»»

Sələfilərin cilddən cildə girən Tanrısı

1. Sələfilərin Allahı bir haldan başqa bir hala düşür.

2. Sələfilərin Allahının iki surəti (forması) var.

3. Sələfilərin Allahının bu iki formasının biri alidir, digəri isə aşağı.

4. Sələfilər öz Allahlarını qiyamətdən qabaq da görüblər.

5. Sələfilər Allahlarını onun ayağından tanıyırlar.

Buxari öz “Səhih”ində, “əs-Sirat cəsru Cəhənnəm” babında belə nəql edir:

فيأتيهم الله في غير الصورة الّتي يعرفون ، فيقول : أنا ربّكم ، فيقولون : نعوذ بالله منك ، هذا مكاننا حتّى يأتينا ربّنا فإذا أتانا ربّنا عرفناه ، فيأتيهم الله في الصورة التي يعرفون ، فيقول : أنا ربكم ، فيقولون : أنت ربّنا

Allah onların yanına tanıdıqları şəkildən başqa bir şəkildə gələrək deyəcək: "Mən sizin Rəbbinizəm!" Deyəcəklər: "Səndən Allaha sığınırıq! Rəbbimiz gələnədək burada dayanacağıq, Rəbbimiz bizim yanımıza gəlsə biz onu tanıyarıq." Bundan sonra Allah onların yanına tanıdıqları surətdə gələcək və deyəcək: "Mən sizin Rəbbinizəm!" Onlar deyəcəklər: "Sən bizim Rəbbimizsən."

 

Fotoşəkil: Səhih əl-Buxari, “Kitab ər-Riqaq”, bab: “əs-Sirat cəsru Cəhənnəm”, s.1630, h.6573; nəşriyyat: Dar İbn Kəsir, Beytur/Diməşq, 1423/2002

İbn Teymiyyə “Bəyan təlbis əl-cəhmiyyə” kitabında, cild 7, səhifə 34-də, Allahın qiyamət günü neçə dəfə və hansı şəkillərdə görünəcəyi ilə bağlı deyir:

وفي لفظ في الصحيح أتاهم رب العالمين في أدني صورة من التي رأوه فيها أول مرة

..."Səhih"də gələn başqa bir rəvayətdə isə deyilir: “Aləmlərin Rəbbi onların yanına onların birinci dəfə Onu gördükləri surətdən daha aşağı bir surətdə gələcək.

Sonra ardını qeyd edir və deyir:

والثانية التي امتحنهم فيها فأنكروه وهي أدنى من التي رأوه فيها أول مرة والمرة التي كشف لهم عن ساقٍ حتى سجدوا له

İkinci (dəfə): burada Allah onları imtahan edəcək və onlar Onu inkar edəcəklər. Bu surət onların birinci dəfə Allahı gördükləri surətdən daha aşağı surətdir. Bu dəfə Allah ayağını açacaq və onlar Ona səcdə edəcəklər.

 

Fotoşəkil: İbn Teymiyyə əl-Hərrani, Bəyan təlbis əl-cəhmiyyə, c.7, səh.34; nəşriyyat: Müshəfi-şərifin çapı üçün Kral Fəhd fondu, Mədinə ən-Nəbəviyyə, Səudiyyə Ərəbistani, 1426/2006

Doktor Süleyman ibn Muhəmməd əd-Dubeyxi isə “Əhadis əl-əqidə əl-mutəvəhhəm işkaluhə fis-sahiheyn” kitabının 168-ci səhifəsində deyir:

فهو يدل على انهم رأوه رؤية متقدمة على هذه الرؤية في غير هذه الصورة وقد جاء هذا المفهوم صريحا في رواية البخاري (فيأتيهم الجبار في صورة غير صورته؛ التي رأوه فيها اول مرة). كما تدل هذه الاحاديث على ان الله تعالى هو نفسه الذي يتحول من صورة الى صورة؛ كما هو صريح رواية مسلم (وقد تحول في صورته التي رأوه اول مرة).

Bu hədislər ona dəlalət edir ki, bir surətdən başqa bir surətə düşən məhz Allahu-təalanın özüdür.1 Necə ki, Müslimin rəvayətində də bu açıqca bildirilmişdir: “O, onların birinci dəfə Onu görmüş olduqları surətdən (başqa bir surətə) dəyişmiş halda (onların yanına gələcək)”.

Daha sonra 169-170-ci səhifələrdə deyir:

الأولى و هي التي عرفوه فيها و يدل عليها قوله صلى الله عليه و سلم في الروايات المتقدمة: (...التي رأوه فيها أول مرة) و كذا قوله (فيأتيهم الله تبارك و تعالى في صورة غير صورته التي يعرفون) فإن هذه المعرفة تدل على رؤية متقدمة على هذه الرؤية في غير هذه الصورة
الثانية وهي التي جاءهم فيها في غير صورته التي رأوه فيها أول مرة وهي المراد بقوله فيأتيهم الله تبارك وتعالى في صورة غير صورته التي يعرفون وقد أنكروا هذه الصورة لأنها مغايرة للصورة الأولى فهي أدنى منها التي رأوه فيها أول مرة وهي المراد بقوله فيأتيهم الله تبارك وتعالى في صورة غير صورته التي يعرفون وقد أنكروا هذه الصورة لأنها مغايرة للصورة الأولى فهي أدنى منها كما في رواية: (أتاهم رب العالمين في أدنى صورة من التي رأوه فيها), و قد فعل الله تعالى ذلك امتحانا لهم فلما أنكروه عرّفهم نفسه بالآية التي يعرفون, و هي الساق فإنه لما كشفه خرّوا له سجدا
.

