»»

“Mənzilət” hədisi barədə vəhhabi Osman əl-Xəmisin iddialarına cavab

Əziz oxucular! Əvvəlki məqalələrimizdə sələfi (vəhhabi) alimi Osman əl-Xəmisin “Hiqbətun minət-tarix” (“Tarixdən bir an” - kitab rus, türk və azərbaycan dillərinə mövcuddur) adlı kitabına cavab olaraq şiə alimi Şeyx Həsən Abdullah əl-Əcmi tərəfindən yazılmış "Ər-Raddun-nəfis alə əbatili Usman əl-Xəmis" (“Osman əl-Xəmisin batil sözlərinə nəfis rəddiyyə”) adlı 2 cildlik kitabından “Səhabənin ədaləti” bölməsini tərcümə edərək diqqətinizə çatdırmışdıq.

İndi isə həmin kitabdan “Mənzilət hədisi” bölməsini tərcümə edərək Osman əl-Xəmis və onun timsalında bütün vəhhabilərin iddialarının batil olmasını siz oxucuların nəzərinə çatdırmaq istəyirik.

“Mənzilət” hədisi

“Mənzilət” hədisi Allah Rəsulunun (sallallahu əleyhi və alihi və səlləm) Əmirəl-möminin Əli ibn Əbu Talibə (əleyhis-səlam) buyurduğu “sənin mənə nisbətin Harunun Musaya olan nisbəti kimidir, bir fərqlə ki, məndən sonra peyğəmbər yoxdur”, yaxud, “razı olmazsanmı ki, sənin mənə olan nisbətin Harunun Musaya olan nisbəti kimi olsun, bir fərqlə ki, məndən sonra peyğəmbər yoxdur?” hədisidir. Bu hədis on iki imam şiələrinin Əli ibn Əbu Talibin (əleyhis-səlam) imamətinin isbatı məsələsində əsaslandığı hədisi-şəriflərdən biridir. Onlar bu hədisi Əmirəl-möminin (əleyhis-səlam)-ın imam olmasının, ümmət üzərində şəri vəli (hakim, rəhbər) olmasının, Peyğəmbərin özündən sonrakı birbaşa xəlifəsi1 olmasının və digər bir çox üstünlüklərə sahib olmasının isbatı üçün dəlil gətirirlər. Bu hədis səhih, hətta, mütəvatir hədisdir. Onun mütəvatir olmasını bir çox əhli-sünnə alimi təsdiq etmişdir. Onlardan biri əl-Kəttanidir. O özünün “Nəzmul-mutənasir minəl-hədisil-mutəvatir” kitabında demişdir:

«أما ترضى أن تكون مني بمنزلة هارون من موسى» أورده فيها أيضاً من حديث أبي سعيد الخدري، وأسماء بنت عميس، وأم سلمة، وابن عباس، وحبشي بن جنادة، وابن عمر، وعلي، وجابر بن سمرة، والبراء بن عازب، وزيد بن أرقم، عشرة أنفس. قلت: ورد أيضاً من حديث مالك بن الحويرث، وسعد بن أبي وقاص، وعمر بن الخطاب، وقد تتبع ابن عساكر طرقه في جزء فبلغ عدد الصحابة نيفاً وعشرين، وفي شرح الرسالة للشيخ جسوس «رحمه الله» ما نصه: وحديث «أنت مني بمنزلة هارون من موسى» متواتر جاء عن نيف وعشرين صحابياً واستوعبها ابن عساكر في نحو عشرين ورقة


“Razı olmazsanmı ki, sənin mənə olan nisbətin Harunun Musaya olan nisbəti kimi olsun”: o, bu hədisi həmçinin, (başqa) on nəfərdən nəql etmişdir: Əbu Səid əl-Xudridən, Əsma binti Umeysdən, Ümmü-Sələmədən, İbn Abbasdan, Həbəşi ibn Cünadədən, İbn Ömərdən, Əlidən, Cabir ibn Səmurədən, Bəra ibn Azibdən və Zeyd ibn Ərqəmdən.

Deyirəm: bu hədis həmçinin, Malik ibn Huveyrisdən, Səd ibn Əbi Vəqqasdan və Ömər ibn əl-Xəttabdan nəql edilmişdir. İbn Əsakir bu hədisin təriqlərini bir cilddə toplamış və (bu hədisi nəql edən) səhabələrin sayı iyirmidən artıq olmuşdur. Şeyx Cəsusun “Şərhur-risalə” kitabında isə belə gəlmişdir: “sənin mənə nisbətin Harunun Musaya olan nisbət kimidir” hədisi mütəvatirdir. İyirmidən çox səhabədən nəql edilmişdir. İbn Əsakir bu hədisi(n təriqlərini) təxminən iyirmi səhifədə qeyd etmişdir.”2

Digər bir alim də Hindistanın böyük əhli-sünnə alimlərindən olan Muhəmməd Mubin əl-Ləkhənəvidir. O, İmam Əli ibn Əbi Talibin (əleyhis-səlam) fəzilətinə dair bir sıra hədislər qeyd etdikdən sonra demişdir:

وأكثر الأحاديث المذكورة في هذا الباب من المتواترات كحديث «أنت مني بمنزلة هارون من موسى»


Bu babda qeyd olunan hədislərin əksəriyyəti mütəvatir hədislərdir. Məsələn, “sənin mənə olan nisbət Harunun Musaya olan nisbəti kimidir” hədisi kimi.”3

Mənzilət hədisinin təvatür olduğunu bildirən şəxslərdən biri də “əl-Müstədrək aləs-səhiheyn” kitabının müəllifi Hakim ən-Nisapuridir. Onun hədisi mütəvatir hesab etdiyini Hafiz Gənci Şafei “Kifayətut-talib” əsərində qeyd etmişdir. O, hədisi qeyd etdikdən sonra demişdir:

قلت: هذا حديث متفق على صحته، رواه الأئمة الأعلام الحفاظ كأبي عبد الله البخاري في صحيحه ومسلم ابن الحجاج في صحيحه وأبو داود في سننه وأبي عيسى الترمذي في جامعه، وأبي عبد الرحمن النسائي في سننه، وابن ماجة في سننه، واتفق الجميع على صحته وصار ذلك إجماعاً منهم. قال الحاكم النيسابوري: هذا حديث دخل في حد التواتر.


Deyirəm: bu, səhihliyi barədə ittifaq olunan bir hədisdir. Onu Əbu Abdullah əl-Buxari (“Səhih”), Müslim ibn Həccac (“Səhih”), Əbu Davud (“Sünən”), Əbu İsa ət-Tirmizi (“Cami”), Əbu Əbdür-Rəhman (“Sünən”) və İbn Macə (“Sünən”) kimi böyük imamlar nəql etmişlər. Onların hamısı bu hədisin səhih olması barədə ittifaq etmiş və bu iş icmaya çevrilmişdir.
Hakim ən-Nisapuri demişdir: “Bu, mütəvatir həddinə daxil olan bir hədisdir.”4

Hədisin təvatür olmasını, həmçinin, Əllamə Süyuti (“əl-Əzharul-mutənasira” kitabında),5 habelə, Zübeydi (“Ləfzul-ləalil-mutənasira” kitabında) bildirmişdir.

Eləcə də Şeyx Muhəmməd Nasiruddin əl-Əlbani özünün “Səhihi-məvaridiz-zəm`an” kitabında bunu təsdiq edərək demişdir:

عن سعد بن أبي وقاص وأم سلمة أن النبي «صلى الله عليه [وآله] وسلّم» قال لعلي: «أما ترضى أن تكون مني بمنزلة هارون من موسى غير أنّه لا نبي بعدي؟!». قلت: حديث سعد في الصحيح.


Səd ibn Əbi Vəqqasdan və Ümmü-Sələmədən belə nəql olunur ki, Peyğəmbər (sallallahu əleyhi [və alihi] və səlləm) Əliyə dedi: “Məgər razı olmazsanmı ki, sənin mənə olan nisbətin Harunun Musaya olan nisbəti kimi olsun, bir fərqlə ki, məndən sonra peyğəmbər yoxdur?!”
Deyirəm: Sədin hədisi səhihdir.”

Sonra deyir:

صحيح لغيره، بل هو متواتر «الإرواء» «8/ 127/2473»


“Hədis “səhih li-ğeyrih”-dir. Hətta, mütəvatidir. (“əl-İrva”: c.8, səh.127, hədis 2473)”6

Həmçinin, “Cuz`ul-əlif dinar” kitabının mühəqqiqi Bədr ibn Abdullah əl-Bədr mənzilət hədisindən danışarkən demişdir:

والحديث متواتر قد ورد عن جمع من الصحابة زادوا على العشرة.


“Hədis mütəvatirdir. Ondan çox səhabədən nəql edilmişdir.”7

Doktor Səd əs-Saidi də özünün “əl-Əhadisil-varidə fi fadlis-səhabə” kitabında hədis üçün bir neçə təriq qeyd edib sənədləri barədə danışdıqdan sonra demişdir:

وهذا حديث يقضى له بكثرة طرقه أنّه حديث متواتر، وقد نصّ على تواتره جماعة من أهل العلم.


“Bu, təriqlərinin çoxluğu səbəbindən mütəvatirliyinə hökm edilən bir hədisdir. Onun mütəvatir olduğunu elm əhlindən bir dəstə şəxs bildirmişdir.”8

 

“Mənzilət” hədisinin dəlalət etdiyi məqamlar

Mənzilət hədisinin nəyə dəlalət etməsinə gəlincə, deyirik:

Hədisdəki “mənzilə” sözü ümumi isimdir. Müəyyən halda olan “Harun” sözünə əlavə edilmişdir. Ümumi isim müəyyən halda olan bir sözə əlavə edilərsə, ümumilik mənası verər. Bununla sübuta yetir ki, Qurani-Kərimin Musaya (əleyhis-səlam) nisbətdə Harun (əleyhis-səlam) üçün sübuta yetirdiyi bütün məqam və mənzilətlər, dəlilin istisna etdiyi şey – yəni, nübuvvət xaric olmaqla Allah Rəsuluna (sallallahu əleyhi və alihi və səlləm) nisbətdə İmam Əli ibn Əbi Talib (əleyhis-səlam) üçün də sübuta yetmişdir. Başqa sözlə, hədisdə istisna edilən şeydən, yəni, nübuvvətdən başqa Harunun (əleyhis-səlam) Musaya (əleyhis-səlam) nisbətdə sahib olduğu bütün məqam və mənzilətlər İmam Əmirəl-möminin (əleyhis-səlam) üçün də sabit olur. Buna əsasən, mənzilət hədisi aşağıdakı şeylərə dəlalət edir:

Əli (əleyhis-səlam) həzrət Peyğəmbərin (sallallahu əleyhi və alihi və səlləm) vəziridir

Qurani-Kərim Harun (əleyhis-səlam)-ın Musa (əleyhis-səlam)-ın vəziri olduğunu bildirmişdir. Allah (subhanəhu və təala) Musa (əleyhis-səlam)-ın dili ilə buyurur: “Və mənə öz ailəmdən bir vəzir ver – Qardaşım Harunu! Onunla arxamı möhkəmləndir. Onu işimə ortaq et”. (Taha surəsi, 29-32). Mənzilət hədisinə əsasən, bu məqam İmam Əmirəl-möminin (əleyhis-səlam) üçün sabit olur. İmam Əli (əleyhis-səlam) Allah Rəsulunun (sallallahu əleyhi və alihi və səlləm) vəziri olur. Mənzilət hədisinin dəlalət etdiyi bu mənanı əhli-sünnə alimlərinin öz kitablarında qeyd etdikləri çoxlu hədislər də təsdiqləyib dəstəkləyir. Onlara misal olaraq göstərə bilərik:

1. Nəsai “əs-Sünənul-kubra” kitabında belə nəql etmişdir:

أخبرنا الفضل بن سهل، قال: حدثني عفان بن مسلم، قال: حدثنا أبو عوانة، عن عثمان بن المغيرة، عن أبي صادق، عن ربيعة بن ناجد، أن رجلاً قال لعلي: يا أمير المؤمنين لم ورثت ابن عمك دون عمك؟ قال: جمع رسول الله «صلى الله عليه [وآله] وسلّم»، أو قال دعا رسول الله «صلى الله عليه [وآله] وسلّم» بني عبد المطلب فصنع لهم مداً من طعام قال فأكلوا حتى شبعوا وبقي الطعام كما هو كأنه لم يمس، ثم دعا بغمر فشربوا حتى رووا وبقي الشراب كأنه لم يمس أو لم يشرب، فقال: يا بني عبد المطلب إني بعثت إليكم بخاصة وإلى الناس بعامة، وقد رأيتم من هذه الآية ما قد رأيتم، فأيكم يبايعني على أن يكون أخي وصاحبي ووارثي فلم يقم إليه أحد فقمت إليه وكنت أصغر القوم، فقال اجلس ثم قال ثلاث مرات كل ذلك أقوم إليه، فيقول اجلس، حتى كان في الثالثة ضرب بيده على يدي ثم قال: «أنت أخي وصاحبي ووارثي ووزيري» فبذلك ورثت ابن عمي دون عمي


Bizə Fəzl ibn Səhl xəbər verib dedi: mənə Əffan ibn Müslim nəql edib dedi: bizə Əbu Əvanə, Osmana ibn əl-Muğeyrədən, o Əbu Sadiqdən, o da Rəbiə ibn Naciddən nəql edib dedi:

“Bir nəfər Əliyə dedi: “Ey möminlərin əmiri, nə üçün əmindən deyil də əmin oğlundan irs aldın?” Əli dedi: “Allah Rəsulu (sallallahu əleyhi [və alihi] və səlləm) Əbdül-Müttəlib oğullarını (qonaq) çağırıb onlar üçün bir müdd (750 qram) yemək hazırladı. Onlar yeməyi yeyib doydular, lakin yemək olduğu kimi qaldı; sanki ona əl dəyilməmişdi. Sonra Peyğəmbər su gətizdirdi. Onlar sudan da içib doydular. Lakin, içki olduğu kimi qaldı; sanki ona əl dəyilməmişdi və ya içilməmişdi. Bundan sonra Peyğəmbər onlara dedi: “Ey Əbdül-Müttəlib oğulları, mən xüsusilə sizə, ümumiyyətlə də (bütün) insanlara (elçi) göndərilmişəm. Siz bu nişanəni gördünüz.9 Sizlərdən kim mənim qardaşım, yoldaşım və varisim olmaq üzərə mənə beyət edər?” Bu zaman heç kəs ayağa qalxıb (ona cavab vermədi.) O zaman oradakıların ən kiçiyi olan mən ayağa qalxıb (ona cavab verdim.) O, “otur”, – dedi. Sonra bu sözü üç dəfə dedi. Hər dəfəsində də mən ayağa qalxdım və hər dəfəsində də o “otur”, – dedi. Üçüncü dəfə dedikdə (və mən də ayağa qalxıb ona cavab verdiyimdə) əlini əlimə qoyub dedi: “Sən mənim qardaşım, yoldaşım, varisim və vəzirimsən.” Buna görə də əmimdən deyil, əmim oğlundan irs aldım”.10

O, bu hədisi həmçinin, “Xasaisu-Əli (əleyhis-səlam)” kitabında da nəql etmişdir.11

2. Təbərani “əl-Mucəmul-kəbir” kitabında belə nəql etmişdir:

حدثنا محمد بن عثمان بن أبي شيبة، حدثنا محمد بن يزيد هو أبو هشام الرفاعي، حدثنا عبد الله بن محمد الطهوي، عن ليث، عن مجاهد، عن ابن عمر قال: بينما أنا مع النبي «صلى الله عليه [وآله] وسلّم» في ظل بالمدينة وهو يطلب علياً «رضي الله عنه» إذ انتهينا إلى حائط فنظرنا فيه فنظر إلى علي وهو نائم في الأرض وقد أغبر، فقال: لا ألوم الناس يكنونك أبا تراب، فلقد رأيت علياً تغير وجهه واشتد ذلك عليه! فقال: ألا أرضيك يا علي؟ قال: بلى يا رسول الله، قال: «أنت أخي ووزيري تقضي ديني وتنجز موعدي وتبري ذمتي، فمن أحبك في حياة مني فقد قضى نحبه، ومن أحبك في حياة منك بعدي ختم الله له بالأمن والإيمان، ومن أحبك بعدي ولم يرك ختم الله له بالأمن والإيمان، وآمنه يوم الفزع الأكبر، ومن مات وهو يبغضك يا علي مات ميتة جاهلية يحاسبه الله بما عمل في الإسلام».


Bizə Muhəmməd ibn Osman ibn Əbi Şeybə nəql edib dedi: bizə Muhəmməd ibn Yezid Əbu Hişam ər-Rufai nəql edib dedi: bizə Abdullah ibn Muhəmməd ət-Təhəvi Leysdən, o Mücahiddən, o da İbn Ömərdən nəql edib dedi:

“Mən Allah Rəsulu ilə birgə Mədinədə idim. Bu zaman o, Əlini (radiyallahu anh) axtarırdı. Biz bir divarın yanına gəldik. Peyğəmbər (divardan) boylandı və Əlinin yerdə uzandığını, üzərinin də toz-torpaq olduğunu gördü. Bu vaxt dedi: “Sənə Əbu Turab (torpaq atası) künyəsi qoyan camaatı məzəmmət etmərəm.” Bu vaxt mən Əlinin üzünün dəyişdiyini və bu sözün ona ağır gəldiyini gördüm. Peyğəmbər ona dedi: “Səni razı salımmı, ya Əli?” Əli dedi: “Bəli”. Allah Rəsulu (sallallahu əleyhi [və alihi] və səlləm) dedi: “Sən mənim qardaşım və vəzirimsən. (Məndən sonra) borcumu ödəyəcəksən, vədimi yerinə yetirəcəksən, boynumdakı (vəd, borc və s. kimi şeyləri) həll edəcəksən (ödəyəcəksən). Kim mən sağ olduğum müddətdə səni sevərsə, vədinə əməl etmiş olar. Kim məndən sonra sən sağ olduğun müddətdə səni sevərsə, Allah onun sonunu asayiş və imanla bitirər.12 Kim məndən sonra səni görmədiyi halda səni sevərsə, Allah onun sonunu asayiş və imanla bitirər, onu böyük qorxu günündə amanda saxlayar. Kim də sənə nifrət bəsləyən halda ölərsə, cahiliyyət ölümü ilə ölmüş olar. Allah onu müsəlman olduğu vaxtda etdiyi əməllərə görə hesab-kitaba çəkər.”13

3. İbn Əbil-Hədid əl-Mötəzili “Şərhu-Nəhcil-Bəlağə” kitabında belə nəql etmişdir:

قال شيخنا أبو جعفر الإسكافي: قد روى محمد بن عبيد الله ابن أبي رافع، عن أبيه، عن جدّه، عن أبي رافع قال: أتيت أبا ذر في الرّبذة أودّعه، فلما أردت الانصراف قال لي ولأناس معي: ستكون فتنة فاتقوا الله، وعليكم بالشيخ علي بن أبي طالب فاتّبعوه، فإنّي سمعت رسول الله «صلى الله عليه وآله وسلّم» يقول له: «أنت أوّل من آمن بي، وأوّل من يصافحني يوم القيامة، وأنت الصّديق الأكبر، وأنت الفاروق الذي يفرق بين الحق والباطل، وأنت يعسوب المؤمنين والمال يعسوب الكافرين، وأنت أخي ووزيري وخير من أترك بعدي، تقضي ديني وتنجز موعودي».


