Adı: Xəlil Əş-Şavi
Ölkə: Suriya
Keçmiş dini (Məzhəbi): Əhli-Sünnə
Rəhimli və Rəhman olan Allahın adı ilə. Mən Hələbdən Allahın zəlil qulu Xəlil Əş-Şaviyəm. Mənim İslamşünaslıq üzrə diplomum var və mən həmçinin İslami elmlərin araşdırmaçısı və Hələbdəki Əl-Təvakibi məscidinin alimiyəm. Elm bizim imana olan qapımızdır. Şəxsən mən İslam, Xristianlıq, İudaizm, Buddizm haqqında oxumuşam. Çünki mən dinlərin öyrənilməsi üzrə mütəxəssisəm. Biz dinin tarixini öyrənmişik. Mən Cənnət haqqında araşdırma aparmağa başladım. Mən bu sahəni öz düşüncəmin hüdudları çərçivəsində araşdırmağa başladım.
Mən sufizmə və bir neçə məzhəb və məktəblərə müraciət etdim. O zaman mən vahimə və təlaş içərisində idim. Hiss edirdim ki, nəsə çatışmır, nəyisə buraxmışam və hələ tapmamışam. Mənim malik olduğum bilik səviyyəm mən dinə olan daxili istəyimi və emosional tələbatımı ödəmirdi.
Və mən Əhli-Beyt məktəbinin qapısını döyənə qədər özümdəki çatışmazlığı tapmaq üçün səbrsizlənirdim. Qurandan Əhli-Beyt haqqında əlimizdə olan faktlar və Məhəmməd peyğəmbərin sünnəsindən onlar haqqında bildiklərimiz, hansı ki bütün müsəlmanlar tərəfindən qəbul olunur. Bu, bütüm dünyada bizə Hz Məhəmməd (s) və onun ailəsindən başqa heç kəsin ardınca getməmiliyik deməyə kifayət edir. Biz Əhli-Beytdən başqa heç bir yolun ardınca getməməliyik. Çünki elm bizi bu nəticəyə gətirib çıxarıb.
Dini baxışlarımı dəyişməzdən öncə və sonra məni nə dəyişdirdi? Açığı belə bir fərqi hiss etdiyim vaxtı dəqiq müəyyənləşdirə bilməmişəm. Amma bu dəyişiklik fiziki bir proses deyildi. Şəxsən mən özümü həqiqət axtaran kimi xarakterizə edərdim. Lap əvvəl gündən mən dini öyrənmək üçün axtarışda olmuşam və həmişə belə bir düşüncəyə sahib olmuşam. Mən mühafizəkar bir icmada böyüyüb boya başa çatmışam. Mən böyüdükcə özümü fiziki baxımdan, duyğusal baxımdan, hətta təhsil baxımdan da rahatlada biləcək nəsə axtarırdım.
Şəriət məktəbinə daxil olandan sonra biz sələfilər haqqında öyrəndik. Mənə onlar çox quru gəldi. Onlar həyatı çox quru göstərirdilər. Düzdür mən bütün sələfilərin hamısı haqqında danışmıram. Nəhayət mən uca Allahdan bizim qəlbimizi öz elmi ilə maarifləndirməyi, bizi illuziya qaranlığından çıxarmağı dilədim. Yalnız Əhli-beytin ardınca gedəndə sakitlik sferasına daxil olursan, əmin amanlıq zonasına keçirsən. Çünki Əhli-Beyt Allahın bizə lütfüdür və bütün bəşəriyyətin xilaskarlarıdır. Bütün müsəlmanlar və qeyri müsəlmanlar bu faktla rastlaşırlar. Buna görə də Hz Məhəmməd (s) buyurub ki, Məhəmmədin və onun ailəsinin sevgisi ürəyində ölənlər tövbəli ölür.