»»

Ölülər eşidirmi?

  1. Mövzunun tarixi əsası və əhəmiyyəti
  2. Ölülərin eşitməsi haqqında Qurandan və hədisdən dəlil
  3. Sələfi dəlilllərinə baxış
  4. Quran təsdiqləyir ki Rəsulallah bizim hərəkətlərimizi görür
  5. Ölülərin eşitməsinə dair vəhabilərin digər dəlilləri

Sələfi dəlilllərinə baxış

İndi gəlin görək sələfilər özlərini müdafiə etmək üçün nə deyəcəklər.

Ölülərin eşitmədiyini bildirən Quran ayələri

Aşağıdakı sual və cavab sələfilərin www.islam-qa.com internet saytından götürülmüşdür:

islam-qa.com saytında deyilir:

Sual:

Mənim atam təxminən iki həftə əvvəl vəfat edib. Bilmək istəyirəm ki, mən və ya ailə üzvlərimdən kimsə onun qəbrini ziyarət etdiyimizdə o, bizim ona nə dediyimizi eşidə bilirmi?...əgər eşitmirsə, elə bir üsul varmı ki, biz dediyimizi ona eşitdirə bilək?... Xahiş edirəm təcili cavab verin, həqiqətən bilmək istəyirəm, çünki bu sualıma cavab tapmaq bəlkə içimdəki narahatçılığı aradan götürəcək.

Cavab:

Tərif Allaha məxsusdur.

Məsələ ondadır ki, ölülər dirilərin nə dediyini eşitmir, çünki Allah buyurur (mənanın tərcüməsidi) : "Sən isə (ya Peyğəmbər!) qəbirlərdə olanlara (haqqı) eşitdirən deyilsən!" (Fatir 35:22) və "Şübhəsiz ki, sən nə ölülərə (haqqı) başa sala bilər, nə də dönüb gedən karlara (haqqa) çağırışı eşitdirə bilərsən!" (ən-Nəml 27:80)

Şərhlər:

Mənə görə, təəssüf ki, sələfilər dürüst deyillər və onlar adi insanları sadəcə olaraq aldadırlar. Birincisi onlar yuxarıda göstərilən ayələrin yalnız bir hissəsini sitat gətirirlər (yəni ayəni tam yazmırlar). Və ikincisi, onlar öz məqsədlərini sübut etmək üçün doğru tərcümə etmirlər. Gəlin daha yaxşı başa düşmək üçün Fatir və Nəml surələrindəki ayələrin tam formasına və ondan öncəki və sonrakı ayələrə baxaq. Ondan sonra, inşallah, biz sələfilərin yalanını tamamilə anlayacayıq.

Fatir 35:22-in mənası

(Fatir 35:22)Dirilərlə ölülər də eyni deyillər! Şübhəsiz ki, Allah dilədiyinə (ayələrini) eşitdirər. Sən isə (ya Peyğəmbər!) qəbirlərdə olanlara (haqqı) eşitdirən deyilsən!

"Eşitmək" sözü yuxarıdakı ayədə məcazi mənadadır və insanlara Allahın ismarıcını qəbul etdirmək (insanlara Allahın vəhyini eşitdirmək üçün/ insanlara Allahın vəhyini dinləmək üçün/ insanlara Allahın buyurduğuna diqqət yetirmək üçün/ insanları Allahın buyurduğuna tabe olmaq üçün) mənasında işlədilmişdir.

Əgər siz əvvəl və sonra gələn ayələri oxusanız, onda bu nəticəyə gələrsiz ki, Allah Rəsulullaha (saas) deyir ki, onun vəzifəsi yalnız kafirləri Allah yoluna dəvət etməkdir. (Fatir 35:23) Sən ancaq qorxudan bir peyğəmbərsən. Lakin insanları Allahın dediyini eşitməyə məcbur etmək onun vəzifəsi deyil.

ÇÜNKI HIDAYƏT ETMƏK ALLAHA MƏXSUSDUR.

Elə ayənin birinci hissəsinəbaxın, Allah buyurur:

... Allah dilədiyinə (ayələrini) eşitdirər.

Ayəninbu hissəsində nəzərdə tutulur ki, Allah öz vəhyini razı qaldığı insanlara eşitdirər/qəbul etdirər.

Sadəcə təsəvvür edin ki, istənilən bir kafirin yanına gedirsiz, onunla danışmağa başlayırsız və səsinizi ona eşitdirirsiz. Onda Allahın bu sözlərinin mənası nədir :

... Allah dilədiyinə (ayələrini) eşitdirər.

Əgər sələfilərin iddia etdiyi kimi eşitmək sözü burada həqiqi/hərfi mənada işlənibsə, onda ziddiyyət meydana çıxır. Bir tərəfdən Allah deyir ki, yalnız mən istədiyim kəsi eşitdirərəm, amma siz burda istədiyiniz kafirə səsinizi eşitdirirsiz.

