»»

Ölülər eşidirmi?

  1. Mövzunun tarixi əsası və əhəmiyyəti
  2. Ölülərin eşitməsi haqqında Qurandan və hədisdən dəlil
  3. Sələfi dəlilllərinə baxış
  4. Quran təsdiqləyir ki Rəsulallah bizim hərəkətlərimizi görür
  5. Ölülərin eşitməsinə dair vəhabilərin digər dəlilləri

Ölülərin eşitməsi haqqında Qurandan və Hədisdən Dəlil

Quran Saleh (ə) Peyğəmbərin sözlərini ölülərə xatırladır. Bu nitq onun dövləti dağılandan sonra söylənilib.

(əl-Əraf 7:77) Sonra o dəvəni tutub kəsdilər və (bununla da) Rəbbinin əmrini saymazyana pozub (istehza ilə): “Ey Saleh! Əgər sən (həqiqi) peyğəmbərlərdənsənsə, bizi qorxutduğunu (bizi təhdid etdiyin əzabı) gətir görək!” – dedilər.

(əl-Əraf 7:78) Buna görə də onları dəhşətli bir sarsıntı (yerdən zəlzələ, göydən tükürpədici bir səs) bürüdü, onlar öz evlərində diz üstə düşüb qaldılar (bir göz qırpımında həlak oldular).

(əl-Əraf 7:79) (Saleh) onlardan üz döndərib belə dedi: “Ey camaatım! Mən sizə Rəbbimin əmrini (mənə lütf etdiyi peyğəmbərliyi) təbliğ etdim və sizə öyüd-nəsihət verdim. Lakin siz öyüd-nəsihət verənləri sevmirsiniz!”

Lütfən bunu qeyd edin ki, Qurandakı bu ayələrə əsasən, AllahSalehin (ə) qövmünü məhv etdikdən sonra Saleh (ə) həmin qövmə müraciət edir. Buradan aydın olur ki, ölülərin ruhları eşidə bilir, belə olmayan halda Salehin (ə) öz xalqına müraciətinin mənası nə ola bilər? Yoxsa sələfilər Salehin Faydasız iş gördüyünü və Müşrik olduğunu düşünürlər (İbn Abdul Vahhabın sözlərinə görə, əgər bir nəfər ölülərin eşitməsini düşünürsə, bu o deməkdir ki, o şəxs müşrikdir)?Bəs nə üçün Allah bu faydasız və siyasi işi Quranda xatırlatmışdır?

İkincisi, sələfilər Salehin (ə) nitqinin hər bir şəxsə və ya öz dövlətindəki hər bir ölüyə çatdırılması üçün Uca Səslə danışan Natiqlərdən istifadə etdiyini düşünürlər? Xeyr, o uca səslə danışan natiqlərdən istifadə etməmişdir, çünki Müqəddəs Quran onun xalqının hər bir nümayəndəsinin bu nitqi eşitməsinə şahidlik edir.

Bu açıq-aydın göstərir ki, yaxınlıqdan və ya uzaqdan gələn çağırışların ölülər üçün heç bir fərqi yoxdur. Onların eşitmə imkanları canlıların (dirilərin) eşitmə imkanlarından fərqlidir və onlar bir-biri ilə müqayisə oluna bilməz. Əgər bir şəxs müqayisə edirsə o, əlbəttə ki, səhvə yol vermiş olur.

Allah bu imkanların nə olduğunu bizə bildirməyib, lakin Quran ölülərin yaxın və ya uzaq olmasından asılı olmayaraq bizi eşitməsinə şahidlik edir. Buna inanmaq üçün bu bizə kifayətdir.

Üçüncüsü, nə üçün sələfilər Salehin (ə) öz ölmüş xalqına “Ey Qövmüm” deməsini normal qəbul edirlər, amma bizim “Ya Rəsulallah” deməizi şirk hesab edirlər?

Şuayb Peyğəmbərin ölülərlə danışması

Qurandan ayələr:

(əl-Əraf 7:91) Elə bu zaman onları dəhşətli bir sarsıntı (yerdən zəlzələ, göydən tükürpədici bir səs) bürüdü və onlar öz evlərində diz üstə düşüb qaldılar (bir göz qırpımında həlak oldular).

(əl-Əraf 7:92) Şüeybi yalançı adlandıranlar, sanki orada (evlərində) heç bir şənlik (nemət) içində yaşamamışdılar. Şüeybi təkzib edənlərin özləri ziyana uğrayanlar oldular.

