»»

Hidayət olanlar 43 - John Nelson

Adı: John Nelson

Ölkə: ABŞ

Keçmiş dini (Məzhəbi): Xristian (Katolik)

 

 

Mənim adım Jon Nilsondur, 69 yaşım var. Kaliforniyada San Dieqo şəhərində doğulmuşam. Katolik olaraq böyüdülmüşəm. Ailəmizin universitetə gedən ilk üzvü mən olmuşam. 1960 ci illər idi və mən fəlsəfə üzrə ixtisaslaşdım.

2010cu ilin Dekabr ayında Müsəlman olmuşam. Və 3 həftə sonra evə gedəckdim, elə ki, evə getim ailəmə müsəlman olduğumu bildirdim.

2 hadisə başıma gəlib ki, onlardan birində gecə yarısı yuxudan ayıldım, mən yatırdım, və mən tək yaşayıram. Gecənin ortasında uca bir səs eşitdim. İngiliscə olan bu səs dedi “ibadət et”. Əvvəllər belə bir hal başıma gəlməmişdi. Sonra zehnimdən “axı mən necə ibadət etmək lazımdır bilmirəm” dedim. Və səs yenə təkrar etdi “ibadət et”. və zehnimdən 2 fikir keçdi. Biri bu idi ki, mən inanırdım, ikincisi isə təsdiq edirdim. Beləcə gözlərimi yumdum və yatdım.

Və 4 ya 5 həftə sonra yenə eyni hal yaşandı, gecə yarısı yenə səs eşitdim ki, bu səfər deyirdi “oxu”. Çarpayı masamda Quran kitabı var  idi. Əmirliyə gəldiyim ilk vaxtlarda həmkarlarımdan birisi hədiyyə eləmişdi. Gecələr onu mütaliə edir və gözdən keçirdərdim. Bir növ iş həyatım və yuxum arasandı keçid olurdu bu mütaliə. Bundan başqa zamanlarda isə oxumurdum və bir müddət sonra oxumağı tamam dayandırdım. Və mən işığı yandırb kitabı götürüb oxumağa başladım. Ondan sonra mənim zehnimdə bu düşüncə formalaşdı ki, bu kitab istirahət eləmək üçün oxunan bir kitab deyil. Və bu sənin gündəlik işin və yuxun arasında olan bir keçid üçün də deyil. Onda sənin üçün olan bir şey var ki, sənə onu oxumaq lazımdır. Kitabın burda olmasının da bütün məqsədi elə budur.

Mənim üçün İslamın xeyiri istiqamət-hidayət və bağlılıqdır. Çünki mən bilirəm ki, əgər bu dinin, bu İslamın, bu Tabeçiliyin prinsip və ruhunu izləsəm heç vaxt yanlışa düşmərəm.

Рейтинг

В этом разделе