»»

Ölülər eşidirmi?

  1. Mövzunun tarixi əsası və əhəmiyyəti
  2. Ölülərin eşitməsi haqqında Qurandan və hədisdən dəlil
  3. Sələfi dəlilllərinə baxış
  4. Quran təsdiqləyir ki Rəsulallah bizim hərəkətlərimizi görür
  5. Ölülərin eşitməsinə dair vəhabilərin digər dəlilləri

Quran təsdiqləyir ki, Rəsulallah (saas) bizim hərəkətlərimizi görür.

Müqəddəs Quranda Rəsulallahın (saas) bizim hərəkətlərimizi görməsini təsdiqləyən ayə var.

(ət-Tövbə 9:94) ... əməlinizi Allah da görəcək, Onun Peyğəmbəri də”. Sonra qeybi və aşkarı bilənin (Allahın) hüzuruna qaytarılacaqsınız, O da sizə nə etdiklərinizi xəbər verəcəkdir!

Quranın digər bir ayəsi də təsdiq edir ki, bizim hərəkətlərimizi yalnız Rəsulallah deyil, eləcə də möminlər (inananlar) da görür.

(ət-Tövbə 9:105) De: “(Ey insanlar, ey tövbəkarlar! İstədiyinizi) edin. Allah, Onun Peyğəmbəri və möminlər əməllərinizi görəcəklər. Siz qeybi və aşkarı bilən Allahın hüzuruna qaytarılacaqsınız, O da sizə nə etdiklərinizi xəbər verəcəkdir!”

Yuxarıdakı ayələr Rəsulallahın (saas) bizi yalnızca eşitməsi deyil, həmçiningörməsi haqqında olan şübhələrə son qoyur (yəni, o (saas) dünyada baş verən hər şeydən xəbərdardır).

Yuxarıdakı ayələrə sələfilərin cavabları

Lakin Sələfilər Rəsulallahın (saas) bizi görməsini inkar edirlər. Onlar iddia edirlər ki, “Görmək” sözü burada həqiqi mənada deyil, məcazi mənada işlənib (özlərinin “Müqəddəs Quranda Məcaz yoxdur, hər şey həqiqi mənadadır” iddialarına zidd olaraq). Bundan başqa sələfilər deyirlər ki, “Görmək” sözü burada “Bilmək” mənasında işlənir, yəni, bizim hərəkətlərimizi YALNIZ Allah görür və Rəsulallah (saas) bunları mələklərin onlara gətirdikləri vəhylər vasitəsilə bilir. Gəlin yuxarıdakı ayələrin izahını verək:

“Yuxarıdakı Görmək sözü (yalnız) Bilmək mənasında işlənib. Bu o deməkdir ki, bizim hərəkətlərimizi yalnız Allah görmür, eləcə də Rəsulallahın (saas)və digər möminlər də vəhylər vasitəsilə olanlardan xəbərdar olurlar. Bu fikir əvvəlki 9-cu surənin94-cü ayəsində də bildirilmişdir. Burada Rəsulallahın söylədiyi halda digər möminlərin də bilgi aldıqları göstərilir”.

9-cu surənin 94-cü ayəsinin Təfsiri (Urdu dilində)Şah Fahad Nəşriyyat Evi tərəfindən çap olunmuş və Səudiyyə Hökuməti tərəfindən də yayılmışdır.

Sələfilərin Təfsirinə bizim cavabımız

Rəsulallahın (saas) bizim hərəkətlərimiz haqqında necə xəbərdar olmasının nə fərqi var? Onun (saas) bizim hərəkətlərimizi necə görməsi və eşitməsindən (adi insan və yaxud vəyh alan bir insan kimi) daha Vacib və Əsas məsələ onun bizim əməllərimizdən xəbərdar olmasıdır. Hər iki halda sələfilər səhvə yol verirlər. Bundan sonra onlar bunu necə söyləyə bilərlər:

  • Rəsulallah (saas) vəfat etmişdir və bu dünya ilə heç bir əlaqəsi yoxdur.
  • Rəsulallah (saas) hətta öz məzarında bizim salamlarımızı da eşitmir.
  • “Ya Rəsulallah” demək şirkdirsə, “əs-səlat u vəs-salam u aleykə ya Rəsulallah” demək caiz deyil.
  • Rəsulallah (saas) vəfat etdiyindən və hətta ondan (saas.) nə istədiyimizi bilmədiyindənbizə şəfaət etməsi üçün ondan kömək istəməyimiz şirkdir.