Şeyximiz Əbu Cəfər əl-İskafi dedi: Muhəmməd ibn Ubeydullah ibn Əbu Rafi atasından, o babasından, o da Əbu Rafedən belə nəql etmişdir:

“Əbu Zərlə vidalaşmaqdan ötrü Rəbəzəyə getdim. Qayıdıb gəlmək istədikdə mənə və mənimlə birgə olan şəxslərə dedi: “Bir fitnə baş verəcək. Elə isə Allahdan qorxun. Sizə Şeyx Əli ibn Əbi Talibi tapşırıram, ona tabe olun. Mən Allah Rəsulunun (sallallahu əleyhi və alihi və səlləm) ona belə buyurduğunu eşitdim: “Sən mənə ilk iman gətirən şəxssən. Qiyamət günündə mənimlə əl-ələ görüşəcək ilk şəxssən. Sən “əs-siddiqul-əkbər”sən (ən böyük doğru danışan şəxssən). Sən haqla batili bir-birindən ayrıan “faruq”san. Sən möminlərin başçısısan. Mal-(mülk) isə kafirlərin başçısıdır. Sən mənim qardaşım, vəzirim və qoyub getidiyim şəxslər içərisində ən üstün şəxssən. Borcumu ödəyəcək, vədimi yerinə gətirəcəksən.”14

4. “Əxtəbu-Xarəzm” Müvəffəq ibn Əhməd əl-Hənəfi “əl-Mənaqib” kitabında belə nəql etmişdir:

وأخبرني شهردار هذا إجازة، أخبرنا عبدوس بن عبد الله هذا كتابة، حدثنا منصور، حدثنا علي، حدثنا القاسم، حدثنا إبراهيم، حدثنا الحكم بن سليمان الجبلي أبو محمد، حدثنا علي بن هاشم، عن مطر بن ميمون أنّه سمع أنس بن مالك يقول: حدثني سلمان الفارسي أنّه سمع النبي «صلى الله عليه [وآله] وسلّم» يقول: «إنّ أخي ووزيري وخير من أخلفه بعدي علي بن أبي طالب «عليه السلام».


Şəhrdar bunu məna icazə olaraq xəbər verib dedi: bizə bunu Əbdus ibn Abdullah yazılı olaraq xəbər verib dedi: bizə Mənsur nəql edib dedi: bizə Əli nəql edib dedi: bizə Qasim nəql edib dedi: bizə İbrahim nəql edib dedi: bizə Əbu Muhəmməd Həkəm ibn Süleyman əl-Cəbəli nəql edib dedi: bizə Əli ibn Haşim Mətər ibn Meymundan nəql etdi ki, sonuncu Ənəs ibn Malikin belə dediyini eşidib: mənə Salman əl-Farisi Allah Rəsulundan (sallallahu əleyhi [və alihi] və səlləm) belə eşitdiyini nəql etdi:

“Həqiqətən də mənim qardaşım, vəzirim və özümdən sonra qoyub getdiyim ən üstün şəxs Əli ibn Əbu Talibdir (əleyhis-səlam).”15

5. Əhməd ibn Hənbəlin “Fadailus-səhabə” kitabında belə nəql olunur:

وفيما كتب إلينا عبد الله بن غنام أيضاً يذكر أن عباد بن يعقوب حدثهم، قال: حدثنا علي بن عابس، عن الحارث بن حصيرة، عن القاسم، قال: سمعت رجلاً من خثعم يقول: سمعت أسماء بنت عميس تقول: سمعت رسول الله «صلى الله عليه [وآله] وسلّم» يقول: «اللهم أقول كما قال أخي موسى اللهم اجعل لي وزيراً من أهلي علي أخي اشدد به أزري وأشركه في أمري كي نسبحك كثيراً ونذكرك كثيراً إنك كنت بنا بصيرا».


Abdullah ibn Ğənamın bizə yazdıqları arasında həmçinin qeyd olunur ki, Ubbad ibn Yaqub onlara nəql edib demişdir: bizə Əli ibn Abbas Haris ibn Huseyrədən, o da Qasimdən nəql edib dedi: Xəsəmdən olan bir şəxsin belə dediyini eşitdim: Əsma binti Umeysin belə dediyini eşitdim:

“Allah Rəsulunun (sallallahu əleyhi [və alihi] və səlləm) belə dediyini eşitdim: “İlahi, qardaşım Musanın dediyi kimi mən də deyirəm: mənə öz ailəmdən bir vəzir ver – qardaşım Əlini! Onunla arxamı gücləndir. Onu işimə şərik et ki, Səni çox təqdis edib şəninə təriflər deyək. Və Səni çox zikr edək.”16

6. Hakim əl-Həskani “Şəvahiqut-tənzil” kitabında Hüzeyfə ibn Useyddən belə nəql etmişdir:

حدثني أبو عبد الله الحسين بن محمد الحلبي، قال: حدثنا عبد الله بن إبراهيم بن علي قال: حدثنا محمد بن عمرو بن حمدويه بن مهران التّمار، قال: حدثنا أحمد بن كثير الواسطي، قال: حدثنا نصر بن منصور، قال: حدثنا مهدي بن عمران، عن أبي الطفيل، عن حذيفة بن أسيد قال: أخذ النبي «صلى الله عليه وآله وسلّم» بيد علي بن أبي طالب فقال: «أبشر وأبشر، إن موسى دعا ربّه أن يجعل له وزيراً من أهله هارون، وإنّي أدعو ربي أن يجعل لي وزيراً من أهلي علي أخي أشدد به ظهري وأشركه في أمري».


Peyğəmbər (sallallahu əleyhi və alihi və səlləm) Əlinin əlindən tutub dedi: “Müjdə olsun sənə, müjdə olsun sənə. Musa (əleyhis-səlam) Rəbbinə dua etdi ki, Rəbbi ona öz ailəsindən Harunu vəzir versin. Mən də Rəbbimə dua edirəm ki, mənə öz ailəmdən qardaşım Əlini vəzir versin. (Deyirəm ki, İlahi,) onunla arxamı möhkəmlət, onu işimə şərik et.”
17

7. İbn əl-Məğazili əş-Şafei özünün “Mənaqibu-Əli” kitabında uzun bir hədis nəql etmişdir ki, bu hədisdə həzrət Fatimənin (əleyhəs-səlam) ağlar halda Peyğəmbərin yanına daxil olduğu və Peyğəmbərin (sallallahu əleyhi və alihi və səlləm) ona belə buyurduğu nəql olunur:

...ما يبكيك يا فاطمة؟ قالت: يا أبه عيّرتني نساء قريش وقلن زوّجك أبوك معدماً لا شيء له. فقال النبي «صلى الله عليه وآله وسلّم»: مهلاً وإيّاي أن أسمع هذا منك، فإنّي لم أزوّجك حتّى زوّجك الله من فوق عرشه، وشهد جبرئيل وميكائيل وإسرافيل، وإنّ الله تعالى اطلع إلى أهل الدنيا فاختار من الخلائق أباك فبعثه نبياً، ثم اطلع الثانية فاختار من الخلائق علياً فأوحى إليّ فزوّجتك إياه، واتّخذته وصياً ووزيراً...


“...Niyə ağlayırsan, ey Fatimə?” Fatimə dedi: “Atacan, Qüreyşin qadınları mənə lağ edib dedilər ki, atan səni heç bir şeyi olmayan yoxsula ərə vermişdir.”
Peyğəmbər (sallallahu əleyhi və alihi və səlləm) buyurdu: “Dayan qızım (belə sözlər demə), məbadə səndən belə söz eşidim. Allah səni Öz ərşinin üzərində (Əliyə) ərə verməyincə, Cəbrail, Mikayıl və İsrafil də (buna) şahid durmayınca mən səni ərə verməmişəm. Allah-təala dünya əhlinə nəzər salıb məxluqat içərisindən sənin atanı seçdi. Bundan sonra onu peyğəmbər olaraq göndərdi. Sonra ikinci dəfə nəzər salıb məxluqat arasından Əlini seçdi. Mənə (səni onunla evləndirməyimi) vəhy etdi və mən də səni onunla evləndirdim. Mən onu özümə vəsi və vəzir seçdim...”18

 

Əli (əleyhis-səlam) Muhəmməd (sallallahu əleyhi və alihi və səlləm) ümmətinin ən elmlisidir

Harun (əleyhis-səlam) Musa (əleyhis-səlam)-ın ümmətinin ən elmli şəxs idi. Əli (əleyhis-səlam) da Muhəmməd (sallallahu əleyhi və alihi və səlləm) ümmətinin ən elmli şəxsidir. Mənzilət hədisinə əsasən, İmam Əli (əleyhis-səlam) bu cəhətdən həzrət Harun (əleyhis-səlam) kimidir. İmam Əli (əleyhis-səlam)-ın ümmətin ən elmli şəxsi olmasına dair əhli-sünnə mənbələrində bir sıra dəlillər vardır ki, bunlara misal olaraq göstərə bilərik:

1. Hənbəlilərin imamı Əhməd ibn Hənbəl özünün “Müsnəd” kitabında Məqil ibn Yəsardan belə nəql edir:

حدثنا أبو أحمد، حدثنا خالد يعني ابن طهمان، عن نافع بن أبي نافع، عن معقل بن يسار قال: وضأت النبي «صلى الله عليه [وآله] وسلّم» ذات يوم، فقال: هل لك في فاطمة «رضي الله عنها» تعودها؟ فقلت: نعم، فقام متوكئاً عليّ فقال: أما أنه سيحمل ثقلها غيرك ويكون أجرها لك، قال فكأنه لم يكن عليَّ شيء حتى دخلنا على فاطمة «عليها السّلام» فقال لها: كيف تجدينك؟ قالت: والله لقد اشتد حزني واشتدت فاقتي وطال سقمي.


Bir gün Peyğəmbər (sallallahu əleyhi [və alihi] və səlləm) dəstəmaz aldı. Sonra mənə dedi: “Sən (mənimlə birgə) Fatiməyə (radiyallahu anhə) baş çəkməyə gələrsən?” Mən dedim: “Bəli”. Peyğəmbər mənə söykənmiş halda ayağa qalxdı və dedi: “Onun ağırlığını səndən başqası daşıyacaq, savabı isə sənin olacaq.” Məqil deyir: “(Elə hiss etdim ki) sanki mənim üzərimdə heç bir şey yoxdur. Nəhayət biz Fatimənin (radiyallahu anhə) evinə gəldik. Peyğəmbər ona dedi: “Özünü necə hiss edirsən?” Fatimə dedi: “Allaha and olsun ki, hüznüm şiddətlənib, ehtiyac və yoxsulluğum artıb, xəstəliyim uzanıb.”

Əbu Əbdür-Rəhman deyir:

قال أبو عبد الرحمن وجدت في كتاب أبي بخط يده في هذا الحديث قال: «أو ما ترضين أني زوجتك أقدم أمتي سلماً وأكثرهم علماً وأعظمهم حلماً».


Atamın (Əhməd ibn Hənbəlin) kitabında öz xətti ilə bu hədis(in ardınca belə yazıldığını) gördüm: “(Peyğəmbər buyurdu: ) Məgər razı deyilsən ki, səni ümmətim arasında ən əvvəl müsəlman olan şəxslə, ən çox elm sahibi olan və ən çox helm sahibi olan kəslə evləndirmişəm?”19

Bunu Təbərani də “əl-Mucəmul-kəbir”də nəql etmişdir.20

2. Hakim ən-Nisapuri “əl-Müstədrək aləs-səhiheyn” kitabında İbn Abbasdan belə nəql etmişdir:

حدثنا أبو العباس محمد بن يعقوب، حدثنا محمد بن عبد الرحيم الهروي بالرملة، حدثنا أبو الصلت عبد السلام بن صالح، حدثنا أبو معاوية، عن الأعمش، عن مجاهد، عن ابن عباس «رضي الله عنهما» قال: قال رسول الله «صلى الله عليه ] وآله] وسلّم»: «أنا مدينة العلم وعلي بابها فمن أراد المدينة فليأت الباب».


Allah Rəsulu (sallallahu əleyhi [və alihi] və səlləm) buyurdu: “Mən elmin şəhəriyəm, Əli də onun qapısıdır. Kim şəhərə gəlmək istəsə, qapıya gəlsin.”21

Yenə həmin mənbədə İbn Abbasdan belə nəql edir:

حدثنا بصحة ما ذكره الإمام أبو زكريا، حدثنا يحيى بن معين، حدثنا أبو الحسين محمد بن أحمد بن تميم القنطري، حدثنا الحسين بن فهم، حدثنا محمد بن يحيى بن الضريس، حدثنا محمد بن جعفر الفيدي، حدثنا أبو معاوية، عن الأعمش، عن مجاهد، عن ابن عباس «رضي الله عنهما» قال: قال رسول الله «صلّى الله عليه [وآله] وسلّم»: «أنا مدينة العلم وعلي بابها فمن أراد المدينة فليأت الباب»


Allah Rəsulu (sallallahu əleyhi [və alihi] və səlləm) buyurdu: “Mən elmin şəhəriyəm, Əli də onun qapısıdır. Kim şəhərə gəlmək istəsə, qapıya gəlsin.”22

3. Bu hədisi Xətib Bağdadi də “Tarixi-Bağdad”da İbn Abbasdan nəql etmişdir:

فأخبرنا محمد بن أحمد بن رزق، أخبرنا أبو بكر مكرم بن أحمد بن مكرم القاضي، حدثنا القاسم بن عبد الرحمن الأنباري، حدثنا أبو الصلت الهروي، حدثنا أبو معاوية، عن الأعمش، عن مجاهد، عن ابن عباس قال: قال رسول الله «صلى الله عليه [وآله] وسلّم»: «أنا مدينة العلم وعلي بابها فمن أراد العلم فليأت بابه» قال القاسم: سألت يحيى بن معين عن هذا الحديث فقال: «هو صحيح».


Allah Rəsulu (sallallahu əleyhi [və alihi] və səlləm) buyurdu: “Mən elmin şəhəriyəm, Əli də onun qapısıdır. Kim elmi istəsə, onun qapıya gəlsin.”
Qasim (hədisin ravilərindən biri) deyir: “Yəhya ibn Məindən bu hədis barədə soruşdum, dedi ki: “Səhihdir.”23

4. Əhməd ibn Hənbəl öz “Müsnəd” kitabında Hübeyrədən belə nəql etmişdir:

حدثنا وكيع، عن شريك، عن أبي إسحاق، عن هبيرة، خطبنا الحسن ابن على «رضي الله عنه» فقال: «لقد فارقكم رجل بالأمس لم يسبقه الأولون بعلم ولا يدركه الآخرون، كان رسول الله «صلى الله عليه [وآله] وسلّم» يبعثه بالراية جبريل عن يمينه وميكائيل عن شماله لا ينصرف حتى يفتح له».


Həsən ibn Əli (radiyallahu anh) bizə xütbə edib dedi:
“Dünən sizdən elə bir şəxs ayrıldı ki, nə əvvəldəkilər elmdə onu ötüb keçə bilmişlər, nə də ki, sondakılar (elmdə) ona çata biləcəklər. Allah Rəsulu (sallallahu əleyhi [və alihi] və səlləm) onu bayraqla göndərirdi. Bu zaman Cəbrail onun sağında, Mikayıl da solunda olurdu. Fəth edənədək geri qayıtmırdı.”24

5. Yenə Əhməd ibn Hənbəl “Müsnəd” kitabında Əmr ibn Həbəşidən belə nəql etmişdir:

حدثنا وكيع، عن إسرائيل، عن أبي إسحاق، عن عمرو بن حبشي، قال: خطبنا الحسن بن علي بعد قتل علي «رضي الله عنهما» فقال: «لقد فارقكم رجل بالأمس ما سبقه الأولون بعلم ولا أدركه الآخرون إن كان رسول الله «صلى الله عليه [وآله] وسلّم» ليبعثه ويعطيه الراية فلا ينصرف حتى يفتح له، وما ترك من صفراء ولا بيضاء إلاّ سبعمائة درهم من عطائه كان يرصدها لخادم لأهله».


Həsən ibn Əli (radiyallahu anh) bizə xütbə edib dedi: Dünən sizdən elə bir şəxs ayrıldı ki, nə əvvəldəkilər elmdə onu ötüb keçə bilmişlər, nə də ki, sondakılar (elmdə) ona çata biləcəklər. Allah Rəsulu (sallallahu əleyhi [və alihi] və səlləm) onu (döyüşə) göndərərək bayrağı ona verirdi. O da fəth edənədək geri qayıtmırdı. O, nə sarı (qızıl), nə də ağ (gümüş) qoyub getdi, yalnız yeddiyüz dirhəm pul qoydu. Həmin yeddi yüz dirhəmlə də ailəsi üçün xidmətçi tutmaq istəyirdi.”25

6. İbn Əbdül-Bərr özünün “Camiu-bəyanil-ilm və fadlih” kitabında Əbut-Tufeyldən belə nəql etmişdir:

حدثني أحمد بن فتح، قال: حدثنا حمزة بن محمد، قال: حدثنا إسحاق ابن إبراهيم، قال: حدثنا محمد بن عبد الأعلى، قال: حدثنا محمد بن ثور، عن معمر، عن وهب بن عبد الله، عن أبي الطفيل قال: شهدت علياً «رضي الله عنه» وهو يخطب ويقول: سلوني فو الله لا تسألوني عن شيء يكون إلى يوم القيامة إلاّ حدثكم به، وسلوني عن كتاب الله، فو الله ما منه آية إلاّ وأنا أعلم بليل نزلت أم بنهار أم بسهل نزلت أم بجبل ...


