»»

Ölülər eşidirmi?

  1. Mövzunun tarixi əsası və əhəmiyyəti
  2. Ölülərin eşitməsi haqqında Qurandan və hədisdən dəlil
  3. Sələfi dəlilllərinə baxış
  4. Quran təsdiqləyir ki Rəsulallah bizim hərəkətlərimizi görür
  5. Ölülərin eşitməsinə dair vəhabilərin digər dəlilləri

Ölülərin eşitməsinə dair vəhabilərin digər dəlilləri

Vəhabilər əllərindən gələni edirlər ki, ölülərin eşitməsi və xəbərdar olması haqqında dəlillərə kölgə salsınlar. Bu bölmədə biz onlarınəqidələrini müdafiə etmək üçün nələrə etiraz etdiklərini görəcəyik.

1-ci etiraz: Rəsul (saas) ölümündən sonra səhabələrinin bidətlərini bilməkdən imtina etdi

Vəhabi deyir ki, əgər Rəsul (s) vəfatından sonra həqiqətən bizim əməllərimizdən xəbərdardırsa, onda niyə o, səhabənin bidətləri haqqında heç nə bilmir? Və dəlil olaraq aşağıdakı Hövuz hədisi gətirir.

Ənəs rəvayət edir: "Peyğəmbər dedi: "Səhabələrimin bəzilərimənim hovuzuma yaxınlaşacaq, mən onları tanıyacağam, sonra onlar məndən uzaqlaşdırılacaqlar və mən deyəcəyəm: "Ey mənim səhabələrim!" Sonra belə bir nida gələcək: "Sən bilmirsən, səndən sonra dində nə yeniliklər etdilər (yəni bidətlər)."

Səhih Buxarinin tərcüməsi, cild 8, bab 76 (To make he Heart Tender (Ar Riqaq)), hədis № 584

Bu hədislə onlar sübut etmək istəyirlər ki, Rəsul (s) onun vəfatından sonra nələr baş verdiyini bilmirdi.

Cavab: Haqq-hesab günü hadisələr sual-cavab şəklində olacaqdır.

Bu problemin yaranma səbəbi odur ki, vəhabilər “hərf”lik xəstəliyindən əziyyət çəkirlər və hərfi məna və məcazi məna ifadələrinin fərqinə varmaq niyyətində deyillər. Vəhabilər aşağıdakı hədisdən çox yalnış məna çıxarırlar. Elə bu səbəbdəndir ki, Rəsulullah (s) Əhli-Beytdən (əs) öyrənməyi əmr edirdi. Əgər bütün Quranı və Rəsulullahın sünnəsini nəzərə alsaq, onda biz bilməliyik ki, haqq-hesab günü bütün hadisələr ritorik suallar şəklində reallaşacaq.

Axı ritorik sual nədir?

Əvvəlcə butermini aydınlaşdıraq ki, insanlar daha rahat başa düşsünlər.

Ritorik sual o suala deyilir ki, sualı verən sualın cavabını əvvəlcədən bilir. Bu sualın soruşulmasında məqsəd cavabın hər kəsə aydın olmasıdır.

Haqq-hesab günü baş verəcək bütün hadisələr ritorik Sorğu üzərində olacaq və buna Qurandan bir neçə dəlil var. Belə ki, “Hovuz Hədisi”nin detallarına getməzdən öncə,Qurandan dəlillərə baxaq.

Allah (svt) gizli ya aşkar hər şeyi biləndir. Lakin buna baxmayaraq, Allah şahidlərin belə ritorik sualı İsaya (əs) verəcək ki, hamı baş verənlərə şahid olsun.

(Maidə 5:116) (Ya Rəsulum!) Xatırla ki, o zaman (qiyamət günü) Allah belə buyuracaq: “Ya Məryəm oğlu İsa! Sənmi insanlara: “Allahla yanaşı, məni və anamı da özünüzə tanrı bilin!” – demişdin?

Həqiqətdə Allah bilir ki, İsa (əs) heç vaxt insanlara əmr etməyib ki, onlarİsanı və anasını Tanrı bilsinlər? Lakin bütün hadisələr Qiyamət Günü ritorik formada baş verəcək, Allah bu sualı vermişdi ki, şahidlər bilsinlər.

