»»

Sələfilərin Aişə sevgisi

Mövzunun əslinə keçməmişdən qabaq kiçik bir məlumatı diqqətinizə çatdırmaq istəyirik. Şiə aləmində Yasir əl-Həbib söz sahibi, alim kimi tanınmır və hörmət olunmur. Bizim burada ondan sitat gətirməyimiz onun fikirlərini dəstəklədiyimiz mənasına gəlmir. Sadəcə sələfilərin iç üzünü göstərmək məqsədi daşıyır.

Artıq iki aydan çoxdur ki, Yasir əl-Həbibin bütün əhli-sünnə və sələfi dünyasına elan etdiyi Aişənin şəxsiyyəti barədə bəhsə heç kəsdən cavab gəlmir.

Daima özlərini Aişənin müdafiəçisi kimi göstərən, hər yerdə Peyğəmbər (s.ə.a.s)-in xanımlarının möminlərin anaları olduğunu deyərək guya onları sevdiklərini bəyan edən kəslərdən nə hikmətdirsə səs çıxmır.

Sair əd-Dərracinin telefon zənginə cavab olaraq, sələfilərin sevimlisi Osman əl-Xəmis deyir ki, o, möminlərin anasının və səhabələrin lənətləyən Yasir əl-Həbiblə bəhs etməyəcək. Bu şəxs elə bir mənzərə yaradır ki, guya bunda səhabə sevgisi o qədər çoxdur ki, onları lənətləyən şəxslə söhbət etmir. Əslində isə məsələ tam başqa cürdür. Çünki, bəhsin mövzusu o idi ki, Əbu Bəkr, Ömər, Aişə kimi şəxsiyyətlər hörmətə, yoxsa lənətə layiqdirlər?

Yasir əl-Həbib əvvəlcədən şərt qoymuşdur ki, hər iki tərəf üçün ədalətli şərait yaradılması üçün qarşı tərəf Aişəni tərfiləməyəcək, öz növbəsində Yasir əl-Həbib də bəhs müddəti ərzində onu lənətləməyəcək.

Əgər belə bir ədalətli bəhs mühiti elan edilibsə, o zaman nə üçün müxtəlif bəhanələrlə sələfilər bəhsdən qaçırlar? Əgər Yasir əl-Həbibin Aişə barədə iddialarını yalan hesab edirlərsə, əgər Aişəyə bu qədər sevgiləri varsa, nə üçün onun müdafiəsinə qalxmırlar?

Sair əd-Dərracinin Osman əl-Xəmisə zəngi

Sələfilərin Aişə sevgisi bizlər çoxdan məlumdur. İnternetdə, məscidlərdə şiələri Aişəyə qarşı hörmətsizlikdə günahlandıran sələfilərin hörmətini Salman Rüşdinin Aişəni təhqir etdiyi kitaba ("Şeytan ayələri") münasibətlərində görmüşdük. Imam Xomeyni (r) 1989-cu ildə Salman Rüşdiyə ölüm hökmü kəsdikdə, sələfilər niyə susurdular? Bu səbəbdən İran və B.Britaniya arasında diplomatik əlaqələr qırılma səviyyəsinə gəlib çatmışdı. Çünki, Salman Rüşdi ingilis vətəndaşı idi. Əlbəttə, sələfilər ingilislərin yaratdığı bir qrup olaraq öz Rəbblərinə (yəni, ingilislərə) nə deyə bilərdilər ki?

Рейтинг

В этом разделе