»»

Səhabə Süheyb ər-Rumi barədə şiələrin mövqeyi necədir?

Sual: Səhabə Süheyb ər-Rumi barədə şiələrin mövqeyi necədir?

Cavab: Nəql edilir ki, Ömər vəfat edərkən Süheybin ona namaz qılmasını, həmçinin müsəlmanlar özlərinə yeni imam təyin edənədək, camaata məhz Süheybin namaz qıldırmasını vəsiyyət etmişdir. Ömər Süheybi sevərmiş.

Şeyx Müfidin “Əl-İxtisas” kitabında (səh.72) İmam Baqirdən nəql edilən bir hədisdə belə deyilir:

رحم الله بلالا فانه كان يحبنا اهل البيت لعن الله صهيبا فانه كان يعادينا

“Allah Bilala rəhmət eləsin. O biz Əhli-Beyti sevirdi. Allah Süheybə lənət eləsin. O bizə düşmənçilik edirdi”.

Başqa bir rəvayətdə onun Ömər üçün ağladığı qeyd olunur.

Həmçinin İbn Əl-Əsir Süheyb ibn Sinanın İmam Əliyə beyət etmədiyi nəql etmişdir. (“Əl-Kamil”, İbn Əl-Əsir: 3/192)

313news.net

Рейтинг

В этом разделе