Əlinin (radiyallahu anh) xütbə edərək belə dediyini eşitdim: “Soruşun məndən! Allaha and olsun ki, qiyamət gününədək olacaq (baş verəcək) hansı şeydən sual versəniz cavab verərəm. Məndən Allahın kitabı barədə soruşun! Allaha and olsun ki, Quranda elə bir ayə yoxdur ki, onu gecəmi, gündüzmü, düzənlikdəmi, dağdamı nazil olduğunu bilməmiş olum (hamısının nə vaxt və harada nazil olduğunu bilirəm)...”26

7. İbn Əbi Şeybə və Əbu Bəkr ibn Xeysəmə səhih sənədlə nəql etmişlər ki, Əbdül-Məlik ibn Əbu Süleyman Ətaya sual verib dedi:

كان في أصحاب رسول الله «صلى الله عليه [وآله] وسلّم» أحد أعلم من علي؟ قال: لا والله ما أعلمه.


“Allah Rəsulunun (sallallahu əleyhi [və alihi] və səlləm) səhabələri arasında Əlidən daha elmlisi var idimi?” Əta dedi: “Allaha and olsun ki, xeyr! Mən belə bir şəxs tanımıram
.27

 

Əli (əleyhis-səlam) hökmləri ümmətə çatdırmaqda Allah Rəsulunun (sallallahu əleyhi və alihi və səlləm) şərikidir

Harun (əleyhis-səlam) Musa (əleyhis-səlam)-ın işində onun şəriki idi. Əmirəl-möminin (əleyhis-səlam) da Allah Rəsulunun (sallallahu əleyhi və alihi və səlləm) işində onun şəriki idi. Əlbəttə, peyğəmbərlik işində deyil, imamət işində. Çünki, peyğəmbərlik həzrət Muhəmmədin (sallallahu əleyhi və alihi və səlləm) peyğəmbərliyi ilə sona çatmışdır. Peyğəmbər də bu məqamı digər məqamlar arasından istisna etmişdir.

Bunu bir çox rəvayətlər də təsdiqləyir ki, onlardan biri İbn Macənin öz “Sünən” kitabında Həbəşi ibn Cünadədən nəql etdiyi hədisdir:

حدثنا أبو بكر بن أبي شيبة، وسويد بن سعيد، وإسماعيل بن موسى قالوا: حدثنا شريك، عن أبي إسحاق، عن حبشي بن جنادة قال: سمعت رسول الله «صلى الله عليه وآله» يقول: «علي مني وأنا منه، ولا يؤدي عني إلاّ علي».


Allah Rəsulunun (sallallahu əleyhi [və alihi] və səlləm) belə dediyini eşitdim: “Əli məndəndir, mən də Əlidənəm. (Əmrləri və göstərişləri) mənim adımdan yalnız Əli çatdıra bilər
*.”28

Tirmizi Həbəşi ibn Cünadədən belə nəql etmişdir:

حدثنا إسماعيل بن موسى، حدثنا شريك، عن أبي إسحاق، عن حبشي بن جنادة، قال: قال رسول الله «صلى الله عليه [وآله] وسلم»: «علي مني وأنا من علي ولا يؤدي عني إلاّ أنا أو علي».


Allah Rəsulu (sallallahu əleyhi [və alihi] və səlləm) belə dedi: “Əli məndəndir, mən də Əlidənəm. (Əmrləri və göstərişləri) mənim adımdan yalnız mən və Əli çatdıra bilərik.”29

Hakim ən-Nisapuri “əl-Müstədrək” kitabında Ənəs ibn Malikdən belə nəql edir:

حدثنا عبدان بن يزيد بن يعقوب الدقاق من أصل كتابه، حدثنا إبراهيم بن الحسين بن ديزيل، حدثنا أبو نعيم ضرار ابن صرد، حدثنا معتمر بن سليمان، قال: سمعت أبي يذكر عن الحسن، عن أنس بن مالك «رضي الله عنه» أن النبي «صلى الله عليه [وآله] وسلّم» قال لعلي: «أنت تبين لأمتي ما اختلفوا فيه من بعدي».


“Peyğəmbər (sallallahu əleyhi [və alihi] və səlləm) Əliyə dedi: “Məndən sonra ümmətimin ixtilafa düşdükləri şeyləri onlar üçün sən açıqlayacaqsan.”30

 

Əli (əleyhis-səlam) ümmətin ən üstün şəxsidir

Harun (əleyhis-səlam) Musa (əleyhis-səlam)-ın ümmətinin ən üstün şəxsi olduğu kimi, Əmirəl-möminin Əli (əleyhis-səlam) da Muhəmməd (sallallahu əleyhi və alihi və səlləm) ümmətinin ən üstün şəxsidir. Hətta, dəlillər sübut edir ki, heç bir kəs fəzilət və üstünlükdə Əli (əleyhis-səlam)-la bir deyildir. O həzrət, Peyğəmbəri-Əkrəmdən (sallallahu əleyhi və alihi və səlləm) sonra ən üstün şəxsdir. Buna dəlalət edən dəlillər çoxdur, onlardan biri “ət-tayrul-məşviy” (qızardılmış quş) hədisidir:

İbn Əsakir özünün “Tarixi-Diməşq” kitabında belə nəql edir:

أخبرنا أبو غالب بن البنّا، أنا أبو الحسين بن الآبنوسي، أنا أبو الحسن الدارقطني، نا محمد بن مخلد بن حفص، نا حاتم بن الليث، نا عبيد الله بن موسى، عن عيسى بن عمر القارئ، عن السدّي، نا أنس بن مالك قال: أهدي إلى رَسُول الله «صلى الله عليه [وآله] وسلّم» أطيار، فقسمها وترك طيراً، فقال: اللّهم ائتني بأحب خلقك إليك يأكل معي من هذا الطير، فجاء عليّ بن أبي طالب، فدخل يأكل معه من ذلك الطير.


Bizə Əbu Ğalib ibn Bənna xəbər verib dedi: bizə Əbul-Hüseyn ibn əl-Abənusi xəbər verib dedi: bizə Əbul-Həsən əd-Darəqutni xəbər verib dedi: bizə Muhəmməd ibn Muxəlləd ibn Həfs xəbər verib dedi: bizə Hatim ibn əl-Leys xəbər verib dedi: bizə Ubeydullah ibn Musa xəbər verib dedi: bizə İsa ibn Ömər əl-Qari, əs-Suddidən, o da Ənəs ibn Malikdən xəbər verib dedi:

“Allah Rəsuluna (sallallahu əleyhi [və alihi] və səlləm) bir neçə quş hədiyyə gətirildi. Peyğəmbər onları böldü və bir quş saxladı. Dedi: “İlahi, məxluqatından Sənə ən sevimli olan şəxsi mənə gətir ki, mənimlə birgə bu quşdan yesin.” Bu zaman Əli ibn Əbu Talib gəldi. (Peyğəmbərin hüzuruna) daxil olub həmin quşdan yeməyə başaldı.”31

Kimsə qızardılmış quş hədisinin səhih olmadığını deyərsə, bilin ki, dediyi söz xalis yalandır. Hədis həm səhih, həm də həsən təriqlərlə nəql edilmişdir.32 Qeyd etdiyimiz bu hədisin sənədindəki ravilərin hamısı əhli-sünnə nəzərində siqə şəxslərdirlər.

Qeyd: bundan sonra Şeyx Həsən əl-Əcmi (Allah onu hifz etsin) hədisin sənədindəki ravilərin siqə olmasını əhli-sünnə mənbələrindən isbat edir. Biz söz uzanmasın və yorucu olmasın deyə onları qeyd etmirik. İstəyən oxucular “ər-Raddun-nəfis alə əbatili-Usman əl-Xəmis” kitabının 2-ci cildinin 27-30-cu səhifələrinə müraciət edə bilərlər. (Red.)

Bu rəvayət sənəd baxımından səhihdir. Peyğəmbər (sallallahu əleyhi və alihi və səlləm) Allaha dua edir ki, onunla birgə qızardılmış quşdan yeməsi üçün məxluqatı arasında Özünə ən sevimli olan şəxsi onun yanına gətirsin. Bu zaman Əli (əleyhis-səlam) gəlir. Məxluqat içərisində Allaha ən sevimli olan şəxs məxluqatın ən üstünü olduğu üçün, Əli (əleyhis-səlam) da (Peyğəmbərdən sonra) məxluqatın ən üstünü olur.

Həmçinin, Təbərani İbn Abbasdan belə nəql etmişdir:

حدثنا محمد بن جابان الجنديسابوري، والحسن بن علي المعمري قالا: حدثنا عبد الرزاق، عن معمر، عن ابن أبي نجيح، عن مجاهد، عن ابن عباس قال: لما زوج النبي «صلى الله عليه [وآله] وسلّم» فاطمة عليّاً قالت فاطمة يا رسول الله زوجتني من رجل فقير ليس له شيء فقال رسول الله «صلى الله عليه [وآله] وسلّم»: «أما ترضين يا فاطمة أن الله عز وجل اختار من أهل الأرض رجلين أحدهما أبوك والآخر زوجك؟


“Peyğəmbər (sallallahu əleyhi [və alihi] və səlləm) Fatiməni Əliyə ərə verdikdə Fatimə ona dedi: “Ey Allah Rəsulu, məni heç bir şeyi olmayan fəqir bir kəsə ərə verdin?” Allah Rəsulu (sallallahu əleyhi [və alihi] və səlləm) dedi: “Ey Fatimə, məgər (buna) razı deyilsənmi ki, Allah (əzzə və cəll) yer əhlindən iki nəfəri seçmişdir: biri sənin atan, digəri isə həyat yoldaşın?”33

Bu sənədin raviləri siqədirlər. Təbərani bu rəvayəti iki şəxsdən – Muhəmməd ibn Cabandan və Həsən ibn Əli əl-Məaməridən nəql etmişdir. Axırıncı şəxs siqədir.34 Sənədin digər ravilərinə gəlincə isə, siqədirlər və “Səhih” ravilərindəndirlər.35 Bu rəvayət onu göstərir ki, Əli (əleyhis-səlam) Allah Rəsulundan (sallallahu əleyhi və alihi və səlləm) sonra ən üstün şəxsdir. Buna əsasən ki, əgər Allah Rəsulundan (sallallahu əleyhi və alihi və səlləm) sonra Əlidən (əleyhis-səlam) daha üstün bir şəxs olsaydı, o zaman Allah-təalanın yer əhli arasından onu seçməsi lazım gələrdi.

 

Əli (əleyhis-səlam) Allah Rəsulunun (sallallahu əleyhi və alihi və səlləm) xəlifəsidir

Əgər Harun (əleyhis-səlam) Musa (əleyhis-səlam)-dan sonra yaşasaydı Musa (əleyhis-səlam)-ın xəlifəsi o olacaqdı. İndi ki, İmam Əlinin (əleyhis-səlam) həzrət Peyğəmbərə (sallallahu əleyhi və alihi və səlləm) olan nisbəti Harunun (əleyhis-səlam) Musaya (əleyhis-səlam) olan nisbəti kimidir, o zaman həzrət Peyğəmbərin xilafəti də məhz ona keçir, çünki İmam Əli (əleyhis-səlam) Peyğəmbərdən sonra yaşamışdır. Bunu dəstəkləyən dəlillər çoxdur. Bu dəlillərdən bəziləri Əli (əleyhis-səlam)-ın Peyğəmbərdən sonra onun yerinə keçəcək şəxs olmasına, ümmətin dini və dünyəvi işlərinin idarə edəcək şəxs olmasına açıqca dəlalət edir. Belə dəlillərdən biri vilayət hədisidir. Vilayət hədisi Peyğəmbərin (sallallahu əleyhi və alihi və səlləm) Əli (əleyhis-səlam) barədə buyurduğu “O məndən sonra hər bir möminin vəlisidir” hədisidir.36 Həmçinin, bu dəlillərdən biri “Qədir” hədisidir: “Mən kimin mövlasıyamsa, Əli də onun mövlasıdır. İlahi, ona dost olana dost ol, ona düşmən olana düşmən ol”.37 Bu, mütəvatir hədisdir. Bu kitabın birinci cildində bu iki hədisi şərif barədə, onların İmam Əli (əleyhis-səlam)-ın ümmət üzərində imamətinə və vilayətinə necə dəlalət etməsi barədə danışmışıq.

 

Mənzilət hədisindən əldə edilən nəticələrdən biri də İmam Əlinin (əleyhis-səlam) məsum olması və ona itaət etməyin vacibliyi məsələsidir

Harun (əleyhis-səlam) peyğəmbər olduğu üçün məsum idi. İmam Əli (əleyhis-səlam) da nübuvvət xaric Harun (əleyhis-səlam)-ın məqamlarının hamısına sahib olduğundan və nübuvvət xaric bütün cəhətlərdən Harun (əleyhis-səlam) ilə oxşar olduğundan o da məsum sayılır.

Qeyd: burada kimsə deyə bilməz ki, bir insanın məsum olması mütləq onun peyğəmbər olmasına bağlıdır. Bu səbəbdən də əgər insandan peyğəmbərlik götürülsə, daha məsum sayılmaz. Bu, əsassız iraddır. Çünki, peyğəmbər olmayan şəxslər arasında da məsumlar olmuşdur. Bunun ən bariz nümunəsi həzrət Məryəm (əleyhəs-səlam)-dır. O xanım Qurani-Kərimin şəhadətinə əsasən məsumədir: “Ya Məryəm, həqiqətən, Allah səni seçmiş, (eyiblərdən) təmizləmiş, səni aləmlərin qadınlarından üstün tutmuşdur” (Ali-İmran surəsi, 42). Elə isə “İmam Əli (əleyhis-səlam) peyğəmbər olmaq baxımından həzrət Harunla oxşar olmadığına görə deməli məsum da deyildir” demək batil iddiadır. Çünki, məsumluq peyğəmbərliklə şərtlənməmişdir ki, peyğəmbərlik olmadığı zaman məsumluq da olmasın. (Red.)

İmam Əli (əleyhis-səlam)-ın məsum olmasına mənzilət hədisindən başqa da dəlillər vardır. Bunlardan biri “Təthir” ayəsidir: “Həqiqətən, Allah siz Əhli-Beytdən hər cür pisliyi təmizləmək və sizi pak etmək istəyir” (Əhzab surəsi, 33). Allah (əzzə və cəll) bu ayədə xitab olunan şəxslərin hər cür pislikdən və çirkinlikdən pak olduqlarını xəbər verir. Allah Rəsulu (sallallahu əleyhi və alihi və səlləm) ayədəki Əhli-Beyt məfhumunu əba altına topladığı şəxslərlə müəyyənləşdirmişdir. Həmin şəxslər Əli, Fatimə, Həsən və Hüseyndən (əleyhimus-səlam) ibarətdirlər. Biz bu kitabın 1-ci cildində “Osman əl-Xəmisin təthir ayəsi və kisa hədisi barədə batil sözlərinə cavab” başlığı altında “Təthir” ayəsi və “Kisa” hədisi (əba hədisi) barədə danışdıq, bu hədislərin xitab edilən şəxslərin məsumluğuna hansı şəkildə dəlalət etdiyini açıqladıq.

İmam Əlinin (əleyhis-səlam) məsumluğuna dəlalət edən dəlillərdən başqa biri də “Səqəleyn” hədisidir. Belə ki, Allah Rəsulu (sallallahu əleyhi və alihi və səlləm) buyurmuşdur:

إني تارك فيكم ما إن تمسكتم به لن تضلوا بعدي، أحدهما أعظم من الآخر: كتاب الله حبل ممدود من السماء إلى الأرض وعترتي أهل بيتي، ولن يفترقا حتى يردا علي الحوض، فانظروا كيف تخلفوني فيهما.


“Mən sizin aranızda elə şey(lər) qoyub gedirəm ki, on(lar)dan yapışdığınız müddətcə məndən sonra əsla azğınlığa düşməyəcəksiniz. Onların biri digərindən böyükdür: səmadan yerə uzanmış bir ip olan Allahın kitabı və itrətim olan Əhli-Beytim. Onlar hovuz başında mənim yanıma gələnədək əsla bir-birlərindən ayrılmayacaqlar. Baxın görün məndən sonra bunlar barədə necə davranacaqsınız.”38

Hamı Əli (əleyhis-səlam)-ın bu hədisdəki itrət və Əhli-Beyt məfhumlarına daxil olması barədə ittifaq etmişdir. Peyğəmbər (sallallahu əleyhi və alihi və səlləm) bu hədisdə Quranla birgə Əhli-Beytə sarılmağı əmr etmişdir. Əgər bir kəsin xəta, səhv və günah etmə ehtimalı varsa, o zaman Allah-təalanın heç bir qeyd və şərt olmadan ondan yapışmağa əmr etməsi qeyri-mümkündür. İndi ki, Allah-təala bu cür mütləq şəkildə onlaradan yapışmağa əmr edir, başa düşürük ki, onlar məsumdurlar.

Həmçinin, Peyğəmbər (sallallahu əleyhi və alihi və səlləm) bu hədisdə onların Qurandan əsla ayrılmayacaqlarını bildirmiş və buyurmuşdur: “Onlar hovuz başında mənim yanıma gəlincəyədək əsla bir-birlərindən ayrılmayacaqlar”. Bu cümlə də həmçinin onların məsum olmalarına dəlalət edir. Çünki, onların xəta, səhv və günah etmə ehtimalları olsa, deməli Qurandan ayrılma ehtimalları da var. (İndi ki, Qurandan ayrılmaycaqları bildirilir, deməli xəta, səhv və günah etmə ehtimalları da yoxdur. Çünki, xəta, səhv və günah həmin xəta, səhv və günah həddində Qurandan ayrılmaq sayılır. Peyğəmbər (sallallahu əleyhi və alihi və səlləm) də onların əsla Qurandan ayrılmayacaqlarını bildirirdiyinə görə, deməli, onlar xətadan, səhvdən və günahdan məsumdurlar. (Red.))

Əmirəl-möminin (əleyhis-səlam)-ın məsumluğuna dəlalət edən dəlillərdən başqa biri Əbu Yəlanın Əbdür-Rəhman ibn Əbu Səiddən, onun da öz atasından nəql etdiyi bu hədisdir:

كنّا عند بيت النبي «صلى الله عليه [وآله] وسلّم» في نفر من المهاجرين والأنصار فخرج علينا فقال:» ألا أخبركم بخياركم؟ «قالوا: بلى، قال:» خياركم الموفون، إن الله يحب الحفي التقي «قال: ومرّ علي بن أبي طالب فقال:» الحق مع ذا الحق مع ذا.


