»»

Hidayət olanlar 35 - Emma Abadi

Adı: Emma Abadi

Ölkə: Qvatemala

Keçmiş dini (Məzhəbi): Xristian

 

 

Salam aleykum. Mənim adım Emma Abadidir, Mərkəzi Amerikadan Qvatemala şəhərindənəm. Ailəm xristian idi. Mən xristian olduğumçün xoşbəxt idim. Çünki, o zamanlar ancağ bu yolu bilirdik. 30 il əvvəl mən Amerikaya gəldim. Bura daha yaxşı həyat axtarmağçün gəlmişdim. Əlhəmdulillah indi onu tapdığımı düşünürəm. 16 il əvvəl mən həmişə xristian kilsəsinə gedirdim və Allaha dua edirdim. Dua edirdim ki məni həmişə düz yola yönəltsin. Bir gün başladım Allaha dua eləməyə. Mən o vaxt bilmirdim Allah (s.t) kimdir. Dua eliyirdim ki, yaxşı həyat yoldaşım olsun. Kilsədə dua eliyərkən mən ağlıyırdım. Onda Çikaqoda yaşayırdım.

Telefon istehsalıyla məşğul olan bir şirkətdə işləyirdim. Və orda bir nəfərlə tanış oldum. Həmin adam indi mənim həyat yoldaşımdır. Biz bir yerdə işləyirdik. Mən çalışırdım ki xristianlığı təbliğ edim. Onun sayəsində mən İslam haqqında öyrəndim. O mənə İslam haqqında danışanda təəccübləndim. Deyirdi ki sən bu haqda nəsə eşitmisən?

Cavab verirdim: yox, bilmirəm.

Mənə İsa (ə) haqqında danışmağa başladı. İsa (ə) -a ispanca biz "Hesus" deyirik. Mən ona öz dinimdən bildiklərimi izah eləməyə çalışırdım. Sonra o başladı ki, Emma bağışla sən Bibliyanı oxumusanmı?

Məndə deyirdim ki, hə oxumuşam.

O mənə deyirdi: Amma Bibliyada İsa (ə)-ın kim olduğu deyilir.

Beləliklə o mənə İslam haqqında danışmağa başladı. Yoldaşım hər dəfə İslam haqqında danışanda üzümü çevirib ağlayırdım. Çünki mənə İslam haqqında verdiyi hər bir izahat ağlıma batırdı. Məntiqli gəlirdi.

Hər dəfə işdən sonra axşam vaxtı evdə olanda onun mənə gün ərzində İslam haqqında dedikləri hər şeyi düşünüb analiz eləməyə başlıyırdım. Və ağlayırdım. Hər gün ağlayırdım. Düşünürdüm ki, onun İslam haqqında dediyi hər şey məntiqlidi. Mən bu haqda heç vaxt eşitməmişdim ki, bu doğrudur  ya yox. Beləliklə, növbəti gün mən yenə İslam haqqında soruşdum. Nəhayət fikirləşməyə başladım ki, ərim nə deyirsə düzdür.Amma bunu heçkəsə demədim. Mən həmdə kiləsəyə də gedirdim. Hər dəfə kilsəyə gedəndə eşidirdim ki, İsa (ə) Allahdı. Deyirdim ki yox bu belə deyil. Bu mənə məntiqli gəlmir. Çünki Allah təkdir. Bibliyada da belə deyilir. Amma bizə hələdə elə öyrədirlər ki, üç şəxs bir şəxs kimidir.

Bilirsiz? Bu adamı fikirində çaşbaş eləyir. Hətta mən balaca uşaqlara kilsədə Bibliyadan dərs deyirdim. Bibliyanı öyrədirdim. Mən dedim ki yox bu necə mümkündür ki üç Allah birində. Mən eşitmişəm ki yalnız bir Allah var. Bir gün mən dedim ki: Əziz Allahım, mən birdən artıq Allahı sevmək istəmirəm.Mən yalnız səni sevmək istəyirəm. İslam haqqında daha çox məlumat almaqçün internetdə axtarışlar eləyirdim və müqəddəs Quranı oxumağa başladım. İki-üç dəfə oxudum.Amma inanın mənə heç nə başa düşə bilmirdim. Başlanğıcda hər şeyi başa düşmək mənə çətin idi. Bəzi şeylər mənimçün tamamiylə yeni idi. Amma Allahla bağlı hər şey mənə təsirli və məntiqli görünürdü.

Bir gün yoldaşım bir film gətirmişdi. "Çağırış".

O, filmə baxmağa başladım.  Bu Muhəmməd Peyğəmbır (s) ın İslamı necə başlaması haqqında idi. Ərimə dedim bu mənim üçün hələ çox tezdi. Buna görədə baxmaq istəmədim. Ona görədə getdim öz otağıma və yatdım. Yoldaşımla uşaqlarım isə filmə baxdılar.

