»»

Hidayət olanlar 55 - Rebeka İbrahimi

Adı: Rebeka İbrahimi

Ölkə: ABŞ

Keçmiş dini (Məzhəbi): Xristian (Katolik)

Mənim Əhli-Beytlə tanışlığım əlbəttə öz həyat yoldaşım vasitəsilə olmuşdur. Həyat yoldaşımın bütün ailəsi sünnidirlər. O, şiə islamını yetkin bir şəxs kimi qəbul edib. Həyat yoldaşım əslən pakistanlıdır. Artıq təxminən 20 ildir ki, Amerika Birləşmiş Ştatlarında yaşayır.

Yetkin bir şəxs kimi bura ilk dəfə gələndə burda tanıdığı icma şiələrdən ibarət idi. Onlar ona şiə islamını təqdim ediblər və o da şiə olub. Beləliklə onun vasitəsilə mən həqiqətən də sünni və şiə məsələsinə birbaşa baxış əldə etdim. Aydındır ki, onun sünnilikdən şiəliyə dəyişməsinin ciddi səbəbləri olmalı idi.  

Mən İslamı qəbul etdiyim vaxtlarda biz yaşadığımız binada bizdən aşağı mərtəbədə bir İraqlı ailə yaşayırdı. Onlar bura yeni gəlmişdilər. Təxminən 11 sentyabrdan sonra idi ki, mən İslamı qəbul eləmişdim. O iraqlı ailənin qadını - hansı ki hələ də mənim çox yaxşı rəfiqəmdir mənə çox şey öyrətdi. Hicab haqqında, İslam haqqında çox şey danışdı. O, mənə ilk namaz xalçamı hədiyyə elədi, indi də məndədir. O qadın mən İslamı qəbul edəndə mənimçün çox böyük kömək oldu.

Doğrudan da hicab geyinməklə bağlı hər hansı bir problem yaşamadım. Heç vaxt hicab geyindiyim üçün ayrı-seçkiliyə məruz qaldığımı hiss eləmədim. Öz xalam uşağının toyuna hicab geyinmişəm. Mən 90%-i yəhudi olan 500 nəfərin toplaşdığı yerə hicab geyinmişəm. Həmişə düşünmüşəm ki, əgər mən öz hərəkətlərimə nəzarət edirəmsə rahat olmaq üçün digər insanlara ehtiyacım yoxdur. Və mənim hicabla bağlı heç vaxt problemim olmayıb. Mən həmişə belə hiss eləmişəm ki, hicab elə bir şeydir ki, əgər mən İslamı qəbul edirəmsə bunu eləməliyəm. Onu nəzərdə tuturam ki, yarım katolik qala bilərdim, bunu edərdim, amma əgər mən yeni bir din qəbul eləmək istəyirdimsə onda mən onu olduğu kimi düzgün eləmək istədim. Mən istəmirdim ki, İslamı qəbul edim və sonra lazım olanları etməyim.

Fikrimcə hər kəs çalışmalıdır ki, Əhli Beyt kimi olsun. Əgər biz beş faiz Əhli-Beyt kimi olsaq o zaman biz bütün yer üzündəki əhali üzrə ən yaxşıların sırasında olarıq. Çünki indi insanlar deyirlər ki, bu, necə fikirləşər, o, necə fikirləşər, bunu edə bilmərəm, onu edə bilmərəm, kiminsə xətrinə dəyər, amm Əhli-Beyt deyirdi ki, bizi narahat etmir ki, kimsə bizi ələ salır ya yox. Biz İslam uğrunda mübarizə aparmaqdan çəkinməyəcəyik.

Рейтинг

В этом разделе