Əziz oxucular! “Səhabənin ədaləti” mövzusu klassik əhli-sünnənin və özünün əhli-sünnəyə nisbət edən sələfilərin (vəhhabilərin) ən çox önəm verdikləri mövzulardan biridir. Çünki, bu mövzuda iddia edilən məsələlər yanlış olsa, əhli-sünnə və sələfilərin əqidə sütunlarının əksər hissəsi çökmüş olacaq. Hədis və rical sistemi yenidən və fərqli qaydalar əsasında inşa edilmək məcburiyyətində olacaq. Bu səbəbdən səhabə mövzusunda xüsusən sələfilər yerli-yersiz Quran ayələrindən istifadə etmiş, müxtəlif söz oyunlarına əl atmışlar.
Müasir dövrümüzdə sələfilərin ən aktiv nümayəndələrindən biri, tez-tez TV proqramlarından şiə müsəlmanlarının əleyhinə çıxışlar edən, kitablar yazan Osman əl-Xəmisdir. Onun “Hiqbətun minət-tarix” (“Tarixdən bir an”) kitabı bir çoxlarının stolüstü kitabına çevrilmiş, kitab rus, türk və azərbaycan dillərinə tərcümə edilmişdir.
Bu şəxsin sözügedən kitabdakı batil iddialarına, kitabdakı hər bir cümləsinə şiə alimi Şeyx Həsən Abdullah əl-Əcmi özünün "Ər-Raddun-nəfis alə əbatili Usman əl-Xəmis" (“Osman əl-Xəmisin batil sözlərinə nəfis rəddiyyə”) kitabında ətraflı şəkildə cavab vermişdir.
Biz də bu məqaləmizdə kitabın 2-ci cildindən “Səhabənin ədaləti” bölməsini tərcümə edərək sizlərin diqqətinə təqdim edirik.
Osman əl-Xəmis deyir:
عدالة الصحابة أمر متقرر عند أهل السنة والجماعة، وسيأتي ذكر أقوال أهل العلم من أهل السنة والجماعة في عدالة أصحاب محمد صلى الله عليه وسلم قال الله تبارك وتعالى: [ لَقَدْ رَضِيَ اللهُ عَنِ الْمُؤْمِنِينَ إِذْ يُبَايِعُونَكَ تَحْتَ الشَّجَرَةِ فَعَلِمَ مَا فِي قُلُوبِهِمْ فَأَنْزَلَ السَّكِينَةَ عَلَيْهِمْ وَأَثَابَهُمْ فَتْحًا قَرِيبًا] ، بين الله تبارك وتعالى أنّه قد رضي عمن؟ عن المؤمنين الذين بايعوا النبي صلى الله عليه وسلم تحت الشجرة، وماذا قال الله تبارك وتعالى؟ قال: [فَعَلِمَ مَا فِي قُلُوبِهِمْ]، أي الإيمان والصدق، فأنزل السكينة عليهم، أي في ذلك الوقت، فهذه شهادة من الله تبارك وتعالى عن صدق إيمان أولئك القوم الذين بايعوا النبي صلى الله عليه وسلم تحت الشجرة بيعة الرضوان
وقد ثبت عن النبي صلى الله عليه وسلم أنّه قال: لا يدخل النار أحدٌ بايع تحت الشجرة إلاّ صاحب الجمل الأحمر
وكان هذا من المنافقين الذين خرجوا مع النبي صلى الله عليه وسلم واسمه الجد بن قيس، وكان عدد الذين بايعوا النبي صلى الله عليه وسلم تحت الشجرة ألفاً وأربعمائة، وقيل ألف وخمسمائة شهد الله لهم بالإيمان، وأثبت أن قلوبهم توافق ظاهرهم، وأنّه ليس فيهم منافق إلاّ رجلاً واحداً أخبر عنه النبي صلى الله عليه وسلم كان معهم ولكن لم يبايع النبي صلى الله عليه وسلم
Səhabənin ədaləti əhli-sünnə alimlərinin nəzərində isbat edilmiş bir məsələdir. Muhəmməd (sallallahu əleyhi və səlləm)-in əshabının ədaləti barədə əhli-sünnə vəl-cəmaatdan olan elm əhlinin fikirləri irəlidə zikr ediləcəkdir. Allahu-təala buyurmuşdur: “Möminlər (Hüdeybiyyədə) ağac altında sənə beyət edərkən Allah onlardan razı qaldı. (Allah) onların qəlbində olanı bildi, onlara (mənəvi) rahatlıq nazil etdi və onları yaxın bir zəfərlə mükafatlandırdı.” (Fəth surəsi, 48/18) Allah təbarəkə və təala kimdən razı olmuşdur? Ağacın altında Peyğəmbərə (sallallahu əleyhi və səlləm) beyət edənlərdən. Və Allah nə deyir? “Onların qəlbində olanı bildi”, yəni, qəlblərində yer alan iman və dürüstlüyü bildi. Sonra deyir: “Onlara (mənəvi) rahatlıq endirdi”, yəni, həmin vaxt. Bu, ağacın altında Peyğəmbərə (sallallahu əleyhi və səlləm) “Rıdvan” beyəti edən şəxslərin həqiqi imana sahib olduqlarına dair Allahu-təalanın bir şahidliyidir.
Peyğəmbərin (sallallahu əleyhi və səlləm) belə buyurduğu sübuta yetmişdir: “Qırmızı dəvənin sahibindən başqa ağacın altında beyət edən kəslərdən heç kim Cəhənnəmə girməyəcək.”1
Hədisdə bildirilən bu şəxs Peyğəmbər (sallallahu əleyhi və səlləm) ilə birlikdə yola çıxmış münafiqlərdən idi. Adı Cədd ibn Qeys idi. Ağacın altında Peyğəmbərə (sallallahu əleyhi və səlləm) beyət edənlərin sayı 1400 idi. Həmçinin, 1500 olduğu da deyilmişdir. Allah onların iman sahibi olduqlarına şahidlik etmiş, qəlblərinin zahiri əməllərinə uyğun olduğunu təsdiq etmiş və aralarında Peyğəmbərin xəbər verdiyi bir nəfər istisna olmaqla heç bir kəsin münafiq olmadığını isbat etmişdir. Həmin şəxs beyət edənlərlə birgə olsa da, Peyğəmbərə (sallallahu əleyhi və səlləm) beyət etməmişdi.2
Deyirəm:
Birincisi: bu ayə səhabələrin hamısının ədalətli olmalarına dəlalət etmir. Çünki, tarixçilərin qeyd etdikləri ən yüksək rəqəmə əsasən, “Rıdvan” beyətində iştirak edən şəxslərin sayı 1800 nəfər idi.3 Ədalətli olduqları iddia edilən səhabələrin sayı isə 124.000-dir. Bu ayəni səhabələrin bütünlüklə ədalətli olduqlarına dəlil gətirmək batil və yanlışdır.
İkincisi: Allahu-təalanın “Rıdvan” beyətində iştirak edən möminlərdən razılığının davam etməsi, onların bu beyəti pozmamalarına bağlıdır. Yəni, bu şəxslərin düşmənlə döyüşdə sabitqədəm olmalarına və döyüşdən qaçmamalarına bağlıdır. Allahu-təala buyurur: “Sənə beyət edənlər Allaha beyət etmiş olurlar. Allahın əli onların əllərinin üstündədir. Kim əhdini pozsa, ancaq öz əleyhinə pozmuş olar. Kim də Allahla bağladığı əhdinə sadiq qalsa, (Allah) ona böyük mükafat verər”. (Fəth surəsi, 10) Eləcə də bu şəxslərin şəriət yolunda sabitqədəm qalmalarına, yəni, Allahın qəzəbinə səbəb olacaq hərəkət və ya sözə bulaşmamaların bağlıdır. Buna əsasən, ağac altında beyət edən şəxslərdən biri öz beyətini pozaraq döyüşdə səbat göstərməzsə (sonadək vuruşmazsa, döyüşdən qaçarsa), yaxud şəriət yolundan çıxıb qətl, zina, şərab içmək və s. kimi Allahın qəzəbini qəzəbinə səbəb olacaq böyük günahlar işləyərsə, o zaman Allahın razılığı ondan uzaqlaşar və həmin şəxs Allahın qəzəb etdiyi şəxsə çevrilər.
Buxari öz “Səhih”ində öz sənədi ilə Əla ibn əl-Musəyyibdən, o da atasından belə nəql etmişdir:
لقيت البراء بن عازب رضي الله عنهما، فقلت: طوبى لك، صحبت رسول الله صلى الله عليه وسلم وبايعته تحت الشجرة، فقال:يا ابن أخي إنك لا تدري ما أحدثناه بعده
Mən Bəra ibn Azib ilə qarşılaşdım və (ona) dedim. “Xoş halına! Peyğəmbərə (sallallahu əleyhi və səlləm) səhabə oldun və ağacın altında ona beyət etdin.” Cavabında Bəra dedi: “Ey qardaşoğlu! Sən bilmirsən biz ondan sonra nələr etdik.”4
Həmçinin, Malik ibn Ənəsin “əl-Muvatta”sında nəql olunan başqa bir hədisdə deyilir ki, Ömər ibn Ubeydullahın azad etdiyi qul olan Əbun-Nadr ona belə xəbər çatdığını deyir:
أن رسول الله صلى الله عليه وسلم قال لشهداء أحد هؤلاء أشهد عليهم، فقال أبو بكر: ألسنا يا رسول الله بإخوانهم أسلمنا كما أسلموا، وجاهدنا كما جاهدوا؟ فقال رسول الله صلى الله عليه وسلم: بلى، ولكن لا أدري ما تحدثون بعدي، فبكى أبو بكر ثم بكى، ثم قال: إنّا لكائنون بعدك؟
Allah Rəsulu (sallallahu əleyhi və səlləm) Uhud şəhidləri üçün “onlar barəsində (Cənnətlik olmalarına) şəhadət verirəm” – deyə buyurdu. Bu zaman Əbu Bəkr dedi: “Ey Allahın Rəsulu, məgər biz də onların qardaşları deyilikmi? Onlar kimi biz də müsəlman olduq, onlar kimi biz də cihad etdik (bizim üçün də şəhadət ver).” Allah Rəsulu (sallallahu əleyhi və səlləm) buyurdu: “Əlbəttə ki (elədir). Lakin, mən bilmirəm siz məndən sonra nələr edəcəksiniz.” Bu vaxt Əbu Bəkr xeyli ağladı. Sonra dedi: “Səndən sonra biz qalacağıqmı?”.5
İbn Əbdül-Bərr “ət-Təmhid” kitabında (21/228) bu hədis barəsində deyir:
هذا الحديث مرسل هكذا منقطع عند جميع الرواة للموطأ ولكن معناه يستند من وجوه صحاح كثير
Bu hədis mürsəldir. “əl-Muvatta”nın bütün ravilərinin nəqlində bu şəkildə münqətidir (sənədi qopuqdur –red.). Lakin, onun mənası bir neçə cəhətdən bir çox səhih hədislərə əsaslanır.
