»»

Hidayət olanlar 33 - Verciniya Taylor

Adı: Verciniya Taylor

Ölkə: Böyük Britaniya

Keçmiş dini (Məzhəbi): Xristian

 

Mənim adım Verciniyadır. Mən İngiltərədə - Bekinqam qraflığında doğulub boya başa çatmışam. Mən nonkonformist protestant xristian olaraq tərbiyə almışam. Kifayət qədər dindar bir ailədən idim. İnanıram ki, çox yaxşı təməlim, tərbiyəm olub. Lakin təxminən 16 yaşımda xatırlayıram kilsədə durub fikirləşirdim ki, məncə bura daha tez-tez gəlməliyəm. Çünki artıq bu dövrlərimdə kilsəyə hər həftə gəlmirdim. Amma nə zaman ora getsəm rahat olardım. Ancaq həmişə ağlımda nə isə bir amma sözü olurdu. Və mən həqiqətən başa düşə bilmirdim ki, bu nədir. Təxminən bu zamanlar mən öz həyat yoldaşımla tanış oldum. O, mənə dedi ki, ateistdir. Buna görə də mən kilsəyə getməyi dayandırmağı qərar verdim. Yəni o, mənim bəhanəm oldu. Daha ora getməyə ehtiyac olmadığını və ora getməməklə həyat yoldaşımı razı salacağımı düşündüm.

3 il sonra evləndik, qızımız dünyaya gəldi. Onu kilsəyə apardıq, xaç suyuna salındı. Onu dini məktəbə göndərdim. Sonra o, qardaşları ilə birlikdə böyüdü. Həyat yoldaşım da buna görə çox xoşbəxt idi. Heç vaxt mənimlə mübahisə eləmirdi. Sadəcə olaraq deyirdi ki, belə yaxşıdı, sən düzgün tərbiyə edirsən. Onlar yaxşını pisdən ayırmağı öyrənəcəklər.

Bir dostum var idi. O, Banqladeşdən olan həkim idi. Biz onlarda seçkilərlə bağlı kampaniya aparırdıq. O, mənə deyirdi ki, qatı müsəlmandı, amma mən bilirdim bu, belə deyil. Bilirdim ki, gündə bir dəfə namaz qılır, donuz əti yeyir, içki içirdi. Özlüyümdə onun bədbəxt bir müsəlman olduğunu qərara aldım. Onun nə üçün özünü yaxşı müsəlman hesab etməsini bilmək istəyirdim. Amma bunu eliyə bilmədim. Sonra bir gün o, mənə ingilis dilində Quran alaraq məni təəccübləndirdi. Mən oxudum və o andan qərara aldım ki, həqiqətən nəsə eləməliyəm. Əgər müsəlman olmasam belə ən azı həqiqətən dini tam anlamaqla bağlı nəsə eləməliyəm.

Mən 2 saytla əlaqə saxladım. Onlardan biri şiə, digəri isə sünni saytı idi. Sünni olan mənim evimə yaxın idi. Ora getdim və sünni - sələfi şəhadəti gətirdim. Biz çox tezliklə mübahisə eləməyə başladıq. Sual verən insanları onlar xoşlamırdılar. Təxminən may və ya iyun ayı idi 2 uşaqlı ana olan çox savadlı və yaxşı təhsil görmüş bir bacı mənə dedi ki, o, başqa bir versiyaya da baxmadan ona deyilən bir şeyə inanmağı anlamaqda çətinlik çəkir. Bu məqamlarda mən də getdim sünnilərə dedim ki, İslamı adamlardan öyrənmək istəmirəm.

Mən sonra başqa saytla da - şiələrin convertislam.com saytı ilə də əlaqə saxladım. İki adamla tanış oldum. Onlar mənə kömək edirdilər. Onlar həmişə mənim şiə məzhəbi haqqında olan suallarıma cavab verirdilər. Həmişə şiəlik nöqteyi nəzərini sübut eləmək üçün o kitablarından istifadə edirdilər ki, həmin kitablar mənim inanmağıma kömək edirdi.

Nəhayət ki, mən şiə oldum. Hətta məni çox cəlb eləmişdi. İki şey mənə vermişdilər, biri kasetə yazılmış səsli kitab idi, İmam Hüseyn və Kərbəla haqqında idi. Yaxşı xatırlayıram ki, ona qulaq asanda maşında gedirdim. Məcbur oldum ki, maşını saxlayım. Çünki çox ağlayırdım.

Çox aydın şəkildə xatırlayıram. Birinci dəfə çalışdım ki, İslam qaydaları ilə ibadət edim. İşimdən bir az kənarlaşmışdım. Yarım gün işləyirdim və mütaliyə edirdim. Səhərləri oxumaqla keçirirdim. Sonra bir kitab tapdım, alış-veriş edərkən qarşıma çıxdı. “İslamı özün öyrən” adlı kitab. Fikrimcə bu, tələbələr üçün idi. O kitabda əsas dualar var idi. Müsəlmanlar necə namaz qılır. Mən cəhd elədim, həmin gün namaz qıldıqdan sonra keçirdiyim hisləri hələ də yaxşı xatırlayıram.
    

 

Рейтинг

В этом разделе