Rəsulallah (saas) və möminlər bütün bəşəriyyətə qarşı şahidlik edirlər.

Quran deyir ki, haqq-hesab günündə Rəsulallahın (saas) ümmətindən olan möminlər bütün bəşəriyyətə qarşı şahidlik edəcəklər və Rəsulallah (saas) da onlara qarşı şahidlik edəcək.

(Bəqərə 2:143) Beləliklə də, sizi (ədalətli və seçilmiş) bir ümmət etdik ki, insanların əməllərinə (qiyamətdə) şahid olasınız, Peyğəmbər də (Muhəmməd əleyhisəllam da) sizə şahid olsun.

Digər ayədə isə Quran deyir:

(Nisə 4:41) (Ya Rəsulum!) Hər ümmətdən (peyğəmbərini) bir şahid gətirəcəyimiz və səni də onlara şahid təyin edəcəyimiz zaman (kafirlərin halı) nə cür olacaq?

Rəsulallah (saas) və onun ümməti görmədiyi və eşitmədiyi halda bütün bəşəriyyətə qarşı necə şahidlik edəcəklər?

Əməl dəfətəri sağ yöndən gətirilən kimsələrin (möminlərin)ruhları bizi görür

Quran deyir ki, mömin insanların ruhları bizi görür və əgər də möminlərdəniksə biz ölən zaman onlar bizi salamlayırlar.

(əl-Vaqiə 56:83) Bir kimsə canını tapşıran zaman baxa-baxa qalırsız.

(əl-Vaqiə 56:90) Əgər o, sağ tərəf sahiblərindəndirsə (əməl dəftəri sağ əlinə verilənlərdəndirsə),

(əl-Vaqiə 56:91) (Ona özü kimi olan yoldaşlarının dili ilə: ) “Sağ tərəf sahiblərindən sənə salam olsun!” (deyiləcəkdir).

Qoy Allah sorğu-sual günü əməllərimizi sağ əlinə verilən kəslərdən etsin bizi. Amin.

Peyğəmbərlərin Məhəmmədə (saas) kömək etmək üçün vədləri

Biz sələfilərdən, Peyğəmbər və ya sadə insanlar olmasından asılı olmayaraq ölülər bizə kömək edə bilərlər deyə soruşanda, onlar cavab verdilər: Xeyr! O zaman onlar Ali İmran surəsinin bu ayəsinə baxmalıdırlar:

(Ali İmran 3:81) (Ey kitab əhli!) O vaxtı yadınıza gətirin ki, Allah peyğəmbərlərdən: “Sizə verdiyim kitab və hikmətdən sonra, sizdə olanı təsdiq edən bir peyğəmbər gəldikdə ona mütləq inanıb yardım edəcəksiniz”, - deyə əhd almış və onlara: “Bunu təsdiq edib, ağır olan əhdimi qəbul etdinizmi? – demişdi. Onlar da: “Təsdiq etdik!” – deyə cavab vermişdilər. (Bu zaman) Allah: “Elə isə (bir-birinizə) şahid olun! Mən də sizinlə bərabər şahidlərdənəm”, - deyə buyurmuşdu!

