Adı: Luka Qaytani Lovatelli
Ölkə: İtaliya
Keçmiş dini (Məzhəbi): Xristian
Luka Qaytani Lovatelli (Luca Gaetani Lovatelli) 1955-ci ildə İtaliyada aristokrat ailəsində anadan olmuşdur.
Luka, İtaliya Milli Televiziyasının operatoru kimi Bosniya və Qərbi Asiyaya səyahət etmişdir.
O, həmçinin uşaqlıq dostu Eduardo Anyelli ilə birlikdə Əfqanıstan haqqında sənədli film çəkmək üçün bu ölkəyə səfər edib.
Luka İslamla Edoardo vasitəsilə tanış olub.
O, 1988-ci ildə Eduardo ilə İrana səfər edib və Məhəmməd Həsən Qadiri Abyane ilə uzun söhbətdən sonra İslamı (şiəliyi) qəbul edib.
2 aprel 2007-ci ildə onun üzərində döyülmə izləri olan cənazəsi körpünün altında tapılır. Buna baxmayaraq, onun işi bağlanılır və Eduardo Anyelli kimi onun da ölümü intihar kimi qələmə verilir.