“Biz bir dəstə mühacirli və ənsarlılarla birlikdə Peyğəmbərin (sallallahu əleyhi [və alihi] və səlləm) evində idik. Peyğəmbər (sallallahu əleyhi [və alihi] və səlləm)) buyurdu: “Sizə ən üstünləriniz barədə xəbər verimmi?” Dedilər: “Bəli, (verin)”. Buyurdu: “Sizin ən üstünləriniz (əhdə) vəfa edənlərdir. Allah öz qohumları ilə əlaqə qurub onlara qarşı mehriban olan təqvalı şəxsi sevir.”
Əbu Səid deyir: Bu zaman Əli ibn Əbu Talib (yanımızdan) keçdi. Peyğəmbər buyurdu: “Haqq bununladır, haqq bununladır.”39

Peyğəmbər (sallallahu əleyhi və alihi və səlləm) “haqq bununladır” sözü ilə Əli (əleyhis-səlam)-ın heç vaxt haqqdan ayrılmayacağını mütləq şəkildə bildirir. O, daim haqqla ilə birgədir və elə də olacaq. Əgər Peyğəmbər (sallallahu əleyhi və alihi və səlləm) İmam Əlinin (əleyhis-səlam) məsum olduğunu düşünmürdüsə və onun xəta və günah etməsini ehtimal edirdisə, o zaman belə bir söz deməsi, özü də bu cür (qeyd-şərt olmadan) mütləq şəkildə deməsi doğru olmazdı. Buna əsasən, o Həzrətin bu sözü İmam Əlinin məsum olmasına dəlalət edir.

Digər bir dəlil də Hakim ən-Nisapurinin Ümmü-Sələmədən, onun da Peyğəmbərdən (sallallahu əleyhi və alihi və səlləm) nəql etdiyi bu hədisdir:

علي مع القرآن والقرآن مع علي، لن يفترقا حتّى يردا علي الحوض.


“Əli Quranladır, Quran da Əli ilədir. Onlar hovuz başında mənim yanıma gəlincəyədək əsla bir-birlərindən ayrılmayacaqlar.”41

Bu hədislə İmam Əlinin (əleyhis-səlam) məsumluğuna dəlil gətirmək öncəki hədislə dəlil gətirmək kimidir. Əgər Peyğəmbər (sallallahu əleyhi və alihi və səlləm) İmam Əmirəl-möminini (əleyhis-səlam) məsum görmürdüsə və onun xətaya düşməyini ehtimal verirdisə, o zaman bu cür mütləq40 şəkildə Əli (əleyhis-səlam)-ın Qurandan, Quranın da ondan ayrılmayacağını deməzdi. İndi ki, Peyğəmbər (sallallahu əleyhi və alihi və səlləm) bu sözü bu cür mütləq şəkildə bildirir, anlayırıq ki, İmam Əli (əleyhis-səlam) məsumdur.

Həmçinin, necə ki, Harun (əleyhis-səlam)-a itaət etmək Musa (əleyhis-səlam)-ın ümmətinə vacib idi, eləcə də Əli (əleyhis-səlam)-a itaət etmək Muhəmməd (sallallahu əleyhi və alihi və səlləm) ümmətinə vacibdir. Haruna itaət etmək peyğəmbər olduğuna görə vacib idi, İmam Əliyə itaət etmək də imam və Allah Rəsulunun (sallallahu əleyhi və alihi və səlləm) xəlifəsi olduğuna görə vacibdir.

İmam Əli (əleyhis-səlam)-ın itaəti vacib olan şəxs olduğuna dəlalət edən dəlillərdən biri də “əhli-sünnə” mənbələrində gələn aşağıdakı hədisdir:

Hakim ən-Nisapuri “əl-Müstədrək” kitabında Əbu Zər əl-Ğifaridən belə nəql edir:

قال رسول الله «صلى الله عليه [وآله] وسلّم»: «من أطاعني فقد أطاع الله ومن عصاني فقد عصى الله ومن أطاع علياً فقد أطاعني ومن عصى علياً فقد عصاني».


Allah Rəsulu (sallallahu əleyhi və alihi və səlləm) buyurdu: “Kim mənə itaət etsə, Allaha itaət etmişdir. Kim mənə qarşı gəlsə, Allaha qarşı gəlmişdir. Kim Əliyə itaət etsə, mənə itaət etmişdir. Kim Əliyə qarşı gəlsə, mənə qarşı gəlmişdir.”42

 

Osman əl-Xəmisin mənzilət hədisi ilə bağlı batil sözlərinə cavab

Mənzilət hədisinə dəlalət baxımından nəzər saldıqdan sonra növbə Osman əl-Xəmisin bu hədislə bağlı özünün “Hiqbətun minət-tarix” kitabında qeyd etdiyi batil sözlərə verəcəyimiz cavablara çatır. O, bu şübhələri keçmiş nasibi sələflərindən və onların yolu ilə addımlayan kəslərdən əxz etmiş, onların sözlərini tutuquşu kimi təkrar etmişdir. O, bu zaman şiə alimlərinin bu iddialara verdikləri cavabları və onları necə batil etmələrinə görməzdən gəlmişdir. O altı irad qeyd etmişdir ki, bu iradların heç birində şiələrin mənzilət hədisini İmam Əlinin (əleyhis-səlam) imamətinə dəlil gətirmələrini batil edəcək bir dəlil yoxdur.

O deyir:

قالوا - يقصد الشيعة - قول النبي «صلى الله عليه [وآله] وسلّم»: ألا ترضى أن تكون مني بمنزلة هارون من موسى دليل على أنّ علياً «رضي الله عنه» هو الخليفة بعد رسول الله «صلى الله عليه [وآله] وسلّم» لأنّ هارون هو الخليفة بعد موسى لما خرج لميقات ربّه، فعلي هو الخليفة بعد رسول الله «صلى الله عليه [وآله] وسلّم» وهذا باطل من وجوه:
الوجه الأول: إن هارون لم يخلف موسى بل المشهور أنّ هارون عليه الصلاة والسلام توفي قبل موسى بسنة.


“Onlar deyirlər ki, Peyğəmbərin (ona və ailəsinə Allahın salavatı və salamı olsun): “Məgər sən mənim üçün, Harunun Musa nisbətində olmaq istəmirsən?” – bu sözləri, Əlinin (Allah ondan razı olsun) Peyğəmbərdən (ona və ailəsinə Allahın salavatı və salamı olsun) sonra xəlifə olmasına dəlalət edir. Çünki Musa təyin edilmiş anda Rəbbinin hüzuruna getdiyi zaman Harun onun xəlifəsi olmuşdu. Buna görə də Əli, Peyğəmbərdən (ona və ailəsinə Allahın salavatı və salamı olsun) sonra xəlifə sayılır.

Amma bu iddia aşağıda deyiləcək bəndələrə əsasən batil sayılır:

Birinci: Harun Musadan (əleyhissəlam) sonra xəlifə olmamışdır. Məşhur rəvayətlərə əsasən Harun (əleyhissəlam) Musadan (əleyhissəlam) bir il öncə vəfat etmişdi.”43

Deyirəm:

Sabit, səhih, məşhur və qəti olaraq bilinən budur ki, Harun (əleyhis-səlam) sağ olduğu zamanda Musa (əleyhis-səlam)-ın xəlifəsi idi. Belə ki, Qurani-Kərim bunu açıq-aşkar bildirmişdir. Allah-təala buyurur: “Musa qardaşı Haruna dedi: “Sən tayfam içində mənim xəlifəm ol, (camaatı) islah etməyə çalış və (yer üzündə) fitnə-fəsad törədənlərin yolu ilə getmə!” (Əraf surəsi, 142). Əgər Harun (əleyhis-səlam) Musa (əleyhis-səlam)-dan sonra yaşasaydı, şübhəsiz ki, həzrət Musanın (əleyhis-səlam) xəlifəliyi ona məxsus olacaqdı. Mənzilət hədisi də bildirir ki, nübuvvət xaric həzrət Harunun həzrət Musaya nisbətdə sahib olduğu bütün məqamlar İmam Əli (əleyhis-səlam) üçün keçərlidir. Bu məqamlardan biri də xilafətdir. Buna əsasən, indi ki, İmam Əli (əleyhis-səlam) Allah Rəsulundan (sallallahu əleyhi və alihi və səlləm) sonra yaşamışdır, deməli ümmət üzərində xəlifə başqası deyil, məhz o olur.

Sonra deyir:

الثاني: إنّ هارون بقي في المدينة لما خرج موسى للقاء ربه ومع هارون العسكر والجيش، وخرج موسى ومعه بعض الرجال للقاء ربه تبارك وتعالى، أما علي فلم يبق أحد من العسكر معه إلاّ الذين عصوا أمر الله أو من أمره الرسول «صلى الله عليه [وآله] وسلّم» بالبقاء، فاختلف الأمر.


“İkinci: Musa Rəbbinin hüzuruna getdikdə Harun şəhərdə qalmışdı. Əsgərlər və qoşun onun tabeçiliyində idi. Musa isə bir qrup insanla Rəbbinin hüzuruna getmişdi. Amma Əli ilə Mədinədə bir nəfər də olsun əsgər qalmamışdı. Orada yalnız Peyğəmbərin əmrinə asilik edib döyüşə getməyənlər və Peyğəmbərin əmri ilə şəhərdə oturan insanlar qalmışdılar. Demək Musanın əhvalatı, deyilən əhvalatdan fərqlidir.”44

Deyirəm:

Mədinədə qalıb Allah Rəsulu (sallallahu əleyhi və alihi və səlləm) ilə birgə Təbuka yollanmayan şəxslərdən bir dəstəsi də münafiqlər idilər. Allah Rəsulunun (sallallahu əleyhi və alihi və səlləm) əshabı arasında onlar çoxlu sayda idilər. Bəlkə də Peyğəmbər (sallallahu əleyhi və alihi və səlləm) vəhy yolu ilə bilmişdi ki, bu münafiqlər Mədinədəki müsəlmanlar üçün fitnə-fəsad planlayıblar. Buna görə də münafiqlərin terror planının qarşısını almaqdan ötrü Əli (əleyhis-səlam)-ı Mədinədə saxlamışdı.45 Çünki, həzrət Peyğəmbər (sallallahu əleyhi və alihi və səlləm) öz səhabələri arasında Əlidən (əleyhis-səlam) başqa münafiqlərin belini qıracaq şəxs tapmamışdı. Məhz Əli təkbaşına və heç kəsdən kömək almadan bu işi bacara bilərdi. Buna görə də Allah Rəsulu (sallallahu əleyhi və alihi və səlləm) onu Mədinədə təkbaşına qoymuş və onunla yanında heç bir döyüşçü saxlamışdı. Bunda o Həzrət (əleyhis-səlam) üçün üstünlük, fəzilət və uca məqam vardır. Buna görədir ki, bəzi rəvayətlərdə də gəldiyi kimi, Allah Rəsulu ona “mən getsəm, mütləq sən mənim xəlifəm olmalısan”,46 – deyə buyurmuşdu. Yəni, mən bu səfərimə getsəm, Mədinədə mənim xəlifəm mütləq sən olmalısan.

Sonra Osman əl-Xəmis deyir:

الثالث: إن النبي «صلى الله عليه [وآله] وسلّم» إنما طيب خاطر علي «رضي الله عنه» لأنّ علياً هو الذي
جاء واشتكى، ولو لم يأت علي للنبي «صلى الله عليه [وآله] وسلّم» ما قال له هذا الكلام، فبيّن له أن الأمر ليس كذلك، فأنا ما خلفتك بغضاً لك، أتعلم أن موسى لما خرج للقاء ربه ترك هارون ولم يكن هذا منقصة لهارون «عليه السلام» كذلك إذا خرجت أنا وتركتك في المدينة فليس هذا منقصة لك، لذلك لو كان غير علي وقيل فيه ما قيل في علي وجاء للنبي «صلى الله عليه [وآله] وسلّم» واشتكى بنفس الشكوى التي اشتكاها علي لما كان يبعد أن يقول له النبي «صلى الله عليه [وآله] وسلّم» هذا الكلام نفسه، وإنما اشتكى علي ولم يشتك غيره لما تكلم الناس فيه، لأن بقية الولاة ما كان النبي «صلى الله عليه [وآله] وسلّم» يتركهم مع النساء والصبية فقط، بل كان يستخلفهم على رجال ولم يكن النبي «صلى الله عليه [وآله] وسلّم» يخرج بالجيش كله عادة. فعلي «رضي الله عنه» لما رأى الأمر كأنه فيه منقصة وتكلم المنافقون خرج خلف النبي «صلى الله عليه [وآله] وسلّم» يسأله عن سبب هذا الترك فبيّن له النبي «صلى الله عليه [وآله] وسلّم» أنه ليس عن كره ولا كما يدعي المنافقون إنما كما أبقى موسى هارون أنا أبقيتك في أهلي.


“Üçüncü: Peyğəmbər (ona və ailəsinə Allahın salavatı və salamı olsun) bu sözlərlə Əlinin könlünü almışdı. Çünki Əli özü gəlib bu haqda şikayət etmişdi. Demək, o gəlib Peyğəmbərə (ona və ailəsinə Allahın salavatı və salamı olsun) şikayət etməsəydi [Peyğəmbər] onun haqqından bu sözləri deməzdi. Amma Əli bu barədə söz açarkən Peyğəmbər (ona və ailəsinə Allahın salavatı və salamı olsun) məsələnin elə olmadığını açıqlayaraq dedi: Səni şəhərdə saxlamağımın səbəbi, sənə qarşı olan nifrətim deyil. Sən bilirsən ki, Musa Rəbbinin hüzuruna getdiyi zaman Harunu qoyub getdi. Amma bu heç də Harun üçün eyb sayılmırdı. Həmçinin mən də şəhərdən çıxarkən səni orada qoyub getmişəm. Bu da sənin üçün eyib sayılmır. Ona görə də Əli olmayıb, başqa bir nəfər eyni şikayəti etsəydi, çox güman ki, Peyğəmbər (ona və ailəsinə Allahın salavatı və salamı olsun) ona da eyni cavabı verərdi. Başqasının deyil, məhz Əlinin belə bir şikayət etməsinə səbəb isə budur ki, Peyğəmbər (ona və ailəsinə Allahın salavatı və salamı olsun) özünün əvəzinə təyin etdiyi valilərə yalnız qadın və uşaqları deyil, qoşundan ayrılmış bir dəstə kişiləri də əmanət qoyub gedərdi. Peyğəmbər (ona və ailəsinə Allahın salavatı və salamı olsun) heç vaxt bütün qoşunu şəhərdən çıxartmazdı. Əli (Allah ondan razı olsun) bir tərəfdən özünün qadın və uşaqlar üzərində vali təyin olunmasının eyib olmasını düşünüb, digər tərəfdən münafiqlərin bu haqda danışmasını eşitdikdə Peyğəmbərin (ona və ailəsinə Allahın salavatı və salamı olsun) arxasınca gedib şəhərdə qalmasının səbəbini soruşdu. Peyğəmbər (ona və ailəsinə Allahın salavatı və salamı olsun) də bunu ona qarşı olan nifrətindən dolayı etmədiyini, məsələnin münafiqlərin iddiasına uyğun olmadığını, ona çatdırdı. Bildirdi ki, Musa Harunu qoyub getdiyi kimi, mən də səni öz ailəmin yanında qoyub gedirəm.”47

Deyirəm:

Əvvəla: Osman əl-Xəmisin iddiasından belə başa düşülür ki, Peyğəmbər (sallallahu əleyhi və alihi və səlləm) bu sözləri sırf İmam Əlinin (əleyhis-səlam) könlünü almaq üçün demişdir. Əli (əleyhis-səlam) deyil də başqa bir kəs gəlib eyni sözü desəydi Peyğəmbər (sallallahu əleyhi və alihi və səlləm) bu sözü ona da deyəcəkdi. Buna əsasən, bu sözün elə də bir dəyəri olmur, çünki Peyğəmbər bu sözü Mədinədə saxladığı istənilən bir kəsə deyə bilərdi. Lakin, tarixə nəzər saldığımız vəziyyətin tam fərqli olduğunu görürük. Belə ki, səhabələr bu hədisi heç də Osman əl-Xəmisin başa düşdükləri kimi başa düşməmişlər. Səhabələr bu sözün çox böyük bir məqama dəlalət etdiyini və xüsusi bir söz olduğunu çox gözəl başa düşmüşlər. Lakin, Osman əl-Xəmis qaranlıq niyyətlərindən ötrü özünü görməzliyə vurmuşdur. Belə səhabələrə misal olaraq Səd ibn Əbi Vəqqası göstərə bilərik. O, mənzilət hədisinin özünün barəsində deyilməsini qırmızı rəngli dəvə sürüsündən daha dəyərli hesab etmişdir. Əgər bu söz istənilən bir kəsə deyilə biləcək adi bir söz idisə bəs nə üçün Səd ibn Əbi Vəqqas kimi bir şəxs (hansı ki, Cənnətlə müjdələnmiş on şəxsdən biri olduğunu iddia edilir) bu sözün özü barədə deyilməsini qırmızı rəngli dəvə sürüsündən daha dəyərli hesab edirdi? Müslim öz “Səhih”ində belə nəql edir:

أمر معاوية بن أبي سفيان سعدا فقال: ما منعك أن تسب أبا التراب؟ فقال: أما ذكرت ثلاثا قالهن له رسول الله صلى الله عليه وسلم، فلن أسبه. لأن تكون لي واحدة منهن أحب إلي من حمر النعم. سمعت رسول الله صلى الله عليه وسلم يقول له، خلفه في بعض مغازيه، فقال له علي: يا رسول الله! خلفتني مع النساء والصبيان؟ فقال له رسول الله صلى الله عليه وسلم "أما ترضى أن تكون مني بمنزلة هارون من موسى. إلا أنه لا نبوة بعدي".


“Müaviyə ibn Əbu Süfyan Sədə əmr etdi. (Lakin Sədin onun əmrinə tabe olmadığını gördükdə) dedi: “Sənə Əbu Turabı (Əlini) söyməyə nə mane olur?"

Səd cavab verdi: “Allah Rəsulu (sallallahu əleyhi [və alihi] və səlləm) (Əli haqqında) üç şey deyib ki, mən heç vaxt onu söymərəm. Əgər həmin üç şeydən biri mənim olsaydı, (bu) mənə qırmızı rəngli dəvə sürüsündən daha sevimli olardı”.

