Adı: Volkan Kemal Ergenekon
Ölkə: Türkiyə
Keçmiş dini (Məzhəbi): Əhli-sünnə
Jurnalist: hörmətli Volkan müəllim, ilk öncə, oxucularımız üçün özünüzü təqdim edərdiniz.
Volkan: Mən 195-cu ildə Ərzurumda dünyaya gəlmişəm. 1974-cü ildə Kuleli hərbi liseyinə daxil olmuşam. 1982-ci ildə Kara hərbi məktəbindən, 1983-cü ildə Tuzla piyada məktəbindən məzun olmuşam. 1987-ci ildə İstanbul İqtisadiyyat universitetinin magistraturasını bitirdim. 1989-cu ildə "Milli qəzet"də kadrlar şöbəsinin müdiri vəzifəsini icra etdim. 1991-ci ildə Yörüngə jurnalında ingiliscə tərcümə və guşə yazıları ilə məşğul oldum.
Jurnalist: Volkan müəllim, şiə doktrinası ilə nə zaman tanış oldunuz?
Volkan: Sizə çox maraqlı bir fakt deyim; heç bir şiə doktrinası oxumadan, heç bir şiə alimi ilə görüşmədən, birbaşa əhli-sünnə kitabları ilə şiə oldum.
Jurnalist: Bu necə, haradan başladı? Yəni əhli-sünnə kitabları ilə təkbaşına samanlıqdakı həmin o iynəni tapıb həqiqətləri görən çox az adam var. Necə bacardınız bunu?
Volkan Ergenekon: İki üstünlüyüm var idi. Birincisi, ideoloji cəhətdən dünyəvi bir ailədən gəlməyim səbəbi ilə heç bir təriqət təzyiqi və təəssübkeşliyi olmadı. Misal üçün, nurçu bir ailədən olsa idim, digər din və məzhəbləri araşdırma ehtiyacı görməyəcəkdim, sadəcə risaləyə riayət edəcəkdim. Əgər Nəqşibəndi bir ailədən olsa idim, sadəcə Məktubatla gedəcəkdim. İxlas cərəyanından olsa idim, ancaq onlarla davam edərdim. Çünki bu təriqətlərin əsərlərini və qaynaqlarını heç kim oxumur, yəni (belə biri) kor-koranə şəkildə öz təriqətinə bağlı olur. Bunlardan olmamağım mənim şansım oldu, çünki ailə olaraq heç bir təriqət barədə məlumatlı olmadığımız üçün azad şəkildə araşdırma şansına sahib oldum.
Jurnalist: Araşdırmalarınızda şiəliklə bağlı oxuduğunuz ilk kitab hansı oldu?
V. Ergenekon: Muhəmməd Ticaninin kitabını oxudum. Amma onu oxuyanda artıq şiə idim. Mənim şiə olmağıma vasitəçi olan iki əhli-sünnə kitabı var idi: İbn Əsirin kitabı və Tarixi Təbəri. Mən bu kitabları oxuyaraq şiə oldum.
Jurnalist: Bir az da ölkəmiz ilə bağlı danışaq. Türkiyədəki əhli-sünnə insanının şiəyə baxışındakı əsas problem nədədir?
V. Ergenekon: Birincisi əhli-sünnənin şiəni tanımamağındadır. Allah insanlara fərqli qabiliyyətlər verib, mənə də qarşı tərəfi razı salabilmə qabiliyyəti verib. Amma bununla belə, bu mövzuda heç kimi razı sala bilmədim. Qaynaqları və sənədləri göstərdiyim halda, Müaviyə vəsvəsəsindən qurtula bilmədilər. Bütün bunlardan sonra Muhəmməd Ticani ustadın "Necə hidayət oldum" sözünü anlamağa başladım. O zaman dərk etdim ki, bu, elm işi, ağıl və məntiq işi deyilmiş. Bu iş hidayət məsələsi imiş. Allah hidayət edərsə, insanların qəlbinə Əhli-Beyt (ə) sevgisini verir.
Mən Qumda iki ilə yaxın yaşadım. Allah Muhammed Avcı ustadına rəhmət eləsin. Onun həyat yoldaşı anama bir moizə etdi. Anam onun yanından ağlayaraq çıxdı və "Volkan, mən bu andan etibarən Əhli-Beyt (ə) məktəbinə qoşuluram" dedi. İnanırsınız, mən anamdan üç il sonra Əhli-Beyt (ə) məktəbinə qoşula bildim?! Anam bizə "çox səhv yolda imişik, Peyğəmbərin (s) ailəsinə qarşı nankorluq edən və bunun (nankorluğun) fərqində belə olmayan insanlarıq, vay olsun bizə!" dedi.
Jurnalist: Əhli-sünnə insanlarına mənfi yöndə təsir edən vasitələr nədir? Bunda şiə alimlərinin davranışları da təsirli ola bilərmi? Yəni Türkiyədəki şiə alimlərinin həyat tərzləri əhli-sünnə cavanlarına mənfi yöndə təsir edə bilərmi?
V . Ergenekon: Cox az, çünki tanımırlar və bu mövzulara girmirlər də. Amma təsir edən edən amillər bunlardır: yanlış təəssüb əhli, radikal və xüsusilə, Nəqşibəndi qaynaqlı əsərlə və xüsusi ilə, ağızdan-ağıza gələn, heç bir əsası olmayan, xəyali olan əfsanələr təsir edir.
Jurnalist: Müaviyə və digər səhabələr haqqında elə əfsanələr deyilir ki, bunların əksinə bir şey eşitdikləri anda özlərinə təhqir hesab edəcəkləri dərəcədə narahatlıq keçirirlər.
V. Ergenekon: Cebele İbn Amr Osman ibn Əvfanın qarşısını kəsir və zəncirlə onun başına vuraraq deyir ki, "sən Peyğəmbərimizin (s) "tutulduğunda öldürülməli olduğunu" dediyi adamları, Quranda keçən ayəyə baxmayaraq, vali təyin etdin". Əhli-sünnənin ən güclü qaynaqları Təbəri və İbn Əsirdir və mən də bunu İbn Əsirdə oxumuşam.
Jurnalist: Təəssüf ki, əhli-sünnə cavanları öz mənbələrini oxumurlar.
V. Ergenekon: Mənim qardaşım oğlu ilahiyyat fakültəsinin məzunudur. Amma onun bunlardan xəbəri yoxdur, İbn Əsiri, Təbriki oxumayıb.
DAHA ƏTRAFLI TÜRKÇƏ, LİNKƏ KEÇİD: tr.shafaqna.com