşayanların çoxu da elə bu məzhəbdədirlər”.

Şeyx Şəhvan sözlərinə davam edərək deyir: “Əlbəttə ki, burada elə məsələlər vardır ki, mənə təsir edir və onlarla barışa bilmirəm. Belə məsələlərdən biri Əli ibn Əbu Talibin xilafətindən sonra baş verən hadisələr, əziz Peyğəmbərin (s) əmisi Əbu Talibin müsəlmanlığına ləkə salmaqdır. Belə ki, bəzilər elə etiqad edirlər ki, o müşrik kimi ölmüşdür. Bunu da biz rədd edirik”.
 
Şeyx Şəhvan sözlərinə davam edərək deyir: “Bəli, mən və kəndimin əhalisi namazları bir yerdə qılmaq barəsində ixtilaf etmişik. Belə ki, biz şiələrdə məğriblə işa namazlarını bir yerdə qılmaq icazəlidir. Sünnə də isə bu bəzi hallarda icazəlidir”.

Şeyx Şəhvan sözlərinə davam edərək deyir: “Həmçinin ramazanda da ixtilaf olur. Belə ki, mən qaranlıq çökdükdən sonra ixtarımı açıram, kənd əhalisi isə məşrib namazının əzanı vaxtı. Məlumdur ki, həmin vaxtda hava hələ qalralmır. Mən isə məğrib namazının əzanından sonra televizorda “əl-Mənar” kanalından işarə gözləyir, sonra iftarımı açıram”.

Bayramlar və müqəddəs yerlər ... Əsqəlanda aşura!

Dini ayinlər, Aşura gününün və imam Hüseyn ibn Əlinin şəhadətinin yad edilməsinə gəlincə şeyx Şəhvan bu barədə deyir: “Həmin hadisəni hamının etdiyi dini ayinlərə uyğun yad edirik.

Həcc ziyarətində ruhani qayıdışla bir əlaqə saxlamaq

Şiələrin ölkədə özlərini toplu şəkildə tənzimləmələri barəsinə sualımıza şeyx Şəhvan belə cavab verdi: “Biz fərdi şəkildə və özünü yönəltməklə əməl edirik və heç bir mütəşəkkil toplu təşkil etmirik”.

Təlim üçün dini və ruhi mərcəiyyətlə əlaqələr barəsində şeyx Şəhvan deyir: “Əgər elmin dərinliklərinə dalmaq istəsək - əlbəttə ki, bu bizə vacibdir – əmirlə əlaqə saxlayırıq. O da Şiə məzhəbində məsul şəxsdir. Elektron poçt vasitəsi ilə əlaqələrdə isə mənə övladlarım kömək edir”.

Əmirlə görüş barəsində şeyx Şəhvan deyir: “Biz əmirlərlə görüşmürük, lakin Həcc ziyarətinə gedib onlarla orada görüşürük. Bir dəfə onlarla görüşdüm və vəziyyəti onlara anlatdım. Onlar da Şiə məzhəbinin Fələstinə qayıtmasına çox sevindilər”.

Şeyx Şəhvan sözlərinə əlavə edərək deyir: “Əvvəllər Dəburiyyədə görüşürdük. Lakin bizim bir günlük yeganə görüşümüz Əsqəlanda baş tutdu. Bu da ildə bir dəfə oldu”.

Şeyx Şəhvanın tabe olduğu (təqlid etdiyi) ruhi mərcəiyyətə gəlincə o belə deyir: “Mən, İraqda yaşayan Ayətullah Üzma Əli Hüseyni Sistaniyə təqlib edirəm”.

Zövcəm və övladlarım şiə deyildirlər!

Şeyx Əhməd Şəhvanın iki zövcəsi və 15 oğlu vardır. Lakin onların hamısı Şiə məzhəbinə tabe deyildirlər. İki zövzə isə dində hələ də Sünnə məzhəbinə tabedir. Lakin on beş övladımdan səkkizi öz dinlərində Şiə məzhəbinə tabedirlər.

Qeyd: Deyilənlərə görə təkfirçi və sionist cərəyanlarla bağlı olan dəstələr 2015-ci ildə Fələstində şeyx Əhməd Şəhvana qarşı cümə günü baş vermiş sui-qəsd nəticəsində o 3 güllə yarası alaraq şəhadətə qovuşdu.

Рейтинг

В этом разделе