Xatırlayıram ki, qəfildən ağlamağa başladım.Mən ancaq ağlayırdım, ağlayırdım, ağlayırdım.

Yoldaşım dedi sənə nə olub?

Dedim bilmirəm.Yoldaşım və uşaqlarım məni sakitləşdirmək istəyirdilər.

Hey soruşurdular ki, Emma yaxşısan?

Mən onda da danışa bilmirdim,ancaq elə hey ağlayırdım.

Hardasa bir saat keçdi. Və mən izah eləyə bilmirdim ki, məndə nə baş verirdi. Ancaq ağlayırdım. Yoldaşım narahat idi. Və mən nəhayət ona söylədim.

Dedim siz o filmdə qulağ asdığınız mahnını eşitdim.

Cavab verdi ki: O filmdə heç bir mahnı yoxdur.

Dedim var. O hələdə mənim qulaqlarımdadır.Yoldaşım filmi açdı baxdı. Nəhayət mən azan səsini eşidəndə dedim ki bax bu musiqi idi.Mənim qulaqlarımda səslənən bu idi. Bu idi mənim qəlbimi alan.Və yenə ağlamağa başladım.

Bir dəfə mən internetdə İmam Əli (ə) haqqında bir səhifə gördüm. Səhifəni açdım və oxumağa başladım. Yazını yarıya qədər oxudum. Məni ağlamaq tutdu. Ağladım, ağladım, kompüteri əlimə alıb soruşdum ki, axı bunu kim yazıb, kim yazıb bunu? O zaman bu yazı mənim həyatıma o qədər təsir elədi ki, hey göz yaşı tökdüm. Onu oxudum və nə qədər oxuduğumu bilmirəm, çünki o, qısa dua deyildi, uzun bir dua idi. Mən onu oxuyub ağladım və dedim:

- Ey əziz Allah, mənim ürəyimi aç, axı bu, nə idi?! Mənə nə olur?! Dedim və yerə yıxıldım. Göz yaşlarım dinmirdi. Mən dedim, axı İmam Əli kimdir, kimdir o? Niyə bu sözləri deyir? Mən bunu sevdim, qəfildən eşitdim ki, deyirəm La ilahə iləllah və əşhədu la şərikə Allah. Mən şəhadət gətirirdim, evimdə ağlayaraq. Telefon zəng çalırdı, heç telefona cavab da vermədim. Bilmirəm nə qədər zaman çəkdi, bundan sonra bir az özümə gələndə telefona cavab verdim. Yoldaşım mənə dedi sənə nə olub? Sən bu günlər çox gərginsən, axı nə olub sənə? Mən danışa bilmirdim, ancaq ağlayırdım. Yoldaşım dedi Emma, nə baş verib, sən yaxşısan, xəstələnməmisən? Nəhayət ona dedim ki, yox mən müsəlmanam. Nəsən? Dedim müsəlmanam. Səndə hər şey qaydasındadır, Emma, nə olub sənə? Yoldaşım təşvişə düşmüşdü. Yoldaşım evə gəldi və mən ona hər şeyi danışdım. Dedim sənin dediyin kimi hicab, culba istəyirəm. Ona israrla bildirdim ki, mənə hicab tapsın. Yoldaşım dedi ki, yox fikirləşirəm ki, ciddi deyilsən, mənimlə zarafat edirsən. Cavab verdim ki, xeyr, tamamilə ciddiyəm. Beləliklə mən başımı örtdüm və uzun geyimlər geyindim.

Düşünürəm ki, İmam Əlinin həyatı, onun Allah sübhanə təalanı necə sevməsi insanlar üçün güclü bir ilham mənbəyidir. O gündən mən İslama sarıldım və İslamı sevdim, hicabı sevdim, məscidi sevdim, bunların hamısını sevdim. Nə zaman kimsə mənimlə söhbətə başlayanda mən də onlara İslam haqqında danışıram. Onlara deyirəm ki, məni Allah sübhanə təala və Əhli Beyt haqqında danışmaqdan başqa söhbətlər maraqlandırmır. Çünki Əhli Beyt üzvləri kifayət qədər pak insanlardır. Əvvəl bunu mən başa düşmürdüm. Amma onlar haqqında oxuduqca bildim. Məhəmməd peyğəmbər (ə) Allah sübhanə təaladan qəbul elədiyi hər şeyi öz ailəsinə öyrətdi. Onun ailəsi də açıq ürəkli idi. Aldıqları hər şeyi paylaşırdılar. Onlar sübut edirdilər ki, bu, həqiqətən də Allah sübhanə təalanındır. Bu günə qədər də kimsə, nə zamansa açıq ürəklə onlar haqqında eşidirsə dəyişir, həyatı dəyişir. İndi mən olduğum yolda çox xoşbəxtəm.