(əl-Əraf 7:93) (Şüeyb) onlardan üz döndərib dedi: “Ey camaatım! Mən sizə Rəbbimin əmrlərini təbliğ etdim və öyüd-nəsihət verdim. İndi kafir bir tayfadan ötrü necə yas tutum?”

Rəsulallah (saas) Bədr döyüşündə öldürülmüş küffarlara müraciətində

İbn Ömər tərəfindən söylənilmişdir:

Allahın Elçisi (s) quyuda basdırılmış insanlarla danışaraq demişdir: “İndi Rəbbinizin sizə verdiyi vədinin doğru olduğunu gördünüzmü?”. Sonra kimsə ucadan dedi: “Sən ölülərəmi səslənirsən!”. Peyğəmbər cavab verdi: “Onlar sizdən daha yaxşı eşidir, lakin onlar cavab verə bilmirlər.

Səhih, Buxari, 2-ci cild, 23-cü kitab, hədis № 452

Əbu Təlha tərəfindən söylənilmişdir:

“Bədr günündə Peyğəmbər (s) əmr verdi ki, Qüreyşlilərin 24 başçısının cəsədləri Bədrin çirkli dərin quyularından birinə atılsın. O quyunun kənarında dayanan zaman Allahsız Qüreyş cəsədlərinin adları və atalarının adları ilə onlara müraciət etdi: “Ey filankəsin oğlu filankəs! Allaha və onun elçisinə boyun əysəydin razı qalardın. Rəbbimizin bizə verdiyi vədin doğru olduğunu bildik. Sən də Allahın sənə verdiyi vədin doğru oduğunu anladınmı?” Ömər dedi: “Ey Allahın elçisisi! Sən ruhu olmayan cəsədlərlə danışırsan!” Allahın elçisisi dedi: “Allaha and olsun ki, onlar sizdən daha yaxşı eşidir.” (Qatada dedi: “Allah onları yenidən diriltdi ki, onlar peyğəmbəri və onun töhmətlərini eşitsinlər, peyğəmbərin qisası alınsın və onları məcbur etdi ki, özlərini tam peşman olmuş və kədərlənmiş hiss etsinlər.”)

Səhih Buxari, 5-ci cild, 59-cu kitab, hədis № 314

Və Ənəs b. Malik dedi ki:

Allahın elçisi (saas) Bədrdə döyüşmüş kafirlərin cəsədlərini üç gün basdırılmamış halda qoydu. Sonra o onların yanına gələrək orada əyləşdi və onları çağıraraq dedi: Ey Əbu Cəhl b. Hişam, Ey Üməyyə b. Xələf, Ey Utba b. Rab`ilə, Ey Şaibə b. Rəbiyə Rəbbinizin sizə verdiyi vədin doğru olduğunu anlamadınızmı? Mənə gəlincə isə, mənim Rəbbimin vədlərinin tamamilə doğru olmasını bilirəm. Ömər Allah elçisinin (saas) sözlərini dinlədi və dedi: Ey Allahın elçisi, onlar səni necə eşidib cavab verə bilər? Onlar ölüblər və onların cəsədləri çürüyüb. Bundan sonra, o (müqəddəs peyğəmbər) dedi: Allaha and olsun ki, mənim dediklərimi onlar sizdən daha aydın eşidirlər, lakin onların cavab vermək qüdrəti yoxdur. Sonra o göstəriş verdi ki, onlar Bədr quyusunda dəfn olunsun.

Səhih Muslim, 040-cı kitab, hədis № 6869

İbn Şihab tərəfindən söylənilmişdir:

Bunlar Allah elçisinin vuruşduğu döyüşlərdir və Bədr döyüşünü xatırlayarkən o dedi: Kafirlərin cəsədləri quyuya atılarkən Allahın elçisi onlara dedi: “Rəbbinizin sizə verdiyi vədin doğru olduğunu anladınızmı?” Abdullah dedi: “Peyğəmbərin dostlarından bəziləri dedi: “ Ey Allahın elçisi! Sən ölmüş insanlara müraciət edirsən? Allahın elçisi cavab verdi: Mənim dediklərimi onlar sizdən daha yaxşı eşidirlər.”

Səhih Buxari, 5-ci cild, 59-cu kitab, hədis № 360

Xahiş edirik qeyd edəsiniz ki, Rəsulallah (saas) quyuda ölmüş şəkildə qalan kafirlərə müraciət edir və o, ölü cəsədlərin ruhlarının dirilərdən daha yaxşı eşitdiyini iddia edir.

