Adı: Paraqvaylı xanım
Ölkə: Paraqvay
Keçmiş dini (Məzhəbi): Xristian
Salam aleykum. İslamı ilk olaraq mənim həyat yoldaşım mənə təqdim elədi. Əlbəttə ki, sonunda şükür Allahadır. Amma mən yoldaşımın vasitəsilə İslamı tanımışam. Açığı mən İslamı yavaş-yavaş, addım-addım öyrənmişəm, tez öyrənməmişəm. Mən İslam haqqında heç nə bilmirdim. Yoldaşım mənə İslamda bəzi şeyləri öyrətdi. Sonra İslam tədris olunan yerlərə, təşkilatlara getməyə başladım.
Mən xristian idim. İslam və xristianlıq arasında çox oxşarlıqlar, ümumi cəhətlər görürdüm. Amma fərq ondan ibarətdir ki, xristianlıq inkişaf etmir, əksinə İslamda isə hörmət var, inkişaf var. İslamda təmiz bir mədəniyyət var. Həmişə əsas Allaha şükür edirəm ki, mənə səbr verib. Çünki bir dindən başqa birinə keçmək istənilən adam üçün asan deyil, inanın mənə. Xüsusən də ailəm bunu asanlıqla qəbul etməyəndə. Mən onlar bizə gələndə və ya mən onlara gedəndə əmi uşaqlarım tərəfindən çox sərtliyin şahidi olmuşam. Amma bütün bunları qəbul eləməlisən. Sən onların əksinə gedə bilmirsən.
İslamda qidayla bağlı, yaxud təharətlə bağlı müəyyən prinsiplər var ki, biz gərək onlara əməl edək. Əgər mən ailəmin evinə gedirəmsə və bəzi şeylər haqqında mız mızı və ya mübahisəçi oluramsa onlar düşünəcəklər ki, mən üzlüyəm və mənim dinimi mənfi şəkildə mühakimə etməyə başlayacaqlar, düzdürmü? Buna görə də mən onlara izah etməliyəm ki, İslamda işlər niyə bu cür edilir, bu işlər bu cür olmalıdır. Buna görə biz yola verməliyik və səbrli olmalıyıq. Hər kəs düz yol tutmalıdır, doğru yolda olmalıdır. Bu məsələlərə alver kimi yanaşıla bilər? Xeyr, insan bu cür düşünməməlidir. Bir iş görəndə bu dünyanın gəlirlərini yox gərək axirəti fikirləşək. Çünki həyat müvəqqətidir. Hər şeyə rəğmən o keçib gedir. Amma gərək insan bunu düşünsün, axirəti düşünsün.
Həyat İslamla çox fərqlənir. O, insanı həyata tamamilə fərqli baxmağa məcbur edir. İnsan həyata daha çox dəyər verir, xüsusilə gündəlik işlərdə. Bəlkə də bəzi şeylər mən İslamı qəbul etməzdən əvvəl baş versəydi onların öhdəsindən gələ bilməzdim. Amma İslam bizə səbr öyrətdi. O, bizə imanı öyrətdi, hansı ki insana Allah sevgisi verir. Çox çətinliklərlə üzləşmişəm, çünki valideynlərim Paraqvayda yaşayırdılar. Onlara baş çəkməyə getmişdim. Doğrudan da özümü gəlmə kimi hiss edirdim. Sənə elə baxırlar ki, özünü rahat hiss eləmirsən. Əlbəttə eyni zamanda bu, həm də yaxşıdır. Çünki bu, sənə həqiqi İslamı göstərmək şansı verir. Onların bizə terrorist kimi baxdıqlarından fərqli şəkildə göstərmək. Bu, dəhşətli dərəcədə yanlış düşüncədir.
Mən Həccə, İraqa, İrana ziyarətlərə getmişəm, amma həqiqətən mənə o hisləri təsvir etmək çox çətindir. Sözlə onu düzgün ifadə eləmək olmur. Kəbəni görmək həqiqətən adama böyük hislər yaşadır. Bu, sadəcə gözəldir, xüsusən də biz xaricilərə - başqa dindən gələnlərə. Çünki həmin vaxt biz hiss edirik ki, bizi bura Allah yönəldib. Bu, sadəcə olaraq valehedicidir.
Mən İmam Əli (ə) və İmam Sadiq (ə) haqqında eşitməyi çox xoşlayırdım. Onların müdrikliyi haqqında daha çox öyrənməyi sevirdim. Açığı onların dediyi hər sözü xoşlayıram. Onların dediyi hər şey insanları doğru yolda necə yaşamaq haqqında təlimatlandırır. Mən Braziliyada yaşayırdım və din haqqında Hüseyniyyədə öyrəndim. Bilirsinizmi xarici ölkələrdə insanların İslama mənfi baxmaları normaldır. Çünki media İslamı onlara onun həqiqi məzmunundan fərqli olaraq terrorizm kimi təqdim edir. Amma biz bilirik ki, İslam belə deyil. İslam bağışlama dinidir. İnsanları düzgün yaşamağa və başqaları ilə düzgün rəftar etməyə yönəldir.
Mən çadra geyinirdim. Onda insanlara tab gətirmək çox çətin idi, narahat idim, çünki hiss edirdim ki, adamlar məndən qaçır. Onlar hamısı məndən qorxurdular. İctimai yerlərə gedəndə heç kəs mənim yanımda əyləşməzdi. Avtobusa minəndə adamlar təşvişə düşürdülər. Bir dəfə əlimdə nəsə var idi. Bu, nə idisə vacib olmayan bir şey idi. İçəri girəndə həyacan siqnalı çalmağa başladı. Fikirləşdilər ki, mənim çantamda partlayıcı maddə var. Qapıları bağladılar və başladılar mənim əşyalarımı axtarmağa ki görsünlər partlayıcı bir şey varmı. Təəssüf ki, o zaman belə şeylər olurdu. Adamlara belə vəziyyətlərdə bizim davranışlarımızı və İslamın mediada təqdim edildiyi kimi olmadığını göstərmək lazımdır. İslam onların bildiyindən tamam fərqlidir. Düzünü desək əvvəllər indikinə nisbətən daha çətin idi. Çünki bildiyiniz kimi həqiqətən bu gün həm Paraqvayda, həm Braziliyada, həm də bütün dünyada müsəlmanlar çoxdur. Səmimi deyim ki, bizim bir müsəlman kimi özümüzü necə aparmağımızdan çox şey asılıdır. Mediada təqdim edilməyə çalışıldığı kimi yox. Həqiqi İslamı göstərmək bizim üzərimizə düşür.