»»

Hidayət olanlar 47 - Laurisi Əl-Bəhsun

Adı: Laurisi

Ölkə: Braziliya

Keçmiş dini (Məzhəbi): Xristian

 

Mənim adım Laurisidir. Amma burda – Livanda mənə Leyla deyirlər. Həyat yoldaşım Əl-Bəhsun ailəsindəndir. Demək olar ki, 12 ildir İslamı tanıyıram. Mən Livana yaşamağa gəldim. İlk səfərimdə özümü qəribə hiss edirdim. Məsciddən “Əllahu Əkbər” sözünü eşitdim, amma bunun nə olduğunu bilmirdim. Yoldaşımdan vaxtaşırı məsciddən gələn səsin nə olduğunu soruşurdum. O dedi ki, indi sən bunu çətin anlayarsan. Amma sonra o, mənə izah elədi ki, İslamda bu, namazın vaxtına işarədir.

Tədricən yoldaşım məni başa salmaq üçün bunu izah etməyə başladı. Həyat yoldaşım yavaş yavaş mənə İslamı, necə namaz qılmağı, dua qaydasını izah etməyə başladı. Amma o zaman – 20 il bundan qabaq İslama necə əməl eləməyi tam bilmirdim. Bunu necə eləməyi öyrədən və səni motivasiya edən biri olmalıdır. Həyat yoldaşım mənə dedi ki, o, Həccə getmək istəyir. Bacısına onun Həccə getmək istədiyini deyəndə bütün ailə buna sevindi. O, məndən bir şeyi xahiş etdi ki, əgər o, Həccə getsə mən hicab geyinim. Razılaşdım.

Şükür Allaha ki, Xanım Fatiməyi Zəhra (s.ə) və Xanım Zeynəb (s.ə) haqqında eşitdiyim bütün rəvayətlər məni İslama daha da yaxınlaşdırır. Şükür Allaha ki, bu gün müsəlman olduğum üçün çox xoşbəxtəm. Braziliyaya getmişdim, bütün əhali xristiandır, katoliklər məndən soruşdu ki, qorxmursan valideynlərin səni hicabda görəcəklər?! Dedim ki, yox, qorxmuram. Mən namaz xalçamı əşyalarımın içinə qoydum və Braziliyaya getdim. Namaz vaxtı Kəbənin istiqamətini tapmaq üçün kompasdan istifadə edirdim. Atam sarıdan bir az narahat idim. Mən xalçanı sərdim, dəstəmaz aldım və gəldim namaz qılmağa başladım. Rəhmətlik atam xalçanın ətrafında dövrə vuraraq deyirdi ki, şükür Allaha, şükür Allaha, buna görə o, çox xoşbəxt idi. Mən elə xoşbəxtəm ki, müsəlman olduğum üçün.

Həccə getmək istəyirəm, amma getmək istəyirsənsə bu, böyük məsuliyyətdir, buna görə hələ ki, getməmişəm. Yoldaşım həmişə mənə deyir get, amma mən deyirəm ki, qorxuram, bu, çox böyük məsuliyyətdir, gərək dinimi tamamlayım. Həyat yoldaşım həmişə məni ürəkləndirir ki, gedim və onda bir az ürəklənmiş oluram. İmam Rza əleyhissəlamı ziyarət edəcəm. Hesab edirəm ki, bu, Həcc ziyarəti üçün bir hazırlıqdır. Hər kimki İslamı istəyir, belə fikirləşməlidir, kimlərki yolunu azıblar. Siz azmamalısız, siz sadəcə olaraq öz düşüncələrinizi nəzərdən keçirlməlisiz və tamamilə İslam haqqında düşünməlisiz. Bu, yeganə şeydir ki, sizi tamamlayır və axirətdə sizi rahat eliyən hər şeyə malik olacaqsınız. Ümid edirəm ki, hər bir insan doğru yola gələcək inşallah. Həmişə deyirəm və təkrar edirəm, İslamı çox sevirəm. Yoldaşım hər zaman mənə deyir biz geriyə, insanların nə elədiklərinə baxmamalıyıq. İrəli baxmalıyıq və Allaha xoş gedən işləri görməliyik.

Рейтинг

В этом разделе