Bir anlığa təsəvvür edin, əgər siz DİRİ olaraq basdırılsanız hər hansısa bir səsi (yaxın və uzaq) Eşidə bilərdinizmi? Cavabınız yəgin ki, “Xeyr!” olacaq, çünki yaxın və ya uzaqdan gələn səsin yalnız sağ olan insan üçün fərqi var ki, yaxından gələn səsi eşidir, amma uzaq məsafədən isə eşidmir. Ruhlar üçün isə məsafənin heç bir fərqi yoxdur və onlar səsin yaxın və ya uzaq məsafədən gəlməsindən asılı olmayaraq onu eşidəcəklər.

Sələfilər ikili standartlarını nəzərdən keçirməlidirlər, yəni, Rəsulallah (saas) “Ey Əbu Cəhl...... Ey Ümayyə....... Ey Utba....” deyən zaman doğru, lakin “Ya Rəsulallah (saas)” deyəndə isə şirk olurmu?

Ölülər ayaq səslərini eşidirlər

Ənəs bin Malik demişdir:

Allah elçisi dedi: Allahın qulları məzara qoyulan zaman və onun dostları geri dönən zaman o, onların hətta ayaq səslərini belə eşidir və sonra iki mələk onun yanına gəlir və onu əyləşdirir və soruşur.

1. Səhih Buxari, 2-ci cild, 23-cü kitab, hədis № 456

2. Səhih Muslim, 040-cı kitab, hədis № 6862

Diri olaraq məzarda basdırılan bir şəxs ayaq səslərini eşidə biərmi?

Qəbristanlığın yanından ötən zaman Müsəlmanların ölüləri necə salamlaması haqqında Rəsulallahın (saas) söylədiyi bütün HƏDİSLƏR

Bu da çox maraqlıdır ki, sələfilər ölülərin hətta salamları da eşitməməsini iddia edirlər. Gəlin bütün ömrü boyu Rəsulallahın ölüləri salamladığı “Əssalamu Aleykum Ey Qəbir Əhli” sözləri iləonların iddiasını müqayisə edək.

(Qeyd: Aşağıdakı bütün istinadlar Səhih Müslimdən gətirilmişdir və Abdul Hamid Siddiqi adlı sələfi tərəfindən İngilis dilinə tərcümə olunmuşdur.)

Əbu Hüreyrə demişdir: Allahın elçisi (saas) qəbristanlığa getmiş və demişdir:

Allahın salamı sizlərə olsun! Ey iman gətirənlər, Allahın köməyi ilə biz də sizin yanınıza gələcəyik. Mən öz qardaşlarımı görməyi xoşlayıram. Onlar (bunu eşidənlər) dedilər: Biz sənin qardaşların deyilikmi – Ey Allahın elçisi? O dedi: Siz mənim dostlarımsınız və bizim qardaşlarımız hələ dünyaya gəlməmiş kəslərdir.

Səhihi Muslim, 002-ci kitab, hədis № 0482

Əbu Hüreyrə demişdir: Allahın Elçisi (saas) qəbristanlığa getmiş və demişdir:

Allahın salamı sizlərə olsun! Ey iman gətirənlər, Allahın köməyi ilə biz də sizin yanınıza gələcəyik...(v.s və ilaxır) Malikin sözləri istisna olmaqla İsmayıl b. Cəfər tərəfindən söylənilmiş hədis kimi: Sonra bəzi insanlar mənim hovuzumdan qovulacaq.

Səhihi Muslim, 002-ci kitab, hədis № 0483

Süleyman b. Burayda atasından nəql etmişdir ki, onlar qəbristanlıqdan çıxan zaman Allahın elçisi (saas) onları öyrədərdi. Rəvayət edənlərdən biri Əbu Bəkrin hakimiyyəti vaxtı nəql etdiyi bu sözləri hədisdə söyləyərdi:

“Allahın salamı sizlərə olsun! Ey şəhər sakinləri (yəni, qəbristanlıq).” Zuhayrdan nəql olunan hədisdə deyilir ki, (o sözlər bunlardır): “Allahın salamı sizlərə olsun! Ey şəhər sakinləri, iman gətirənlər və müsəlmanlar, Allahın köməyi ilə biz də sizin yanınıza gələcəyik. Mən bizlər və sizlər üçün Allahdan rəhmət diləyirəm.