Müharibələrin birində Allahın Rəsulu (sallallahu əleyhi [və alihi] və səlləm) onu öz yerinə xəlifə qoyduqda Əli ona dedi: “Ey Allahın Peyğəmbəri! Məni qadın və uşaqlarların içərisində qoyub gedirsən?” Allahın Rəsulu (sallallahu əleyhi [və alihi] və səlləm) ona dedi: “Məgər razı olmazsan ki, sənin mənə olan nisbətin Harunun Musaya olan nisbəti kimi olsun, bir fərqlə ki, məndə sonra peyğəmbər yoxdur?”...48

İkincisi: onun İmam Əmirəl-mömininin (əleyhis-səlam) münafiqlərin sözləri səbəbindən Peyğəmbərin (sallallahu əleyhi və alihi və səlləm) yanına gəlməsini və Peyğəmbərin etdiyi hərəkətdə özü üçün eyb (əksiklik) görməsini deməsi batil sözdür. İmam Əlinin (əleyhis-səlam) nəzərində münafiqlərin çıxardıqları söz-söhbətlərin heç bir dəyəri yox idi. O, “Curf” məntəqəsinə məhz Allah Rəsulunu (sallallahu əleyhi və alihi və səlləm) ötrümək üçün gəlmişdi. Ağlaması isə Allah Rəsulu (sallallahu əleyhi və alihi və səlləm) ilə birgə səfər yoldaş ola bilməməsinə görə və ya Allah Rəsulu ilə birgə yürüşdə iştirak edə bilməməsinə görə idi. Buna Nəsainin öz sənədi ilə Səddən nəql etdiyi bu hədis də təsdiqləyir:

... لما خرج رسول الله «صلى الله عليه [وآله] وسلّم» إلى تبوك خرج علي «رضي الله عنه» يشيّعه فبكى وقال: يا رسول الله أتتركني مع الخوالف؟ فقال النبي «صلى الله عليه [وآله] وسلّم»: أما ترضى أن تكون مني بمنزلة هارون من موسى إلاّ النبوة.


“...Allah Rəsulu (sallallahu əleyhi [və alihi] və səlləm) Təbuka yola düşüdüyü zaman Əli çıxıb Allah Rəsulunu ötürməyə gəldi. Bu zaman ağlayaraq dedi: “Ey Allahın Rəsulu, məni (geridə) qalanlarla (döyüşdə iştirak etməyənlərlə) birgə saxlayırsan?” Peyğəmbər (sallallahu əleyhi [və alihi] və səlləm) buyurdu: “Məgər razı olmazsan ki, sənin mənə olan nisbətin Harunun Musaya olan nisbəti kimi olsun, bir fərqlə ki, məndən sonra peyğəmbərlik yoxdur?.”49

Habelə, Hakim ən-Nisapuri İbn Abbasdan belə nəql edir:

...وخرج رسول الله «صلى الله عليه [وآله] وسلّم» في غزوة تبوك، وخرج بالناس معه، قال: فقال له علي أخرج معك؟ قال: فقال النبي «صلى الله عليه [وآله] وسلّم»: لا، فبكى علي فقال له: «أما ترضى أن تكون مني بمنزلة هارون من موسى إلاّ أنّه ليس بعدي نبي، إنّه لا ينبغي أن أذهب إلاّ وأنت خليفتي»...


“...Allah Rəsulu (sallallahu əleyhi [və alihi] və səlləm) Təbuk qəzvəsinə yollandı. Bu zaman camaatı da özü ilə götürdü. Əli ona dedi: “Mən də səninlə gəlimmi?” Dedi: “Xeyr.” Bu zaman Əli ağladı. Peyğəmbər ona dedi: “Məgər razı olmazsan ki, sənin mənə olan nisbətin Harunun Musaya olan nisbəti kimi olsun, bir fərqlə ki, məndən sonra peyğəmbərlik yoxdur? Mən getdiyim təqdirdə mütləq sən mənim xəlifəm olmalısan”...50

Üçüncüsü: Peyğəmbər (sallallahu əleyhi və alihi və səlləm) “sənin mənə olan nisbətin Harunun Musaya olan nisbəti kimidir” sözünü İmam Əliyə yalnız bu hadisə zamanı, yəni, Təbuka getdiyi zaman İmam Əlini (əleyhis-səlam) Mədinədə saxlayarkən deməmişdir. Əkinsə, əhli-sünnə rəvayətlərindən də başa düşüldüyü kimi müxtəlif yerlərdə və müxtəlif zamanlarda demişdir. Məsələn:

1. Həzrət Peyğəmbər (sallallahu əleyhi və alihi və səlləm) möminlər anası xanım Ümmü-Sələməyə (radiyallahu anh) xitab edərkən.

İbn Abbasdan (radiyallahu anh) belə nəql olunur ki, Allah Rəsulu (sallallahu əleyhi və alihi və səlləm) Ümmü-Sələməyə buyurdu:

يا أم سلمة إن علياً لحمه من لحمي، ودمه من دمي، وهو مني بمنزلة هارون من موسى غير أنه لا نبي بعدي.


“Ey Ümmü-Sələmə, Əlinin əti mənim ətimdəndir, qanı mənim qanımdandır. Onun mənə olan nisbəti Harunun Musaya olan nisbəti kimidir. Bir fərqlə ki, məndən sonra peyğəmbər yoxdur.”51

2. Fatimə binti Həmzə Peyğəmbərin (sallallahu əleyhi və alihi və səlləm) hüzurunda olduğu zaman.

Kərimə binti Uqbədən belə nəql olunur:

سمعت فاطمة بنت حمزة تقول: (كنت عند رسول الله «صلى الله عليه [وآله] وسلّم» فسمعته يقول: «علي مني بمنزلة هارون من موسى إلاّ أنّه لا نبي بعدي».


“Fatimə binti Həmzənin belə dediyini eşitdim: “Mən Allah Rəsulunun (sallallahu əleyhi və alihi və səlləm) yanında idim. Onun belə dediyini eşitdim: Əlinin mənə olan nisbəti Harunun Musaya olan nisbəti kimidir, bir fərqlə ki, məndən sonra peyğəmbər yoxdur.”52

3. Əqilin Əli (əleyhis-səlam) və Cəfərlə mübahisə etdiyi gün.

Əqil ibn Əbi Talibdən belə nəql olunur:

نازعت علياً وجعفر بن أبي طالب في شيء، فقلت والله ما أنتما بأحب إلى رسول الله «صلى الله عليه [وآله] وسلّم» مني، إن قرابتنا لواحدة، وإن أبانا لواحد وإنا أمنا فقال رسول الله «صلى الله عليه [وآله] وسلّم»: أنا أحب أسامة ابن زيد قلت إني ليس عن أسامة أسألك إنما أسألك عن نفسي، فقال: يا عقيل والله إني لأحبك لخصلتين؛ لقرابتك ولحب أبي طالب إياك، وكان أحبهم إلى أبي طالب، وأما أنت يا جعفر فإن خلقك يشبه خلقي، وأنت يا علي فأنت مني بمنزلة هارون من موسى غير إنه لا نبي بعدي.


“Bir şey barəsində Əli və Cəfər ibn Əbi Taliblə mübahisə etdim. Dedim: “Allaha and olsun ki, siz Allah Rəsuluna (sallallahu əleyhi [və alihi] və səlləm) məndən daha sevimli deyilsiniz. Bizim qohumluğumuz birdir. Atamız birdir. Anamız birdir.” Bu zaman Allah Rəsulu (sallallahu əleyhi [və alihi] və səlləm) buyurdu: “Mən Üsamə ibn Zeydi sevirəm.” Mən dedim: “Mən səndən Üsamə barədə soruşmadım, mən səndən özüm barədə soruşdum”. Peyğəmbər dedi: “Ey Əqil, Allaha and olsun ki, mən səni iki xüsusiyyətə görə sevirəm: qohumluğuna görə və Əbu Talibin səni sevməsinə görə.” Əqil oğlanları içərisində Əbu Talibə ən sevimli olan idi. “Sənə gəlincə isə ey Cəfər, sən yaradılış baxımdan mənə bənzəyirsən (yaxud: sənin əxlaqın mənim əxlaqıma bənzəyir). Sənə gəlincə isə, ey Əli, sənin mənə nisbətin Harunun Musaya olan nisbəti kimidir, bir fərqlə ki, məndən sonra peyğəmbər yoxdur.”53

4. Qardaşlıq günü.

İbn Abbasdan belə nəql olunur:

لما آخا النبي «صلى الله عليه [وآله] وسلّم» بين أصحابه، بين المهاجرين والأنصار فلم يؤاخ بين علي بن أبي طالب وبين أحد مهم خرج علي «رضي الله عنه» مغضباً حتى أتى جدولاً من الأرض، فتوسد ذراعه فسف عليه الريح، فطلبه النبي «صلى الله عليه [وآله] وسلّم» حتى وجده فوكزه برجله، فقال له: قم فما صلحت أن تكون إلاّ أبا تراب، أغضبت علي حين واخيت بين المهاجرين والأنصار ولم أواخ بينك وبين أحد منهم؟! أما ترضى أن تكون مني بمنزلة هارون من موسى ألاّ إنه ليس بعدي نبي، ألا من أحبك حف بالأمن والإيمان ومن أبغضك أماته الله ميتة الجاهلية وحوسب بعمله في الإسلام.


“Allah Rəsulu (sallallahu əleyhi [və alihi] və səlləm) mühacir və ənsardan olan səhabələri arasında qardaşlıq bağı yaratdığı zaman Əli ibn Əbu Taliblə (radiyallahu anh) bir kəsi qardaş etmədi. Bu zaman Əli qəzəbli halda çıxıb kiçik su arxı olan bir yerə getdi. Başını əlinin altına qoyub uzandı. Bu zaman külək onun üzərinə toz-torpaq saldı. Peyğəmbər (sallallahu əleyhi [və alihi] və səlləm) onu axtarmağa başladı və onu tapdı. Ayağı ilə ona vurub dedi: “Qalx. Sən ancaq “əbu turab” (torpaq atası) ola bilərsən. Mühacir və ənsarı bir-birinə qardaş edib səni onlardan biri ilə qardaş etmədiyim zaman mənə qəzəbləndinmi? Məgər razı olmazsan ki, sənin mənə olan nisbətin Harunun Musaya olan nisbəti kimi olsun, bir fərqlə ki, məndən sonra peyğəmbər yoxdur? Agah ol, kim səni sevsə asayiş və imanla əhatələnər. Kim də sənə nifrət etsə Allah onu cahiliyyət ölümü ilə öldürər, belə bir şəxs İslamda (müsəlman olduğu zamanda) etdiyi əmələ görə hesab-kitab olunar.”54

5. Peyğəmbər (sallallahu əleyhi və alihi və səlləm) Əsma binti Umeysə xitab edərkən.

سمعت رسول الله «صلى الله عليه [وآله] وسلّم» يقول: يا علي أنت مني بمنزلة هارون من موسى إلاّ انه ليس بعدي نبي.


Əsmadan belə nəql olunur: “Allah Rəsulunun (sallallahu əleyhi [və alihi] və səlləm) belə buyurduğunu eşitdim: “Ey Əli, sənin mənə olan nisbətin Harunun Musaya olan nisbəti kimidir, bir fərqlə ki, məndən sonra peyğəmbər yoxdur.”55

Kimsə deyə bilər ki, Əsma bu sözü Curfda – Peyğəmbər Təbuka səfərə çıxdığı zaman Əliyə deyərkən eşitmişdir. Cavabında deyərik ki, Əsmanın bu sözü Curfda eşitməsi mümkünsüzdür. Çünki, Təbuk qəzvəsi56 Məkkənin fəthindən sonra baş vermişdir. Məkkənini fəthindən sonra isə Peyğəmbər (sallallahu əleyhi və alihi və səlləm) heç bir qadına qoşunla birgə döyüşlərə və qəzvələrə çıxmağa icazə verməmişdir. Əlbaninin “Silsilətul-əhadisis-sahihə” kitabında səhih hesab etdiyi bir hədisdə Səid ibn Cübeyrdən belə nəql edilir:

عن سعيد بن عمرو عن أم كبشة - امرأة من قضاعة- أنها استأذنت النبي أن تغزو معه، فقال: لا. فقالت: يا رسول الله! إني أداوي الجريح، وأقوم على المريض قالت: فقال رسول الله: اجلسي لا يتحدث الناس أن محمداً يغزو بامرأة.


“Qudaə qəbiləsindən olan Ümmü-Kəbşə adlı bir qadın Peyğəmbərlə birgə qəzvədə iştirak etmək üçün o Həzrətdən izin istədi. Peyğəmbər “xeyr (olmaz)”, – dedi. Ümmü-Kəbşə dedi: “Ey Allahın Rəsulu! Mən yaralıları müalicə edərəm, xəstələrin başının üstündə duraram.” Allah Rəsulu buyurdu: “Otur (evində). Camaat “Muhəmməd qadınla qəzvə edir”, - deməsin.”57

İbn Həcər bu rəvayətə şərh verərək deyir:

ويمكن الجمع بين هذا وبين ما تقدم في ترجمة أم سنان الأسلمي، أن هذا ناسخ لذاك لأن ذلك كان بخيبر وقد وقع قبله بأحد كما في الصحيح من حديث البراء بن عازب وكان هذا بعد الفتح.


“Bu rəvayətlə Ümmü-Sinan əl-Əsləminin tərcümeyi-halında qeyd olunan rəvayət arasında belə uyğunluq yaratmaq olar ki, bu rəvayət(də deyilən hökm) o rəvayət(də deyilən hökmü) nəsx etmişdir. Çünki, o hadisə Xeybərdə baş vermişdi. Ondan qabaq da – Bəra ibn Azibdən nəql olunan səhih hədisdə də bildirildiyi kimi – Uhudda belə bir şey baş vermişdi (yəni, qadınlar qoşunla birgə hərəkət etmiş, yaralıları sağaltmış, xəstələrə nəzarət etmişdilər – müt.). Bu hadisə isə Fəthdən sonra baş vermişdir.”58

6. Peyğəmbər (sallallahu əleyhi və alihi və səlləm) məscidə daxil olub bəzi şəxslərin məsciddə yatdığını gördüyü zaman.

Cabir ibn Abdullah əl-Ənsaridən (radiyallahu anh) belə nəql olunur:

جاء رسول الله «صلى الله عليه [وآله] وسلّم» ونحن مضطجعون في المسجد، فضربنا بعسيب في يده، فقال: أترقدون في المسجد؟! إنه لا يرقد فيه، فاجفلنا وأجفل علي، فقال رسول الله «صلى الله عليه [وآله] وسلّم»: تعال يا علي، إنه يحل لك في المسجد ما يحل لي ألا ترضى أن تكون مني بمنزلة هارون من موسى إلاّ النبوة...


“Biz məsciddə uzandığımız zaman Allah Rəsulu (sallallahu əleyhi [və alihi] və səlləm) məscidə gəldi. Əlindəki çubuqla bizə vurub dedi: “Məsciddə yatırsınız?! Məsciddə yatılmaz.” Bu zaman biz oyandıq, Əli də oyandı. Allah Rəsulu (sallallahu əleyhi [və alihi] və səlləm) buyurdu: “Gəl bura, ya Əli. Mənə məsciddə halal olan şey sənə də halaldır. Məgər razı olmasanmı ki, sənin mənə olan nisbətin Harunun Musaya olan nisbəti kimi olsun, bir fərqlə ki, məndən sonra peyğəmbər yoxdur?...”59

7. Zeyd ibn Harisə, Əli (əleyhis-səlam) və Cəfər həzrət Həmzənin qızı barədə çəkişdiyi zaman. O zaman onların hər biri həzrət Həmzənin qızının baxımını öz üzərinə götürmək üçün mübahisə edirdilər. Peyğəmbər (sallallahu əleyhi və alihi və səlləm) qızı Cəfər ibn Əbu Talibə verdi. Çünki, Cəfərin yoldaşı qızın xalası idi. Bundan sonra Peyğəmbər (sallallahu əleyhi və alihi və səlləm) Zeyd və Cəfər üçün fəzilət zikr edir, Əli (əleyhis-səlam)-a çatınca isə buyurur:

...وأمّا أنت يا علي «فأنت مني بمنزلة هارون من موسى إلاّ النبوّة


“...Sənə gəlincə isə ey Əli, sənin mənə nisbətin Harunun Musaya olan nisbəti kimidir, bir fərqlə ki, məndən sonra peyğəmbər yoxdur.”60

8. Əbu Bəkr, Ömər, Əbu Ubeydə və bir dəstə səhabə Peyğəmbərin (sallallahu əleyhi və alihi və səlləm) hüzurunda olduğu zaman.

Həmin vaxt Peyğəmbər (sallallahu əleyhi və alihi və səlləm) əlini İmam Əlinin çiyninə qoyub deyir:

«يا علي أنت أول المؤمنين إيماناً، وأول المسلمين إسلاماً، أنت مني بمنزلة هارون من موسى».


“Ey Əli, möminlər içərisində ilk iman gətirən sənsən, müsəlmanlar içərisində də ilk müsəlman olan sənsən. Sənin mənə nisbətin Harunun Musaya olan nisbəti kimdir.”61

Bütün bunlar ona dəlalət edir ki, mənzilət hədisi ümumidir və İmam Əlinin yalnızca Peyğəmbər Təbuka gedərkən xəlifə olmasını çatdırmır.

Dördüncüsü: hətta fərz etsək belə ki, Peyğəmbər (sallallahu əleyhi və alihi və səlləm) mənzilət hədisini yalnızca bir yerdə deyib, yenə də Osman əl-Xəmisə bir faydası dəymir. Çünki, hədis ümumidir və onun varid olma yeri hədisi ümumilikdən çıxarmır. Çünki, üsul elmində də sübuta yetirildiyi kimi “varid olma yeri (zamanı) varid olanı xüsusiləşdirmir” (“əl-maurid lə yuxassisul-varid”).