Allah onların yanına üç dəfə fərqli-fərqli surətlərdə gələcək.

Birinci (dəfə): Bu o zamandır ki, həmin vaxt onlar Onu tanıyacaqlar. Keçən hədislərdəki Peyğəmbərin buyurduğu “birinci dəfə Onu gördükləri surət...” sözü, həmçinin, “Allah təbarək və təala onların Onu tanıdıqları surətdən başqa bir surətdə gələcək” sözü buna dəlalət edir. Buradakı “tanıdıqları” sözü onların Allahı daha öncə bu surətdən başqa bir surətdə görmüş olmalarına dəlalət edir.

İkinci (dəfə): Bu o zamandır ki, bu zaman Allah onların yanına onların birinci dəfə Onu gördükləri surətdən başqa bir surətdə gələcək. Buna bu sözdə işarə edilmişdir: “Allah təbarək və təala onların Onu tanıdıqları surətdən başqa bir surətdə gələcək” Onlar bu surəti inkar edəcəklər, çünki bu surət birinci surətdən fərqli olacaq. Bu surət birincidən daha aşağı olan bir surətdir. Necə ki, rəvayətdə gəlmişdir: “Aləmlərin Rəbbi onların yanına onların birinci dəfə Onu gördükləri surətdən daha aşağı bir surətdə gələcək.” Allah bunu onları imtahan etmək üçün edəcək. Elə ki, onlar Onu inkar edəcəklər, tandıqları bir nişanə ilə Özünü onlara tanıdacaq. Və bu nişanə ayaqdır (!) Elə ki, Allah bu ayağı açıb (göstərəcək), onlar Allahın qarşısında səcdəyə qapanacaqlar.

 

Fotoşəkil:: Süleyman ibn Muhəmməd əd-Dubeyxi, Əhadis əl-əqidə əl-mutəvəhhəm işkaluhə fis-sahiheyn, səh. 168-170; nəşriyyat: Məktəbətu Dar əl-Minhəc, Riyad, Səudiyyə Ərəbistanı, 1427/2007

İradlar və suallar:

Sual 1: bu hansı Allahdır ki, bir haldan başqa bir hala düşür?

Sual 2: bu hansı Allahdır ki, bir surəti yaxşı, bir surəti isə pisdir? Elə bir şəkildə ki, qiyamətdəkilər onu görüncə hamılıqla “səndən Allaha sığınırıq!” - deyirlər.

Sual 3: məhşər yerində olan şəxslər Allahı əsl forması ilə necə tanıyırlar? Görəsən onlar Allahı əsl formasında harada görüblər ki, Onu bu forma ilə tanıyırlar? Nə üçün Buxari, İbn Teymiyyə, doktor Süleyman və digərləri bu sualı cavablandırmamışlar? Nə üçün yalnızca bunu qeyd etməklə kifayətlənmişlər ki, “məhşər yerindəki şəxslər daha öncə Allahı görmüş olacaqlar”, lakin bunun nə zaman baş verdiyini göstərməmişlər? Görəsən, onlar Allahı dünyada görmüş olacaqlar, yoxsa bərzəxdə? Ya məhşər səhnəsinə gətirilməmişdən qabaq tanımış olacaqlar?

Sual 4: məhşər yerində olan şəxslər Allahın ayağını haradan tanıyırlar? Onlar bu ayağı harada görüblər ki, onun Allahın ayağı olduğunu bilirlər? Olmaya İbn Qayyimin də dediyi kimi, ayağın iriliyindən anlayacaqlar ki, o, Allahın ayağıdır?

Sual 5: Allahın ayağının həcmi nə qədərdir? Sonsuzdurmu? Əgər sonsuzdursa, o zaman məhdud gözlər bu sonsuzluğu necə görür? Məhduddurmu? Əgər məhduddursa, o zaman Allahın məhdud cismdən təşkil olunduğunu necə deyə bilirsiniz?

Nə yaman “tövhid” imiş. Tövhidin mənbəyi olan Peyğəmbər ailəsini qoyub, şirkin, təcsimin və təşbihin mənbəyi olan xaxam və keşişlərə üz tutmaq, şübhəsiz ki, bu cür ağır sonluqla nəticələnməli idi.

___________________________________________________

1 Yəni, nəinki fərzən, Allah bir surət yaradacaq və o surətlə onları çaşdırmaq istəyəcək. Xeyr! Məhz özü bir-haldan başqa bir hala düşəcək. (Red.)

313news.net

Рейтинг

В этом разделе