Deməli, hədisin sənədi zəif olsa da, mətn etibarilə – digər səhih hədislərlə uyğunluq təşkil etdiyi üçün – məqbul sayılır.
Bütün bunlar onu göstərir ki, səhabə və ya qeyri-səhabə olmasından asılı olmayaraq Allahu-təalanın öz bəndəsindən razı qalması həmin bəndənin Allahın itaətində qalmasına bağlıdır. Əgər bəndə Allahın itaətindən yayınıb haqq olmayan yola baş vurarsa, o zaman Allah razılığı ondan uzaqlaşar. Allahın razılığının yerini Onun qəzəbi tutar. Buna görə də biz görürük ki, Peyğəmbər (sallallahu əleyhi və alihi və səlləm) Uhud şəhidlərinin vəziyyətlərinə bələd olduğuna görə onlar üçün şəhadət verir, lakin onlardan başqa səhabələr üçün şəhadət vermir. Çünki, onların özündən sonra nələr edəcəklərini bilmir. Əgər Allahın mühacir, ənsar və digər səhabələrdən razılığı mütləq olsaydı və “sona qədər Allahın itaətində olmaq” şərti ilə şərtlənməmiş olsaydı, o zaman Allah Rəsulunun (sallallahu əleyhi və alihi və səlləm) bütün səhabələr üçün şəhadət verməsində bir maneə olmazdı.
Ağac altında Peyğəmbərə (sallallahu əleyhi və alihi və səlləm) beyət edən şəxslərin bir dəstəsi Hüneyn döyüşündə öz beyətlərini sındırdılar. Onlar döyüş meydanında məğlubiyyətə uğrayınca Allah Rəsulunu (sallallahu əleyhi və alihi və səlləm) ərəb canavarlarının və müşriklərinin pəncəsində qoyub döyüşdən qaçdılar.
Hüneyn döyüşündə Peyğəmbərlə birgə olan müsəlmanların sayı təqribən 12.000 nəfərə idi.6 Onlardan Peyğəmbərə (sallallahu əleyhi və alihi və səlləm) yaxın olan az sayda şəxsdən başqa qalanları arxalarına baxmadan qaçdılar, Peyğəmbəri (sallallahu əleyhi və alihi və səlləm) kafirlər üçün asan bir hədəfə çevirib onu döyüş meydanında tək qoydular. Peyğəmbər (sallallahu əleyhi və alihi və səlləm) Abbasa əmr etdi ki, döyüşdən qaçanları, xüsusilə də ağac altında beyət edənləri7 səsləyib onlardan geriyə qayıtmalarını və yardım etmələrini istəsin. Lakin, onlardan cəmi 100 nəfəri qayıtdı.8 Qalanları isə yalnız müsəlmanlar qələbə çaldıqdan sonra qayıtdılar. Cabir ibn Abdullah əl-Ənsari deyir:
فوالله ما رجعت راجعة النّاس من هزيمتهم حتى وجدوا الأسارى مكتفين عند رسول الله
...Allaha and olsun, döyüşdən qaçan camaat yalnız əsirləri Allah Rəsulunun yanında əlləri bağlı halda gördükdən sonra geri qayıtdılar.9
Hətta, fərz etsək ki, bu qayıdan 100 nəfərin hamısı “Ridvan” beyətində iştirak edən şəxslərdir, yenə də bir faydası olmur; çünki, bu 100 nəfərdən digərləri döyüşün sonuna qədər geri qayıtmamışlar.
Görəsən, Allah döyüşdən qaçan bu “beyəti-Ridvan” əhlindən razı olarmı?!
Cavab: Heç şübhəsiz ki, xeyr. Çünki, Allahu-təala öz möhkəm kitabında buyurur ki, “Ey iman gətirənlər, kafirlərlə - onların izdihamlı qoşunları sizə tərəf irəlilədiyi (ya siz onlara tərəf getdiyiniz) halda qarşılaşan zaman, onlara arxa çevirməyin (və meydandan qaçmayın). Həmin gün – döyüşü davam etdirmək üçün başqa bir yer axtaran (yenidən hücum etmək üçün geri çəkilmə fəndi işlədən) və ya (döyüşçü) dəstəyə qoşulmaq üçün yeni bir mövqe seçən şəxs istisna olmaqla – onlara arxa çevirən kəs mütləq, Allahın qəzəbini özünə qoşmuşdur və onun sığınacağı Cəhənnəmdir! Ora pis bir dönüş yeridir.” (Ənfal surəsi, 15-16).
Buna əsasən, necə ki, “Möminlər (Hüdeybiyyədə) ağac altında sənə beyət edərkən Allah onlardan razı qaldı. (Allah) onların qəlbində olanı bildi, onlara (mənəvi) rahatlıq nazil etdi və onları yaxın bir zəfərlə mükafatlandırdı” ayəsini bütün səhabələrin ədalətli olmalarına dəlil gətirmək batildir, eləcə də bu ayəyə əsasən, ağac altında beyət edən bütün şəxslərin ədalətli olmalarını demək batildir. Çünki, Allahın onlardan razılığının davam etməsi onların bu beyətlərini pozmamalarına və haqq yoldan ayrılmamalarına bağlıdır. Dəlillər də bunu göstərir ki, bu şəxslərin bəziləri Hüneyn günündə bu beyəti pozmuşlar. Nə qədər ki, kimlərin beyəti pozub kimlərin pozmadığı dəqiq şəkildə bilinmir, o zaman bizim üçün ağac altında beyət edən kəslərin hamısının ədalətli olmasını sübut edəcək başqa bir dəlilə - bu ayədən fərqli bir ayəyə (dəlilə) ehtiyac duyulur. Bəli, əgər konkret olaraq bilsək ki, filan-filan şəxslər beyət etdikləri gündən ta ölən günlərinədək öz beyətlərini pozmamışlar və Allahın qəzəbinə layiq olacaq günahlar görməmişlər, o zaman şübhə yoxdur ki, ayə onların ədalətli olmalarına dəlalət edəcək.
Üçüncüsü: Osman əl-Xəmis iddia etmişdir ki, Hüdeybiyyə günündə Peyğəmbərin (sallallahu əleyhi və alihi və səlləm) yanında cəmi bir münafiq olmuşdur və o da Cədd ibn Qeys idi. Orada olan şəxslər arasında beyət etməyən yeganə şəxs də məhz o olmuşdur. Halbuki, biz müxaliflərin rəvayətlərində Hüdeybiyyə günündə (ağac altında beyət edilən gündə, “Ridvan” beyəti günündə –red.) Peyğəmbərin (sallallahu əleyhi və alihi və səlləm) yanında Cədd ibn Qeysdən başqa da münafiqlərin olduğunu görürük. Onların başlarında duran şəxs də münafiqlərin başçısı Abdullah ibn Ubeyy ibn Səlul olmuşdur. Tarixçilər nəql edilər ki, camaat Peyğəmbərə şikayət etdikdə Hüdeybiyyədə su azaldı. Həzrət Peyğəmbər (sallallahu əleyhi və alihi və səlləm) öz ox qabından bir ox çıxarıb onu öz yanında olan bir su vedrəsi ilə birgə [Peyğəmbər (sallallahu əleyhi və alihi və səlləm) o sudan götürüb məzməzə etmiş, sonra da ağzının mübarək suyunu ora tökmüşdü] Naciyə ibn əl-Əcəmə verdi. Naciyə deyir ki, Peyğəmbər (sallallahu əleyhi və alihi və səlləm) mənə suyun yanına gedib vedrəni quyuya sallamağı və ox ilə10 vedrəni quyudan çıxarmağı əmr etdi. Mən bunu etdim və quyu su ilə dolub daşmağa başladı. Həmin vaxt quyunun başında bir dəstə münafiq də var idi. Daha sonra deyir:
فقال أوس بن خولي لعبد الله بن أبي ويحك يا أبا الحباب أما آن لك أن تبصر ما أنت عليه أبعد هذا شيء، وردنا بئراً نتبرض ماءها تبرضاً لم يخرج في القعب جرعة ماء، فتوضأ في الدلو ومضمض فيه ثم أفرغه فيها فحثحثها وجاشت بالرواء.فقال ابن أبي قد رأينا مثل هذا، فقال أوس: قبحك الله وقبح رأيك.وأقبل ابن أبي يريد رسول الله صلى الله عليه وسلم فقال له رسول الله صلى الله عليه وسلم: أين ما رأيت اليوم؟ قال: ما رأيت مثله قط، قال: فلم قلت ما قلت؟ استغفر الله، فقال ابنه: يا رسول الله استغفر له فاستغفر له
Həmin vaxt Aus ibn Xauli Abdullah ibn Ubey [ibn Səlul]a dedi: “Vay olsun sənə, ey Əbul-Hubab! Məgər hansı yolda olduğunu görməyinin vaxtı çatmadımı? Görəsən, bundan sonra daha nəyi (bəhanə edəcəksən)? Suyu olduqca az olan bir quyunun yanına gəldik. Quyudan bir qurtumluq su belə götürə bilmirdik. Lakin, o (Peyğəmbər) vedrənin içində dəstəmaz aldı, onda məzməzə etdi. Sonra həmin vedrəni quyuya saldılar, bundan sonra quyu dolub daşmağa başladı.”