Təhlillər

  1. İndi Peyğəmbərlər Peyğəmbərlik məqamlarına görə Rəsulallaha (saas) kömək etməlidirlər. Onlar ölü olduğu halda necə kömək edə bilərlər və vəhabilərin sözlərinə görə ölülər dirilərə kömək edə bilməzlər.
  2. Əgər biz onların kömək edə bilmədiyini deyiriksə, bu o anlama gəlir ki, bu Peyğəmbərlər fasiqdirlər, çünki Rəsulallaha (saas) kömək etmək onların nübuvvət şərtidir.
  3. Biz Peyğəmbərlərin fiziki baxımdan sağ olmamalarına baxmayaraq onların Rəsulallaha (saas) kömək edə biləcəklərini və o (saas) onları çağıran zaman onun yardımına gələcəklərini qəbul etməliyik.
  4. Əgər bu Peyğəmbərlər ölü ikən Mühəmmədə (saas) kömək edə bilirlərsə, bəs nə üçün vəhhabilər inkar edir ki, bütün Peyğəmbərlərdən üstün olan Mühəmməd (s) bizə kömək edə bilməz?
  5. Əgər bu Peyğəmbərlər Qeybdə ikən Rəsulallaha (saas) kömək edə bilirlərsə, bəs nə üçün Qeybdə olan İmam Məhdinin (ə) öz şiələrinə kömək edə biləcəyinə inanmağımız yanlış hesab olunur?
  6. Əgər Rəsulallaha(saas) kömək etmək bir peyğəmbəri fasiqə çevirirsə, onda Uhud və Hüneyn döyüşlərində səhabəyə kömək etməyən və peyğəmbərə ölüm yatağında yazı yazmaq xahişini yerinə yetirməyinə açıq aşkar mane olan səhabənin halı daha pis deyilmi?

Rəsulallahın (saas) yoxluğunda ondan şəfaət istəməyin yollarını o (saas) özü belə bildirmişdir

Rəsulallah (saas) həyatda ikən səhabə onun yanına gələr və onun üçün dua etməsini xahiş edərdi. Lakin Rəsulallah (saas) onun dualarına necə sığınmağımızı və olmadığı zamanlarda onun vəsiləsi ilə necə istəməyimizi bizə danışmışdı.

Bir kor kişi Rəsulallahın (saas) yanına gəldi və dedi: “Allahdan mənə kömək etməsini dilə”. O cavab verdi: “Əgər istəsən mən bunu yubadaram və sənin üçün daha yaxşı olacaq, əgər istəsən mən sənin üçün Allahdan daha xeyirlisini diləyəcəyəm.” O dedi: “O zaman Ona dua elə”. Peyğəmbər (saas) dedi: “idhhab fa tavadda, va salli rak`atayn thumma qul” Get və dəstəmaz al, iki rükət namaz qıl və sonra de: Ey Allah, mən sənin mərhəmətli Peyğəmbərin vəsiləsiylə səndən istəyirəm; Ya Məhəmməd, mən sənin vəsilənlə öz dualarımı Allahımdan istəyirəm, Mən sənin vəsilənlə Allahdan mənə yenidən görməyi nəsib etməsini istəyirəm. Ey Allah onu mənimlə Sənin aranda vəsilə et.

Bu hədis Əhməd (4:138#17246-17247), Tirmizi (hasan səhih qərib –Da`avat 119-cu Fəsil), İbn Macə (İqamət əl-salat və əl-sunnat, Salat əl-hajat # 1385-ci fəsil), Nəsai ( Amal al-yavm va al-laylat, səhifə 417-418 # 658-660), əl-Hakim (1:313, 1:526), Təbarani al-Kabir tərəfindən nəql edilmiş və İbn Hacər, Dahabi, Şavkani və İbn Teymiyyə də daxil olmaqla təxminən 15 hədis ustadları tərəfindən çox ciddi şəkildə təsdiqlənmişdir.

