Adı: ...
Ölkə: Livan
Keçmiş dini (Məzhəbi): Əhli-Sünnə
Bismillahir Rahmənir Rahim.
Mənim 18 yaşım var idi və Livanda müharibə gedirdi. Mənim şiəlik və sünnilik haqqında heç bir anlayışım yox idi, müsəlman idim, sünni idim. Mən suallar verməyə başladım. Anam şiə idi. Mən xalam oğlu ilə görüşürdüm. Onunla mən əvvəldən dostluq edirdim. Mən şiəliyi daha yaxşı öyrənmək üçün Dahirə gəlməyə başladım. Mən çox işləyirdim və yaxşı insan olmağa çalışırdım. Yaxşı insan mənim aləmimdə namaz qılan, Quran oxuyan, oruc tutan, xeyirxah və insanlara hörmət edən insan deməkdir.
Əvvəl mən sünni idim, sonra şiəliyə keçdim. Bu, başlanğıcda çətin idi. O vaxtdan etibarən Əhli-beyt (ə) haqqında daha çox öyrənməyə başladım. Və şiəlik haqqında daha aydın məlumata yiyələnməyə başladım. Mənəviyyatı mən Əli əleyhissəlamın elmində tapdım. Mənim Əli əleyihissəlamı tanımağım və onun şəxsiyyəti haqqında xüsusi şeyləri öyrənməyim məndə onun haqqında daha çox şey oxumağa həvəs yaratdı. Mən onun haqqında nə qədər çox oxuduqca bir o qədər də mənim ürəyimdə, ruhumda onun xüsusi bir şəxs olduğunu gördüm.
Üzləşdiyim çətinlik dünyadan əl çəkmək idi. Bu dünya deyəndə mən tamahı, bütün həyatım boyu yaşadığım şeyləri nəzərdə tuturam. Mən gecə klublarına gedirdim, vaxtımın çoxunu idmana sərf edirdim. Allaha vaxt ayırmırdım. Məsələn mən 8 saat özümə sərf edirdim, amma Allaha dəqiqələri belə sərf etmirdim. Bu, hər bir dində var ki, sən Allaha vaxt ayırmalısan, amma mən ən çox ruhaniliyi şiəlikdə tapdım. Sənin Allaha vaxt ayırmağın təkcə o demək deyil ki, Allah deyir ki, bunları etməlisən,namaz qılmalısan, oruc tutmalısan və s. şeylər. Yəni istənilən müsəlmanın əsas qayğılarını nəzərdə tuturam.
Amma burda daha çox şeylər var. Burda əxlaq var, elm var, xeyriyyəçilik var. Öz biliyindən və pulundan xeyriyyəçilik etməlisən. Mən bunlar haqqında daha çox öyrəndim. Əgər sən yeknəsək qaydada ibadət etsən tezliklə bezərsən. Belə istəmirsənsə öyrən. Öz müsəlman icman haqqında uyğun biliklər əldə et. Müsəlman tarixini öyrən. Əgər öz müsəlman icman haqqında lazımi biliklərin olmasa, müsəlman tarixini bilməsən sən Allaha qarşı daha coşqulu ola bilməzsən.
Mən hazırda Cənnəti əsas qayğım kimi düşünmürəm. O, Allahın əlindədir. Əli (ə) deyir ki, mən Allaha Cəhənnəm odundan qorxduğum üçün ibadət etmirəm, mən Allaha Cənnəti istədiyim üçün ibadət etmirəm. Mən görürdüm ki, həqiqətən də Əli (ə) necə mərhəmətli olub. Mən doğrudan da aşkar etdim ki, Əli (ə) elə bir məqama sahib olub ki, ona malik olmaq çox çətindir. Onun varlığı çox böyük idi. Amma o, özünü böyük görmürdü. O bilirdi ki, biz Allahın qarşısında kiçikik. Bu, insanların öyrənməyə ehtiyacı olduğu şeydir. Bu, təvəzökarlıqdır. Biz nə ediriksə özümüz üçün deyil, öz nəfsimiz üçün deyil, fəxr etməyimiz üçün deyil, Allah üçün etməliyik. Sənin bütün qayğıların, bütün ibadətlərin özün üçün yox, dünyaya göstərmək üçün yox, Allah üçün olmalıdır.
Hz Əlinin (ə) haqqında tapdığım xüsusi bir şey odur ki, mən bunu Əbu Bəkrdə və ya Ömərdə görmürəm. O, öz elmində xüsusi idi. O, döyüşdə xüsusi idi. Məhəmməd peyğəmbər (s) Əliyə (ə) çox arxalanıb. Məktubların göndərilməsində, pulda və ona ümumiyyətlə çox etibar edirdi. Lap başlanğıcdan ən sona kimi. Peyğəmbərliyin əvvəlindən sonuna qədər Əli (ə) peyğəmbər salavatullahın yanında olub, onun elmindən bəhrələnib, onun elmi ilə böyüyüb, onun elmini göstərib, onun elmi ilə yaşayıb. Bunu tarix deyir, bu, sübut olunub. Məsələn mən əvvəllər basketbolu xoşlayırdım. Mənim öz nümunə götürdüyüm oyunçu var idi. Bu, Maykl Cordan idi. Əgər mən geriyə İslam tarixinə dönsəm peyğəmbər vəfat etdiyi vaxt müsəlmanlar özlərinə lider seçməli idilər.
Mən kimi seçməliyəm? Əgər Əli əleyhissəlamı tanıyıramsa bunun cavabı çox asandır. Bu sualı mən özümdən soruşmuşam. Mənim nümunə götürəcəyim şəxs kim olmalıdır. Mən inanıram ki, Allah sübhanə təala həqiqətən də insana yaxın olmalıdır. Əgər sən həqiqi imanlı adam olsan hər nə istəsən olacaq. Mən buna inanıram. Məncə bu, həmin dəqiqə olmasa da sonda olur. Mən Allahdan dünyəvi nəsə istəmirəm. Mən Allahın sevgisini istəyirəm. Onun sevgisi isə Allah nə zaman istəsə olur. Mən inanıram ki, şiəlik mənim daxili dünyamı dəyişdi. Mənəviyyatı, yüksək əxlaqı əldə etmək asan deyil. Mən adi bir insan ola bilərdim, müsəlman olmaq və bu kimi şeylər barədə düşünməzdim. Həyatımda nə istəsəm edərdim. Amma mən həqiqətin ardınca gedirəm. Mənim malik olduğum hər şeyi Allah mənə verdi.