Və bu ritorik suala cavab olaraq Həzrət İsa (əs) belə cavab verəcək:

“(İsa cavabında) deyəcək: Sən pak və müqəddəssən! Haqqım çatmayan bir şeyi demək mənə yaraşmaz. Əgər bunu mən demiş olsaydım, Sən onu mütləq bilərdin. Sən mənim ürəyimdə olan hər şeyi bilirsən, mən isə Sənin zatından ola bilmərəm. Şübhəsiz ki, qeybləri bilən ancaq Sənsən!”

Məgər Allah bilmir ki, O hər şeyi biləndir? Həqiqətənmi, Onun İsadan (əs) gələcək cavaba ehtiyacı var? Yox, əlbəttə yox. Lakin Allah (svt) İsaya (əs) imkan verəcək ki, ona atılmış böhtanlardan özünü müdafiə etsin və İsa (əs) öz haqq əməllərinə Allahı şahid tutacaq.

Hətta Hafiz İbn Kəsir bu ayəyə eyni təfsiri vermişdir. O yazır:

Allahın buyurduğu,

(Sən pak və müqəddəssən! Haqqım çatmayan bir şeyi demək mənə yaraşmaz.)

..Allah İsanın verəcəyi mükəmməl cavabı eşitmək üçün ona müraciət edir. İbn Əbi Xatim yazır ki, Əbu Hüreyrə belə demişdir: “Allahın verəcəyi suala cavab vermək üçün İsaya bu dəlil öyrədiləcəkdir. ”

Təfsir İbn Kəsir 5: 116

İndi Hovuz hədisinə qayıdaq. Sadəcə hədisin sözlərinə bir daha nəzər yetirək.

"Peyğəmbər dedi: "Səhabələrimin bəzilərimənim Hovuzuma yaxınlaşacaq, mən onları tanıyacağam, sonra onlar məndən uzaqlaşdırılacaqlar və mən deyəcəyəm: "Ey mənim səhabələrim!"

Belə ki, Rəsulallaha (s) bu dünyada deyilmişdi ki, onun səhabələri ondan sonra bidətlər edəcək və Kövsər Hovuzunda mələklər onları sol tərəfə aparacaq və rəsulullah (s) onları tanıyacaq, sonra da onlar uzaqlaşdırılacaqlar….. Beləliklə, sual yaranır:

  1. Niyə Rəsulallah (sav) deyir ki, o, onları tanıyacaq və buna baxmayaraq onlara səslənəcək (onları qorumaq üçün): “Ey mənim səhabələrim”
  2. Və niyə Rəsulun (sav) bildiyi şey ona deyilir (yəni onların dində dəyişiklik etmələri)?

Beləliklə, inanın ki, Qiyamət günü Rəsulullah (sav) sol tərəf səhabələrini tanıyır və onların sol tərəfdə olma səbəblərini bilir. Və bu hadisə ritorik formada baş verir (yəni başqalarının da bu işə şahid olması üçün). Ancaq vəhabilər bütün Quranın hərfi mənada olduğuna və qiyamət gününün hadisələrinin də bu cür baş tutacağına inandıqları üçün bu hədisi də anlaya bilməyiblər.

2-ci etiraz: Vəhabilər iddia edir ki, Peyğəmbərlər öz ümmətlərindən aldıqları cavabı bildiklərini inkar edəcəklər.

Vəhabilər Peyğəmbərlərin heç nə bilmədikləri haqqında əvvəlki iddialarını sübut etmək üçün Quranın bu ayələrini sitat gətirirlər:

(Maidə 5:109) Allah peyğəmbərləri toplayacağı gün (qiyamət günü) belə buyuracaq: “(Ümmətlərinizi Mənim əmrimə tabe olmağa dəvət etdiyiniz zaman) sizə nə cavab verildi?” Onlar isə (təvazökarlıq edib): “Biz heç bir şey bilmirik. Həqiqətən, qeybləri (görünməyənləri) bilən ancaq Sənsən! – deyə cavab verəcəklər.

Bu ayədən də onlar sübut etməyə çalışırlar ki, əvvəlki peyğəmbərlər də öz ardıcıllarından aldıqlarına nə cavab verməli olduqlarını bilmirdilər.

Bu ayənin ölülərin“Eşitmə və Xəbərdar olma”sı ilə heç bir aidiyyatı yoxdur, amma vəhabilər bunu bu məsələyə bağlamağa cəhd edirlər. Lütfən aydınlaşdırın ki, bu ayə onların vəfatından sonra ümmətlərinin onlara verdiyi cavab haqqında deyil, Allahın onların sağlıqlarında aldığı ismarıc haqqında sual etməsi haqqındadır (yəni ölümdən sonrakı ismarıcdan danışmağın yeri yoxdur).