“Görəsən, cənabət halında olan bir şəxs ayətül-kürsiyə toxunduğu zaman sən ona “hədəs halında olan şəxs Quran ayələrinə toxuna bilməz”, – desən, bu söz sırf varid olduğu yerə62 xas olacaq, yoxsa ümumi olub bütün Quran ayələrinə və bütün hədəs halında olan şəxslərə şamil olacaq? Zənn etmirəm ki, kimsə bu sözün yalnızca ayətül-kürsiyə və yalnızca cənabət halında olan şəxsə xas olmasını başa düşsün. Əgər bir həkim bir xəstənin xurma yediyini görsə və bu zaman onu şirin şey yeməkdən çəkindirsə, görəsən ürfün63 nəzərində bu iş sırf bu sözün varid olduğu yerə aid olacaq, yoxsa ümumi olub bütün növ şirniyyatlara şamil olacaq? Allaha and olsun ki, yalnız üsuldan bixəbər olan, dilçilik elminin qaydalarından, ürfü anlayışdan və bizim yaşadığımız aləmdən tamamilə uzaq olan bir şəxsin bu sözün sırf varid olduğu yerə (xurmaya) aid olduğunu deyə biləcəyini düşünürəm. Mənzilət hədisindəki ümumiliyi Təbuk qəzvəsi ilə xüsusiləşdirən şəxslər də bax belədirlər, onlarla bu şəxslər arasında heç bir fərq yoxdur”.64

Daha sonra Osman əl-Xəmis deyir:

الوجه الرابع: إن النبي «صلى الله عليه [وآله] وسلّم» لم يبق علياً خليفة على المدينة في هذه الغزوة، بل استخلفه على أهل بيته خاصة، كما يذكر أهل السير كابن جرير وابن كثير وغيرهما أن الوالي على المدينة في تلك الغزوة محمد بن مسلمة وليس علي بن أبي طالب.


“Dördüncü: Peyğəmbər (ona və ailəsinə Allahın salavatı və salamı olsun) bu döyüşə gedərkən Əlini Mədinə şəhərinə xəlifə təyin etməmişdi. Onu yalnız əhli-beyti (ailəsi) üzərində qoyub getmişdi. İbn Cərir ət-Təbəri, İbn Kəsir və başqa tarix alimləri deyirlər ki, həmin döyüşdə Mədinə şəhərinin valiliyi Əli ibn Əbu Talibə deyil, Məhəmməd ibn Məsləməyə tapşırılmışdı.”65

Deyirəm:

Bəli, müxaliflərdən bəziləri belə iddia etmişlər ki, Peyğəmbər (sallallahu əleyhi və alihi və səlləm) Təbuka yola düşərkən Mədinəyə Muhəmməd ibn Məsləməni xəlifə qoymuşdur. Bəzisi isə iddia etmişdir ki, Siba ibn Urfutanı qoymuşdur. Bəziləri də demişlər ki, İbn Ümmü-Məktumu qoymuşdur. Lakin, bu deyilənlərin heç biri səhih sənədlə sübuta yetməmişdir. Əksinə, sübuta yetən budur ki, Allah Rəsulu (sallallahu əleyhi və alihi və səlləm) məhz Əli ibn Əbu Talibi (əleyhis-səlam) Mədinəyə xəlifə qoymuşdur. Əbdür-Rəzzaqın öz “Müsənnəf”ində nəql etdiyi səhih hədisdə deyilir:

عن معمر، عن قتادة وعلي بن زيد بن جدعان، عن ابن المسيب قال: حدثني ابن لسعد ابن أبي وقاص حديثاً عن أبيه قال: فدخلت على سعد فقلت حديثاً عنك حدثته حين استخلف النبي «صلى الله عليه [وآله] وسلّم» عليّاً على المدينة، قال: فغضب سعد! فقال: من حدثك به؟ فكرهت أن أخبر بابنه فيغضب عليه، ثم قال: إن رسول الله «صلى الله عليه [وآله] وسلّم» خرج في غزوة تبوك فاستخلف علياً على المدينة، فقال علي يا رسول الله ما كنت أحب أن تخرج مخرجاً إلاّ وأنا معك فيه، قال: فقال له النبي «صلى الله عليه [وآله] وسلّم»: أما ترضى أن تكون مني بمنزلة هارون من موسى غير أنه لا نبي بعدي.


“Məmar Qətadə və Əli ibn Zeyd ibn Cud`andan, onlar da İbn əl-Müseyyibdən belə dediyini nəql edilər: mənə Səd ibn Əbi Vəqqasın oğlanlarından biri atasından bir hədis nəql etdi. Mən Sədin yanına gedib dedim:

“Bizə Peyğəmbərin (sallallahu əleyhi [və alihi] və səlləm) Əlini Mədinədə xəlifə qoyması ilə bağlı sənin nəql etdiyin bir hədisi nəql etdilər.” Bu zaman Səd qəzəbləndi və dedi: “Sənə bunu kim nəql edib?” Mən oğluna qəzəblənər deyə oğlunun adını vermək istəmədim. Sonra Səd dedi: “Allah Rəsulu (sallallahu əleyhi [və alihi] və səlləm) Təbuk qəzvəsinə yola düşdü. Bu zaman Əlini Mədinədə xəlifə qoydu. Əli ona dedi: “Ey Allahın Rəsulu, mən daim istəmişəm ki, sən bir yerə (səfərə, qəzvəyə) çıxanda mən də səninlə birgə olum.” Peyğəmbər ona dedi: “Məgər razı olmazsanmı ki, sənin mənə olan nisbətin Harunun Musaya olan nisbəti kimi olsun, bir fərqlə ki, məndən sonra peyğəmbər yoxdur?”66

Əs-Salehi əş-Şami özünün “Subulul-huda vər-rəşad” kitabında Peyğəmbərin (sallallahu əleyhi və alihi və səlləm) Təbuka gedərkən kimi Mədinədə xəlifə qoyması barədə danışarkən deyir:

... وقيل: علي بن أبي طالب، قال أبو عمرو وتبعه ابن دحية: وهو الأثبت، قلت: ورواه عبد الرّزاق في المصنف بسند صحيح عن سعد ابن أبي وقاص «رضي الله عنه»، ولفظه أن رسول الله «صلى الله عليه [وآله] وسلّم» لمّا خرج إلى تبوك استخلف على المدينة علي بن أبي طالب.


“...Demişlər ki: Əli ibn Əbi Talibi (qoymuşdur). Əbu Əmr demişdir ki, “ən dəqiq olan məhz budur”. İbn Dihyə də bu sözü demişdir.

Deyirəm: bunu Əbdür-Rəzzaq “əl-Müsənnəf”də səhih sənədlə Səd ibn Əbi Vəqqasdan nəql etmişdir. (Sədin xəbərinin) məzmunu belədir ki, Allah Rəsulu (sallallahu əleyhi [və alihi] və səlləm) Əli ibn Əbi Talibi Mədinədə xəlifə qoydu.”67

Asimi deyir:

وقال الحافظ زين الدين العراقي في ترجمة علي ابن أبي طالب من شرح التقريب: لم يتخلف عن المشاهد إلاّ في تبوك، فإنّ النبي «صلى الله عليه [وآله] وسلّم» خلفه على المدينة وعلى عياله، وقال له يومئذ: أنت مني بمنزلة هارون من موسى إلاّ أنّه لا نبي بعدي، وهو في الصحيحين من حديث سعد ابن أبي وقاص، ورجحه ابن عبد البر، وقيل: استخلف سباع بن عرفطة.


“Hafiz Zeynuddin əl-İraqi “Şərhut-təqrib” kitabında Əli ibn Əbi Talibin tərcümeyi-halında demişdir: Təbukdan başqa heç bir döyüşdən geri qalmamışdır. (Təbuk qəzvəsi zamanı) Peyğəmbər onu Mədinə üzərində və öz əhl-əyalı üzərində xəlifə təyin etmişdir. Həmin gün ona demişdir: “Sənin mənə olan nisbətin Harunun Musaya olan nisbəti kimidir, bir fərqlə ki, məndən sonra peyğəmbər yoxdur”. Bu söz “səhiheyn”də Səd ibn Əbi Vəqqas yolu ilə nəql olunmuşdur. İbn Əbdül-Bərr də bunu üstün nəzər hesab etmişdir. (Həmçinin) demişlər ki, Siba ibn Urfutanı xəlifə qoymuşdur.”68

Əli ibn Muhəmməd ibn Məsud əl-Xuzai demişdir:

ولم يتخلف عن مشهد شهده رسول الله «صلى الله عليه [وآله] وسلّم» مذ قدم المدينة إلاّ تبوك، فإنّه خلفه رسول الله «صلى الله عليه [وآله] وسلّم» على المدينة وعلى عياله وقال له: أنت مني بمنزلة هارون من موسى إلاّ أنه لا نبي بعدي...


“Mədinəyə gəldikdən sonra bütün döyüşlərdə Allah Rəsulu (sallallahu əleyhi [və alihi] və səlləm) ilə birgə iştirak etmişdir, bircə Təbukdan başqa. Həmin vaxt Peyğəmbər (sallallahu əleyhi [və alihi] və səlləm) onu Mədinə üzərində və öz əhl-əyalı üzərində xəlifə təyin etmiş və demişdi: “Sənin mənə olan nisbətin Harunun Musaya olan nisbəti kimidir, bir fərqlə ki, məndən sonra peyğəmbər yoxdur”...69

Yusif ibn Əbdül-Bərr demişdir:

(... وخرج رسول الله «صلى الله عليه [وآله] وسلّم» وضرب عسكره على باب المدينة، واستعمل عليها محمد بن مسلمة وقيل سباع بن عرفطة، وقيل بل خلف عليها علي بن أبي طالب «رضي الله عنه» وهو الأثبت أن رسول الله «صلى الله عليه [وآله] وسلّم» خلف علياً في غزوة تبوك، فقال المنافقون استثقله فذكر ذلك علي رضوان الله تعالى عليه لرسول الله «صلى الله عليه [وآله] وسلّم» في خبر سعد فقال: كذبوا إنما خلفتك لما تركت ورائي فارجع فاخلفني في أهلي وأهلك فأنت مني بمنزلة هارون من موسى إلاّ أنّه لا نبي بعدي، والآثار بذلك متواترة صحاح قد ذكرت كثيراً منها في غير هذا الموقع.


“Allah Rəsulu (sallallahu əleyhi [və alihi] və səlləm) (Təbuka tərəf) yola düşdü və qoşununu Mədinənin qapısında saxladı. Muhəmməd ibn Məsləməni Mədinəyə xəlifə qoydu. Həmçinin demişlər ki, Siba ibn Urfutanı xəlifə qoydu. Həmçinin, demişlər ki, xeyr, Əli ibn Əbu Talibi (radiyallahu anh) xəlifə qoydu. Ən dəqiq olan da məhz budur: Allah Rəsulu (sallallahu əleyhi [və alihi] və səlləm) Təbuk qəzvəsi zamanı Əlini xəlifə qoymuşdur. Bu vaxt münafiqlər dedilər ki, “(Muhəmməd) Əlini əlavə yük hesab etdi”. Səddən nəql olunan xəbərdə deyilir ki, Əli bu sözü Allah Rəsuluna (sallallahu əleyhi [və alihi] və səlləm) xəbər verdikdə Peyğəmbər buyurdu: “Yalan deyiblər. Mən səni qoyub getdiyim şeylərə görə xəlifə qoydum. Ailəm və ailən içində mənim xəlifəm ol. Sənin mənə olan nisbətin Harunun Musaya olan nisbəti kimidir, bir fərqlə ki, məndən sonra peyğəmbər yoxdur.” Bu barədə nəql olunan xəbərlər mütəvatirdirlər və səhihdirlər. Mən başqa yerdə onlardan çoxlu sayda nəql etmişəm.”70

İbn Həcər demişdir:

وشهد مع النبي سائر المشاهد إلاّ تبوك، إنه استخلفه على المدينة وقال له حينئذ: «أنت مني بمنزلة هارون من موسى»...


“Peyğəmbərlə birgə bütün döyüş və yürüşlərdə iştirak etmişdir, yalnız Təbukdan başqa. Həmin vaxt Peyğəmbər onu Mədinə üzərində xəlifə qoymuş və demişdir: “Sənin mənə olan nisbətin Harunun Musaya olan nisbəti kimidir”...71

Zeyni Dehlan demişdir:

واستخلف «صلى الله عليه [وآله] وسلّم» على المدينة علي بن أبي طالب «رضي الله عنه»، وخلفه أيضاً على أهله وعياله...


“Peyğəmbər (sallallahu əleyhi [və alihi] və səlləm) Mədinə üzərində Əli ibn Əbu Talibi (radiyallahu anh) xəlifə qoydu. Onun həmçinin əhl-əyalı üzərində də xəlifə qoydu...”72

İbn Həcər əl-Əsqəlani demişdir:

قال ابن عبد البر: وقد أجمعوا أنّه أول من صلى القبلتين، وهاجر وشهد بدراً وأحداً وسائر المشاهد، وأنه أبلى ببدر وأحد والخندق وخيبر البلاء العظيم، وكان لواء رسول الله «صلى الله عليه [وآله] وسلّم» بيده في المدينة وقال له: أنت مني بمنزلة هارون من موسى إلاّ أنه لا نبي بعدي.


“İbn Əbdül-Bərr demişdir: alimlər icma etmişlər ki, Əli iki qibləyə namaz qılan şəxsdir. Hicrət etmiş, Bədrdə, Uhudda və digər döyüşlərdə iştirak etmişdir. Bədrdə, Uhudda, Xəndəkdə və Xeybərdə çox böyük əziyyətlər çəkmişdir. Bir çox yerlədə Allah Rəsulunun (sallallahu əleyhi [və alihi] və səlləm) bayrağı onun əlində olmuşdur. Təkcə Təbukda iştirak etməmişdir. Allah Rəsulu (sallallahu əleyhi [və alihi] və səlləm) onu Mədinə üzərində xəlifə qoymuş və demişdir: “Sənin mənə olan nisbətin Harunun Musaya olan nisbəti kimidir, bir fərqlə ki, məndən sonra peyğəmbər yoxdur.”73

Mizzi “Təhzibul-kəmal”da demişdir:

خلفه رسول الله «صلى الله عليه [وآله] وسلّم» على المدينة وعلى عياله بعده في غزوة تبوك، وقال له: «أنت مني بمنزلة هارون من موسى إلاّ أنه لا نبي بعدي»...


“Təbuk qəzvəsi zamanı Allah Rəsulu (sallallahu əleyhi [və alihi] və səlləm) Əlini Mədinə üzərində və əhl-əyalı üzərində xəlifə qoymuş və demişdir: “Sənin mənə olan nisbətin Harunun Musaya olan nisbəti kimidir”...”74

İbn Əbdül-Bərr “əl-İstiab”da demişdir:

ولم يتخلف عن مشهد شهده رسول الله «صلى الله عليه [وآله] وسلّم» مذ قدم المدينة إلاّ تبوك، فإنه خلفه رسول الله «صلى الله عليه [وآله] وسلّم» على المدينة وعلى عياله بعده في غزوة تبوك وقال له: «أنت مني بمنزلة هارون من موسى إلاّ أنه لا نبي بعدي».


“Mədinəyə gəldiyindən bəri Allah Rəsulunun (sallallahu əleyhi [və alihi] və səlləm) iştirak etdiyi döyüşlərin heç birindən geri qalmamışdır, bircə Təbukda iştirak etməmişdir. Təbuk qəzvəsi zamanı Allah Rəsulu (sallallahu əleyhi [və alihi] və səlləm) onu Mədinə üzərində və özündən sonra əhl-əyalı üzərində xəlifə qoymuş və demişdir: “Sənin mənə olan nisbətin Harunun Musaya olan nisbəti kimidir..”75

Muhəmməd ibn İsmayıl əs-Sən`ani “Subulus-səlam”da demişdir:

...شهد المشاهد كلها إلاّ تبوك فأقامه «صلى الله عليه [وآله] وسلّم» في المدينة خليفة عنه وقال: «أما ترضى أن تكون مني بمنزلة هارون من موسى».


“Təbukdan başqa bütün döyüşlərdə iştirak etmişdir. Təbuk qəzvəsi zamanı Allah Rəsulu (sallallahu əleyhi [və alihi] və səlləm) onu Mədinədə öz xəlifəsi qoymuş və demişdir...”76

İbn Kəsirin “ən-Bidayə vən-nihayə” kitabında deyilir:

ولما خرج رسول الله «صلى الله عليه [وآله] وسلّم» إلى تبوك واستخلفه على المدينة قال له يا رسول الله أتخلفني مع النساء والصبيان؟ فقال: «ألا ترضى أن تكون مني بمنزلة هارون من موسى غير أنّه لا نبي بعدي».


“Allah Rəsulu (sallallahu əleyhi [və alihi] və səlləm) Təbuka yola düşüb Əlini Mədinə üzərində xəlifə qoyduğunda Əli ona dedi: “Ey Allahın Rəsulu, məni qadınlar və uşaqlarla saxlayırsan?” Peyğəmbər buyurdu: “Məgər razı olmazsan ki,...”.”77

Bax, ey insaflı oxucu! Osman əl-Xəmisin necə öz həva-həvsinə tabe bir şəxs olduğunu gör. Hədis onun həva-həvəsinə uyğun gəlməyən zaman onun sənədinə və ya mətninə eyb tutmağa çalışır, elə ki həva-həvəsinə uyğun gəlir, zəif, uydurma, əsassız və şazz olsa belə onu öz iddiasına dəlil gətirir, onu hamı tərəfindən qəbul olunan bir hədis kimi təqdim edir!

Daha sonra Osman əl-Xəmis deyir:

الخامس: كيف يمكن لنا أن نفهم أن هذا الترك من النبي «صلى الله عليه [وآله] وسلّم» لعلي منقبة له، وأنّه لا ينبغي أن يخرج النبي «صلى الله عليه [وآله] وسلّم» إلاّ وعلي خليفته، ثم نرى أنّ علياً يخرج باكياً خلف النبي «صلى الله عليه [وآله] وسلّم» أفهمنا ولم يفهم علي «رضي الله عنه»؟ فلو كان ترك النبي «صلى الله عليه [وآله] وسلّم» لعلي منقبة بحد ذاتها لما خرج خلفه ولعلم أنّ النبي «صلى الله عليه [وآله] وسلّم» لا يخرج إلاّ وهو خليفته من بعده.