İbn Ubey dedi: “Biz bunun kimisinin daha öncə də görmüşük!”
Aus dedi: “Allah üzünü qara etsin, fikrin batsın!”
İbn Ubey Allah Rəsulunun (sallallahu əleyhi və səlləm) yanına gəldi. Allah Rəsulu ona dedi: “Bu gün gördüyün şey nə oldu? (Sənə təsir etmədi?)” Ubey dedi: “Daha öncə heç vaxt onun kimi bir şey görməmişdim”. Peyğəmbər buyurdu: “Bəs nə üçün (Ausun yanında) elə dedin?” İbn Ubey dedi: “Allahdan bağışlanma diləyirəm.” Ubeyin oğlu dedi: “Ey Allahın Rəsulu, onun üçün bağışlanma dilə.” Peyğəmbər də onun üçün bağışlanma dilədi).”11
Həmçinin, nəql edirlər ki, qüreyşlilər (müsəlmanlar Hüdeybiyyədə olduqları ərəfədə) Abdullah ibn Ubeyə xəbər göndərib dedilər:
إن أحببت أن تدخل فتطوف بالبيت فافعل، وابنه جالس عنده فقال له ابنه: يا أبت، أذكرك الله أن تفضحنا في كل موطن؛ تطوف بالبيت ولم يطف رسول الله؟ فأبى ابن أبي وقال: لا أطوف حتى يطوف رسول الله، فبلغ رسول الله صلى الله عليه وسلم كلامه ذلك فسر به
Əgər (Məkkəyə) daxil olub evi təvaf etmək istəsən, buyur et. Bu zaman oğlu onun yanında idi. Oğlu ona dedi: “Ey ata, səni and verirəm Allaha, bizi hər yerdə rüsvay etmə. Allah Rəsulu təvaf etmədən, sən təvaf edəcəksən?” İbn Ubey təklifi rədd edib dedi: “Allah Rəsulu təvaf etmədən mən də təvaf etməyəcəyəm.” Onun bu sözü Allah Rəsuluna (sallallahu əleyhi və səlləm) çatdı və həzrət bundan xoşhal oldu.”12
Bütün bunlar onu göstərir ki, münafiqlərin başçısı İbn Übey də Hüdeybiyyədə Peyğəmbərlə (sallallahu əleyhi və alihi və səlləm) birgə olmuşdur. Osman əl-Xəmisin iddiasına əsasən (ağac altında olanların hamısı Peyğəmbərə beyət etmişlər və onlar arasında qırmızı dəvənin sahibi Cədd ibn Qeysdən başqa heç bir kəs Cəhənnəmə getməyəcək) Abdullah ibn Ubey ibn Səlulun mömin olmasına hökm edilir, onun Allahın razı qaldığı şəxslərdən və Cəhənnəmə getməyəcək şəxslərdən olmasına hökm edilir!
Biz deyirik: dəlillər sübut edir ki, Peyğəmbərlər (sallallahu əleyhi və alihi və səlləm) birgə olan şəxslər arasında münafiqlər də var idi. Ola bilər ki, onlar da möminlər kimi Peyğəmbərlə beyətləşmişdilər, lakin Allahu-təala yalnız möminlərin beyətlərindən razı qalmışdı. Necə ki, aşağıdakı ayədə bunu açıqca bildirmişdir: “Möminlər (Hüdeybiyyədə) ağac altında sənə beyət edərkən Allah onlardan razı qaldı. (Allah) onların qəlbində olanı bildi, onlara (mənəvi) rahatlıq nazil etdi və onları yaxın bir zəfərlə mükafatlandırdı”. Bu ayədə Allahu-təala bütün beyət edənlərdən razı olduğunu bildirməmişdir. Əksinə, razılığının yalnızca möminlərə məxsus olduğunu bildirmişdir. Buna əsasən, indi ki Peyğəmbərə (sallallahu əleyhi və alihi və səlləm) beyət edənlər arasında həm möminlər, həm də münafiqlər var idi və Allahın razılığı da yalnızca möminlərə xas olmuşdur, o zaman bu ayəni ağac altında beyət edən müəyyən bir şəxsin ədalətli olmasına dəlil gətirməyimiz – başqa bir dəlillə o şəxsin imanı sübuta yetmədiyi müddəcə – batil olur. O şəxsin mömin olmasına dəlalət edən bir dəlil tapıldığı təqdirdə isə həmin şəxsin həyat yoluna baxmaq lazım gəlir; görəsən, o, beyət etdiyi gündən axır gününədək haqq yolunda qalmışdırmı, yoxsa yox? Beyətini sındırmışdırmı, yoxsa yox? Yalnız bundan sonra o şəxsin adil və ya qeyri-adil olmasına hökm edə bilərik.
Dördüncüsü: bu deyilənlərə əsasən, hətta əgər bir şəxs Hüdeybiyyə günündə münafiqlərdən olmasa belə, lakin sonradan şəriət yolundan azmış olsa, o zaman həmin şəxs Allahın razı qaldığı şəxslərdən sayılmayacaq. Əksinə, Allahın qəzəb etdiyi şəxslərdən sayılacaq və aqibəti od olacaq. Bunun ən bariz nümunəsi Cəhənnəm əhlindən olması sübuta yetən Əbul-Ğadiyə əl-Cuhənidir. Tarix və rical alimlərinin şəhadətinə əsasən, Əbul-Ğadiyə əl-Cuhəni də Hüdeybiyyədə iştirak etmişdir. O, böyük səhabə Əmmar ibn Yasirin (Allah ondan razı olsun) qatilidir. Allah Rəsulu (sallallahu əleyhi və alihi və səlləm) Əmmar ibn Yasirin (Allah ondan razı olsun) qatili üçün “Əmmarın qatili və onu soyan şəxs Cəhənnəmdədir” buyurmuşdur. Daha sonra da göstəriləcəyi kimi, müasir dövr sələfi məktəbinin ən böyük mühəddislərindən sayılan Şeyx Muhəmməd Nasuriddin əl-Əlbani bu hədisi səhih bilmişdir. Həmçinin də digər böyük alimlər səhih bilmişlər ki, mövzu uzanmasın deyə onların sözlərini qeyd etmirik. Əbul-Ğadiyənin səhabə olması məsələsi də həmçinin, sabit olduğu üçün, bununla bağlı əlavə məlumat vermirik. Tanış olmaq istəyənlər qeyd olunan mənbələrə müraciət edə bilərlər: (“əl-İsabə”, İbn Həcər, c.7, səh.258; “Usdul-Ğabə”, İbn əl-Əsir, c.6, səh.231; “Minhacus-Sünnə”: c.6, səh.333; “Ənsabul-Əşraf”, 1/170; “Təhzibut-Təhzib”, 3/198; “Siyəru-əlamin-nubəla”, c.2, səh.544 və s).
Biz burada Əbul-Ğadiyənin Hüdeybiyyədə iştirak edənlərdən olduğunu isbat edən bir necə sitat təqdim etməklə kifayətlənəcəyik:
1. İbn əl-Əsir “Usdul-ğabə fi mərifətis-sahabə” kitabında c.6, səh.231, 6147 rəqəmi altında deyir:
أبو الغادية الجهني بايع النبي صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ... وكان من شيعة عثمان رضي الله عنه.وهو قاتل عمار بن ياسر
Əbul-Ğadiyə əl-Cuhəni. Peyğəmbərə (sallallahu əleyhi və səlləm) beyət etmişdir... O, Osmanın şiələrindən (tərəfdarlarından) idi. Əmmar ibn Yasirin qatilidir.
2. Əbu Nəim əl-İsbahani özünün “Mərifətus-Sahabə” kitabında (c.6, səh.2982) onun barəsində deyir:
أَبُو غَادِيَةَ الْجُهَنِيُّ بَايَعَ النَّبِيَّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ، وَشَهِدَ خُطْبَتَهُ
Əbul-Ğadiyə əl-Cuhəni: Peyğəmbərə (sallallahu əleyhi və səlləm) beyət etmiş, onun bir xütbəsinə şahid olmuşdur.
3. Zəhəbi “Siyəru-əlamin-nubəla” kitabında (c.2, səh.544) onun tərcümeyi-halında deyir:
يُقَالُ: شَهِدَ الحُدَيْبِيَةَ.
Deyirlər ki, Hüdeybiyyədə iştirak etmişdir.
4. Muhəmməd ibn Həbib əl-Bağdadi özünün “əl-Muhəbbər” kitabında səh.295-də deyir:
(أبو الغادية) شهد مع رسول الله صلى الله عليه الحديبية
Əbul-Ğadiyə: Allah Rəsulu (sallallahu əleyhi) ilə birgə Hüdeybiyyədə iştirak etmişdir.
5. İbn Həzm “əs-Fasl fil-miləli vən-nihəl” kitabında (c.4, səh.125) deyir:
وَعمار رَضِي الله عَنهُ قَتله أَبُو الغادية يسَار ابْن سبع السّلمِيّ شهد بيعَة الرضْوَان
Əmmarı (Allah ondan razı olsun) “Rıdvan” beyətində iştirak edən Əbul-Ğadiyə Yəsar ibn Səb` qətlə yetirmişdir...
6. İbn Teymiyyə “Minhacus-Sünnə” kitabında (c.6, səh.333) deyir:
وَإِنَّ قَاتِلَ عَمَّارِ بْنِ يَاسِرٍ هُوَ أَبُو الْغَادِيَةِ، وَكَانَ مِمَّنْ بَايَعَ تَحْتَ الشَّجَرَةِوَهُمُ السَّابِقُونَ الْأَوَّلُونَ ذَكَرَ ذَلِكَ ابْنُ حَزْمٍ وَغَيْرُهُ
Əmmar ibn Yasirin qatili Əbul-Ğadiyədir. Əbul-Ğadiyə ağac altında beyət edən şəxslərdən idi. Onlar da “sabiqunəl-əvvəlun”lar idilər (yəni, dində və imanda hamıdan qabaqda olan ilk mühacir və ənsarlar idilər –red.) Bunu İbn Həzm və başqaları da qeyd etmişdir.