Lakin bu halda nə üçün Peyğəmbərlər bu haqda heç bir elmə sahib olmadıqlarını deyirlər? Bunu bilmək üçün biz gərək Qiyamət gününün dəhşətli hadisələrini yaddaşımızda saxlayaq. İbn Kəsir bu ayənin təfsirini belə verir:

(Biz heç bir biliyə malik deyilik)

Mücahid Əl Həsən Əl Bəsri və Əs Suddiyə görə, bu, həmin Günün dəhşətinin nəticəsidir. Əbdür-Rəzzaq Ət-Tavridən, o da Əl Əmaşdan belə rəvayət edib ki, Mücahid bu ayə haqqında belə deyib:

(Allah Peyğəmbərləri bir yerə toplayacağı gün onlara belə deyəcək: “Sizə verilən cavab nə idi”) Onlar qorxaraq belə cavab verəcəklər:

(Biz heç bir biliyə malik deyilik)

İbn Cərir və İbn Əbi Hatim də bu təfsiri yazıb. Əli İbn Əbi Təlhə İbn Abbasın ayənin şərhini belə verdiyini yazıb:

(Allah Peyğəmbərləri bir yerə toplayacağı gün onlara belə deyəcək: “Sizə verilən cavab nə idi (öyrətdiyiniz insanlardan aldığınız cavab”)

Onlar qorxaraq belə cavab verəcəklər: Biz heç nə bilmirik, qeybləri bilən yalnız Sənsən!”

Onlar şanı ən uca olan Rəbblərinə belə deyəcək: “Biz bildiyimizdən əlavə bir şey bilmirik və Sən onları bizdən daha yaxşı bilirsən.”

Bu cavab şanı ən uca olan Rəbb qarşısında hörmətsizlikdir, və bu o deməkdir ki, Sənin hər şeyi əhatə edən elminlə müqayisədə bizim heç bir elmimiz yoxdur. Bu səbəbdən, bizim elmimiz yalnız o insanların davranışlarının bizə görünən tərəfindən idrak edilir, onların qəlblərini biz bilmirik.Sənsən hər şeyi Bilən. Hər şeyi ehtiva edən elmə sahib olansan, və bizim elmimiz Sənin elmin qarşısında heçə bərabərdir.

Eyniylə, Ağa Mehdi Puya bu ayəyə eyni Təfsiri verib:

La ilma Lənə o demək deyil ki, biz heç nəyi bilmirik, bu o deməkdir ki bizim elmimiz bizim deyil, Sənə məxsusdur, bizə Sənin tərəfindən bəxş olunan qədərdir, və bu da çox məhduddur. Sən Alim olan Allahsan.

Beləliklə bu ayə peyğəmbərlərin ölümündən sonrakı hadisələrə aid deyil, onların sağ olduqları zamandakı hadisələrə aiddir və ölülərin “Xəbərdarlığı” və “Eşitməsi”ni inkar etmək üçün istifadə oluna bilməz.

3-cü etiraz: Vəhabilər iddia edir ki, Həzrət İsa (əs) vəfatından sonra ümmətinin şahidi olduğunu inkar edir.

Vəhabilərin üçüncü etirazları budur ki, İsa (əs) da deyib ki, o öldükdən sonra ümmətinin əməllərinin şahidi olmayıb. Onlar növbəti Quran ayəsini dəlil kimi sitat gətirirlər.

(Maidə 5:116-117) (Ya Rəsulum!) Xatırla ki, o zaman (qiyamət günü) Allah belə buyuracaq: “Ya Məryəm oğlu İsa! Sənmi insanlara: “Allahla yanaşı, məni və anamı da özünüzə tanrı bilin!” – demişdin? “(İsa cavabında) deyəcək:” Sən pak və müqəddəssən! Haqqım çatmayan bir şeyi demək mənə yaraşmaz. Əgər bunu mən demiş olsaydım, Sən onu mütləq bilərdin. Sən mənim ürəyimdə olan hər şeyi bilirsən, mən isə Sənin zatından ola bilmərəm. Şübhəsiz ki, qeybləri bilən ancaq Sənsən!

Mən onlara yalnız Sənin mənə etdiyin əmri çatdırıb belə demişəm: “Mənim də, sizin də Rəbbiniz olan Allaha ibadət edin!” Nə qədər ki, onların arasında idim, onlara şahid mən idim (onları belə nalayiq hərəkətlər etməyə qoymurdum). Sən məni (göyə qaldırıb dərgahına) qəbul etdikdən sonra onlara nəzarətçi Özün oldun. Yalnız Sən hər şeyə şahidsən!

