»»

Hidayət olanlar 53 - Zülfüqar Məğribi

Adı: Zülfüqar Məğribi

Ölkə: Mərakeş

Keçmiş dini (Məzhəbi): Əhli-sünnə (Maliki)

 

O, Məğriblidir (Mərakeşlidir). Əvvəllər müxaliflərdən (əhli-sünnə) olub, daha sonra "Səqəleyn" hədisinin həqiqətini araşdırandan sonra Şiəliyi qəbul edib. Maska taxmağının səbəbi düşmənlərindən qorunmaq üçündür. Çünki yaşadığı ölkədə şiələrə qarşı münasibət pisdir və canı təhlükədə ola bilər. 2016-cı ildən bəri şiəliyi təbliğ edir. Əhli-Beyt (ə) düşmənlərinə yalnız onların öz kitabları ilə cavab verir və cavab verdiyi zaman da gətirdiyi dəlliləri müxaliflərin yalnız səhih mənbələrindən gətirir. Əsasən 'Youtube" üzərində təbliğat aparır. Yarım milyondan çox izləyicisi var. Allahın izni ilə etdiyi elmi bəhslər sayəsində bir çox insan Əhli-Beyt (ə) yolu haqqında həqiqətləri görüb həqiqi İslamı qəbul etmişdir. Vətənimiz Azərbaycanda da kifayət qədər tanınır və çoxsaylı izləyiciləri var. Başda "313news.net" səhifəsinin "YouTube" kanalı olmaqla bir çox kanallar Zülfüqar əl-Məğribinin `video`çarxlarını ana dilimizə tərcümə edərək dublaj edilmiş və ya altyazılı halda izləyicilərə təqdim etməkdədir.

O, özü hidayət olması barədə deyir: “Mən əvvəl sünni idim, Maliki məzhəbində idim. Hansı ki, Mərakeşdə geniş yayılmış bir məzhəbdir. Mən atam və bütün ailəm sünnidirlər. Lakin bir neçə il əvvəl şiə oldum və ehtiram eydiyim və sevdiyim şeyxlərin şiələrə yarşı rəzil və gülməli yalanlarını gördüm. Zaman keçdikcə və axtarışlardan sonra yəqinliyə yetişim ki, həqiqətən də hüccət şiə ilədir və Əhli-Beytin (əleyhimus-səlamın) dini Allahın haqq dinidir. Əhli-sünnə qaraşlarının bütün iftiralarına şiənin alim və şeyxləri tərəfindən cavab verilmişdir. Əhli-sünnə alimlərinə gəlincə onlar yalnız yalan danışırlar ki, camaatı şiəlikdən uzaqlaşdırsınlar. Təşəkkür edirəm əziz qardaş. Vassələmu aleykum!"


Youtube kanalımızda olan bir sıra videolarını bu *playlist*dən izləyə bilərsiz: youtube.com


Рейтинг

В этом разделе