Elə isə aydın olur ki, Əbul-Ğadiyə əl-Cuhəni Hüdeybiyyədə iştirak edib ağac altında beyət edən şəxslərdəndir. Digər bir yandan isə Əbul-Ğadiyənin Əmmar ibn Yasirin (Allah ondan razı olsun) qatili olması və Əmmarın qatilinin də cəhənnəmlik olması sübuta yetmişdir. (Bu barədə bir qədər sonra ətraflı məlumat veriləcək). Deməli, Hüdeybiyyədə iştirak edib “beyəti-Ridvan” əhlindən olan Əbul-Ğadiyə cəhənnəmlikdir.
Bu isə öz növbəsində bir daha onu təsdiq edir ki, bir şəxsin Hüdeybiyyədə ağac altında beyət etməsi Allahın sonadək ondan razı qalması anlamına gəlmir. Əksinə, əgər həmin şəxs beyətini pozarsa, yaxud Allahın razılığını aradan aparacaq əməllərə mürtəkib olarsa, o zaman həmin şəxs ayənin hökmündən uzaqlaşar; Allahın qəzəbinə düçar olar və Cəhənnəm əhlinin zümrəsinə daxil olar.
Qeyd: həmişə olduğu kimi, bu dəfə də nəyin bahasına olursa olsun səhabəni vəziyyətdən çıxarmağa çalışan şəxslər tapılmışdır. Onlar öz həva-həvəslərini Peyğəmbərin açıq-aşkar nəssinin müqabilinə keçirməyə adət etdikləri üçün bu dəfə də ənənəvi üzrü gətirmişlər: “ictihad edib xəta etmişdir və əvəzində bir savab qazanmışdır”. Biz burada Əbul-Ğadiyə üçün gətirilən bu əsassız üzrə elə sələfilərin böyük alimlərindən olan Şeyx Nasiruddin əl-Əlbaninin verdiyi cavabilə cavab verəcəyik. Şeyx Nasiruddin əl-Əlbani “Silsilətul-əhadisis-sahihə” kitabında “Əmmarın qatili Cəhənnəmdədir” hədisinin səhih olduğunu və onun qatilinin səhabə Əbul-Ğadiyə olduğunu bildirərək deyir:
قلت: وهذا إسناد صحيح، رجاله ثقات رجال مسلم، وأبو الغادية هو الجهني وهوصحابي كما أثبت ذلك جمع، وقد قال الحافظ في آخر ترجمته من " الإصابة " بعد أنساق الحديث، وجزم ابن معين بأنه قاتل عمار: " والظن بالصحابة في تلك الحروبأنه كانوا فيها متأولين، وللمجتهد المخطىء أجر، وإذا ثبت هذا في حق آحادالناس، فثبوته للصحابة بالطريق الأولى.
وأقول: هذا حق، لكن تطبيقه على كل فرد من أفرادهم مشكل لأنه يلزم تناقضالقاعدة المذكورة بمثل حديث الترجمة، إذ لا يمكن القول بأن أبا غادية القاتللعمار مأجور لأنه قتله مجتهدا، ورسول الله صلى الله عليه وسلم يقول: " قاتلعمار في النار "! فالصواب أن يقال: إن القاعدة صحيحة إلى ما دل الدليل القاطععلى خلافها، فيستثنى ذلك منها كما هو الشأن هنا وهذا خير من ضرب الحديثالصحيح بها. والله أعلم
Deyirəm: bu, səhih sənəddir. Hədisin raviləri siqədirlər. Müslimin raviləridirlər. (Hədisdəki) Əbul-Ğadiyə həmin Əbul-Ğadiyə əl-Cuhənidir. O, böyük sayda alimin sübut etdiyi kimi səhabədir. Hafiz [ibn Həcər] “əl-İsabə” kitabında onun tərcümeyi-halının sonunda bu hədisi qeyd etdikdən və [Yəhya] ibn Məinin Əbul-Ğadiyənin Əmmarın qatili olmasına qəti şəkildə etiqad etdiyini nəql etdikdən sonra deyir: “Bu döyüşlərdə səhabə barəsində belə zənn edilməlidir ki, onlar bu döyüşlərdə təvil əhli olublar. Xəta edən müctəhidin də bir savabı vardır. Əgər bu, ayrı-ayrı şəxslər üçün sübuta yetmişdirsə, o zaman səhabələr üçün sübuta yetməsi daha üstündür.”
Deyirəm: bu, haqdır. Lakin, bu qaydanın səhabələrin bütün fərdlərinə tətbiq edilməsi problemlidir. Çünki, belə olduğu təqdirdə qeyd olunan qayda ilə bu şəxsin tərcümeyi-halında qeyd olunan hədis arasında ziddiyyət yaranacaq. Allah Rəsulu (sallallahu əleyhi və səlləm) “Əmmarın qatili Cəhənnəmdədir” dediyi halda, “Əmmarın qatili Əbul-Ğadiyə savab qazanmışdır, çünki o, Əmmarı ictihad edərək öldürmüşdür” – demək olmaz! Doğru olan, belə deyilməsidir: bu qayda onun əksinə dəlalət edən qəti dəlil tapılanadək səhihdir. (Dəlil tapılınca) həmin hadisə bu qaydadan istisna edilər. Necə ki, bu məsələdə də belədir. Belə etmək səhih hədisi qayda ilə tutuşdurmaqdan (başqa sözlə: səhih hədisi qaydaya qurban verməkdən –red.) daha üstündür! Allah daha yaxşı bilər.”13
Əlbaninin bu sözündən sonra əlavə sözə ehtiyac olmadığını düşünürük. Oxucu özü də görür ki, Allah Rəsulunun (sallallahu əleyhi və alihi və səlləm) açıq-aşkar nəssinin müqabilində gətirilən bu üzr şəxsi həva-həvəsi Allah Rəsulunun sözündən önə keçirməkdən başqa bir şey deyildir. Bu səbəbdən də hətta Əlbani də bu üzrün batil olduğunu bildirərək Əbul-Ğadiyənin Cəhənnəm əhli olmasını təsdiqləşmişdir.
Sonra Osman əl-Xəmis deyir:
قال الله تبارك وتعالى: [لَا يَسْتَوِي مِنْكُمْ مَنْ أَنْفَقَ مِنْ قَبْلِ الْفَتْحِ وَقَاتَلَ أُولَئِكَ أَعْظَمُ دَرَجَةً مِنَ الَّذِينَ أَنْفَقُوا مِنْ بَعْدُ وَقَاتَلُوا] ثم ماذا [وَكُلًّا وَعَدَ اللهُ الْحُسْنَى] أي وعد الذين أنفقوا وقاتلوا من قبل الفتح، ووعد الذين أنفقوا وقاتلوا من بعد الفتح، ومصداق هذا قول الله تبارك وتعالى : [إِنَّ الَّذِينَ سَبَقَتْ لَهُمْ مِنَّا الْحُسْنَى أُولَئِكَ عَنْهَا مُبْعَدُونَ*لَا يَسْمَعُونَ حَسِيسَهَا وَهُمْ فِي مَا اشْتَهَتْ أَنْفُسُهُمْ خَالِدُونَ*لَا يَحْزُنُهُمُ الْفَزَعُ الْأَكْبَرُ وَتَتَلَقَّاهُمُ الْمَلَائِكَةُ هَذَا يَوْمُكُمُ الَّذِي كُنْتُمْ تُوعَدُونَ] .
فهذه أيضاً شهادة ثانية من الله تبارك وتعالى لعموم أصحاب النبي صلى الله عليه وسلم سواء منهم من آمن وأنفق من قبل الفتح وكذلك من آمن وأنفق من بعد الفتح
Allah Təala buyurmuşdur: “Sizlərdən fəthdən əvvəl xərcləyib döyüşənlər (başqaları ilə) eyni deyillər. Onların dərəcəsi (mallarını fəthdən) sonra xərcləyib döyüşənlərdən daha üstündür.” (Hədid surəsi, 10). Sonra nə deyir? “Amma Allah onların hamısına ən gözəl olanı vəd etmişdir”. Yəni, Allah fəthdən əvvəl infaq edib döyüşənlərə də, fəthdən sonra infaq edib döyüşənlərə də xeyir vəd etmişdir. Bunu dəstəkləyən digər ayə də budur: “Əzəlcədən ən gözəl aqibət yazılmış insanlara gəldikdə isə, onlar Oddan uzaqlaşdırılmış olacaqlar. Onlar onun uğultusunu belə eşitməyəcəklər. Onlar ürəklərinin istədiyi şeylər arasında əbədi qalacaqlar. Ən böyük dəhşət belə onları kədərləndirməyəcək. Mələklər onları qarşılayıb (deyəcəklər): “Bu sizə vəd olunmuş gününüzdür!”(Ənbiya surəsi, 101-103). Bu ayə də Peyğəmbərin (sallallahu əleyhi və səlləm) istər fəthdən qabaq, istərsə də fəthdən sonra iman gətirib infaq edən bütün səhabələri barədə Allah təbarək və təalanın ikinci şahidliyidir.14
Deyirəm:
Osman əl-Xəmis Allaha iftira atıb Allahın bütün səhabələrə ən gözəl mükafat və Cənnət vəd etdiyini iddia etməzdən qabaq gərək dəlillə bütün səhabələrin “infaq” və “döyüş” sifətlərinə sahib olmalarını sübut edəydi, əks halda onun iddiası batil olacaq. Lakin, onun bunu sübut etməsi dəvənin iynə gözündən keçməsi kimidir. Bütün müsəlmanlar arasında məlum olan və yekdil şəkildə qəbul edilən budur ki, səhabə sayılan şəxslərin çox böyük hissəsi istər fəthdən qabaq, istərsə də fəthdən sonra infaq etməmiş və döyüşməmişlər.