Beləliklə, bu ayədən sələfilər/vəhabilər belə nəticə çıxarırlar ki, Həzrət İsa (ə) ölümündən sonra ümmətinin əməllərindən xəbərsiz idi. Buna görə də deyir ki, o, yalnız ümmətinin arasında ömür sürdüyü zaman onların əməllərinə şahid idi. Və bundan sonra o, ümmətinin əməllərindən xəbərsiz oldu və bu səbəbdən Məhəmməd peyğəmbərin (saas) öldükdən sonra bizim əməllərimizdən xəbərdar olduğunu demək yanlışdır.

Cavab

Sələfilər Peyğəmbərlərin bizim əməllərimizdən xəbərsiz olduğunu sübut etmək üçün Qiyamət Günündəki hadisələrdən danışa bilməzlər, bütün bu şeylər orada ritorik formada baş verir ki, kafirlərə hər şey aydın olsun və yalnız bu dünyada baş verənlər orda qeyd olunacaq (yəni bu dünyada etdiyimiz əməllər qiyamət günü nəzərə alınacaq. Və bu dünyada baş verən mənəvi hadisələr o səhnədə xatırlanmayacaqdır.)

Əgər sələfilər bu faktı qəbul etməsələr və öz qiyaslarından bərk-bərk yapışsalar, onda biz Quranda nə qədər ziddiyyətlərin olduğunu onlara göstərəcəyik. Vəhabilərdə problem ondan ibarətdir ki, onlar Quran ayələrinin təkcə öz iddialarına uyğun olan hissəni götürürlər, qalan hissəsini tərk edirlər. Quranı doğru anlamaq yalnız Əhli-Beytin (əs) vasitəsilə mümkündür. Davam etməzdən əvvəl bilməliyik ki, sələfilər “Şahid” olmaqdan nə başa düşürlər. Məsələn, Quranın bu ayəsinə baxaq:

(Nisa 4:41) (Ya Rəsulum!) Hər ümmətdən (peyğəmbərini) bir şahid gətirəcəyimiz və səni də onlara şahid təyin edəcəyimiz zaman (kafirlərin halı) nə cür olacaq?

Və eyniylə aşağıdakı ayə:

(Bəqərə 2:143) (Ey müsəlmanlar!) Beləliklə də, sizi (ədalətli və seçilmiş) bir ümmət etdik ki, insanların əməllərinə (qiyamətdə) şahid olasınız, Peyğəmbər də (Muhəmməd əleyhisəllam da) sizə şahid olsun.

Adi müsəlman anlayışı budur ki, şahid “görən, tanıyan” deməkdir və “əla” sözü şahid sözündən sonra gələrsə rəqib və ya muhaymin (diqqətli şahid və yaxından görən) mənasını verir. Xahiş edirik, əl-Bəqərə surəsi, 143-cü ayəyə istinad edin. Həmçinin Əl-Rad, 43;Əl-Hud, 17; Əl-Nəhl, 84-89-cu ayələrə baxın. Allah hər xalqdan bir şahid gətirəcək və müqəddəs peyğəmbəri də o şahidlərə şahidlik etmək üçüngətirəcək. Deməli, peyğəmbərin bizim əməllərimizdən bixəbər olmasını demək küfrdür.

Lakin bu müsəlman anlayışına zidd olaraq, sələfilər iddia edirlər ki, Rəsulallah (saas) heç vaxt öz ümmətinin və ya əvvəlki ümmətlərin əməllərini müşahidə etməmişdir. Və o, yalnız Quran sayəsində şahid olmuşdur, yəni Allah Quranda əvvəlki ümmətlərin hekayələrini rəvayət edir və Rəsulallah (saas) Qurandanbildikləri əsasında şahidlik edəcək.

Səudiyyədə Urdu dilində tərcümə və təfsiri ilə nəşr olunmuş Quranda yuxarıdakı ayənin (4:41) təfsirini belə verir:

“Hər bir Peyğəmbər Allahın vəhyini öz ümmətinə çatdırdığını Allaha xəbər verəcək. Və əgər onlar bunu qəbul etməsələr onda bu bizim günahımız deyil. Bundan əlavə Məhəmməd Peyğəmbər (saas) gəlib belə deyəcək: “Ya Allah, onlar haqqı deyirlər.” Rəsulallah (saas) ona nazil olan və əvvəlki ümmətlərin hekayələrini rəvayət edən Qurana əsasən şahidlik verəcək.”

