»»

Hidayət olanlar 61 - Sdenka Romané Saavedra Alfaro

Adı: Sdenka Romané Saavedra Alfaro

Ölkə: Boliviya

Keçmiş dini (Məzhəbi): Xristian

 

 

Sdenka Romané Saavedra Alfaro Boliviyalı yazıçı, sosial kommunikator, jurnalist, universitet professoru, tədqiqatçı və  Boliviyanın La Paz şəhərində yerləşən İnkişaf naminə Kommunikasiya və Təhsil üzrə Tədqiqatçılar Assosiasiyasının (AICED) üzvüdür. Sdenka Alfaro Boliviya Katolik Universitetində Sosial Ünsiyyət üzrə bakalavr dərəcəsi, Ali Təhsil və Jurnalistika üzrə magistr dərəcəsini və sinifdə Təhsil İdarəçiliyi üzrə aspirantura dərəcəsi qazanmışdır. Bundan əlavə, Boliviya  Əhli-Beyt İslam İcması Assosiasiyasının (ACIABOL) Qadınlar üzrə Direktoru olmuşdur. Sdenka Romane Alfaro hazırda İranın müqəddəs Qum şəhərində İslam və Yaxın Şərq dünyagörüşləri haqqında tədqiqat aparır.

 

- İslamla necə tanış oldun?

 

Alfaro: Universitetdə oxuyarkən Yaxın Şərqlə bağlı jurnalist məqalələri diqqətimi cəlb etdi və belə bir neçə mütaliənin vasitəsilə İslamı tanımağa başladım. Yadımdadır, məktəbi bitirəndə mənim marağıma heyran olan və suallarımda mənə kömək edən bir sinif yoldaşım var idi - o sonradan mənim həyat yoldaşım oldu - onun İslam haqqında məlumatı dəqiq və cəmlənmiş idi. Bütün bunları necə dərindən bildiyini başa düşmürdüm, bir müddət sonra  bildim ki, o müsəlman imiş.

 

- Niyə İslamı qəbul etməyə qərar verdiniz?

 

Alfaro: Bu dində olan "Mənəvi Sülh" və digər bir həyat və ya axirət anlayışına görə. Şübhəsiz ki, həmişə bizim üçün seçilmiş fərqli ideologiyalarımız, düşüncələrimiz, fəlsəfələrimiz, inanclarımız, adətlərimiz olur. Bununla belə, həmişə faktları anlayan və başqa ideologiyaları izləyən həmfikir şəxslər də olur, bu vasitə ilə özümüzü seçilmiş yolda tapırıq.

 

Onu da deyim ki, seçdiyim yolla bağlı ailəm tərəfindən heç bir etirazla rastlaşmamışam; əksinə, nümunəvi şəxs olmağa çalışdığım və əsl İslamı axtardığım üçün əsas mübarizəm yola davam etməkdir.

 

 

- İslamı qəbul etməyin həyatınızda hansı təsirləri oldu?

 

Alfaro: Nizam, sülh, əmin-amanlıq, təvazökarlıq, eləcə də həyatımda mənə rəhbərlik edən dəyərlər.

 

- Zəhmət olmasa dini fəaliyyətiniz barədə məlumat verin, onları necə həyata keçirirsiniz?

 

Alfaro: Boliviya Əhli-Beyt İslam İcması Assosiasiyasının Qadınlar üzrə Direktoru olaraq, İslamda qadın hüququ, gündəlik namazlar və İslamın dünyagörüşü və həyat fəlsəfəsi ilə bağlı hər şey haqqında kurslar keçirəm. Bu kurslar əvvəlcə müsəlman icmasının üzvləri üçündür, sonra isə təbii ki, biz icmamızdan kənardakılarla da iş görürük. Çünki bizim işimiz təkcə məktəblər və ya kolleclərlə məhdudlaşmır, hər şeydən əvvəl təhsil mərkəzləri və universitetlərlə işləyirik. Biz bəzən konfranslarda, tolk-şoularda və digər tədbirlərdə iştirak edirik. İslamı yaymaq istəyiriksə, həm şifahi, həm də yazılı fəaliyyətə ehtiyacımız var.

 

- Boliviyanın müsəlman icması ilə bağlı fəaliyyətinizin hansı müsbət nəticələri var?

 

Alfaro: Müsbət cəhət, şübhəsiz ki, Əhli-Beyt İslam İcmasıdır: oradakı qardaşlarımızın gündəlik səyləri sayəsində biz İslamı ölkəmizdə yayırıq. Assosiasiyamızın cəmiyyətimizdəki insanlara nümunə olması vacibdir və ACIABOL-un müxtəlif fəaliyyətləri bu həyat fəlsəfəsini, yəni İslamı tanıtmaq məqsədi daşıyır.

 

- İslamı qeyri-müsəlmanlara necə təqdim edirsiniz?

 

Alfaro: Deyirlər “bir əməl min sözə dəyər”: Biz müsəlmanlar olaraq hər zaman bütün sosial aspektlərdə nümunə olmağa çalışırıq, nəticədə bu günə qədər bir çox Boliviyalı İslamı qəbul edib.

 

(c) Shafaqna

 

Рейтинг

В этом разделе