Məkkə və Mədinədən uzaqda yaşayan qəbilələrdən çox sayda şəxslər Peyğəmbərin (sallallahu əleyhi və alihi və səlləm) yanına gəlib İslamı qəbul etmiş, o Həzrətin kəlamını dinləşmiş, sonra da nə bir dirhəm, nə də bir dinar infaq etmədən, Allah yolunda qılınc vurub bir nizə atmadan öz qəbilələrinin məskunlaşdığı yerlərə qayıtmışlar. Həmçinin, səhabələr arasında “muəlləfətu-qulubuhum” (qəlbləri müəyyən mal müqabilində İslama isinişdirilən) şəxslər var idi. Bu şəxslərə Peyğəmbər (sallallahu əleyhi və alihi və səlləm) özü infaq edirdi. Peyğəmbər (sallallahu əleyhi və alihi və səlləm) qəlbləri İslama isinişsin deyə, özü döyüş qənimətlərindən onlara pay verirdi. Ayənin danışdığı “ən gözəl mükafat vədəsi” bu şəxslərə də şamil olmur. Ona görə ki, bu şəxslərdə “infaq” sifəti yoxdur. Halbuki, ən gözəl mükafat vədəsinin bu şəxslərə şamil olması üçün onlarda (bu vədənin asılı olduğu iki xüsusiyyətdən biri olan) infaq sifəti sabit olmalıdır.
Həmçinin, səhabələrdən biri Həssan ibn Sabitdir. Həssan o şəxsdir ki, nə Peyğəmbərin (sallallahu əleyhi və alihi və səlləm) sağlığında, nə də Peyğəmbərin vəfatından sonra Allah yolunda bircə zərbə belə vurmamışdır. Həyat onun üçün döyüşdən və şəhadətdən daha sevimli idi... Elə isə, ayədə işarə edilən ən gözəl mükafat vədəsi ona necə şamil ola bilər?!
Osman əl-Xəmis bu ayə ilə bütün səhabələr bir yana, hətta bir dəstə səhabənin ədalətini belə isbat edə bilməz. Müəyyən bir səhabənin infaq və döyüş sifətlərinə sahib olduğunu isbat etmək üçün ayrı bir dəlilə ehtiyac vardır. Çünki, ayə bu barədə heç bir şey demir. Osman əl-Xəmisin bu ayəni bütün səhabələrin ədalətinə dəlil göstərməsi şəxsi mənfəətlər üçün Allahın kitabının ayələrini təhrif etməyin bir növüdür.
Hədis surəsinin 10-cu ayəsinin infaq və döyüş sifətlərinə sahib olan şəxslərə şamil olması məsələsini, həmçinin, müasir əhli-sünnə alimlərindən olan Şeyx Həsən Fərhan əl-Maliki də təsdiqləmişdir. O özünün “Məa Süleyman əl-Əlvan” adlı kitabının 71-ci səhifəsindədemişdir:
أقول: الغريب أن بعض المؤلفين يستدل بهذه الآية على أن كل الصحابة (حسب مفهومهم للصحبة) في الجنة!!
Deyirəm: qəribədir ki, bəzi müəlliflər bu ayəni bütün səhabələrin (“səhabələr” deyərkən onların qəbul etdikləri səhabəlik məfhumunu qəsd edirəm) Cənnətdə olmalarına dəlil gətirirlər!! Çünki, Allah onların əvvəlincilərinə və axırıncılarına Cənnət vədəsi vermişdir. Allahın vədi də haqdır və Allah öz vədinə xilaf çıxmaz.
Daha sonra növbəti səhifədə deyir:
المراد بالفتح المذكور في الآية فتح الحديبية لا فتح مكة لأن السورة نزلت قبل فتح مكة.
...Ayədəki “fəth”dən məqsəd Hüdeybiyyənin fəthidir, Məkkənin fəthi deyil. Çünki, Hədid surəsi Məkkənin fəthindən qabaq nazil olmuşdur.
Daha sonra deyir:
فإنه إذا كان المراد فتح الحديبية فتكون هذه الآية شاملة المهاجرين والأنصار (من أنفق من قبل الفتح وقاتل) وتفضلهم على من جاء بعدهم إلى فتح مكة فقط, فلا يدخل في المتفاضلين الطلقاء ولا العتقاء و لا غيرهم؛ ممن لم يقاتل ولم ينفق في هذه الفترة (في فترة البرزخ)؛ لأنه سورة الحديد نزلت قبل فتح مكة, وعلى هذا فهم خارج دائرة المفاضلة فلا يشملهم هذا التفاضل, ثم هي مقيدة بالإنفاق والقتال أيضا.
Əgər ayədən məqsəd Hüdeybiyyənin fəthi olsa, o zaman ayə yalnızca “fəthdən qabaq döyüşüb infaq edən” mühacir və ənsarlara şamil olacaq və onların Məkkənin fəthinə qədər özlərindən sonra gələnlərdən üstün olduqlarını çatdıracaq. Daha bu müddət ərzində infaq edib döyüşməyən tüləqaya, ütəqaya* və başqalarına şamil olmayacaq. Çünki, Hədid surəsi Məkkənin fəthindən qabaq nazil olmuşdur. Buna əsasən, bu şəxslər fəzilət dairəsindən xaric olurlar və ayədə zikr olunan fəzilət onlara şamil olmur. Bundan başqa, ayədə “infaq” və “döyüş” şərti qoyulmuşdur.
______________________________
* Tüləqa: "əsarətdən azad edilmiş" anlamına gəlir, Məkkənin fəthindən sonra bağışlanan şəxslər üçün işlədilir. "Ütəqa": "qulluqdan azad edilmiş" deməkdir, Taifdə əsir alının Səqiflilər üçün işlədilir. (Red.)
Daha sonra deyir:
وإذا كانت الآية شاملة لهؤلاء المسلمين بعد الفتح فهي شاملة أيضا لمن بعدهم إلى زماننا أيضاً؛ ولا دليل على التخصيص!! بدليل قوله تعالى: (من بعد وقاتلوا) بالإطلاق دون تقييد وهذا لا يقول به هؤلاء المتحمسين للتوسع في تعريف الصحابة.
...Yox, əgər ayə (Məkkənin) fəthindən sonra müsəlman olmuş bu şəxslərə şamil olursa, o zaman ayə onlardan sonra bizim zamanımıza qədər gələn şəxslərə də şamil olur, çünki ayənin xüsusilə onlara aid olmasına heç bir dəlil yoxdur! Bunun sübutu Allahu-təalanın “onların dərəcəsi (mallarını fəthdən) sonra xərcləyib döyüşənlərdən...” ayəsinin mütləq (ümumi anlamda) olub heç bir şərtlə şərtlənməməsidir. Bunu (ayənin bizlərə də şamil olmasını - red.) isə səhabənin tərifini geniş anlamda qəbul edən bu şəxslər qəbul etməzlər...
Bununla aydın olur ki, ayəni bütün səhabələrin ədalətli olmalarına dəlil gətirmək tamamilə batil işdir.
Osman əl-Xəmis sonra deyir:
وقال الله تبارك وتعالى عند ذكر مصارف الغنيمة من المال: {لِلْفُقَرَاءِ الْمُهَاجِرِينَ الَّذِينَ أُخْرِجُوا مِنْ دِيارِهِمْ وَأَمْوَالِهِمْ يَبْتَغُونَ فَضْلًا مِنَ اللهِ وَرِضْوَانًا وَيَنْصُرُونَ اللَّهَ وَرَسُولَهُ أُولَئِكَ هُمُ الصَّادِقُونَ}، وقوله: {يَبْتَغُونَ فَضْلًا مِنَ اللهِ وَرِضْوَانًا}، هذا من أعمال القلوب أثبته الله تبارك وتعالى لهم، وقال: {وَالَّذِينَ تَبَوَّءُوا الدَّارَ وَالْإِيمَانَ مِنْ قَبْلِهِمْ} وهم الأنصار {يُحِبُّونَ مَنْ هَاجَرَ إِلَيْهِمْ وَلَا يَجِدُونَ فِي صُدُورِهِمْ حَاجَةً مِمَّا أُوتُوا وَيُؤْثِرُونَ عَلَى أَنْفُسِهِمْ وَلَوْ كَانَ بِهِمْ خَصَاصَةٌ وَمَنْ يُوقَ شُحَّ نَفْسِهِ فَأُولَئِكَ هُمُ الْمُفْلِحُونَ}
Allahu-təala qənimətlərin xərclənəcəyi yerlərlə əlaqədar buyurur: “(Qənimət həmçinin) yurdlarından qovulmuş və mallarından məhrum olunmuş yoxsul mühacirlərə məxsusdur. Onlar Allahın mərhəmətini və razılığını qazanmağa can atır, Allaha və Onun Elçisinə kömək edirlər. Doğru olanlar da məhz onlardır.” (Həşr surəsi, 8) Ayədəki ”Onlar Allahın mərhəmətini və razılığını qazanmağa can atır” ifadəsi qəlbi əməllərlə bağlıdır. Allah təbarəkə və təala səhabələrin belə bir qəlbi əmələ sahib olduqlarını təsdiq edir. Növbəti ayədə isə belə buyurmuşdur: “(Mühacirlərdən) əvvəl (orada) yurd salmış və iman gətirmiş kimsələr” yəni, ənsarlar “öz yanlarına hicrət edənləri sevir, onlara verdiklərinə görə qəlblərində peşmançılıq hissi duymurlar. Hətta özləri ehtiyac içində olsalar belə, onları özlərindən üstün tuturlar. Nəfsinin tamahından qorunan kimsələr nicat tapanlardır.” (Həşr surəsi, 9).15
Deyirəm:
Əvvəla: Mühacir və ənsarlar arasında elə şəxslər vardır ki, Allahu-təala onların qəlblərində mərəz – xəstəlik olduğunu bildirmişdir. Belə ki, buyurmuşdur: “Biz cəhənnəm gözətçilərini yalnız mələklərdən etdik. Biz onların sayını ancaq kafirlərin imtahana çəkilməsi, kitab verilənlərin yəqinlik hasil etməsi (çünki onların kitablarında bu mələklərin sayı on doqquzdur), iman gətirənlərin imanının daha da artması, kitab əhlinin və möminlərin (bununla əlaqədar Peyğəmbər barəsində) şübhəyə düşməməsi, həmçinin qəlblərində mərəz (nifaq və şəkk mərəzi) olanların və kafirlərin: “Allah bu misalla nə demək istəyir?” – demələri üçün (on doqquz) etdik. Allah istədiyi kimsəni (haqq yoldan) belə sapdırır və istədiyini də doğru yola salır. Rəbbinin ordularını özündən başqası bilməz. Bu (vəsf olunan Səqər) insanlar üçün ancaq bir öyüd-nəsihətdir!” (Müddəssir surəsi, 31). Məkkədə nazil olan Müddəssir surəsinin bu ayəsi Məkkədə qəlblərində mərəz olan şəxslərin mövcud olduğunu bildirir. “Qəlblərində mərəz olan şəxslər”dən məqsədin münafiqlər, yaxud, imanı və əqidəsi zəif şəxslər olduğunu deməyimizdən asılı olmayaraq, bu şəxsləri doğru danışan və Allahın razı qaldığı şəxslər olaraq vəsf etməyimiz mümkün deyildir. Mühacirlərdən olan bu şəxslərin kimlikləri də konkret olaraq bilinmədiyi üçün müəyyən bir mühacirin ədalətli olmasına hökm edə bilmirik. Əksinə, bunun üçün ayrı (xarici) bir dəlil gərəkdir.