“Beşinci: biz Peyğəmbərin (sallallahu əleyhi [və alihi] və səlləm) Əlini Mədinədə qoymasını Əli üçün necə üstünlük və fəzilət hesab edə bilərik və (necə deyə bilərik ki) Peyğəmbər çıxıb getdiyi zaman yalnız Əli onun xəlifəsi olmalıdır? Bir halda ki, Əlinin ağlaya-ağlaya Peyğəmbərin arxasınca gəldiyini görürük? Biz başa düşdük, Əli (Allah ondan razı olsun) başa düşmədi? Əgər Peyğəmbərin (sallallahu əleyhi [və alihi] və səlləm) Əlini Mədinədə qoyması öz-özlüyündə üstünlük və fəzilət olsaydı, Əli Peyğəmbərin arxasınca gəlməzdi. Bilərdi ki, nə vaxt Peyğəmbər çıxıb getsə, o getdikdən sonra onun xəlifəsi özü olur.”78

Deyirəm:

Əvvəla: şiələr İmam Əlinin (əleyhis-səlam) Peyğəmbərdən (sallallahu əleyhi və alihi və səlləm) sonra ümmət üzərində xəlifə və imam olmasına sırf Peyğəmbərin (sallallahu əleyhi və alihi və səlləm) Təbuk qəzvəsi zamanı onu Mədinədə xəlifə qoyması ilə dəlil gətirmirlər. Onlar məhz Peyğəmbərin həzrət Əliyə buyurduğu “sənin mənə olan nisbətin Harunun Musaya olan nisbəti kimidir, bir fərqlə ki, məndən sonra peyğəmbər yoxdur” sözü ilə dəlil gətirirlər. Belə ki, burada həzrət Peyğəmbər (sallallahu əleyhi və alihi və səlləm) həzrət Musaya nisbətdə həzrət Harunun sahib olduğu bütün məqamları İmam Əli üçün sabit etmişdir. Bu məqamlardan biri də xilafətdir. Quranın da açıqca bildirdiyi kimi Harun (əleyhis-səlam) sağ olduğu müddətdə həzrət Musanın (əleyhis-səlam) xəlifəsi idi. Əgər həzrət Harun həzrət Musadan sonra həyatda qalsaydı, o zaman xilafət ondan başqasına keçməyəcəkdi. Əli (əleyhis-səlam) da həzrət Muhəmməddən (sallallahu əleyhi və alihi və səlləm) sonra həyatda qalmışdır. Buna əsasən, Peyğəmbərin ümmət üzərindəki xəlifəsi o olur.

İkincisi: “Mən gedərsəm, sən mənim xəlifəm olmalısan” sözünü nəql edənlər şiələr yox, sünnilərdirlər. Bu cümlə əhli-sünnə yanında səhih olan bir rəvayətdə gəlmişdir. Biz daha öncə bu rəvayətə işarə etdik, həmin rəvayətin gəldiyi bir sıra mənbələrin adlarını qeyd etdik və bu cümləni səhih hesab edən alimlərin adlarını göstərdik. Bəyan etdik ki, Təbuka gedərkən Peyğəmbərin (sallallahu əleyhi və alihi və səlləm) İmam Əlini (əleyhis-səlam) Mədinədə saxlaması onun üçün fəzilət və üstünlük hesab olunur. Çünki, o həzrətin Mədinədə var olması münafiqlərdə qorxu yaradırdı, onların İslama və Mədinədəki müsəlmanlara qarşı pis iş görmələrinə mane olurdu və onları hiylə, plan və tələlərini boşa çıxarırdı. İmam Əlinin (əleyhis-səlam) ağlaması isə başqa şeyə görə deyil, məhz Peyğəmbərə (sallallahu əleyhi və alihi və səlləm) bu səfərdə yoldaş ola bilməməsinə, bu qəzvədə iştirak edə bilməməsinə görə idi.

Sonra Osman əl-Xəmis deyir:

الوجه السادس: إن النبي «صلى الله عليه [وآله] وسلّم» استخلف غير علي بعد، فإنّه بعد غزوة تبوك خرج إلى حجة الوداع وكان علي في اليمن ولم يترك عليّاً في المدينة.


“Altıncı: Peyğəmbər (ona və ailəsinə Allahın salavatı və salamı olsun) bu hadisədən sonra Əlidən başqasını öz yerinə şəhər valisi təyin etmişdi. Belə ki, Təbuk döyüşündən sonra Peyğəmbər (ona və ailəsinə Allahın salavatı və salamı olsun) vida həccinə yola düşdü. Həmin vaxt Əli (Allah ondan razı olsun) Yəməndə idi və Peyğəmbər onu Mədinədə saxlamamışdı.”79

Deyirəm:

Onun qeyd etdiyi bu “dəlil” də şiələrin mənzilət hədisini İmam Əlinin (əleyhis-səlam) Peyğəmbərdən (sallallahu əleyhi və alihi və səlləm) sonra ümmət üzərində xəlifə olmasına dəlil gətirmələrini batil etmir. Çünki, daha öncə də qeyd etdiyimiz kimi şiələr İmam Əlinin imamətinə və xilafətinə dəlil kimi Peyğəmbərin Təbuka gedərkən onu öz yerində xəlifə qoymasını gətirmirlər, onların dəlilləri məhz Peyğəmbərin (sallallahu əleyhi və alihi və səlləm) həzrət Əliyə buyurduğu “sənin mənə olan nisbətin Harunun Musaya olan nisbəti kimidir, bir fərqlə ki, məndən sonra peyğəmbər yoxdur” sözüdür.

Peyğəmbər (sallallahu əleyhi və alihi və səlləm) Təbuka yollanarkən İmam Əlini (əleyhis-səlam) Mədinə üzərində ona görə xəlifə qoydu ki, həmin vaxtda Mədinə üzərində böyük imana sahib, vəziyyətə nəzarət etməyi bacaran, işləri təcrübə və hikmətlə idarə edən güclü və qüvvəli bir şəxsin hakim olmasına ehtiyac duyulurdu. Peyğəmbər (sallallahu əleyhi və alihi və səlləm) bu iş üçün yalnız Əlini (əleyhis-səlam) uyğun gördü. Onun Mədinədə xəlifə saxlanılması onun Peyğəmbərlə birgə olmasından daha mühüm idi. Nə vaxt ki Mədinənin vəziyyəti belə bir şəxsiyyətin orada qalmasını gərəkli etməmişdir, Peyğəmbər (sallallahu əleyhi və alihi və səlləm) Əlini orada xəlifə qoymamışdır. Əksinə, Əlidən (əleyhis-səlam) daha az bacarığa və gücə malik şəxsləri xəlifə qoymuşdur. Lakin, Osman əl-Xəmis hara, bunu başa düşmək hara!

Sonra Osman əl-Xəmis deyir:

أما تشبيه النبي «صلى الله عليه [وآله] وسلّم» علي بهارون فنقول إن النبي «صلى الله عليه [وآله] وسلّم» شبّه أبا بكر وعمر بأعظم من هارون ففي غزوة بدر، لما كانت قضية الأسرى، واستشار النبي «صلى الله عليه [وآله] وسلّم» أبا بكر، فرأى أن يعفو عنهم وأن يفاديهم قومهم، ورأى عمر أن يقتلهم، فقال النبي «صلى الله عليه [وآله] وسلّم» لأبي بكر: إن مثلك كمثل إبراهيم يوم قال: {رَبِّ إِنَّهُنَّ أَضْلَلْنَ كَثِيرًا مِنَ النَّاسِ فَمَنْ تَبِعَنِي فَإِنَّهُ مِنِّي وَمَنْ عَصَانِي فَإِنَّكَ غَفُورٌ رَحِيمٌ}، ومثلك كمثل عيسى إذ قال: {إِنْ تُعَذِّبْهُمْ فَإِنَّهُمْ عِبَادُكَ وَإِنْ تَغْفِرْ لَهُمْ فَإِنَّكَ أَنْتَ الْعَزِيزُ الْحَكِيمُ} ثم التفت إلى عمر فقال: يا عمر إن مثلك مثل نوح لما قال: {وَقَالَ نُوحٌ رَبِّ لَا تَذَرْ عَلَى الْأَرْضِ مِنَ الْكَافِرِينَ دَيَّارًا}، ومثلك كمثل موسى لما قال: {وَقَالَ مُوسَى رَبَّنَا إِنَّكَ آَتَيْتَ فِرْعَوْنَ وَمَلَأَهُ زِينَةً وَأَمْوَالًا فِي الْحَيَاةِ الدُّنْيَا رَبَّنَا لِيُضِلُّوا عَنْ سَبِيلِكَ رَبَّنَا اطْمِسْ عَلَى أَمْوَالِهِمْ وَاشْدُدْ عَلَى قُلُوبِهِمْ فَلَا يُؤْمِنُوا حَتَّى يَرَوُا الْعَذَابَ الْأَلِيمَ} فشبه أبا بكر بإبراهيم وعيسى، وشبه عمر بنوح وموسى، وأولئك من أولي العزم وهم خير البشر بعد رسول الله «صلى الله عليه [وآله] وسلّم» وهم أفضل من هارون بدرجات صلوات الله وسلامه عليهم أجمعين، فليس تشبيه النبي لعلي بهارون بأفضل أو بأعظم من تشبيه النبي «صلى الله عليه [وآله] وسلّم» أبا بكر وعمر بإبراهيم وعيسى وموسى ونوح.


“Peyğəmbərin (ona və ailəsinə Allahın salavatı və salamı olsun) Əlini Haruna bənzətməsinə gəldikdə deyə bilərik ki, Peyğəmbər (ona və ailəsinə Allahın salavatı və salamı olsun) Əbu Bəkr və Öməri Harundan daha əfzəl insanlara bənzətmişdir. Demək Bədr döyüşündə əldə edilmiş əsirlər barəsində Peyğəmbər məşvərət etdiyi zaman Əbu Bəkrdən bu haqda soruşduqda o, onların bağışlanmasını və bunun əvəzində onların qəbiləsindən fidyə alınmasını məsləhət gördü. Ömər isə onların qətlə yetirilməsi fikrini irəli sürdü. Bu zaman Peyğəmbər (ona və ailəsinə Allahın salavatı və salamı olsun) Əbu Bəkrə dedi: Sən də İbrahim kimisən.*

Bir vaxt o belə demişdi: “Ey Rəbbim! Onlar (bütlər), həqiqətən, çox insanı (haqq yoldan) azdırıblar. İndi kim arxamca gəlsə, o, şübhəsiz ki, məndəndir. Kim mənə qarşı çıxsa, (bilsin ki, tövbə edəcəyi təqdirdə) Sən (günahları) bağışlayansan, (bəndələrinə) rəhm edənsən!”. Həmçinin, sən İsa kimisən. O da bir zamanlar belə demişdi: “Əgər onlara əzab versən, şübhə yoxdur ki, onlar Sənin qullarındır. Əgər onları bağışlasan, yenə şübhə yoxdur ki, Sən yenilməz qüvvət sahibi, hikmət sahibisən.”

Sonra üzünü Ömərə çevirib dedi: Ey Ömər, sən isə Nuh kimisən. Bir vaxt o belə demişdi: “Nuh dedi: “Ey Rəbbim! Yer üzündə bir nəfər belə kafir qoyma!”. Həmçinin sən Musa kimisən. Bir zamanlar o demişdi: “Musa dedi: “Ey Rəbbimiz! Sən Firona və əyan-əşrafına dünyada zinət və mal-dövlət ehsan etdin! Ey Rəbbimiz! (Bu sərvəti onlara bəndələrini) Sənin yolundan azdırmaq üçün verdin? Ey Rəbbimiz! Onların mal-dövlətini məhv et və ürəklərini möhürlə (sərtləşdir) ki, şiddətli əzabı görməyincə iman gətirməsinlər.” Beləcə Peyğəmbər (ona və ailəsinə Allahın salavatı və salamı olsun) Əbu Bəkri İbrahimə və İsaya, Öməri isə Nuha və Musaya bənzətmişdir. Adı çəkilən Ulul Əzm (əzm sahibi olan) peyğəmbərlərdir. Peyğəmbərdən (ona və ailəsinə Allahın salavatı və salamı olsun) sonra ən xeyirli insanlar həmin peyğəmbərlərdir. Onlar birmənalı olaraq Harundan qat-qat əfzəl sayılırlar. Onların hamısına Allahın salavatı və salamı olsun. Peyğəmbərin (ona və ailəsinə Allahın salavatı və salamı olsun) Əlini Haruna bənzətməsi, Əbu Bəkr və Öməri İbrahim, İsa, Musa və Nuha bənzətməsindən üstün deyildir.”80

_______________________________________________

* Osman əl-Xəmisin bu kitabının Azərbaycan dilinə tərcüməçisi bu cümlədə qeyri-dəqiqliyə yol vermişdir. Daha dəqiqi “sənin məsəlin İbrahimin məsəli kimidir” şəklində olmalıdır. İki cümlə arasındakı isə kifayət qədər fərq vardır. (Red.).

Deyirəm:

Birincisi: O, kitabının çaplarının birində haşiyədə bu rəvayət barədə demişdir ki, “isnadı səhihdir” (“Darul-iman” mətbəəsi, Misir çapı). Başqa bir çapda isə demişdir ki:

أخرجه أحمد 1/ 383 ورجاله ثقات إلاّ أن أبا عبيدة بن عبد الله بن مسعود لم يسمع من أبيه


“Bunu Əhməd nəql etmişdir (1/383). Raviləri siqədirlər. Lakin, Əbu Ubeydə ibn Abdullah ibn Məsud atasından hədis eşitməmişdir.”

Bu rəvayət sənəd baxımından zəifdir. Çünki, Əbu Ubeydə ibn Abdullah ibn Məsud atasından hədis eşitməmişdir. Əbu Ubeydə kiçik yaşda olarkən atası vəfat etmişdir, buna görə də atasından heç bir şey eşitməmişdir.

Şubə demişdir:

عمرو بن مرة سألت أبا عبيدة بن عبد الله هل تذكر من عبد الله شيئاً؟ قال: لا.


“Əmr ibn Murrədən belə nəql olunur: Əbu Ubeydə ibn Abdullahdan belə soruşdum: “Abdullahdan bir şey (hədis) xatırlayırsan?” Dedi: “Xeyr.”

Əbu Davud nəql etdiyi bir hədislə bağlı demişdir:

كان أبو عبيدة يوم مات أبوه ابن سبع سنين.


“Atası ölən vaxt Əbu Ubeydənin yeddi yaşı var idi.”

Tirmizi demişdir:

لا يعرف اسمه، ولم يسمع من أبيه شيئاً.


“Onun adı bilinmir. (Çünki, “Əbu Ubeydə” onun adı yox, künyəsidir. (Red.)). Atasından heç nə eşitməmişdir.”

İbn əl-Cuneyd demişdir:

قال رجل ليحيى: أبو عبيدة بن عبد الله سمع من أبيه شيئاً؟ قال: قالوا: لا، ولا عبد الرحمن بن عبد الله.


“Bir nəfər Yəhya [ibn Məinə] dedi: “Əbu Ubeydə ibn Abdullah atasından bir şey eşidib?” Dedi: “Deyiblər ki, yox. Əbdür-Rəhman ibn Abdullah da eşitməmişdir.”

Darəmi Yəhya ibn Məindən belə nəql etmişdir:

ثقة، ولم يسمع من أبيه


“Siqədir. Lakin, atasından (hədis) eşitməmişdir.”

İbn Əbi Hatim demişdir:

سألت أبي عن أبي عبيدة بن عبد الله بن مسعود، هل سمع من أبيه عبد الله؟ قال فقال أبي: لم يسمع.


“Atama Əbu Ubeydə ibn Abdullah ibn Məsud barədə sual verib “atası Abdullahdan bir şey eşidibmi”, – dedim. Atam dedi: “Eşitməyib...”

Bu barədə daha geniş məlumat almaqdan ötrü “Təhzibul-kəmal”, “Təhzibut-təhzib” və s. kimi “cərh və tədil” kitablarına, Əbu Ubyedənin tərcümeyi-halına müraciət edin.

Zəhəbi demişdir:

وأبو عبيدة لم يسمع من أبيه.


“Əbu Ubeydə atasından (hədis) eşitməmişdir.”

Buna əsasən, onun bu rəvayəti mürsəldir. Başqa sözlə, rəvayət zəifdir. Onun zəif olduğuna Şüeyb əl-Arnaut81 və Şeyx Əhməd Şakir də hökm etmişdir.82 Elə isə mütəvatir mənzilət hədisinin müqabilində bu zəif hədislə necə dəlil gətirmək olar?!*

İkincisi: Osman əl-Xəmisin bu zəif hədisi dəlil gətirməsi elmi qaydalara daban-dabana ziddir. Çünki, dəlil gətirmə məqamında öz məzhəbinin mənbələrində nəql olunan hədisi deyil, qarşı tərəf üçün höccət sayılan bir hədisi dəlil gətirməlidir. Lakin, Osman əl-Xəmis əlindəki bütün imkanların tükəndiyini görüncə məcbur qalıb öz mənbələrində nəql olunan bir hədislə dəlil gətirmək istəmişdir. Hədisin vəziyyəti isə ortadadır. Sənəd baxımından zəifdir və höccət deyildir.

Üçüncüsü: fərz edək ki, hədis səhihdir. Belə olunca, hədisin mənzilət hədisinə nə kimi aidiyyatı olur? Görəsən, hədis səhih olduğu təqdirdə mənzilət hədisində İmam Əli (əleyhis-səlam) üçün sabit edilən xilafəti qüvvə salırmı? Axı Osman əl-Xəmis bu qeyd etdiyi 7 məqamı məhz şiələrin dəlillərini batil etmək üçün qeyd etmişdir. Elə isə biz insaflı oxucuya sual verərək soruşuruq: səhih olduğunu fərz edərsək bu qeyd olunan hədisin hansı hissəsi İmam Əlinin (əleyhis-səlam) Allah Rəsulundan (sallallahu əleyhi və alihi və səlləm) sonra xəlifə olmasını inkar edir?!

Hesab edək ki, həqiqətən Əbu Bəkr və Ömər müəyyən bir hadisə zamanı bir-birlərindən fərqli mövqe sərgiləmişlər və bunun nəticəsində Peyğəmbər (sallallahu əleyhi və alihi və səlləm) onların bu işlərini bəzi ulul-əzm peyğəmbərin (əleyhimus-səlam) bir-birlərindən fərqli mövqe sərgiləmələrinə bənzətmişdir. Əbu Bəkrə “sənin məsəlin İbrahimin məsəli kimidir”, Ömərə də “sənin məsəlin Nuhun məsəli kimidir”, - demişdir. Görəsən, belə olan təqdirdə bu hədis mənzilət hədisinin dəlalət etdiyi xilafət məsələsini qüvvədən salırmı?! Bunun mənzilət hədisinin ifadə etdiyi xilafət məsələsinə bir aiddiyyatı olurmu?