  1. Peyğəmbərin göstərişləri xüsusi bir şəxsə, vaxta və məkana məhdudiyyət qoyulmadan bütün müsəlmanlar üçün qanuni qüvvə daşıyır; Peyğəmbərin (saas) özündən sonra gələn göstərişlə təsdiq olunmayana qədər bu dünyanın sonuna kimi bütün nəsillər üçün öz qüvvəsini saxlayacaq.
  2. Peyğəmbər (saas) kor kişiyə dedi: “Get və dəstəmaz al”, əlavə etmədən: “sonra isə mənim qarşıma gəl”. Cismən yoxluqlarına gəlincə isə ölülər və dirilər tam oxşardılar.
  3. Peyğəmbərin (saas) cismən olmamasına baxmayaraq, onun vasitəçiliyi üçün çağırdığımız söz birbaşa müraciətdir: “Ya Məhəmməd”. “Ey filankəs” - ifadəsi sağ olan və ya eşidən bir kimsəni çağırmaq üçün işlədilir. Onu da qeyd edək ki, Allah möminlərə Peyğəmbəri (saas) adi tərzdə bir-birlərini çağırdıqları kimi çağırmağı qadağan etmişdir. Ona görə də, Peyğəmbərin (saas) olmamasının və müraciət olunmasının yeganə yolu birincinin fiziki, ikincinin isə mənəvi mənada işlənməsidir.


Sələfilər əllərindən gələni edirlər ki, öz istəklərinə uyğun olaraq yuxarıdakı hədislərin mənasını dəyişsinlər. Bizim söylədiyimiz kimi bu hədisin səhabələr tərəfindən eyni mənada işlədilməsi onlara bunu dəyişməyə yol vermir. Burada göstərilən 2-ci hədis yuxarıdakı hədisi təsdiqləyir.

Osman ibn Hunayfın qardaşı oğlu Əbu İmama ibn Səhl ibn Hunayfın da söylədiyi kimi Kəbir (9:17-18) və Saqirdə (1:184/201-202) Münziri (Targib 1:473-474), Heytəmi və Təbərani, Marifədə Beyhəqi, Əbu Nuaym tərəfindən təsdiq olunan səhih hədis:

Bir kişi ehtiyacı üzündən Osman ibn Əffanın yanına gəldi, lakin o, nə kişiyə diqqət yetirdi, nə də onunla maraqlandı və bu vəziyyətdən sonra o, Osman ibn Hunayfa şikayət etdi və o dedi: “Get dəstəmaz al, sonra məscidə get və iki rükət namaz qıl, daha sonra bu duanı de”, sonra o kor kişinin duasını xatırlatdı, “sonra yenidən Osmanın yanına get.” Həmin kişi getdi, onun dediyi kimi etdi, sonra Osmanın qapısına getdi, qapıçı gəldi və onun əlindən tutaraq Osmanın yanına gətirdi və Osman onu özü ilə xalçanın yuxarı hissəsində oturdub dedi: “Mənə de görüm nəyə ehtiyacın var.” Bundan sonra kişi evdən çıxdı və yenidən Osman ibn Hunayfla rastlaşdı və dedi: “Allah əcrini versin! Sən onunla danışmayana qədər o nə mənə diqqət yetirdi, nə də mənimlə maraqlandı. O cavab verdi: “Mən onunla danışmamışam, lakin mən bir kor kişinin görməməyindən Peyğəmbərə (saas) şikayət etmək üçün gəldiyini görmüşdüm” və o ona bu hekayədəki əsas fikri xatırlatmışdı.

Mənbə: html_ico Encyclopedia of Islamic Doctrine

Beləliklə, sələfilərin yuxarıdakı hədisə başqa məna vermək imkanları qalmır.

Bizim əməllərimiz Rəsulullaha (sav) təqdim olunur və o, bu ümmətin əməllərindən xəbərdardır.

Digər bir hədisdə deyilir ki, ümmətin əməlləri davamlı olaraq Peyğəmbərə təqdim olunur, o, ümmətin yaxşı əməl və ibadətləri üçün Allaha həmd-səna edir ki, Allah onların günahlarını bağışlasın. Hədis belədir:

“Sizin əməlləriniz mənə göstərilir. Əgər yaxşı olsa Allaha həmd-səna edirəm, əgər pis olsa, onda sizin bağışlanmanız üçün Allaha dua edirəm.”