İkincisi: Ənsarlar arasında da münafiqlər vardır. Allahu-təala buyurur: “Ətrafınızdakı bədəvilər və Mədinə əhalisi içərisində ikiüzlülüyü özlərinə adət etmiş (bu işdə mahir) münafiqlər vardır. Sən onları tanımazsan, Biz isə onları tanıyırıq. Onlara iki dəfə (dünyada və qəbir evində) əzab verəcəyik. Sonra (axirətdə) isə ən böyük əzaba uğrayacaqlar” (Tövbə surəsi, 101). Şübhə yoxdur ki, bu şəxslər nə nicat və qurtuluş əhlindəndirlər, nə də Allahın razı qaldığı şəxslərdəndirlər. Məlumdur ki, ənsarın arasında olan bu şəxslərin bəzilərinin kimlikləri və adları bəlli deyildir. Hətta, ayənin də dəlalət etdiyi kimi, onların bəzilərini heç Peyğəmbər (sallallahu əleyhi və alihi və səlləm) özü belə tanımır. Elə isə bu ayə səbəbindən nəinki bütün ənsarın ədalətinə, hətta, müəyyən bir ənsarlı şəxsin ədalətinə belə hökm edə bilmərik. Bir şərtlə ki, onun ədalətinə dəlalət edən başqa (xarici) bir dəlil mövcud olsun.
Üçüncüsü: Onlardan sonra gələnlər içərisində elələri vardır ki, yaxşlıqla onlara tabe olmamışlar. Özlərindən öncə iman gətirmiş şəxslər üçün bağışlanma diləməmişlər. Əksinə, qəlbləri iman gətirən şəxslərə qarşı kin, nifrət və həsədlə dolu olmuşdur. Belə şəxslərə misal olaraq, Müaviyə ibn Əbi Süfyanı, Muğeyrə ibn Şubəni,16 Əmr ibn əl-Ası, Əbul-Ğadiyə Yəsar ibn Səbi (Əbul-Ğadiyə)17 və s. bu kimi azğınları; həmçinin, Cəməl, Siffeyn və başqa döyüşlərdə sadiq mühacirləri və nicat tapmış ənsarları qətlə yetirən şəxsləri; minbərlərdə Ali-Muhəmmədə (sallallahu əleyhi və alihi və səlləm) lənət oxuyanları göstərə bilərik. Ayəyə əsaslanıb bu şəxslərin ədalətli olmalarına necə hökm edilə bilər?!
Daha sonra Osman əl-Xəmis deyir:
وقال جل وعلا عن أمة محمد صلى الله عليه وسلم : [كُنْتُمْ خَيْرَ أُمَّةٍ أُخْرِجَتْ لِلنَّاسِ تَأْمُرُونَ بِالْمَعْرُوفِ وَتَنْهَوْنَ عَنِ الْمُنْكَرِ]، ويستحيل أبداً أن تكون هذه الأمة التي أخبر الله تبارك وتعالى أنّها خير أمة أخرجت للناس، يستحيل أن تكون كما يقول الشيعة: إن المهاجرين والأنصار كلهم ارتدوا إلاّ ثلاثة، الذين يرتدون جميعاً ولا يبقى منهم إلاّ ثلاثة، لا يقول الله إنّهم خير أمة أخرجت للناس
Allahu-təala Muhəmmədin (sallallahu əleyhi və səlləm) ümməti barədə buyurur ki: “Siz insanlar arasında üzə çıxarılmış ən xeyirli ümmətsiniz. Siz yaxşı işlər görməyi əmr edir, pis əməlləri qadağan edirsiniz” (Ali İmran, 3/110). Allahu-təalanın insanlar arasında üzə çıxarılmış ən xeyirli ümmət olduğunu bildirdiyi bu ümmətin şiələrin dedikləri kimi olmaları qeyri-mümkündür. Şiələr deyirlər ki, üç nəfərdən başqa mühacir və ənsarın hamısı mürtəd olub dindən dönmüşlər. Üç nəfərdən başqa hamısının dindən dönüb mürtəd olduğu bir ümmət haqqında Allahu-təala “insanar arasında üzə çıxarılmış ən xeyirli ümmət” deməz.18
Deyirəm:
Əvvəla: ayəti-kərimədəki xitab xüsusi olaraq səhabələrə ünvanlanmamışdır, əksinə, xitab Peyğəmbərin (sallallahu əleyhi və alihi və səlləm) bütün ümmətinə ünvanlanmışdır. Əgər bu ayədə bütün səhabələrin ədalətli olmalarına dəlalət varsa, o zaman gərək deyək ki, ayə həmçinin, bütün Peyğəmbər (sallallahu əleyhi və alihi və səlləm) ümmətinin ədalətli olmasına dəlalət edir. Bunu isə heç kəs demir. Ayənin bütün ümmətin ədalətli olmasına dəlalət etməməsi onun bütün səhabələrin ədalətli olmasına dəlalət etməməsinin dəlilidir.
İkincisi: şiələr üç nəfərdən başqa bütün mühacir və ənsarların mürtəd olduqlarını demirlər. Şiə alimləri içərisində sözünə etimad edilən bircə alim belə belə bir söz deməmişdir. Osman əl-Xəmisin şiələrin belə bir şeyə etiqad etdiklərini iddia etməsi şiələrə atılan xalis iftira və yalandır. Bəli, bəzi şiə hədislərində belə bir şey qeyd olunmuşdur. Lakin, şiələrə bu rəvayətləri qəbul etmirlər. Hətta, onların sənədləri səhih olsa belə şiələr bu hədislərin məzmunlarına etiqad edib inam gətirmədikləri müddətcə onlara əməl etmirlər. Şiələrin rəvayətin qəbulu, ona əməl etmək və onun məzmununa etiqad bəsləməklə bağlı bir sıra şərtləri vardır. Sənədin səhihliyi isə bu şərtlərdən yalnızca biridir. Üç nəfərdən başqa bütün səhabələrin mürtəd olduğunu bildirən rəvayəti olduğu kimi qəbul etməyimiz mümkün deyildir. Bu rəvayət ya bir kənara qoyulmalıdır, ya da təvil edilməlidir. Məsələn, bu cür təvil oluna bilər ki, “mürtəd olmaq” deyilərkən dini vacibatlardan çox mühüm bir vacib əməli tərk etmək nəzərdə tutulur. Yəni, bəziləri İmam Əmirəl-möminin (əleyhis-səlam)-a qarşı düşmənçilik edib Allahın və Rəsulunun onun üçün təyin etdiyi haqqın onun əlindən aldıqları zaman ona yardım etməyi tərk etmək nəzərdə tutulur, daha İslamdan çıxıb küfrə düşmək deyil.
Sonra Osman əl-Xəmis deyir:
وقال النبي صلى الله عليه وسلم: لا تسبّوا أصحابي، فو الذي نفسي بيده لو أنّ أحدكم أنفق مثل أحد ذهباً ما بلغ مدّ أحدهم ولا نصيفه، متفق عليه
Allah Rəsulu (sallallahu əleyhi və səlləm) buyurmuşdur: “Səhabələrimi söyməyin! And olsun O kəsə ki, canım Onun əlindədir, sizdən biriniz Uhud dağı qədər qızılı infaq etsə belə onlardan birinin verdiyi bir ovuc sədəqənin, hətta onun yarısının belə fəzilətinə çata bilməz.” Bu hədis üzərində ittifaq edilmişdir.19
Deyirəm:
Bu rəvayətdə bütün səhabələrin adil olmalarına heç bir dəlil yoxdur. Çünki, elə bu rəvayətin müxatəbinin özü səhabə sayılan şəxslərdən biridir. Müxaliflərin rəvayətləri qeyd edir ki, bu rəvayətin ünvanlandığı şəxs Xalid ibn əl-Vəliddir. Onunla Əbdür-Rəhman ibn Auf arasında bir məsələ baş vermiş və həmin məsələ zamanı Peyğəmbər (sallallahu əleyhi və alihi və səlləm) bu sözü Xalidə demişdir. Peyğəmbərin (sallallahu əleyhi və alihi və səlləm) bu hədisdə dediyi “əshabım” sözündən məqsəd – əlbəttə, hədisin Peyğəmbər tərəfindən deyildiyini fərz etsək – xüsusi bir dəstədir, daha əhli-sünnənin səhabə olduqlarını iddia etdikləri şəxslərin hamısı deyil. Bu ayəni bütün səhabələrin adil olmaları məsələsi üçün dəlil gətirmək batil işdir.