Osman əl-Xəmis və onun kimi digər vəhhabi dəvətçiləri məntiq kimi əqli elmləri öyrənmədiklərinə görə bu cür bişmiş toyuğu güldürəcək müqayisələr aparmışlar. (Qeyd edək ki, Osman əl-Xəmis bu iddianı özündən deməmişdirdir. Ondan qabaq bu iddianı ağası İbn Teymiyyə etmişdir. Onun gülünc iddiası və ona verdiyimiz cavab ilə bu linkdə tanış ola bilərsiniz: (İbn Teymiyyənin Əbu Bəkr və Ömər haqqında zəif hədisi dəlil gətirməsi)

Mənzilət hədisi İmam Əlinin (əleyhis-səlam) Peyğəmbərə (sallallahu əleyhi və alihi və səlləm) olan nisbətinin həzrət Harun (əleyhis-səlam) həzrət Musaya (əleyhis-səlam) olan nisbəti kimi olduğunu bildirir. Bu hədis həzrət Əlinin fəzilətinin həzrət Harunun fəziləti kimi olduğunu deyil, həzrət Harunun həzrət Musaya (əleyhiməs-səlam) nisbətdə sahib olduğu məqamların Peyğəmbərə nisbətdə İmam Əli üçün sabit olduğunu çatdırır. Başqa sözlə, şiələr bu hədisi İmam Əlinin fəzilətdə həzrət Harun kimi olmasını göstərmək üçün deyil, İmam Əlinin Harunun Musaya nisbətdə sahib olduğu məqam və mənsəblərə sahib olduğunu göstərmək üçün dəlil gətirirlər. Allahın salamı olsun onların hamısına. Bu məqam və mənsəblərdən biri də xilafətdir. Lakin, Osman əl-Xəmis bunu başa düşmədiyi və ya düşmək istəmədiyi üçün yuxarıda gördüyünüz gülünc müqayisəni aparmışdır. Allah-təalanın verdiyi əql nemətinə görə Ona sonsuz şükürlər olsun.

Həmd olsun aləmlərin Rəbbi olan Allaha.

Onun salavat və salamı olsun Muhəmmədə və onun pak və mütəhhər Əhli-Beytinə!

_____________________________________________________________________________

1 “Birbaşa xəlifə”: yəni, Peyğəmbərdən (sallallahu əleyhi və alihi və səlləm) sonra gələn üçüncü, dördüncü, beşinci xəlifə deyil, birinci xəlifə. Peyğəmbərin (sallallahu əleyhi və alihi və səlləm) vəfatından sonra birbaşa xilafətə və vilayətə keçməli olan şəxs İmam Əli (əleyhis-səlam) idi. (Müt.)

2 “Nəzmul-mutənasir”, səh.195.

3 “Vəsilətun-nəcat fi fadli-sadat”, səh.104.

4 “Kifayətut-talib”, səh.250.

5 “əl-Əzharul-mutənasira fil-əhadisil-mutəvatira”, səh.281.

6 “Səhihu-məvaridiz-zəman”, c.2, səh.351, hədis № 1847.

7 “Cuzul-əlif dinar”, səh.189.

8 “əl-Əhadisil-varidə fi fadlis-səhabə”, c.6, səh.186.

9 Yemək və suyun azalmamasını. (Müt.)

10 “əs-Sünənul-kubra”, 5/125, hədis 8451.

11 “Xasaisu-Əli”, səh.46, hədis 66.

12 Belə bir şəxs dünyadan köçdüyü zaman mömin kimi dünyadan köçər və qəbirin və qiyamətin qorxusundan amanda qalar. (Müt.)

13 “əl-Mucəmul-kəbir”, 12/420, hədis 13549.

14 “Şərhu-Nəhcil-Bəlağə”, 13/228.

15 “əl-Mənaqib”, səh.112, hədis 121.

16 “Fadailus-səhabə”, 2/678, hədis 1158.

17 “Şəvahiqut-tənzil”, 1/478, hədis 510.

18 “Mənaqibul-İmam Əli”, səh.151.

19 “Müsnədi-Əhməd”, 15/174, hədis 20185. Kitabın mühəqqiqi Əhməd Həmzə əz-Zeyn deyir: “İsnadı həsəndir”. Bu hədisi Heysəmi “Məcməuz-Zəvaid”də Əhməddən və Təbəranidən nəql etmiş (9/101) və demişdir: “Bu hədisi Əhməd və Təbərani nəql etmişdir. Hədisin sənədində Xalid ibn Tahman vardır ki, Əbu Hatim onu siqə hesab etmişdir. Qalan raviləri siqədirlər.” Həmçinin bu hədisi Əllamə Əhməd ibn Siddiq əl-Məğribi “Fəthul-mulkil-əli, bi-sihhəti-hədisi-babi-mədinətil-ilmi Əli” kitabında “Müsnəd”dən nəql etmiş (səh.66) və demişdir: “Raviləri siqədilər”.

20 “əl-Mucəmul-kəbir”, 20/229.

21 “əl-Müstədrək”, 3/137, hədis: 4637. Hakim demişdir:

هذا حديث صحيح الإسناد ولم يخرجاه، وأبو الصلت ثقة مأمون فإني سمعت أبا العباس محمد بن يعقوب في التاريخ يقول: سمعت العباس بن محمد الدوري يقول: سألت يحيى بن معين عن أبي الصلت الهروي فقال: ثقة، فقلت أليس قد حدث عن أبي معاوية عن الأعمش أنا مدينة العلم؟ فقال: قد حدث به محمد بن جعفر الفيدي وهو ثقة مأمون، سمعت أبا نصر أحمد بن سهل الفقيه القباني إمام عصره ببخارى يقول: سمعت صالح بن محمد بن حبيب الحافظ يقول: وسئل عن أبي الصلت الهروي فقال دخل يحيى بن معين ونحن معه على أبي الصلت فسلم عليه فلما خرج تبعته فقلت له ما تقول رحمك الله في أبي الصلت؟ فقال: هو صدوق، فقلت له: إنه يروي حديث الأعمش عن مجاهد عن ابن عباس عن النبي «صلى الله عليه [وآله] وسلّم»: أنا مدينة العلم وعلي بابها فمن أراد العلم فليأتها من بابها فقال: قد روى هذا ذاك الفيدي عن أبي معاوية عن الأعمش كما رواه أبو الصلت».


“Bu, səhih sənədli hədisdir, lakin Buxari və Müslim bunu nəql etməmişlər. (Hədisin sənədindəki) Əbus-Səlt siqə və güvəniləndir. Mən Əbul-Abbas Muhəmməd ibn Yaqubun belə dediyini eşitdim: Abbas ibn Muhəmməd əd-Durinin belə dediyini eşitdim: Yəhya ibn Məindən Əbus-Səlt əl-Hərəvi barədə soruşdum, dedi: “Siəqdir”. Mən dedim: “Məgər o Əbu Müaviyədən, o da Əməşdən nəql etməyibmi ki, “mən elmin şəhəriyəm...”? (Diqqət edin, Əbus-Səltin zəif olub olmamasını onun şəxsi xüsusiyyətləri ilə ölçmür, məhz İmam Əli (əleyhis-səlam) barədə nəql etdiyi hədislə ölçür!! Görəsən, bu hədis Əbu Bəkr və ya Ömər barəsində nəql olunsaydı əd-Duri yenə də eyni sözü deyəcəkdimi?!–red. ) Yəhya ibn Məin dedi: “Bunu Muhəmməd ibn Cəfər əl-Feydi də nəql etmişdir və o, siqə və güvəniləndir.” Həmçinin mən Buxarada öz dövrünün fəqihi olan Əbu Nəsr Əhməd ibn Hənbəl əl-Fəqih əl-Qəbbaninin belə dediyini eşitdim: Saleh ibn Muhəmməd ibn Həbib əl-Hafizdən Əbus-Səlt barəsində soruşdular, bu zaman onun belə dediyini eşitdim: “Yəhya ibn Məin bizimlə birgə Əbus-Səltin yanına daxil oldu və ona salam verdi. Oradan çıxanda mən ona yaxınlaşıb ona dedim: “Əbus-Səlt barədə nə deyirsən, Allah sənə rəhmət etsin.” Dedi: “O, doğrudanışandır.” Ona dedim: “O, Əməşin Mücahiddən, onun İbn Abbasdan, onun da Peyğəmbərdən (sallallahu əleyhi [və alihi] və səlləm) nəql etdiyi “mən elmin şəhəriyəm, Əli də onun qapısıdır; kim şəhərə gəlmək istəsə oraya onun qapısından gəlsin” hədisini nəql edir.” İbn Məin dedi: “Bu hədisi Əbus-Səlt kimi Feydi də Əbu Müaviyədən, o da Əməşdən nəql etmişdir.”

22 “əl-Müstədrək”, 3/137, hədis 4638.

23 “Tarixi-Bağdad”, 11/49.

24 “Müsnədi-Əhməd”, 2/344, hədis 1719, Şeyx Əhməd Muhəmməd Şakir deyir: “İsnadı səhihdir”.

25 “Müsnədi-Əhməd”, 2/344, hədis 1720, Əhməd Muhəmməd Şakir deyir: “İsnadı səhihdir”.

26 “Camiu-bəyanil-ilm və fadlih”, 1/464, hədis 726. Kitabın mühəqqiqi Şeyx Əbul-Əşbal əz-Zuheyri deyir: “İsnadı səhihdir, raviləri siqədirlər”.

27 “Müsənnəf” (İbn Əbi Şeybə), 6/371, hədis 32109; “Əxbarul-məkkiyyin”, 1/287, hədis 240.

28 “Səhihi-Sünəni-İbn Macə”, Əlbani, 1/58, Albani hədis üçün demişdir: “həsəndir”.

* Yəni, mənim dediyim əmrləri, göstərişləri və bildirişləri mənim adımdan yalnız mən və Əli çatdıra bilərik. Başqa sözlə, məni yalnız Əli təmsil edə bilər. Ümmətin imamı olan Allah Rəsulu (sallallahu əleyhi və alihi və səlləm) açıqca bildirir ki, məni təmsil etməyə səlahiyyəti çatan yeganə şəxs, məhz İmam Əlidir (əleyhis-səlam). Əgər Allah Rəsulunun (sallallahu əleyhi və alihi və səlləm) sağ olduğu müddətdə hökm belə idisə, vəfat edəndən sonra necə dəyişə bilər? Vəfatından sonra Allah Rəsulunu (sallallahu əleyhi və alihi və səlləm) İmam Əlidən başqa kim təmsil edə bilər? Bu cümlənin İmam Əlinin (əleyhis-səlam) ümmətin ən üstün şəxsi olmasına və onun Peyğəmbərdən sonra imam olmasına necə dəlalət etməsi barədə ayrıca bəhslər edilmiş, əsərlər yazılmışdır.

29 “Sünəni-Tirmizi”, 5/636, hədis 3719. Tirmizi demişdir: “Bu, həsən, səhih və qərib hədisdir.”

30 “əl-Müstədrək”, 3/132, hədis 4620. Hakim demişdir: “Bu, şeyxeynin şərtinə əsasən səhih hədisdir, lakin, onlar bunu nəql etməmişlər.”

31 “Tarixi-Diməşq”, 42/254.

32 Mən bu hədislə bağlı “İrşadul-hair ilə sihhəti hədisit-tair” adlı müstəqil bir kitab yazmışam. Biz burada hədis üçün bir çox səhih və həsən təriqlər qeyd etmiş, hədisin sənədlərini elmi şəkildə müzakirə etmişik. Biz bu kitabda bu hədisi-şərifin məzmununu dəstəkləyən və təsdiqləyən rəvayətlərdən on şahid qeyd etmişik.

33 “əl-Mucəmul-kəbir”, 11/93, hədis 11153.

34 Bax: “Lisanul-mizan” (İbn Həcər), 2/221.

35 “Səhih” raviləri dedikdə ravilərin “Səhihi-Buxari” və ya “Səhihi-Müslim”in ravilərindən olması nəzərdə tutulur. (Müt.)

36 “Səhihi-İbn Hibban”, 15/373, hədis 6929. Şeyx Şüeyb əl-Arnaut deyir: “İsnadı səhihdir”.

37 “Səhihi-İbn Hibban”, 15/375, hədis 6931, Şüeyb əl-Arnaut deyir: “Səhih hədisdir”.

38 “Səhihi-Sünəni-Tirmizi” (Əlbani), 3/543, hədis 3788.

39 “Müsnədi-Əbu Yəla”, 2/318, hədis 1052. Bu hədisi Heysəmi “Məcməuz-zəvaid”də nəql etmiş və demişdir: “Bunu Əbu Yəla nəql etmişdir, raviləri siqədirlər.” Həmçinin, “əl-Mətalibul-aliyə”, 16/147, hədis 3945; “Tarixi-Diməşq”, 42/449.

40 Mütləq şəkildə deyərkən, sözü qeyd-şərt olmadan qəti şəkildə demək nəzərdə tutulur. (Müt.)

41 “əl-Müstədrək aləs-sahiheyn”, 3/134, hədis 4628. Hakim demişdir: “Bu, səhih sənədli hədisdir.”; “əl-Mucəmul-əvsət”, 5/135, hədis 488; “əl-Mucəmus-sağir”, 2/28, hədis 720; “Kənzul-ummal”, 11/277, hədis 32912, “İcmalul-isabə”, səh.55, müəllif hədisin həsən olduğunu demişdir; “əs-Səvaiqul-muhriqa”, 2/361; “Tarixul-xuləfa”, səh.173.

42 “əl-Müstədrək”, 3/131, hədis 4617, Hakim Nisapuri demişdir: “Bu, səhih sənədli hədisdir, lakin onlar (Buxari və Müslim) bunu nəql etməmişlər.” Zəhəbi də “Təlxis”də onunla razılaşaraq “səhihdir”, - demişdir.

43 “Hiqbətun minət-tarix”, səh.365. Bundan sonra bu kitabdan qeyd etdiyimiz Osman əl-Xəmisin sözləri kitabın azərbaycan dilinə edilmiş tərcüməsindən götürülmüşdür. Təkcə 5-ci iraddakı tərcümədən başqa. Həmin iraddakı tərcümə daha dəqiq şəkildə az.313news.net saytı tərəfindən edilmişdir. (Red.)

44 “Hiqbətun minət-tarix”, 365-366.

45 Çünki, təkcə o Həzrətin (əleyhis-səlam) Mədinədəki varlığı belə münafiqləri qorxuya salır, onları müsəlmanlara qarşı hər hansı bir pis iş görməkdən saxlayırdı. Çünki, onlar o Həzrətin gücünü, qüvvəsini və sərtliyini yaxşı tanıyırdılar.

46 Bu cümlə sünni mənbələrində gələn bir çox rəvayətdə qeyd olunmuşdur. Bunlardan biri “əl-Müstədrək” kitabıdır. (3/143, hədis 4652). Hakim bu rəvayət üçün “bu səhih sənədli hədisdir, lakin iki şeyx bu hədisi bu formada nəql etməmişlər”, - demişdir. Zəhəbi də “Təlxis”də “səhihdir”, - demişdir. Həmçinin, “Müsnədi-Əhməd” kitabında (3/331, hədis 3062) gəlmişdir ki, kitabın mühəqqiqi Əhməd Muhəmməd Şakir rəvayət barədə demişdir: “İsnadı səhihdir.”

47 “Hiqbətun minət-tarix”, səh.366.

48 “Səhihi-Müslim”, səh.1129, hədis 2404 (32), Səudiyyə çapı.

49 “əs-Sünənul-kubra”, 5/120, hədis 8432.

50 “Müstədrək”, 3/143, hədis 4652.

51 “Tarixi-Diməşq”, 42/42, 169; “Kənzül-ummal”, 11/279, hədis 32936.

52 “Tarixi-Diməşq”, 42/186.

53 “Tarixi-Diməşq”, 41/17-18.

54 “əl-Mucəmul-kəbir”, 11/75, hədis 11091.

55 “Müsnədi-Əhməd”, 18/558, hədis 27340. Kitabın mühəqqiqi Həmzə Əhməd əz-Zeyn demişdir: “İsnadı səhihdir”.

56 Qəzvə: hərbi yürüş. (Müt.)

57 “Silsilətul-əhadisis-sahihə”, 6/903, hədis 2887.

58 “əl-İsabə”, 8/283, Ümmü-Kəbşə əl-Qudaiyyənin tərcümeyi-halı.

59 “Tarixi-Diməşq”, 42/140.

60 “Tarixi-Diməşq”, 42/170.

61 “Tarixi-Diməşq”, 42/167; “Simtun-nucumil-avali”, 3/27; “Zəxairul-uqba”, səh.58.

62 Ayətül-kürsiyə və cənabət halında olan şəxsə. (Müt.)

63 Ürf: camaat, ümumi kütlə. (Müt.)

64 “əl-Müraciat”, səh.205.

65 “Hiqbətun minət-tarix”, səh.366-367.

66 “Müsənnəf” (Əbdür-Rəzzaq), 5/279, hədis 21717. Bu hədis Əbdür-Rəzzaq əs-Sənaninin “əl-Müsənnəf” kitabının ardına əlavə olunan Məamər ibn Raşidin “əl-Cami” əsərində də nəql edilmişdir: 11/226, hədis 20390.

67 “Subulul-huda vər-rəşad”, 5/441.

68 “Simtun-nucumil-avali”, 2/292.

69 “Təxricud-dəlalatis-səmiyyə”, səh.274.

70 “əd-Durər fixtisaril-məğazi vəs-siyər”, səh.239.

71 “əs-Səvaiqul-muhriqa”, 2/351.

72 “əs-Sirətun-nəbəviyyə”, 2/126.

73 “Təhzibut-təhzib”, 7/296.

74 “Təhzibul-kəmal”, 20/483.

75 “əl-İstiab”, 3/1097.

76 “Subulus-səlam”, 1/44.

77 “əl-Bidayə vən-nihayə”, 7/225.

78 “Hiqbətun minət-tarix”, səh.367.

79 “Hiqbətun minət-tarix”, səh.367.

80 “Hiqbətun minət-tarix”, 367-368.

81 “Müsnədi-Əhməd”, 6/140, hədis 3632, Şüeyb əl-Arnautun təhqiqi.

82 “Müsnədi-Əhməd”, 3/521, hədis 3632, Əhməd Muhəmməd Şakirin təhqiqi. *Bundan sonra deyilənlər az.313news.net tərəfindən əlavə edilmişdir.

 

Müəllif: Şeyx Həsən Abdullah əl-Əcmi

Əlavələr: 313news.net

Рейтинг

В этом разделе