Səhihi Muslim, 004-cü kitab, hədis № 2128

Aişə rəvayət edir ki, (Allahın elçisi (saas) ilə gecəni keçirmək üçün mənim növbəm çatanda) o sübh çağına az qalmış əl-Bəqiyə gedib deyərdi:

Allahın salamı sizlərə olsun! Ey iman gətirənlər, sizə verilən vədlərlə gec-tez qarşılaşacaqsınız; Allahın köməyi ilə biz də sizin yanınıza gələcəyik. Ey Rəbbim, Bəqi`əl-Qarqad əhlinin günahından keç. Qutayba onun "sizə gələrdi" sözlərini xatırlatmadı.

Səhihi Müslim, 004-cü kitab, hədis № 2126

Aişə dedi: Ey Allahın Elçisi, mən onlar üçün necə dua edə bilərəm? O dedi:

De ki, bütün iman gətirənlər və müsəlman olan şəhər əhlinə (qəbristanlıq) salam olsun və qoy Allah bizdən öncəkilərə və bizdən sonra gələnlərə mərhəmət etsin və Allahın köməkliyi ilə biz də onların yanına gedəcəyik.”

Səhihi Müslim, 004-cü kitab, hədis № 2127

Şərhlər:

Bu Rəsulallahın (saas) bütün ömrü boyu həyata keçirdiyi işdir (yəni, o ölülərə müraciət edərək onları salamlamışdır). Sonralar səhabə, təbiin, üləma, füqaha və hər bir müsəlman bunu etmişdir. Müsəlmanlar bu gün də bunu davam etdirirlər (sələfilərin özləri də daxil olmaqla). Hələ də kimsə ölülərin eşitməməsini inkar edə bilər?

Rəsulallahın bütün həyatı boyu ölülərə müraciət etməsinin FAYDASIZ/SİYASİ İŞ olmasına necə inanıla bilər və o, öz ümmətinə Qiyamət gününə qədər belə faydasız/siyasi işə göz yummasına necə icazə verə bilər?

İkincisi, Rəsulallah (saas) Baqi qəbristanlığına daxil olar və ölüləri Yalnız Bir dəfə salamlayardı. O (saas.), salamının ölülər tərəfindən eşidilməsinə əmin olmaq üçün nə onlara bir-bir yaxınlaşar, nə də onları məzardan çıxarardı. Biz də qəbristanlığa gedərkən ölülərə bir dəfə salam deyilməsinin yetərli olmasına inanırıq.

Bu da açıq-aşkar sübut edir ki, Allah yaxın və ya uzaq məsafədən gələn səsləri eşitmək üçün ölülərin ruhuna qüvvət vermişdir. Bununla belə, bu Allah tərəfindən dirilərə verilməyən bir vasitədir.

Üçüncüsü, “Ya Rəsulallah” demənin şirk olduğuna inanan kəslər Allah elçisinin sözlərinə diqqət yetirməli və əhəmiyyət verməlidirlər, çünki o, bütün ömrü boyu və həmişə “Ey Qəbir Əhli” demişdir.

Ölülərin onları qəbristanlığa aparan insanlara səslənməsi

Əbu Səid Əl-Xudri söyləmişdir:

Allah elçisi dedi: Əgər ölən şəxs mömindirsə dəfn mərasimi hazır olduqda (dəfn olunması üçün) və insanlar onu çiyinləri üzərinə qaldırdıqda o deyir: “Məni aparın” və əgər ölən şəxs mömin deyilsə onda o deyir: “Vay başıma gələnlər! Siz məni hara aparırsınız?” İnsanlardan başqa onun səsini hamı eşidir; əgər onlar bunu eşitsələr ağıllarını itirərlər.”

Səhihi Buxari, 2-ci cild, 23-cü kitab, hədis № 462: Möhsin Xan tərəfindən tərcümə edilmişdir.

Bu onu göstərir ki, ölülər yalnız bizi eşitmirlər, eyni zamanda dünyada baş verənlərdən də xəbərdar olurlar. İnsanlardan başqa onun səsini hamı eşidir.

Rəsulallah insanlara bildirir ki, ölüləri dəfn etdikdən sonra bir müddət onları ziyarət edin

Əmr ibn əl-As söyləmişdir:

İbn Şamasah dedi: Biz Əmr ibn əl-Asın yanına getdik və o ölmək üzrə idi. O bir müddət ağladıqdan sonra üzünü divara çevirdi. Onun oğlu dedi: Allahın elçisi (saas.) sənə bu barədə xəbər gətirməyibmi? Allahın elçisi (saas.) sənə bu barədə xəbər gətirməyibmi? O (rəvayət edən) dedi: O üzünü yanındakılara tutub dedi: Bizim ən çox inandığımız şey Allahdan başqa Allahın olmamasına və Məhəmmədin (saas.) Allahın elçisi olmasına şahidlik etməyimizdir. Həqiqətən də mən üç mərhələdən keçdim.

