»»

Hidayət olanlar 31 - İngilis xanım Qabriela

Adı: Qabriela

Ölkə: Böyük Britaniya

Keçmiş dini (Məzhəbi): ..

22 yaşlı məsihi ingilis xanım Qabriela İslam dinini qəbul edərək müsəlman olub. O qeyd edib ki, ilk dəfə Qurani-Kərimi oxuyarkən oradakı müqəddəs yazılar ona aramlıq bəxş edib.

“Həzrəti Fatiməni (s) sevirəm, Onun atası hz. Məhəmməd (s), anası hz. Xədicə (s) və həyat yoldaşı hz. Əli (ə) idi. O Həzrət (s) İmam Həsən (ə) və İmam Hüseynin (ə) anası idi“, – deyə Qabriela bildirib.

O, əziz İslam Peyğəmbərinin (s) mübarək hədisinə istinad edərək qeyd edib ki, Xanım Zəhra (s) “cənnətin bir parçasıdır”.

O deyib ki, Xanım Zəhranın (ə) şəxsiyyətindən olduqca təsirlənib.

İngilis xanım Londan yerləşən İslami Mərkəzdə Xanım Fatimeyi-Zəhranın (s) mövlud günü münasibətilə keçirilən tədbirdə şəhadət gətirərək özünə yeni ad – “Fatimə” adını seçib.

Mərasim iştirakçıları yüksək səslə salavatlar çevirərək yeni müsəlman olan xanımı salamlayıb təbrik ediblər.

Mənbə: az.shafaqna.com

 

 

Рейтинг

В этом разделе