Mən Peyğəmbərin qızı Fatiməyi Zəhranın (s.ə) yolu ilə gedirəm. Onun bizim üçün, qadınlar üçün kifayət qədər yaxşı nümunə olduğunu düşünürəm. Mən onun anası Xədicə (s.ə) haqqında da oxumuşam. Onlar haqqında, onların bizə öyrətdikləri haqqında oxumağı xoşlayıram. Xanım Xədicə (s.ə) çox gözəl bir həyat yoldaşı olub. O, hər şeyini qeyd şərtsiz olaraq İslam yolunda verib. Bizlər üçün necə bir həyat yoldaşı olmağın gözəl bir nümunəsidir. Xanım Fatiməyi Zəhra (s.ə) yer üzündə olduğu qısa müddətdə nə qədər çox işlər gördü. Bir qız kimi atasına kömək edirdi. Bir həyat yoldaşı kimi çox işlər gördü. Yaxşı bir ana idi. Fikirləşirəm ki, onlar bizim üçün nümunədirlər. Başqa birilərini tanımıram ki, bu cür olsun. Onlar kimi geyinən, onlar kimi ibadət, itaət edən başqa biriləri yoxdur. Mənim üçün əsas onlardır. Mən Əhli Beyti xoşlayıram.

Biz İslam üçün canımızdan keçməliyik. Bu, təkcə fiziki baxımından deyil, biz öz istəklərimizlə ölüm dirim mübarizəsi aparmalıyıq. Çünki bizi Allah sübhanə təaladan uzaqlaşdırırsa onu özümüzdən kənarlaşdırmalıyıq, düzdürmü?Əhli Beytin bizim güclü olmağımız üçün öyrətdiyi əsas şey budur. Sevgimizdə güclü olmaq, hətta bizi kimsə incitdiyində belə onları sevmək, onlar üçün dua eləmək, onlara kömək eləmək. Onlara əvəz qaytarmaq yox, əgər onlar bizi incidirsə onların elədikləri ilə onlara cavab qaytarmaq yox, mərhəmət göstərmək. Bu isə həqiqətən də çətindir. Hər kəs bunu edə bilməz. Amma bu, bizim üçün bir nümunədir. Mən bunu sevirəm. Onlar kimi olmağı xoşlayıram. Əvvəl məndə İmam Mehdi (ə) haqqında bir az suallar var idi, çünki İsa (ə) haqqında öyrəndiklərimlə bəzi oxşarlıqlar görürdüm. O zaman bizə bunu öyrədirdilər ki, O gələcək və hər şey dəyişəcək. Allah sübhanə təala onu göndərəcək və o mübarizə aparacaq. Beləliklə mən İmam Mehdi haqqında eşidəndə yoldaşımdan soruşdum ki, o, İsadır (ə). Yoldaşım izah elədi və bu barədə internetdən də oxudum. İmam Mehdi (ə) bizim aramızdadır, amma biz onu görmürük. Bildirdi ki, onlar Allah sübhanə təalanın son sözünü, iznini gözləyirlər. İnşallah o gəldiyi zaman biz onu görərik. Biz onu ehtiramla gözləyirik. Mediada İslam haqqında çox mənfi danışılırdı.

Bir gün həkimimin qəbuluna getmişdim. Bir qadın orda məndən soruşdu ki, Emma sən ərəbsən? Dedim yox, ərəb deyiləm. Dedi bir söz soruşsam cavab verə bilərsən? Dedim buyur. Soruşdu ki, İslamda səni nə cəlb elədi? Ona dedim çünki İslam həqiqətdir. İslam mənə Allahın kimliyi barədə həqiqəti öyrətdi. Mənim Allahı axtaran hər bir kəsə mesajım budur ki, ilk addımınızı Quranla atın. Görün ki, Quranda Allah kimdir. Bizi yaradandır. Bibliyada da bu var. Bibliyada bizə deyilir Allah kimdir. Amma əfsuslar olsun ki, bəzən Bibliyanı biz adi bir kitab kimi oxuyuruq. Biz Allah sübhanə təalaya vaxt ayırmırıq ki, bizə göstərsin, desin ki, mən buyam, təkəm, mən yalnız, tək olanam. Peyğəmbərimiz Məhəmməd (ə) deyir ki, mən sadəcə Rəsulallaham. Burda çox gözəl bir hikmət var. İsa (ə) da eyni sözü deyir. Hər dəfə o ibadət edəndə Allaha ibadət edirdi. Və bunu bizə də öyrədirdi. Bizə öyrədirdi ki, Allaha necə ibadət etmək lazımdır. Allaha necə yanaşmaq lazımdır. Hər kim Allah haqqında sadəcə beşcə dəqiqə danışsa məncə anlamağa bəs edər. Amma açıq ürəklə eləməliyik və İslamın gözəlliyini görəcəyik. İslam başqa bir din deyil. İslam İsanın (ə) bizə göndərdiyi mesajla eynidir. Bu, təsdiqdir!

 

Рейтинг

В этом разделе