................

Mən ölən zaman nə bir alovun, nə də göz yaşı tökən bir qadının məni müşayiət etməsinə icazə verməyin. Məni dəfn edən zaman məzarımı torpaqla yaxşıca doldurun, sonra dəvə doğranıb paylanana qədər bir müddət onun ətrafında dayanın ki, sizin yaxınlığınızı hiss edim və Allahın elçilərinə (mələklərə) nə cavab verəcəyimi yəqin edim.

Səhihi Müslim, 1-ci kitab, hədis № 0220: Əbdül Həmid Siddiqi tərcümə etmişdir.

(Qeyd: Ölülərin eşitməsi haqqında digər sünnə və səhihdəRəsulallahdan (saas) bir çox hədislər var. (Yuxarıdakı hədislər yalnız Buxari və Müslimdən götürülmüşdür)

Çox maraqlıdır ki, bütün bu hədislərin hamısı ölülərin eşitməsini göstərir. Bu hədislərdən bir dənəsi belə olsun ölülərin eşitməməsini göstərmir.

Və bu hədislərin hamısı yaxın və ya uzaq məsafədən asılı olmayaraq ölülərin eşitməsini göstərir, yəni, yaxın və uzaqdan gələn səslərin heç bir fərqi yoxdur.)

Peyğəmbərlər öz məzarlarında sağdırlar və dua edirlər

Rəsulallah (saas) buyurmuşdur:

Allah peyğəmbərlərin cəsədini yeməyi torpağa qadağan etmişdir. Beləliklə, peyğəmbərlər sağdırlar və onlar, müntəzəm olaraq, öz qidalarını alırlar.

İbn Məcah bu səhih hədisi öz Sünnəsində rəvayət etmişdir, cənazələr ch.65 (1:524#1636-7), iqamət-us-salavat sünnə idi ch. 79 (1:345#1085); Əbu Davud,Sünnə, salavat 1:275 (#1047); Nasai, Sünnə, Cümə namazı) 3:92; Əhməd bin Həmbəl, Musnad (4:8); İbn Hibban, əs-Səhih (3:191#910); Darimi, Sünnə (1:307#1580); İbn Xuzaymah, əs-Səhih (3:118#1733); İbn Əbi Şaybah, al-Müsannaf (2:516); Hakim, əl-Müstədrək (1:278); Təbərani, əl-Mücam-ul-kabir (1:217#589); və Sünnə-ul-kubra Bəyhəqi (3:249).

Mənbə: Dr.Tahir-ul-Qədri tərəfindən `Kömək üçün yalvarış`

Peyğəmbərlərin dərəcəsi “Şəhidlik” dərəcəsindən yüksəkdir. Allah bunu Quranda açıq-aşkar bəyan edir ki, şəhidlər ölmürlər, onlar sağdırlar. Lakin biz bunu dərk edə bilmirik.

Eynilə biz, məzardakı ölülərin eşitməsi imkanlarını da dərk etmirik, lakin yuxarıda bəhs olunan Quran ayələrindən və hədislərə əsaslanaraq ölülərin bizi eşitməsinədair heç bir şübhəmiz qalmır.

Həzrət İsa (ə) Rəsulallaha “Ya Rəsulallah” sözləri ilə müraciət edəcək

Peyğəmbərin (saas) öz sevdiklərini tanıması və onları eşitməsi vəhy olunub. Bir dəfə o öz dostlarına demişdir ki, o dünyaya qayıdacaq. Sonra Həzrət İsa (ə) Mədinəni ziyarət edəcək və Peyğəmbər (saas) dedi: İsa (ə) mənim məzarımın yanında dayanacaq və deyəcək: “Ya Mühəmməd!” Mən ona cavab verəcəm.

İbn Hacər Əsqalani, əl-Matalib-ul-aliyah, (4:23#3853)

Mənbə: `Peyğəmbərə Allahın Salamı və Salavatı olsun` Dr. Tahir-ul-Qədri tərəfindən

İndi Həzrət İsa İbn Məryəm (ə)əleyhinə Şirk fətvası vermək üçün bu bir dəvətdir. (Nəuzubillah).