Hədisin “səhabə” adlandırılan şəxslərin hamısına deyil, xüsusi bir dəstəyə aid olmasını böyük sünni alimləri də təsdiq etmişlər. Bunlara misal olaraq müasir alimlərdən olan Əhməd əl-Kubeysini göstərə bilərik. O, qatıldığı TV proqramların birində canlı yayımda bu məsələni açıqlamışdır. Ərəb dili ilə tanışlığı olan oxucularımızdan aşağıdakı videonun 8:36-cı dəqiqəsindən sonrasına baxmalarını xahiş edirik:
https://www.youtube.com/watch?v=l6S_d1n30Fs&list=LLgTQhRcvVR0AoKTrY65NM4w&index=9
Habelə, Şüeyb əl-Arnaut “Müsnədi-Əhməd” kitabında bu hədisə şərh verərkən Sindidən belə nəql edir:
قال السندي: قوله: "لا تسبوا أصحابي"
Sindi demişdir: “Peyğəmbərin buyurduğu “əshabımı söyməyin” (sözü barədə bir neçə nəzər deyilmişdir)...”
Daha sonra Sindi nəzərləri qeyd edir və üçüncü nəzər olaraq belə deyir:
وقيل: الخطاب بذلك لبعض الصحابة، لما ورد أن سبب الحديث أنه كان بين خالد بن الوليد وعبد الرحمن بن عوف شيء، فسبه خالد، فالمراد بأصحابي الأصحاب المخصوصون، وهم السابقون على المخاطبين في الإسلام
Demişlər ki: “bu xitab bəzi səhabələrə edilmişdir. Çünki, hədisin səbəbi barəsində belə varid olmuşdur ki, Xalid ibn əl-Vəlid ilə Əbdür-Rəhman ibn Auf arasında münaqişə olur, Xalid Əbdür-Rəhmanı söyür (və bundan sonra Peyğəmbər bu sözü Xalidə deyir). Buradakı “əshabım” sözündən məqsəd xüsusi səhabələrdir. Onlar (xüsusi səhabələr) bu hədisin ünvanlandığı şəxslərdən daha öncə müsəlman olan şəxslərdirlər.”
Daha sonra deyir:
وقال الشيخ تقي الدين السبكي: الظاهر أن المراد بقوله: "أصحابي" من أسلم قبل الفتح، وأنه خطاب لمن أسلم بعد الفتح
Şeyx Təqiyəddin əs-Subki demişdir: “zahir budur ki, Peyğəmbərin “əshabım” sözündən məqsəd fəthdən qabaq müsəlman olan şəxslərdir və bu söz fəthdən sonra müsəlman olan şəxslərə ünvanlanmışdır.”20
Deməli, bu hədis Osman əl-Xəmisin iddia etdiyi kimi bütün səhabələrə deyil, məhz fəthdən qabaq müsəlman olan səhabələrə şamil olur. Elə isə Osman əl-Xəmisin bu hədisi bütün səhabələrin adil olmaların dəlil gətirməsi tamamilə batildir. Çünki, Sübkinin və digər alimlərin şəhadətinə əsasən hədisdə səhabələrin hamısı deyil, xüsusi bir dəstə səhabə nəzərdə tutulmuşdur.
Bundan başqa, bir şəxsin söyülməsinin qadağan edilməsi hələ həmin şəxsin ədalətli olması anlamına gəlmir. Əks halda, bütün müsəlmanları adil saymamız lazım gələcək. Çünki, hədisdə gəlmişdir ki, “müsəlmanı söymək fasiqlikdir, onunla döyüşmək küfrdür”.21 Görəsən, Osman əl-Xəmis bütün müsəlmanların adil olduqlarını iddia edirmi?!
Daha sonra Osman əl-Xəmis deyir:
وكذلك من الأمور التي تدل على عدالة أصحاب النبي صلى الله عليه وسلم بشكل مجمل وعام ما قام به أهل العلم من تمحيص الروايات التي رواها أصحاب النبي صلى الله عليه وسلم فما وجدوا صحابياً واحداً كذب كذبة واحدة على النبي صلى الله عليه وسلم بل مع انتشار البدع في آخر عهد الصحابة رضي الله عنهم كبدعة القدرية والشيعة والخوارج لم يكن صحابي واحد من أولئك القوم أبداً وهذا دليل على أنّ الله اصطفاهم واختارهم لصحبة نبيّه صلى الله عليه وسلم
Peyğəmbər (sallallahu əleyhi və səlləm) səhabələrinin ədalətinə icmali və ümumi şəkildə dəlalət edən şeylərdən biri də budur ki, elm əhli Peyğəmbərin (sallallahu əleyhi və səlləm) əshabının nəql etdikləri hədisləri araşdırmışlar, lakin Peyğəmbərə (sallallahu əleyhi və səlləm) bircə dənə də olsun yalan nisbət verən bir səhabə tapmamışlar. Əksinə, səhabə dövrünün sonlarında qədəriyyə, şiə22 və xəvaric bidətləri kimi bidətlərin yayılmasına baxmayaraq, bircə səhabə belə bu şəxslərə qoşulmamışdır. Bu, ona dəlalət edir ki, Allahu-təala onları üstün tutmuş və onları öz Peyğəmbərinə (sallallahu əleyhi və səlləm) səhabə (yoldaş) olmaq üçün seçmişdir.23
Deyirəm:
Əvvəla: heç də bütün səhabələr Peyğəmbərdən (sallallahu əleyhi və alihi və səlləm) hədis nəql etməmişlər. Hədis nəql edən səhabələr ümumi səhabələrə nisbətdə çox az saya malikdirlər.
İkincisi: bu alimlər necə biliblər ki, səhabələrin Peyğəmbərdən (sallallahu əleyhi və alihi və səlləm) nəql etdikləri rəvayətlərin hamısının həqiqətən də Peyğəmbər tərəfindən deyilmişdir? Belə ki, bunu yalnız bu yolla bilmək olar ki, ortada Peyğəmbərin (sallallahu əleyhi və alihi və səlləm) bütün sözlərinin, işlərinin və davranışlarının qeydə alındığı xüsusi güvənilir bir kitab, yaxud, videokaset olsun. Həmin alimlər də səhabələrin nəql etdikləri sözlərin o güvənilir kitabda (yaxud videokasetdə) qeyd olunanlarla uyğunluq təşkil etdiyini görüb səhabələrin yalan danışmadıqlarına hökm verələr. Belə bir kitab və ya videokaset də mövcud olmadığına görə bu işin bilinməsi mümkünsüzdür. Yalnız o halda mümkün ola bilər ki, bu alimlərin qeyblə və ya vəhylə əlaqələri olsun. Onlar bu yolla səhabələrin Peyğəmbərdən (sallallahu əleyhi və alihi və səlləm) nəql etdikləri hədislərin səhih olduğunu bildirsinlər. Lakin, onlar bu iddialarının sübuta yetməsi üçün belə bir əlaqəni sübut etməlidirlər!!
Bəli, əgər bu səhabələrdən və bu səhabələrin də Peyğəmbərdən (sallallahu əleyhi və alihi və səlləm) nəql etdikləri rəvayətlər təvatür və istifazə (təvatürdən bir pillə aşağı –red.) həddində olarsa, yəni, çoxlu və müxtəlif təriqlərlə nəql olunarsa, o zaman bu söz müəyyən mənada doğru sayıla bilər. Lakin, bu rəvayətlərin çox böyük hissəsi “xəbəri-vahid”lərdən ibarətdir. Onların arasında istifazə və ya təvatür həddində olan olduqca az sayda hədis vardır.
Üçüncüsü: ədalətin tərifi “yalan danışmamaq” deyildir. Başqa sözlə, tərif “kim yalan danışmasa, ədalətli olacaq” deyildir. Ədalətin tərifi şəriət yolunda sabit qalmaqdır. Bu da vacibatlara əməl edib haramları tərk edərək Allahu-təalanın əmr və qadağalarına tabe olmaqla olur. Elə isə əl-Xəmis səhabələrin yalan danışmamalarını onların ədalətli olmalarına necə dəlil gətirə bilir?!
Sonra Osman əl-Xəmis deyir:
ثم كذلك لا بد من التنبيه على أمر مهم هو: أنّه لا يلزم من العدالة العصمة، نحن وإن كنّا نقول بعدالة أصحاب النبي صلى الله عليه وسلم، ولكننا لا نقول بعصمتهم فهم بشر، وقد قال النبي صلى الله عليه وسلم: كل ابن آدم خطاء، فهم من أولاد آدمخطاؤون يخطئون ويصيبون وإن كانت أخطاؤهم مغمورة في بحور حسناتهم رضي الله تبارك وتعالى عنهم وأرضاهم
Həmçinin, mühüm bir məsələyə də diqqət yetirmək lazımdır. Belə ki, ədalət məsumluq anlamına gəlmir. Biz Peyğəmbərin (sallallahu əleyhi və səlləm) səhabələrinin ədalətli olmalarını desək də, onların məsum olduqlarını demirik. Çünki onlar da bəşərdirlər. Peyğəmbər (sallallahu əleyhi və səlləm) buyurmuşdur ki, “hər bir Adəm övladı xətakardır (xəta edəndir)”. Səhabələr də Adəm övladlarıdırlar və xətakardırlar; gah xəta edirlər, gah da düz edirlər. Lakin onların xətaları, gördükləri həsənat (yaxşı işlər) dənizlərindən itib batmışdır. Allah təbarək və təala onlardan razı olsun və onları razı salsın.24
Deyirəm:
Biz qeyd etdik ki, ədalət vaciblərə əməl edib haramlardan çəkinərək Allahın göstərişlərinə uymağa deyilir. Kim bir vacib əməli tərk edər, yaxud haram bir işə bulaşarsa, ədalətdən düşər və tövbə edib Allaha qayıtmadığı müddətcə ədaləti ona geri qayıtmaz. Səhabələr də bu məsələdə başqaları kimidirlər; onların bu qaydadan istisna olduğunu bildirən bir dəlil mövcud deyildir. Onlardan hansı biri barədə vacib əməli tərk etdiyi və ya qadağan edilmiş bir iş gördüyü sübuta yetərsə, ədalətdən düşər. Günahından tövbə etmədiyi müddətcə də ədaləti ona qayıtmaz, yalnız tövbə etdiyi zaman ona qayıdar.