Ayənin mənası tam açıqdır. Allah deyir ki, yalnız diri olanların Allahın buyurduğunu qəbul və ya inkar etmək seçimi var.

Qəbir əhli (yəni ölülər) Allahın buyurduğunu eşitmək şansınıartıq itirmişdir. Onlar üçün çox gecdir və Allah onlara bir daha seçim etmək şansı verməyəcəkdir (yəni bunu qəbul etmək, yaxud inkar etmək).

Allah Məhəmmədə (saas) deyir ki, eyni hal kafirlər (ölülər kimi) üçün keçərlidir. Onlar küfrlərində elə həddə çatıblar ki, Allah onların qəlblərini möhürləyib və onlar həmçinin qəbir əhli kimi Allahın dediyini qəbul etmək haqqından məhrum ediliblər.

Beləliklə Allah Məhəmmədə (saas) deyir ki, o, bu cür kafirlərin Allahın buyurduqlarını eşitmədiyini/qulaq asmadığını görəndə özünü üzüb həlak etməsin. Bu ona görədir ki, onlar da ölülər kimi seçmək haqqını itiriblər. Lakin Allah Özünün razı qaldığı kimsələrə haqq yolu göstərəndir. Allah Quranda belə buyurur:

(Ya Rəsulum!) Şübhəsiz ki, sən istədiyini doğru yola yönəldə bilməzsən. Amma Allah dilədiyini doğru yola salar. Doğru yolda olacaq kəsləri (öz əzəli elmi ilə) daha yaxşı O bilir! (Və buna görə də onları haqq yola müvəffəq edir!)

Bu fakt həmçinin müqəddəs Quranın bu ayələrində təsbit edilir:

(ər-Rum 30:53)Sən korları da düşdükləri əyri yoldan qurtarıb düz yola gətirə bilməzsən. Sən (haqqı) yalnız ayələrimizə inananlara eşitdirə bilərsən.

Bu ayə çox vacibdir. Lütfən Allahın bu sözlərinə baxın: "Sən korları da düşdükləri əyri yoldan qurtarıb düz yola gətirə bilməzsən."

Sələfilər kimi hərfi mənaya əsaslansaq, gərək deyək ki, bütün kor insanlar Allah tərəfindən heç vaxt hidayət oluna bilməzlərr.

Və ayənin növbəti hissəsi Allahın "Eşitmək" sözünü məcazi mənada istifadə etdiyinə dair heç bir şübhə yeri qoymur: "Sən (haqqı) yalnız ayələrimizə inananlara eşitdirə bilərsən."

Əgər bir kimsə hələ də Quranda məcazın olduğunu inkar edirsə, onda o, mütləq səhv edir.

Və "Eşitmək" sözünün məcazi mənada işlədilməsi elə aşağıdakı ayədən də aydın olur:

(ər-Rum 30:23)Gecə və gündüz yatıb dincəlməyiniz (gecə istirahət etməyiniz, gündüz əlləşib çalışmağınız), nemətindən ruzi (qismətinizi) axtarmanız da Onun qüdrət əlamətlərindəndir. Həqiqətən, (öyüd-nəsihət) eşidənlər üçün bunda ibrətlər vardır!


Sələfilər hələ də elə düşünür ki, Allah burada "Eşitmək" sözünü həqiqi/hərfi mənada deyib və Quranda məcaz (bədii ifadə) yoxdur?

Mənim cüzi elmimə əsaslansaq, demək olar ki, bütün dillərdə "Eşitmək" sözünün məcazi mənası var.

Misal üçün, hərdən kiçik qardaşım anamın sözlərinə itaət etmədikdə, anam atama aşağıdakı sözlərlə şikayət edir:

1. İngilis dilində: Please you (my father) tell him (my younger brother) to do so and so. He does not Hear/listen to me.

2. Azəri dilində: Xahiş edirəm ona de ki, belə etsin. O, məni eşitmir.

və bir çox başqa dillərdə..

Sələfilərin ölülərlə bağlı sitat gətirdiyi İmam Suyutinin yuxarıdakı iki ayə barədə verdiyi fətva

İmam Suyuti Əl havi lil Fətava kitabında (cild 2, səh 169-175) deyir:

"Bu Məcazi ifadədir (ən-Nafi Caa ala məna Əl -Məcaz). Bunun Həqiqi mənası belədir: "Onlar Dəvətə (Mənaha Səma Huda) qulaq asmazlar, yəni onlar ölüdürlər və artıq hidayət oluna bilməzlər".

Lakin təəssüf ki, sələfilər hələ də Quranda Məcaz olduğuna inanmır, onların əqidəsinə görə Quran bütünlükdə hərfi (həqiqi) mənadadır.