Ölümündən sonra səhabənin Rəsulallaha (saas) müraciəti

Allah-təala Quranın bu ayəsində deyir:

(Nisə 4:64) Biz hər bir peyğəmbəri, ancaq ona Allahın iznilə itaət olunsun deyə, göndərdik. Onlar (münafiqlər) özlərinə zülm etdikləri zaman dərhal sənin yanına gəlib Allahdan bağışlanmaq diləsəydilər və Peyğəmbər də onlar üçün əfv istəsəydi, əlbəttə, Allahın tövbələri qəbul edən, mərhəmətli olduğunu bilərdilər.

Bu ayə Rəsulallahın (saas.) ölümündən sonra onu müdafiə etmək üçün bir səhabə tərəfindən söylənilmişdir.

Əlavə olaraq, İmam Qurtubi özünün məşhur əl-əhkam-il-Quran (5:265-6) təfsirində bu hadisəni belə danışmışdır. O deyir:

“Əbu Sadiq bunu Əlidən (ə) nəql edir. Müqəddəs Peyğəmbərin (s.a.a.a) dəfnindən üç gün sonra bir kəndli bizi görməyə gəldi. O Peyğəmbərin (saas) məzarı yanında dayandı, məzarın torpağını öz bədəninə səpdi və dedi: “Ey Allahın Rəsulu, sən söylədin və biz də səndən eşitdik. Sənə Allahdan vəhylər gəldi və biz də o vəhyləri səndən eşitdik və bu ilahi vəhylərdən biri “va lav annahum idh zalamu anfusahum”dur. Bu həqiqətdir ki, mən yanılmışam və ona görə də bağışlanmağım üçün mənə dua elə. (Kəndlinin yalvarışına cavab olaraq) o, məzardan səsləndi: `Sənin bağışlanmağına heç bir şübhə yoxdur.`”

Mənbə: `Kömək üçün yalvarmaq` Dr.Tahir-ul-Qədri.

Ölülərin eşidib-eşidməməsinə dair artıq şərhimizə ehtiyac varmı?

(əl-Mumtəhinə 60:13) Ey iman gətirənlər! Allahın qəzəbinə düçar olmuş bir qövmlə dostluq etməyin. Kafirlər qəbiristan əhlindən (ölülərin qiyamət günü diriləcəyindən) ümidlərini üzdükləri kimi, onlar da axirətdən (axirətdə Allahın mərhəmətindən) ümidlərini üzmüşlər!

Ağa Mehdi Puya buyurmuşdur:

Bu ayənin son hissəsi onu da təsdiqləyir ki, qəbir əhli tam həyat sürmür və onlarin yalnizca toz və çürümüş sümükdən ibarət olduğuna inanmaq küfrdür.

Pooya/Ali Commentary 60:13

Aişə rəvayət edir:

“...(Peyğəmbərin xanımı) Əbu Bəkr Əs Sunə (Əl Aliyə) adlı yerdə olanda Allah Rəsulu vəfat etdi. Ömər qalxdı və belə dedi: “And olsun Allaha! Allah rəsulu ölməyib.” Sonra Ömər davam etdi: “Bundan başqa ağlıma heç nə gəlmir.” O dedi: “Həqiqətən, Allah onu yenidən dirildəcək və o, bəzi adamların əl və ayaqlarını kəsəcək.” Sonra Əbu Bəkr gəldi, Allah rəsulunun üzünü bağladı, onu öpdü və dedi: “Anam atam sənə fəda olsun, ey Allah Rəsulu! Sənin sağlığın da gözəl idi, ölümün də gözəldir. Canım əlində olan Allaha and olsun ki, Allah sənə ölümü iki dəfə daddırmaz.” Sonra o çıxdı və dedi: “Ey iman edənlər! Çılğınlıq etməyin.” Əbu Bəkr danışanda Ömər oturdu, sonra Əbu Bəkr Allaha həmd səna etdi və dedi: “Heç şübhəsiz, Məhəmmədə ibadət edənlər bilsinlər ki, o, ölmüşdür, Allaha ibadət edənlər isə bilsinlər ki, O, ölümsüzdür.” Sonra o, Allahın kəlamını dedi: “(Ya Peyğəmbər!) Şübhəsiz ki, sən də öləcəksən, onlar da öləcəklər!” (əz-Zumər 39:30)...”

Buxari, cild 5, bab 57, hədis № 19

Страница 2 из 5«12345»
Рейтинг

В этом разделе