Sələfilərin “Şahid” anlayışı haqqında düşüncələri oxucularımıza aydın oldusa, biz davam edək.

(ən-Nisə 4:159) Kitab əhlindən (yəhudilərdən və xaçpərəstlərdən) elə bir kəs olmaz ki, ölümündən əvvəl (can verdiyi zaman) ona (İsaya) iman gətirməsin, lakin o, (İsa) qiyamət günündə onların (kitab əhlinin) əleyhinə şəhadət verəcəkdir.

Bu ayədə Allah (svt) təsdiq edir ki, Həzrət İsa (əs) Qiyamət gününə qədər bütün Xristian və Yəhudilərə “Şahid”dir.

Hətta əgər biz sələfilərin “Şahid” haqqında nəzəriyyələrinə baxsaq, yenə də Həzrət İsa (əs) öz ümməti haqqında biləcək, çünkikainatın sonuna yaxın, o, yenidən dünyaya enəcək və İmam Mehdinin (əs) arxasında ibadət edəcək. Və Quran da əvvəlki ümmətlərin hekayələri ilə orada olacaq. Beləliklə, bu fakt Həzrət İsanın (əs) öz ümmətinin əməllərindən xəbərdar olması və Haqq-hesab günü bunların “Şahid”i olacağı haqqında heç bir şübhəyə yer qoymur. İndi vəziyyət belədir ki, əgər biz sələfilərin hərflik nəzəriyyələri ilə əməl etsək, onda aşağıdakı Quran ayələrində ziddiyyət görəcəyik:

  1. (5:117) ayəsində deyilir ki, İsa (əs) qiyamət günü belə deyəcək: “Nə qədər ki, onların arasında idim, onlara şahid mən idim”
  2. Lakin (4:159)-cu ayədə deyilir ki, Allah Həzrət İsanı (əs) inkar edir və deyir ki, o, (İsa) Qiyamətə qədər gələn hər bir Xristian və Yəhudiyə şahidlik edəcək.
  3. Və həmçinin sələfilərin şahidlik etmə nəzəriyyələrinə əsasən, Həzrət İsa (əs) öldükdən sonra ümmətinin nə etdiyini bilmədiyini və yalnız onların arasında yaşadığı müddətdə onlara şahidlik etdiyini deyəndə, biz onu yalançı elan etməliyik (nəuzu billah). (Halbuki, o, sonra bu dünyaya gələcək və öz ümmətinin tarixinin yazıldığı ayələrlə dolu Qurana malik olacaq.)

Əziz Oxucular, ümid edirik ki, indi siz sələfilərin növbəti hərflik nəzəriyyələrinin nəticələrini görməyə qadirsiz.

Əvvəl də qeyd etdiyimiz kimi, Haqq-hesab günü hadisələr “Ritorik” formada baş verəcək. Həzrət İsa (əs) yalnız ümmətinin arasında yaşadığı müddətdə şahid olduğunu dedikdə, bu, həmin dövrdə Həzrət İsa (əs) ümmətinin əməllərinə görə cavabdehdir mənasındadır. Allah (svt) onu göylərə qaldırdığı üçün, onun, ümmətinin əməllərinə görə cavabdehliyi yoxdur.

Eyniylə, bir çox hədislər var ki, Qiyamət Günü hadisələrin ritorik Formada baş verəcəyini göstərir. Məsələn, hamımız bilirik ki, Peyğəmbərlər Cənnətə gedəcəklər. Lakin buna baxmayaraq, elə hədislər var ki, Qiyamət gününün necə dəhşətli olacağını və bütün bu peyğəmbərlərin qorxudan titrəyəcəyini və başlarına nə gələcəyindən xəbərsiz olacağını bildirir.

Əvvəlkibölmələrdə biz ölülərin eşitdiyi haqqında şübhələri yox edən Quran ayələri və Rəsulallahdan (saas) hədislər qeyd etmişdik. Lakin sələfilər bu Quran ayələri və hədisləri öz qiyaslarına əsasən inkar etməyə çalışırlar.

Allahummə Salli Alə Muhamməd və Ali Muhamməd.

 

Oxşar məqalə:

Ölülər eşidir və cavab verə bilirlərmi?

Страница 5 из 5«12345
Рейтинг

В этом разделе