»»

Hidayət olanlar 58 - Roch Boulvin

Adı: Roch Boulvin

Ölkə: Fransa

Keçmiş dini (Məzhəbi): Xristian

 

 

İslamı qəbul etmə hekayəsi – Rok Bulvan, belçikalı həkim, Məşhəddəki İmam Rza xəstəxanasının (ə) cərrahiyyə şöbəsinin müdiri

 

İndiyədək çoxları Xacə Rəbi mavzoleyinə gedib məzarları ziyarət ediblər və onların nəzəri professor Bulvanın məzar daşındakı yazılara sataşıb, lakin bu məzarda yatan şəxsin kim olduğu və onun nə işlə məşğul olduğu barədə məlumatlı deyillər. Bu səhifədə bu əzəmətli tibb xadiminin həyatına və İslamı qəbul etmə hekayəsinə qısa nəzər salırıq.

 

Professor Rok Bulvan 1912-ci ildə Fransada anadan olub. O, 1936-cı ildə Belçikanın Brüssel Universitetində tibb üzrə təhsil almağa başlayıb. 1955-ci ildə İran Məhkəmə Nazirliyinin dəvəti ilə Məşhədə gələn Bulvan elə həmin ilin avqustunda İmam Rza (ə) xəstəxanasında Astan Qüds Rəzəvi ilə üç illik müqavilə bağlayıb.

 

O, cərrahiyyə şöbəsinin müdiri vəzifəsində çalışmış və müqaviləsi mütəmadi olaraq uzadıldığı üçün 14 il İmam Rza (ə) xəstəxanasının cərrahiyyə şöbəsinin müdiri olmuşdur. Bulvanın mühüm tədqiqatları hidatik kist, müxtəlif orqanların vərəmi, öd kisəsi və öd yolları xəstəlikləri, mədə və onikibarmaq bağırsaq xoralarını ehtiva edir.

 

Şiəliyi qəbul etməsi

 

Professor Bulvan Ayətullah Seyid Məhəmməd Hadi Milaninin mədə əməliyyatını həyata keçirib. Əməliyyatdan sonra Bulvan tərcüməçisindən Ayətullah Milaninin özünə gələn zaman dediyi ifadələri tərcümə etməsini istəyib. Məlum olub ki, Ayətullah Milani həmin vaxt Əbu Həmzə Somali (دعای ابوحمزه ثمالی) duasından bəzi hissələri oxuyub və məhz bu hadisədən sonra Bulvan İslama iman gətirərək şiə olub. Ondan bu hərəkətinin səbəbi soruşulduqda belə izah edib:

 

“İnsan başqaları üçün rol oynaya bilmədən öz varlığını ortaya qoyduqda bədən oyanış vəziyyətində olur və mən bu cənabı (Ayətullah Milani) gördüm, onun bütün varlığı Allahla idi. Bu zaman yaxın vaxtlarda əməliyyatdan sonra eyni vəziyyətdə yanında dayandığım Kenterberi kilsəsinin yepiskopu yadıma düşdü və onun o dövrün gənclərinin küçə mahnılarını zümzümə etdiyini gördüm! Məhz o an anladım ki, həqiqət hansı dindədir”.

O, Ayətullah Milaninin dəfn olunduğu şəhərdə, yəni Məşhəddə dəfn olunmağı vəsiyyət etmişdir. Professor Bulvanın cənazəsi hazırda Məşhəddəki Xacə Rəbi mavzoleyinin birinci bağında yerləşir.

 

Рейтинг

В этом разделе