Hatəmi Məcməüz-zəvaid əsərində (9:24) bunu nəql edib və deyib ki, o hədis Bəzzardan və sonrakı ravilər tərəfindən nəql edilib (onun Müsnədində) və hamısı səhihdir. İraqi Tarh-ut-tasrib fi şərh-it-təqrib kitabında ravilər zəncirinin etibarlı olduğunu təsdiq edib. İbn Səd ət-Tabaqatul-kübrada bunu nəql edib (2:194). Qadi-İyad Əş Şifada bu hədisi qeyd edib (1:19); Suyuti bunu əl Xasais ül kübrada (2:281) və Mənahil üs sifa fi Takricahadis aş Şifada qeyd edib (səh 3) və şərh verib ki, İbn Əbi Üsamə öz Müsnədində Bəkr ibn Abdullah əl Muzanidən nəql edib və Bəzzar öz Müsnədində Abdullah ibn Məsuddan səhih ravi zəncirilə nəqlinə etibar edib. Kafaci və Molla Əli Qari əş Şifaya(yəni Nəsim ür Riyad (1:102) və Şərh əş Şifa 1:36)) hörmətlə şərhbildiriblər. Hədis alimi İbn Ül Cavzi bunu əl Vəfa bi əhvalil Mustafa kitabında (2:809-10) Bəkr ibn Abdullah və Ənəs İbn Malikdən rəvayət edib. Subki bu hədisin doğru olduğunu Şifa üs siqam fi ziyarət xayril anam kitabında (səh 34) Bəkr ibn Abdullah əl Muzani və ibn Əbil Hadidən əs Sarim ul munkidə (səh. 266-7) bildirib. Bəzzarın hədisi də həmçinin İbn Kəsirin Əl Bidayə vən nihayəh kitabında (4:257) yazılıb. Əsqalani bu hədisi Bəkr ibn Abdullah əl Muzanidən Mətalibük aliyah kitabında (4:22-3 #3853).rəvayət edib. Əli əl Hindi ibn Sədin hədisini Kənzul Ummalda (11:407 #31903) və Harisdə (#31904) qeyd edib.Nəbhani bunu Hüccətullah ələl aləmin fi mucazat seyyidil mursəlin kitabında səh 713-də rəvayət edib.

Mənbə: html_ico 'Beseeching for Help' by Dr.Tahir-ul-Qadri

Sələfilərin verdiyi yeganə cavab budur ki, bu hədis zəyifdir. Lakin bu yalnız onların ikili standardlarına uyğundur. Bu qədər hədis alimi bu hədisi səhih bilirlərsə, sələfiər hələ də onu necə zəyif adlandıra bilirlər? Onlarin bu hədisi zəyif elan etməkdə yeganə əyarları budur ki, hədis onların istək və əqidələrinə ziddir.

Onların qaldırdığı növbəti etiraz məsələsi Rəsulun (saas) milyonlarla insanın əməllərini görməyə nə cür qadir olmasıdır?

Çox absurd etirazdır və bu yalnız o kəslərin ağlına gələ bilər ki, onlar Literalizm (hərfilik) xəstəliyindən əziyyət çəksin. Gəlin onlara hətta sələfi alimlərinin də qəbul etdiyi bir hədisi sitat gətirək.

“Cümə günləri mənə daha çox salatu salam göndərin, çünki bu gün (xüsusilə) izlənilir və mələklər buna şahid olurlar. Bir kəs mənə salavat göndərməyə başlayan kimi, onun salavatı mənə çatdırılır.” Əbu əl Darda deyir: “Hətta sizin ölümünüzdən sonra belə?” Peyğəmbər cavab verir: “Heç şübhəsiz, Allah Peyğəmbərlərin bədənlərini çürütməyi yerə(torpağa) qadağan etmişdir.”

Əbu əl Dardanın səhih ravi zənciri ilə İbn Macə tərəfindən rəvayət olunmuşdur. Həmçinin səhih zəncirlə Ovs ibn Ovs əl Təqafi Əhməddən, o da İbn Əbi Şeybadan, o, Əbu Davuddan, o, əl Nəsaidən →İbn Macə →əl Darimi→İbn Kuzayma→İbn Hibban→Əl Hakim (Zəhəbi səhih hesab etmişdir), Təbaranidən öz Kəbirində və bir çox yerlərdə Beyhəqidən rəvayət etmişdir.

Страница 4 из 5«12345»
Рейтинг

В этом разделе