»»

Hidayət olanlar 37 - Anna Hamdan

Adı: Anna Hamdan

Ölkə: Ukrayna

Keçmiş dini (Məzhəbi): Xristian

 

Mənim adım Anna Hamdandır. Üç uşağım var. Livanda ailə həyatı qurmuşam və artıq 5 ildir ki, burdayam. Həm Ukraynada, həm də Livanda olanda mənim din haqqımda heç bir bilgim yox idi. Hətta İslam adlı nəsə olduğunu belə heç vaxt bilmirdim. Həyat yoldaşım tədricən İslam, iman və Quran nə olduğunu mənə öyrətməyə başladı. Mənə evlənmək təklif elədi və dedi ki, biz evlənməyimiz üçün burdakı qaydalara uyğun olaraq mən İslamı qəbul eləməliyəm. Sonra əlbəttə ki, mən razılaşdım. İslamı qəbul elədim və biz ailə qurduq. Bir müddət sonra mən bəzi şeylər haqqında soruşmağa başladım. Nə soruşsam o, məni bu haqda məlumatlandırırdı.  

Sonra Livana gəldim. Burda hamı ibadət edirdi. Yavaş yavaş ərəb dilində bir az başa düşməyə başlayırdım. Gördüm ki, burda imanlı, etiqadlı bir atmosfer var. Həyat yoldaşımdan mənə namaz qılmağı öyrətməyini xahiş elədim. Ukraynada olanda mən oruc tuturdum. Ancaq yoldaşım oruc tutduğu üçün mən də tuturdum. İndi burda bilirəm ki, nəyə görə biz oruc tutmalıyıq. Sonra mənim uşaqlarım məktəbə getdilər. Böyük oğlum mənə hər gün deyirdi ki, niyə hicab geyinmirəm. Buna görə mən utanırdım. Amma hicabı oğluma görə geyinmədim. Artıq 3 ildir ki, hicab geyinirəm.

Ramazan ayının ilk günü idi, gecə saat iki olardı. Mən yuxudan oyandım. Yuxuda nə gördüyümü deyə bilmirəm, hətta xatırlaya da bilmirəm, amma o, elə bir yuxu idi ki, ağlaya ağlaya oyanmağa məcbur oldum. Sonra yenidən yatdım. Amma səhər yoldaşıma dedim ki, mən hicab geyinmək istəyirəm. O fikirləşdi ki, zarafat eliyirəm. Buna görə də dedi ki, hə yaxşı, necə istəyirsən elə də elə. Sonra işə getdi. Hicabı geyindim və mən doğrudan da elə hiss elədim ki, sanki başqa bir adamam. Hicab geyindiyim ilk ay mənə həqiqətən çətin gəlirdi. Elə bil kimsə mənim çiynimdə əyləşib deyirdi ki, sən niyə belə eliyirsən, niyə hicab geyindin? O biri çiynimdəsə bir nəfər mənə deyirdi, sən düz iş gördün. İndi bunu geyinməkdən çox məmnunam. Artıq hicab başqa geyimlərim kimi zərurətə çevrilib. Quran mənimçün əlbəttə ki, yalnız bir kitab deyil. Amma təəssüf ki, indiyə qədər mən onu oxuya bilmirəm. Uşaqlarım məktəbdə dini öyrənirlər.

Və mən buna çox şadam. Şadam ki, uşaqlarım dinin nə olduğunu biləcəklər. Burda - Livanda əhali dini yaxşı bilirlər. Onlar namaz qılır, oruc tuturlar və Quranı bilirlər. Oğlum oruc tutmağa başlayanda 8 yaşı var idi. Bilirsinizmi, mən əgər Livanda deyil Ukraynada yaşasaydım onlardan narahat olardım. Amma burda - Livanda heç nədən qorxmuram. Çünki bilirəm ki, kiminsə qəlbində iman olanda həyat onunçun çətin olmaz.

Рейтинг

В этом разделе