Aişədən rəvayət olunur:

Peyğəmbər buyurdu: “Onlar indi başa düşürlər ki, mənim dediklərim həqiqət idi.” Və Allah deyir: “Doğrudur! Sən ölülərə heç nə eşitdirə bilməzsən. (onlara fayda verə bilməzsən, eyniylə də inkar edənlərə)”

Sahihi Buxari, cild 2, bab 23, hədis № 453.

Lütfən mötərizədəki sözlərin (onlara fayda verə bilməzsən, eyniylə də inkar edənlərə) mənə aid olmadığını qeyd edin. Bu sözlər Səhihi Buxarinin tərcüməçisi, Riyad Universitetindən olan sələfi Muhsin Xandır. Bu izahedici sözlərdən o, aydınlaşdırmaq istəyir ki, ölülər hidayət oluna bilməzlər, çünki onlar seçmək şanslarını itiriblər. Eyni hal Allahı inkar edənlərə aiddir, yəni Allah onların qəlblərini möhürləmişdir və biz onlara islamı çatdırmaqla onlara xeyir verə bilmərik.

Sələfi Alimlərinə daha nəsə bir şərh bildirməyimə ehtiyac varmı? Əslində, onlar özləri həqiqəti çox yaxşı bilirlər, lakin öz mənbələrini müdafiə etmək naminə həqiqəti inkar etmək məcburiyyətindədirlər.


Ən Nəml surəsinin mənası 27:80

Sələfilər öz nəzərlərinə (yəni ölülərin eşitmədiyinə) dəlil olaraq 27-ci surənin 80-ci ayəsini sitat gətirirlər. Amma yalnış sitat gətirirlər. Onlar bu ayənin bir hissəsini sitat gətirirlər:

(ən-Nəml 27:80) Şübhəsiz ki, sən nə ölülərə (haqqı) başa sala bilər, nə də dönüb gedən karlara (haqqa) çağırışı eşitdirə bilərsən!

Sələfilər növbəti dəfə ayənin tamamını yox, bir hissəsini sitat gətirirlər və üstəlik hərfi mənada.

Oxucularımıza qətiyyətlə təklif edirəm ki, ayəni bütöv şəkildə oxusunlar və Allahın kəlamını daha yaxşı başa düşmək üçün ondan əvvəlki və sonrakı ayələri də oxusunlar.

İcazənizlə, mən həmin ayəni, ondan sonrakı ayəni və mötərizədəki izahı aydınlıq gətirim:

(ən-Nəml 27:80) Şübhəsiz ki, sən nə ölülərə (haqqı) başa sala bilər, nə də dönüb gedən karlara (haqqa) çağırışı eşitdirə bilərsən! Yəni kafirlər hətta Allahın nişanələrinə diqqət yetirməyə belə hazır deyillər. Lakin həmin kafirlər (karlar) Allahın nişanələrinə diqqət yetirsələr, Allah onlara öz kəlamlarını eşitdirər və onları hidayət edər.

(ən-Nəml 27:81) Sən o korları düşdükləri əyri yoldan düz yola gətirə bilməzsən. Sən (haqqı) yalnız ayələrimizə inananlara eşitdirə bilərsən. Məhz onlar müsəlmandırlar. (Allaha ürəkdən inanıb Ona canla-başla itaət edərlər).

Həqiqətən, kədərləndirici haldır ki, sələfilər Allah kəlamları ilə oynayaraq sadə camaatı aldadırlar.

Rəsulallahdan (saas) gələn hədisin sələfilər tərəfindən təhrif olunması

Olduqca təəssüfləndirici haldır. Adi insanları aldatmaq məqsədilə sələfilər hətta Rəsulullahın (saas) sözlərini təhrif etməkdə belə tərəddüd etmirlər. Onlar Quyu hədisini dəyişib öz məqsədlərinə (yəni ölülərin eşitmədiyinə) uyğunlaşdırıblar.

Bədr döyüşündə öldürülənlər quyuda basdırılırlar. Məhəmməd peyğəmbər (saas) onlara müraciət edir. Bundan sonra səhabə ondan: Cəsədlərəmi mürəciət edirsən? - soruşur. O, (saas) cavab verir: “Onlar sizdən daha yaxşı eşidirlər” yəni Allah xüsusi hal kimi onun (saas) sözlərini ölülərə eşitdirir.

Səhihi Buxari, hədis № 1307

(Urdu dilində təfsir, Quranda 27:80 ci ayənin təfsiri, Şah Fəhad Nəşriyyat Kompleksində çap olunub, Səudiyyə Dövləti tərəfindən yayılıb).

