»»

Hidayət olanlar 20 - Alyona Vaşenko

Adı: Alyona Vaşenko

Ölkə: Ukrayna

Keçmiş dini (Məzhəbi): Xristianlıq

Mən Vaşenko Alyona Vladimirovnayam. 1985-ci ildə Ukraynada anadan olmuşam. Ana tərəfdən olan qohumlarım Rusiyada yaşadıqları üçün və ata tərəfindən olan qohumlarım və biz hamımız Ukraynada yaşadığımız üçün iki ölkə arasında - həm Ukraynada, həm də Rusiyada yaşamışam.
 
Ukranayda "təşkilatların menecmenti" (idarəolunması) ixtisası üzrə ali iqtisadi təhsil almışam.
 
Daha sonra isə ərə getmişəm və gözəl bir qız övladı dünyaya gətirmişəm. Lakin 7 illik ailə həyatından sonra boşandıq.
 
Bundan sonra özümün bu həyatda tutmalı olduğum mövqeyimlə bağlı ciddi axtarışlara başladım. Fəlsəfə, psixologiya, insanlara təsiretmə və bu kimi biliklərin öyrənilməsinə başladım. Anlayırdım ki, daxilimizdə müəyyən enerji ehtiyatı var və onun sayəsində biz özümüzü həyatda doğrulduruq.
 
Həmçinin bu enerjinin "doldurulması" və "itirilməsi" yolları da var. Bu enerjinin necə getdiyini (sərf edildiyini) başa düşürdüm, lakin mənə kifayət qədər güc və enerji verəcək mənbənin isə harada olduğunu bilmirdim.
 
Bu axtarışların fonunda Allah məni dinləri İslam olan insanlarla qarşılaşdırırdı və onların həyatın keşməkeşləri müqabilindəki möhkəmlikləri, dözümlülükləri, yenilməzlikləri, onların müdriklikləri və təfəkkürlərinin dərinlikləri məni heyran edirdi.

Və bir gün mən onlarla din barədə söhbət açmaq qərarına gəldim, lakin bundan öncə isə bir ay ərzində Qurani-Kərimin ruscaya olan tərcüməsini tam oxudum. Bu, mənim üçün böyük bir kəşf idi!

Bu müqəddəs kitabı oxuyaraq anladım ki, mən normal biriyəm! Çünki yaşadığım cəmiyyətdə sahib olduğum keyfiyyətlərin yarısı (xeyirxahlıq, yaxşılıq, dürüstlük, səmimilik, etimad) axmaqlıq və zəiflik hesab edilirdi.

Qurani-Kərimin yarısında mən Allah üçün şəhadət gətirdim, bir ay sonra isə özümü Kiyevdəki məsciddə tapdım və hər şeyi lazımi şəkildə yerinə yetirdim.

Müsəlman olduqdan 3 ay sonra mən ikinci həyat yoldaşımla - əslən İrandan olan həqiqi bir müsəlmanla tanış oldum və böyük məmnuniyyətlə özümü yad hiss etdiyim ölkəni tərk etdim.

Artıq iki ildir ki, mən bu gözəl ölkədə yaşayıram və ona hər gün daha da çox aşiq oluram.
Müsəlman olmağımla fəxr edirəm və bunu həyatımın ən böyük nailiyyəti hesab edirəm!

Mənbə: al-mostabserin.com

Рейтинг

В этом разделе