BİSMİLLAHİR RƏHMANİR RƏHİM
Müəllif: İmam, əllamə, hənbəli məzhəbinin şeyxi Əbu Yalə Muhamməd ibn Huseyn ibn Muhamməd ibn Xələf ibn Əhməd əl-Bağdadi əl-Hənbəli əl-Fərra (vəfat tarixi h.q 458), “İbtal ət-təvilat li əxbar əs-sifat” kitabı, səh 143-145
Qətadə İkrimədən, İkrimə İbn Abbasdan rəvayət edir: Rəsuləllah buyurdu:
“Rəbbimi üzü tüksüz, sallanmış qıvrım saçları olan bir cavan oğlan surətində yaşıl bağda gördüm”.
Mənə gəlib çatmışdır ki, ət-Təbərani deyib: Qatadənin Ikrimədən, Ikrimənin İbn Abbasdan,onun da Peyğəmbərdən (s) rəvayət etdiyi (Allahı) görmək barədə hədisi səhihdir.
Həmin mənbənin 144-cü səhifəsində:
Əbu Bəkr Əhməd b. Muhamməd b. Abdullah b. Sədəqə Əl-Bağdadi dedi: “İkrimənin hədisinə iman etməyən şəxs zındığdır”.
Əbu Zərə Ər-Razi dedi: “Kim Qatadənin İkrimədən, İkrimənin İbn Abbasdan rəvayət etdiyi “Rəbbimi üzü tüksüz, sallanmış qıvrım saçları olan bir cavan oğlan surətində yaşil bağda gördüm” hədisini inkar etsə mutəzilidir”.
Həmin mənbənin 145-cü səhifəsində:
Əhməd b. Hənbəl (bu hədis barədə) dedi: “Kim hədisə və ya hədisdə olan bir şeyə şəkk etsə cəhmidir. Onun şəhadəti qəbul olunmaz, ona salam verilməz, xəstələndikdə ziyarətinə gedilməz”.
Müəllif: Əhməd ibn Əbdül Həlim ibn Əbdüs Səlam ibn Teymiyyə əl-Hərrani (vəfat tarixi h.q 728), “Bəyan təlbis əl-cəhmiyyə” kitabı, VII cild, səh 194
“İmam Əhmədin təhdis etməyə əmr etdiyi bu hədis onun Rəbbini yuxuda görməsini açıq-aydın ifadə edir. Bu ləfzlər ibn Abbasın hədisində gələn ləfzlərə bənzərdir.”
Nəticə:
Xahiş edirik, belə bir Allaha (n.b) iman gətirənlər cavab versinlər ki, bütpərəstlərdən nə ilə fərqlənirlər?=
(c) nasibilar.wordpress.com