»»

Hidayət olanlar 66 - Neyva Şəfar-Cabbar

Adı: Neyva Şəfar-Cabbar

Ölkə: Braziliya

Keçmiş dini (Məzhəbi): Xristian

 

 

 

Mənim adım Neyvə Şəfar-Cabbardır, mən Braziliyadanam. Demək olar 12 ildir ki, müsəlmanam, amma İslam həqiqi olaraq mənim qəlbimə üç il əvvəl girib. Yaşadığım şəhərdə biz bir qrup formalaşdırmışdıq, hamımız xarici idik. Orada Muhəmməd adlı şeyx var idi, Allah ondan razı olsun. Hər cümə axşamı o, bizə din haqqında dərslər keçirdi. Əlbəttə bu dərsləri portuqal dilində keçirdi. O, məktəb müəllimi idi. Biz içində olduğumuz xarici müsəlmanlardan ibarət bu qrupu o formalaşdırmışdı.  

Biz Braziliya müsəlmanlarından ibarət kiçik bir qrupdaydıq. Bir qız duanı bilirdi, o biri gecə namazını, başqa birisi vacib namazları, yaxud Quran oxumağı bilirdi. Biz hamımız bununla necə eləmək lazım olduğunu bir-birimizə kömək edib öyrədirdik. Elə məqama çatdıq ki, din haqqında çox şey bilirdik, amma biz daha çox bilmək istəyirdik. Bu, gediləsi uzun bir yol idi. Həqiqətən geri qayıda bilməzdik, indi gərək axıra qədər gedək.

İslam mənim və dostlarımın ailəsi üçün hər şey deməkdir. Biz öz dinimiz, Allahımız və uşaqlarımız üçün yaşayırıq. İslam mənim həyatımda çox şeyi dəyişdi. O, mənim həyata, insanlara və özümə olan düşüncələrimi dəyişdi. Mən dini sevirəm, Hz İsanı (ə) sevirəm, amma Allahın ən əziz bir peyğəmbəri var. Biz Muhəmməd (s) peyğəmbər haqqında daha çox öyrənirik. Onu Allah insanları düz yola dəvət eləmək üçün göndərmişdi. Muhəmməd (s) Allahın nurudur, Allahın ən əziz sevimlisidir. O, bu dünyaya namazı, orucu, əxlaqı, hər şeyə qadir olan Allahı tutmaqla insanlara kömək etməyə gəlmişdi. Peyğəmbər Allahın sevimlisidir.

Bizdə ərəbcə portuqal dilində Quran kitabı var. Əlbəttə portuqal dilini bilənə bu dildə oxumaq daha mənalı gəlir. Bir dəfə səyahət edərkən təyyarədə qorxduğumu hiss elədim. Dərhal Quranı götürdüm. Mənim sadəcə sığınmağa heç bir yerim yoxdur. Bilirəm ki, müdafiyəmi harada tapıram. Əvvəl mən dua eləməyə və oruc tutmağa başladım. Əlbəttə bir az dua bilirdim, amma indi mənə dostum bildiyi çox şeyi öyrədir. O, mənə gecə namazı öyrədir. Gecə namazı məşhurdur, amma tədricən inşallah onu daha da yaxşı biləcəm.

İmam Hüseyni (ə) çox sevirəm və Əbəlfəzli (ə) sevirəm, bəli Əbəlfəzl Abbas (ə). Bu barədə nə hisslər keçirdiyimi ifadə edə bilmirəm. İki il əvvəl mən öz dostumla İraqa getmişdim. O əraziyə çatanda, o yerə ki, orda böyük bir qüvvə var, bu, Əhli-Beytin (ə) gücüdür. Onlar oradadırlar. Hiss edirəm ki, o yerdə Əhli-Beyti tapdım. Onlar oradadırlar, bu, gözəldir, valehedicidir. Orada hiss edirsən ki, sən Əhli-Beytə (ə) yaxınsan və onda bilirsən ki, bu, necə heyranedici bir hissdir. Bu, gözəldir. Mən imana Allahın mənə hədiyyəsi kimi baxıram. Bunu hədiyyə kimi görürəm. Dostlarım və mən – biz imanlıyıq və dini sevirik. Dini biz özümüz əldə etməmişik, doğrudan bunu biz etməmişik. İmanı bizə Allah verib.

Рейтинг

В этом разделе