Adı: Andra İbupa Marşen
Ölkə: Macarıstan
Keçmiş dini (Məzhəbi): Xristian
Macarıstanlı xanım, Rəzəvi Müqəddəs Hərəmində şəhadət gətirərək İslamı qəbul etdiyini bəyan etdi.
Xristian xanım Andra İbupa Marşen Rəzəvi Nurlu Həyətində xristianlıqdan gələrək İslamı qəbul edib və şiəliyi seçib. O bildirib ki, “mən çox güclü dini yönümlü protestant xristian ailəsində doğulmuşam və gəncliyimin əvvəlindən xristianlıqla bağlı bir çox suallarım var idi. Onlara cavab tapa bilməməyim məni bu dinlə bağlı məyus etmişdi”.
“Ailəm kilsənin ən nüfuzlu üzvlərindən biri olduğundan və mənim davranışım xristianlığın bu dəyərlərinə zidd olduğundan, getdikcə onlar tərəfindən rədd edildim və bu, məni Türkiyəyə səyahət etməyə vadar etdi” deyə Marşen bildirib.
“Mən səkkiz il gizli şəkildə İslam dinini öyrəndim və İslamla tanışlığımın başlanğıcı müsəlman məscidlərindən birində mədəni fəaliyyətlərdə iştirak etməklə oldu. Mən çoxlu kitablar oxudum və cavabı İslamda tapdım və İslamı yaxından tanımaq üçün türk dilini öyrəndim və müsəlmanlarla əlaqələrimi gücləndirdim” deyə yeni müsəlman xanım əlavə edib.
Marşen, Aşura və Kərbəla hadisələrinin şiəliyi mənimsəmək üçün başlanğıc nöqtəsi olduğunu xatırlatdı və dedi: “Həzrət Zəhra (s.ə.) və İmam Əlinin (ə.s.) məsumluğu mənim Məsum İmamlara (ə.s) aşiqi olmağıma və bu dinə meyl etməyimə səbəb oldu”.
“Bu yolda çox çətinliklərə qatlaşdım və İslam buna dəyərdi. Mən ailəm tərəfindən rədd olunsam da, Peyğəmbər (s.a.ə.v.) və Məsum İmamlar (ə.s) mənim ailəmdəndirlər və mən onları öz ailəmdən daha yaxın hiss edirəm” deyə o bildirib.
“Məşhəd səfərindən əvvəl İmam Rza (ə) ilə ünsiyyət qura bilmək üçün İmam Rzanın (ə) həyatına dair bir seriala baxdım ki, onun haqqında daha çox məlumat əldə edim”. O deyib ki, “kaş Məsum İmamlar (ə) və İmam Rza (ə) haqqında daha çox məlumat əldə edə biləydim və onları həyatımda nümunə və rəhbər tuta biləydim və əqidəmi gücləndirəydim”.