Lütfən, altından xətt çəkilmiş sözlərin (yəni Allah onun (saas) sözlərini xüsusi halda ölülərə eşitdirdi) Rəsulullaha (saas) aid olmadığını qeyd edin. Bunlar sələfi alimin sözləridir və o, bunları Rəsulullahın (saas) sözlərinə əlavə edib ki, öz əqidələrinə dəlil gətirərək sadə camaatı aldatsın. Hədisin əsli aşağıdakı kimidir:

Əbu Təlhə bildirir ki, Rəsulullah (saas) onlara müraciət etmişdir:

“Ey Əbu Cəhl ibn Hişam! Ey Uməyyə ibn Xələf! Ey Ütbə ibn Rəbiə! Rəbbinizin vədinin haqq olduğuna inanmadınızmı? Axı mən inanırdım Onun vədinin haqq olduğuna.” Ömər ona dedi: “Ey Allahın rəsulu, cansız bədənlərə necə müraciət edirsən?” Peyğəmbər cavab verdi: “Canım əlində olan Allaha and olsun ki, onlar məni səndən daha yaxşı eşidirlər.”

Səhih Müslim, Bab 040, hədis № 6869

Qətiyyətlə buna etiraz edirəm. Və sələfilərdən tələb edirəm ki, Rəsulullahın (saas) sözlərinə qarşı öz davranışlarını dəyişsinlər, onlara Rəsulullahın (saas) başqa bir hədisini xatırlatmaq istəyirəm.

Əbu Səid əl Xudri Allah Rəsulunun (Allahın rəhməti ona olsun) belə dediyini xəbər verir:

Siz, Sizdən əvvəlkilərin yolunu atdımbaatdım gedəcəksiz, hətta onlar kərtənkələnin yuvasına girsələr belə. Biz dedik: “Ey Allah rəsulu! “sizdən əvvəlkilər” deyəndə Yəhudi və Xristianları nəzərdə tutursunuzmu? O dedi: (Bu iki dini firqədən başqa) kim ola bilər? Həmin Yəhudi və Xristianlar İlahi kitabları (səmavi mətnləri) öz niyyətlərinə görə təhrif etdilər. ”

Səhih Müslim, bab 034, hədis № 6448

Səmavi kitabları öz niyyətlərinə uygun olaraq dəyişdirənlər Yəhudilər və Xristianlar idi. Qardaşlarım, Allahdan qorxun və Yəhudi və Xristianların yolu ilə getməyin.

Allahın sifətlərini Rəsulullaha (saas) aid etməklə şirkə düşmək

Lütfən qeyd edin ki, sələfi sübutu Quran və Sünnədən deyil, sələfilər yalnız məntiqlərinə əsaslanıblar (daha dəqiq desək, Qiyas (təxmin) ediblər). Sələfilər iddia edir ki, inansaq ki:

  • Rəsulallah (saas) vəfat etdikdən sonra eşidir;
  • Və Rəsulallah (saas) bizi uzaq məsafədən belə eşidir;

onda bu Allahın Sifətlərini Ondan başqasına aid etməklə şirkə düşməyə bərabərdir. Əbədi olan yalnız Allahdır və yalnız O, uzaq və yaxın məsafədən Eşidəndir. Rəsulallahın (saas) da bizi eşitdiyinə inanmaq üçün inanmalıyıq ki, Rəsulallah (saas) Səmidir (və bu da Şirkdir).

Şərhlər

Eyniylə Hərfi və Məcazi məna məsələsi. Biz bilirik ki, Səmi Allahın sifətidir, lakin Allah Öz sifətlərini məxluquna verməyə qadirdir. Və bu o demək deyil ki, bunu etməklə Allah həmin məxluqu Özünə şərik seçir. Allahın sifətləri MÜTLƏQDİR, məxluqun sifətləri isə ona verilən qədərdir, məhduddur və müqayisə olunması mümkün deyil.

Gəlin, bu məsələyə aid Quranın başqa dəlillərini axtaraq.

Kərim (Möhtərəm) Allahın sifətidir, lakin Quranda Rəsulullaha (saas) da möhtərəm kimi müraciət olunur.

Allah Kərim sifətini Özünə aid edir.

“...həqiqətən, Rəbbim (onun şükürünə) möhtac deyildir, kərəm sahibidir!” (ən-Nəml 27:40)

Lakin Allah Quranda eynisini Rəsulullah (saas) haqqında dadeyir:

“Bu (Quran) çox möhtərəm bir elçinin (Cəbrailin, yaxud Muhəmməd əleyhissəlamın Allahın ona nazil etdiyi) sözüdür!” (əl-Haqqə 69:40)

Həqiqətən, Kərim (Möhtərəm) sözü Allaha aid ediləndə mütləq (hərfi) mənasındadır, Rəsulullaha aid ediləndə isə məcazi/bədii mənadadır. Yoxsa siz elə düşünürsüz ki, Allah Öz sifətini başqasına verməklə Özünə şərik qoşur?

Qavi Allahın sifətidir, lakin Quranda deyilir ki, Rəsulullah (saas) da Qavidir.

Allah Quranda Özü haqqında belə buyurur:

“...Həqiqətən, Allah yenilməz qüvvət sahibi, qüdrət sahibidir!” (əl-Həcc 22:74)

Eyni zamanda Quran Rəsulullah (saas) haqqında dabelə buyurur:

“(Elə bir elçi ki) çox qüvvətlidir; ərşin sahibi (Allah) yanında çox hörmətlidir (izzətlidir).” (ət-Təkvir 81:20)

Allah burada Rəsuluna (saas) öz sifətini nisbət verməklə şirkə düşürmü?

Əslində, Allah Quranda dəfələrlə Öz Sifətlərindən bəzilərini möhtərəmlik nişanəsi olaraq peyğəmbərlərinə (əs) bəxş edir.

Alim (Bilən): Allahın sifətidir, lakin İsmayıl (ə) da Alim adı ilə xatırlanır.

Həlim(Mülayim) : Allahın sifətidir, lakin İbrahim (ə) və İsmayıl (ə) Həlim adıyla xatırlanırlar.

Şakur ( Qədirbilən): Allahın sifətidir, lakin Nuh (ə) da Şakur olaraq xatırlanır.

Sabur (Səbirli): Allahın sifətidir, lakin Əyyub (ə) da Sabur kimi xatırlanır.

Barr (Sadiq): Allahın sifətidir, lakin İsa (ə) və Yəhya (ə) da Barr olaraq xatırlanırlar.

və s.

Nəticə

Allahın Sifətləri Allahın Özü tərəfindən qulları üçün də işlədilmişdir. Lakin bu o demək deyil ki, Allahın həmin qulları bu Sifətlərdə Allahla şərik olurlar. Bu Allahın mərhəmət və səxavətindəndir ki, öz sifətlərindən müəyyən dərəcədə qullarına bəxş edib.

Sələfilər Quran və Sünnədən olan bu əsaslı dəlilləri öz fərziyyələri (qiyas) ilə heç cür inkar edə bilməzlər.

Biz Allah Kərimdir deyəndə, bu həqidi və mütləq mənadadır. Və biz Rəsulullahın (saas) Kərim olduğunu deyəndə bu Mütləq və Həqiqi mənada deyil, amma biz burada təvil (aydınlaşdırma) gətirməliyik ki, həmin ifadə burada məcazi/bədii mənada işlədilmişdir.

Və sələfilər hələ də Quranda Təvili labüd edən Mecaz olduğunu qəbul etməyə hazır deyillərsə, onda onlar Allah və Rəsulu ilə birgə bütün müsəlmanları Müşrik edirlər.

Qatadanın Fərziyyəsinə (Qiyas) baxış

Sələfilər Qatadaya (tabein) istinadən deyirlər ki, Allah kafirlərin ruhlarını onlara geri qaytardı ki, Rəsulullah Bədr quyusunda onların ölü cəsədlərinə müraciət etdi. Gəlin, baxaq görək Qatadanın fərziyyəsi/fikri konkret olaraq nədir:

...Qatada (tabein) Ənəsdən (səhabə), o da Əbu Təlhədən (başqa bir səhabə) rəvayət edir ki, Rəsulullah belə buyurmuşdur:

Bədr günü Peyğəmbər əmr edir ki, Qureyşin 24 başçısının cəsədlərini quru, çirkli Bədr quyusuna atsınlar. ....Biz quyunun kənarında düşərgə salanda o, Qureyşli müşriklərin cəsədlərinə adları və atalarının adı ilə müraciət edir: “Ey filankəs oğlu filankəs, və ey filankəs oğlu filankəs! Allah və rəsuluna tabe olsaydın bu səni xoşhal edərdimi? Biz Rəbbimizin vədinin haqq olduğunu gördük. Siz də Allahın vədinin haqq olduğunu gördünüzmü?” Ömər soruşdu: “Ey Allahın Rəsulu! Siz ruhsuz bədənlərlə danışırsız!” Allah Rəsulu dedi: “Məhəmmədin canı əlində olan Allaha and olsun ki, onlar məni sənin eşitdiyindən pis eşitmirlər.” Qatada dedi: “Allah onları yenidən diriltdi ki, onlar peyğəmbəri və onun töhmətlərini eşitsinlər, peyğəmbərin qisası alınsın və onları məcbur etdi ki, özlərini tam peşman olmuş və kədərlənmiş hiss etsinlər.

Buxari, cild 5, bab 59, № 314, Muhsin Xanın tərcüməsi

Şərhlər

Qatada yuxarıdakı hədisin sonraki ravilərindən biridir. O, bunu Ənəsdən (səhabə) eşitmişdir, Ənəs də Əbu Təlhədən (bir başqa səhabə), o da Rəsulullahdan (saas) nəql etmişdir. Beləliklə, ilk əvvəl 3 əsaslı və önəmli sual meydana çıxır ki, Qatada Allahın kafirlərə quyuda yenidən ruh verməsini və onları həyatageri qaytarmasını necə öyrənə bilmişdir?

Rəsulallah (saas) heç vaxt deməyib ki, Allah kafirlərin ruhlarını geri qaytarmışdır. Bədrdə iştirak edən Ömər və başqa səhabələr də Allahın kafirləri yenidən həyata qaytardığını deməmişdir.

Yuxarıdakı Quyu Hədisi İbn Ömər, Aişə (Aişənin Quyu Hədisi haqqında fikrini sonra qeyd edəcəyik), Əbu Təlhə və s. kimi səhabələr tərəfindən ifadə edildiyi kimi rəvayət edilmişdir. Lakin bu səhabələrin heç biri nə vaxtsa kafirlərin həyata qaytarılması haqqında bir şey deməyiblər.

Beləliklə, Qatada Allahın kafirləri həyata qaytardığını hardan öyrənmişdi? Məgər, obu haqda Allahdan (st) vəhy almışdı? Almamışdırsa, onda bu yalnız Qatadanın islam şəriətində heç bir dəyəri olmayan fərziyyəsidir.

Qatadanın qiyası Rəsulallahın (saas) və Ömərin sözlərinə ziddir.

Rəsulallah (saas) ölü kafirlərə müraciət edəndə Ömər şübhəyə düşür. Lütfən, Ömərin sözlərinə diqqət yetirin.

Ömər soruşdu: “Ey Allahın Rəsulu! Siz ruhsuz bədənlərlə danışırsız!”

Və Qatada iddia edir ki, ruhlar bədənə qaytarılmışdı. Bunlardan hansı doğrudur?

İndi isə Ömərin şəkk ilə dolu sualına Rəsulullahın verdiyi cavaba baxın.

Allah Rəsulu dedi: “Məhəmmədin canı əlində olan Allaha and olsun ki, onlar məni sənin eşitdiyindən pis eşitmirlər.”

Əslində, əgər ruhların geri qaytarılması hadisəsi baş versəydi, Rəsulullahın (saas) bu haqda Ömərə deməsi zəruri idi. Nübüvvət məqamı Rəsulallahdan tələb edir ki, din məsələlərində Ömərin şübhələrinə son qoysun. Lakin Rəsulallahın (saas) cavabı açıq-aydın göstərir ki, Qatada öz qiyasında səhvə yol vermişdir.

Sələfilər Qiyas Kartlarını yenə və yenə istifadə edirlər

Sələfilər özlərinin bu məsələ (yəni ölülərin eşitmədiyi) ilə bağlı olan bütün ehkamlarını yalnız Qatadanın fərziyyəsi üzərində qurublar. Onlar Qatadanın fikirlərindən belə nəticəyə gəliblər ki, Rəsulallahın sözlərini ölülərə çatdırmaq üçün Allah kafirlərin ruhlarını istisna hal kimi geri vermişdir və digər hallarda ölülər eşitmirlər.

Bədbəxtlikdən, onların qiyasdan istifadələri təkcə yuxarıdakı hədislə kifayətlənmir. Özlərini doğrultmaq üçün onlar qiyas kartını Quranın əqidələrinə uyğun gəlməyən bütün ayələrində və Rəsulallahın (saas) sözlərində yenə də və yenə dəistifadə edirlər.

Məsələn, onlar deyir ki, ölülərin ayaq tappıltısının səslərini eşitməsi haqqında olan hədis (Buxari və Müslim) səhihdir. Lakin sonra onlar öz qiyas kartını işə salır və iddia edirlər ki, bu istisna haldır (baxmayaraq ki, Rəsulullah (saas) bunun istisna hal olduğunu heç vaxt deməmişdir).

Şüeyb (ə) və Saleh (ə) təzəcə məhv olmuş qövmlərinə müraciət etmələri haqqında olan Quran ayələrində də vəziyyət eynidir. Sələfilər qiyas kartlarını işə salırlar və iddia edirlər ki, bunlar istisna hallar idi (baxmayaraq ki, nə Allah, nə də Rəsulallah (saas) heç vaxt bunların istisna hal olduğu haqda heç nə deməyiblər).

Aişə “Ölülərin Eşitməsi” ilə bağlı ictihadını əsaslandırmaq üçün Rəsulallahın (saas) sözlərini təhrif edir

Sələfilər “Ölülərin eşitməsi” məsələsində öz əhkamkarına dəlil gətirmək üçün Aişənin fikrinə də müraciət edirlər. Lakin mənim müti fikrim belədir ki, Aişə özü bu məsələdə bir neçə ciddi səhvə yol verdiyi üçün onun sələfilərə heç bir köməyi dəyə bilməz. O, özü ictihad etmişdi və Qurana yanlış izah vermişdi. Lakin bu izah/ictihad birbaşa Rəsulallahın (saas)sünnəsinəzidd idi.

Rəsulallahın (saas) Sünnəsini tərk edib Quranı şəxsi fikirlərinə görə təfsir etmək

Rəsulallah (saas) özü bu fitnə haqqında demişdi ki, yalnız Allahın Kitabı (yəni Quran) kifayət deyil. Quranı dərk etmək üçün bir kəs həmçinin Rəsulullahın (saas) sünnəsini də nəzərə almalıdır.

Rəsulullah (saas) demişdir: “Öz fikirləri əsasında Quran haqqında danışan kəs səhvə yol vermişdir, hətta doğru danışsa belə.”
http://www.sunnah.org/publication/salafi/troid/answer.htm

Aişə Quranın aşağıdakı ayəsi haqqında danışanda özşəxsi fikrindən istifadə etmişdir.

Şübhəsiz ki, sən nə ölülərə (haqqı) başa sala bilər, nə də dönüb gedən karlara (haqqa) çağırışı eşitdirə bilərsən!

Bu ayədən Aişə belə bir nəticə çıxarmışdır ki, ölülər eşitmir. (biz artıq bu ayənin mənası haqqında danışmışıq. Lütfən yuxarı baxın). Və indi sələfilər Aişənin ictihadını bu məsələ ilə bağlı əqidə inanclarına qalxan edirlər. Şeyx Camal Əfəndi əl İraqi əl Zəhəvi özünün “Sələfi Hətəkatına qarşı Əhli Sünnə ehkamı”nda yazır:

”Rəvayət olunur ki, Aişə (Allah ondan razı olsun) ölülərin eşitməsiylə bağlı hədisi eşidəndə buna etirazını bildirib və deyib: “Peyğəmbər bu cür bir şeyi necə deyə bilər ki, Allah buyurur: “sən nə ölülərə (haqqı) başa sala bilər, nə də dönüb gedən karlara (haqqa) çağırışı eşitdirə bilərsən!””

http://sunnah.org/publication/fajr/fajr.htm

Burada Aişə Rəsulullahın (saas) sünnəsinə etinasızlıq edərək və Quranı öz biliyinə görə təfsir edərək ilk səhvinə yol verir. Və o zamandan o elə düşünür ki, Quyu Hədisi onun ictihadına ziddir, və buna görə də o, Rəsulallahın (saas) bu hərəkətinə (yəni ölülərə müraciətinə) öz təəccübünü bildirir.

Aişə Quyu hədisini təhrif edir

Aişə görəndə ki, Quyu hədisi onun ictihadına ziddir, o, hədisin sözlərini öz ictihadına uyğun olaraq təhrif edir. Aişə İbn Ömər və başqalarına (Quyu hədisini rəvayət edənlər) zidd olaraq belə iddia etmişdir ki, nə Ölülər eşidir, nə də Rəsulullah (saas) onlara müraciət etmişdir, o (saas) yalnız belə deyib ki, həmin kafirlər onun (saas) dediklərinin doğru olduğunu indi başa düşürlər.

...(Aişə demişdir) Allah Rəsulu (Allahın rəhməti onun üzərinə olsun) Bədr döyüşündə ölmüş müşriklərin cəsədləri toplanmış quyunun yanında dayanır və deməli olduğu sözü deyir, yəni: Onlar mən dediyimi eşidirlər. Lakin ibn Ömər yalnış anlayıb. Müqəddəs peyğəmbər (ona salam olsun) ancaq belə deyib: Onlar başa düşüblər ki, mənim onlara dediyim haqq idi. Sonra o dedi: “Şübhəsiz, sən ölülərə eşitdirə bilməzsən.”

Səhihi Müslim, 004-cü bab, hədis № 2027, Siddiqinin tərcüməsi

Və Aişənin rəvayət etdiyi:

Peyğəmbər buyurmuşdur: “Onlar indi başa düşürlər ki, mənim vaxtilə onlara dediyim haqqdır. Və Allah buyurur: “Həqiqətən! Sən ölülərə eşitdirə bilməzsən.”

Səhihi Buxari, cild 2, bab 23, hədis № 453, Möhsin Xanın tərcüməsi

İbn Ömərin rəvayəti:

Peyğəmbər Bədr quyusunun yanında (müşriklərin cəsədləri ilə dolu) dayanıb belə demişdir: “Rəbbin vədinin haqq olduğunu indi bildinizmi? ” Sonra o belə demişdir: “Onlar indi bilirlər mənim nə dediyimi.” Bu Aişənin qarşısında deyilmişdi və o demişdir: “Lakin Peyğəmbər demişdir: İndi onlar mənim onlara dediyimi çox yaxşı başa düşürlər.” Sonra o deyir (müqəddəs ayə): “Sən ölülərə eşitdirə bilməzsən… ...”

Səhihi Buxari, cild 5, bab 59, hədis № 317, Möhsin Xanın tərcüməsi

Allah Rəsulu (saas) Bədrdə ölülərə müraciət etmişdir, ya yox? Həmin ölülər Rəsulallahın (saas) sözlərini eşidiblər, ya yox?

Peyğəmbər Bədr quyusunda ölülərə müraciət edəndə Aişə orda yox idi. Lakin Ömər orda idi, və Rəsulallahın etdiyinə olduqca şübhəli, həyəcanlı, şəkk içində yanaşmışdı (yəni ölülərə adları ilə müraciət etməyi. Ey Əbu Cəhl ibn Hişam, ey Üməyyə ibn Xələf, ey Ütbə ibn Rəbiyyə).

Ömər Rəsulullahdan soruşdu: “Siz cansız bədənlərə müraciət edirsiniz?” Allah Rəsulu ona cavab verdi: “Canım əlində olan Allaha and olsun ki, onların eşitdiyi kimi sən məni eşitmirsən. (onlar məni səndən daha yaxşı eşidirlər.)”

Rəsulullahın və Ömərin sözləri Aişənin iddiasıyla bağlı bütün şübhələrin üzərindən xətt çəkir və quyudakı kafirlər həqiqətən Rəsulallahı eşidirdilər və həqiqətən Rəsulallah onlara müraciət etmişdi.

Aişənin davranışındakı ziddiyyətlər

Ömərin onun evində dəfn olunmasından sonra Aişə özü oraya hicabla daxil olmağa başladı.

Əhməd ibn Hənbəldən rəvayət olunur ki, Ömər Aişənin evində dəfn olunmamışdan əvvəl Aişə oraya hicabsız daxil olurdu, çünki Rəsulallah (saas) onun həyat yoldaşı, Əbu Bəkr isə atası idi. Lakin Ömər orda dəfn olunduqdan sonra Aişə oraya hicabla daxil olurdu.

Əl Mişkat, Ziyarət əl Qubur Babı

Qəribədir ki, o, ölülərin bizi eşitdiyinə inanmır, amma onların bizi gördüyünə inanır? Əslində Aişə həm görmək həm də eşitmək məsələsində səhvə yol vermişdi. Əgər ölülər öz qəbirlərinin divarlarından bizi görürsə, onların bizi hicab altından görmələrinə nə mane olur?

Doğrusunu Allah bilir.

Quyu hədisində Qatadanınvə Aişənin fikirlərindəki ziddiyyət

Aişə bu fikirdə idi ki, nə Rəsulallah ölülərə müraciət etmişdi, nə də ölülər onu eşitmişdilər, sadəcə olaraq onun fikri bu idi ki, onlar öldükdən sonra peyğəmbərin (saas) dediklərinin

doğru olduğunu anlamışdılar.

Aişənin fikrindən fərqli olaraq, Qatadanın fikri bu idi ki, həqiqətən Rəsulullah (saas) ölülərə müraciət etmişdi və həqiqətən ölülər onu eşitmişdi. Və bütün bunlar belə baş vermişdi ki, Allah ölülərin ruhlarını yenidən onların cəsədlərinə qaytarmışdı və yenidən onlara həyat vermişdi.

Maraqlıdır ki, sələfilər öz əqidələrini təsdiq etmək üçün eyni zamanda hər iki nəzərdən istifadə edirlər. Necə də məntiqsiz bir davranışdır. Onlar əvvəlcə bu ikisinin arasında hansının doğru olduğuna qərar verməlidirlər.

Onların elmlərinə bir əlavə etməyimə ehtiyac varmı?

Bütün sələfi dəlillərinin nəticəsi

Nə Quranda, nə də Sünnədə ölülərin “Eşitmədiyinə” dair heç bir dənə də dəlil yoxdur. Sələfilər bütün əqidələrini Qatadanın və Aişənin fikirləri (bunlar da birbirinə tamamilə ziddir) və qiyas kartı üzərində qurublar.

Bu birbirinə zidd olan iki fikir və qiyas necə Quran ayələrindən və Rəsulullahın (saas) hədislərindən daha əsaslı hesab oluna bilər? Ayə və hədislər açıq aydın ölülərin eşitməsinə işarə edir.

Страница 3 из 5«12345»
Рейтинг

В этом разделе