“Onların pis əməlləri onların yaxşı əməllərinin dənizində itib batmışdır” deyə bir iddia isə heç bir dəlilə söykənməyən bir iddiadır. Onların arasında elələri vardır ki, onların böyük günahlara bulaşmaları sübuta yetmişdir. Bundan sonra nə yaxşı əməlləri, nə səhabə olması, nə Bədr və ya Hüdeybiyyə əhlindən olması ona bir şəri hədd vurulmasının qarşısını almamışdır. (Haris ibn Suveyd ibn əs-Samit, Əbu Cəndəl Suheyl ibn Əmr, Mistah ibn Usasə və başqaları kimi – red.). Hətta, bəzilərinin Cəhənnəm əhli olması belə dəlillə sübuta yetmişdir, məsələn, Əmmar ibn Yasirin (Allah ondan razı olsun) qatili olan Əbul-Ğadiyə əl-Cuhəni kimi.
Daha sonra deyir:
الذين طعنوا في عدالة أصحاب النبي صلى الله عليه وسلم أربع فرق: الفرقة الأولى: الشيعة، الفرقة الثانية: الخوارج، الفرقة الثالثة: النواصب، الفرقة الرابعة: المعتزلة، وكل هؤلاء لا يؤثرون في إجماع المسلمين لأنهم لا يعتد بخلافهم
Peyğəmbərin (sallallahu əleyhi və səlləm) səhabələrinə dil uzadanlar dörd firqədirlər: birinci firqə şiələrdir, ikinci firqə xaricilərdir, üçüncü firqə nasibilərdir, dördüncü firqə mötəzilələrdir. Bu firqələr müsəlmanların icmasına təsir göstərmirlər, çünki onların müxalifət etmələrinə fikir verilmir.25
Deyirəm:
Əvvəla: şiələr müsəlmandırlar, onların müxalifət etmələrinə necə fikir verilməyə bilər?! Əlbəttə, əgər əl-Xəmis şiələri müsəlman saymırsa, onda başqa məsələ. Necə ki, sözündən də belə anlaşılır!!
İkincisi: bu “icma” dəlilə əsaslanmır. Çünki, onların səhabələrin bütünlüklə ədalətli olmalarına dair gətirdikləri dəlillərin heç birində öz müddəalarına bir dəlil yoxdur. Uzağa getməyə ehtiyac yoxdur, elə Osman əl-Xəmisin özünə baxaq. O, bu kitabında mövzu ilə bağlı ən möhkəm dəlillərini qeyd etsə də biz onun gətirdiyi dəlilləri tək-tək müzakirə etdik və bu dəlillərin batilliyini isbat edərək onların adıçəkilən iddiaya heç bir vəchlə dəlalət etmədiyini ortaya qoyduq.
Sonra Osman əl-Xəmis deyir:
ما حجتهم في طعنهم في أصحاب النبي صلى الله عليه وسلم ؟
أولاً : وقوع المعاصي من بعض أصحاب النبي صلى الله عليه وسلم
ثانياً: من الصحابة من هو منافق بنص القرآن والسنة .
ثالثاً: يلزم من العدالة المساواة في المنزلة وإذا كانت المساواة في المنزلة منفية عندنا جميعاً فكذلك العدالة تكون منفية.
رابعاً: لا يوجد دليل على عدالة كل أصحاب النبي صلى الله عليه وسلم.
الجواب: أما وقوع المعاصي من بعضهم فقد ذكرنا أنّ وقوع المعاصي لا يضر بعدالتهم، وإنما نقول هم عدول وغير معصومين
Onların Peyğəmbər (sallallahu əleyhi və səlləm) əshabına dil uzatmaqda dəlilləri nələrdir?
Birincisi: Peyğəmbərin (sallallahu əleyhi və səlləm) bəzi səhabələrinin günah işlər görməsi.
İkincisi: səhabələr arasında Quran və sünnənin nəssinə əsasən münafiqlər vardır.
Üçüncüsü: səhabələrin bütünlüklə ədalətli olmalarını demək onların məqamca eyni olmalarınıdeməyi gərəkli edir. Səhabələrin məqamca eyni olmaları qeyri-mümkün olduğuna görə, onların hamılıqla ədalətli olmaları da qeyri-mümkün olur.
Dördüncüsü: Peyğəmbərin (sallallahu əleyhi və səlləm) bütün əshabının ədalətli olmasına dəlil yoxdur.
Cavab: onların bəziləridən günah sadir olmasına gəlincə, daha öncə də qeyd etdik ki, günah etmələri onların ədalətlərinə bil xələl gətirmir. Biz deyirik ki, onlar ədalətlidirlər, lakin, məsum deyillər.26
Deyirəm:
Xeyr, onların günah işləmələri onların ədalətlərinə xələl gətirir. Çünki ədalət – daha öncə də deyildiyi kimi – şəriət yolunda sabit qalmağa deyilir. Əgər insan günah edərsə, ədalət sifəti ondan qalxar. Yalnız tövbə etdikdən və yenidən haqq yoluna qayıtdıqdan sonra ona geri dönər. Lakin, əgər Osman əl-Xəmis burada “ədalət” dedikdə yalnızca Peyğəmbərin (sallallahu əleyhi və alihi və səlləm) adından yalan danışmamağı nəzərdə tutursa, o zaman cavabında deyirik: səhabələrin məsum olmamaları onların yalan danışa bilmələrinin mümkünlüyünə dəlildir. Ortada onların Peyğəmbərə (sallallahu əleyhi və alihi və səlləm) nisbət verdikləri bütün xəbərlərdə doğru danışdıqlarına dəlalət edən bir dəlil yoxdur. Belə olunca onların vəziyyətləri digər hədis nəql edən ravilərin vəziyyəti kimi olur. Onların da güvənilir olmalarını isbat etmək lazım gəlir. Kimin siqə (güvənilir) olması dəlillə sübuta yetərsə, onun siqə olduğuna hökm edilər, kimin siqə olmaması dəlillə sübuta yetərsə, onun da siqə olmamasına hökm edilər. Kimin də siqə, yaxud, qeyri-siqə olduğu bilinməzsə, onun da məchulluğuna hökm edilər və nəql etdiyi xəbər – onu dəstəkləyəcək başqa bir dəlil olmadığı müddətcə – rədd edilər.
Sonra Osman əl-Xəmis deyir:
وأمّا قولهم إن من الصحابة من هو منافق فهذا كذب، والمنافقون ليسوا من الصحابة، ولذلك لما تأتي إلى تعريف الصحابي تجد أنّه من لقي النبي صلى الله عليه وسلم وهو مؤمن ومات على ذلك، والمنافقون لم يلقوا النبي صلى الله عليه وسلم مؤمنين ولا ماتوا على الإيمان فلا يدخلون في هذا التعريف
Onların“səhabələr arasında münafiqlər vardır” sözlərinə gəlincə, bu, yalandır. Çünki, münafiqlər səhabə deyillər. Buna görə də səhabənin tərifinə nəzər saldığın zaman görürsən ki, səhabə Peyğəmbərlə (sallallahu əleyhi və səlləm) mömin olan halda görüşən və bu halda ölən şəxsə deyilir. Münafiqlər isə nə Peyğəmbərlə (sallallahu əleyhi və səlləm) mömin olan halda görüşmüşlər və nə də bu halda ölmüşlər, buna görə də onlar bu tərifə daxil olmurlar.27
Deyirəm:
Osman əl-Xəmis Peyğəmbərlə (sallallahu əleyhi və alihi və səlləm) birgə olan şəxslərdən bir qurupunun münafiq olduqlarını inkar edə bilməz. Bunlardan bəziləri öz münafiqliklərini çox yüksək səviyyədə gizləyirdilər. Hətta, Qurani-Kərimin də bildirdiyi kimi Peyğəmbər (sallallahu əleyhi və alihi və səlləm) belə onları tanımırdı. Bu şəxslər az sayda deyildilər, əksinə, onların sayları çox idi. Elə bir həddə idi ki, hətta, Allahu-təala onlar barədə “Münafiqlər” adlanan bütöv bir surə nazil etmişdi. Hal belə olunca, keçdikləri həyat yoluna baxmaqla səhabələr arasında kimin mömin, kimin qeyri-mömin olmasını ayırd etmək, mömin şəxsin güvənilir, yoxsa qeyri-güvənilir olmasını bilmək lazım gəlir. Əhli-sünnənin ədalətinə hökm edib səhabə saydıqları şəxslərin böyük hissəsi barədə Peyğəmbəri (sallallahu əleyhi və alihi və səlləm) görüb ondan hədis eşitmiş olmalardan başqa heç bir şey bilinmir. Elə isə onlar necə bildilər ki, bu şəxslər münafiqlərdən deyillər?!
Fərz edək ki, əhli-sünnə onların mömin olduqlarını bildi, bəs necə biləcəklər ki, onlar ömürlərinin sonuna qədər şəriət yolunda sabitqədəm qalmışlar?!
Əgər ədalət dedikdə Peyğəmbərin (sallallahu əleyhi və alihi və səlləm) adından yalan danışmamağı nəzərdə tuturlarsa, haradan biləcəklər ki, bu şəxslər Peyğəmbərə nisbət verdikləri şeyləri yalandan uydurmamışlar?!
Daha sonra deyir:
أما قولهم يلزم من العدالة أن يتساووا في المنزلة فهذا غير صحيح ولا يلزم بل نحن نقول عدول وبعضهم أفضل من بعض
Onların“səhabələrin hamısının ədalətli olduqlarını demək onların məqamca eyni səviyyədə olmaları anlamına gəlir” sözlərinə gəlincə, bu yanlışdır və belə bir anlama gəlmir. Əksinə, biz deyirik ki, onlar adildirlər və bəziləri bəzilərindən daha üstündürlər.28
Deyirəm:
Bu, şiənin sözü deyildir. Şiələr bilirlər ki, bir şəxsin ədalətli olması o şəxsin başqa adil şəxslər hər cəhətdən eyni olması anlamına gəlmir. İmanın dərəcələri vardır, təqvanın dərəcələri vardır. Ola bilər ki, insan adil olsun, lakin iman və təqvada başqa bir adil şəxsdən daha aşağı məqamda olsun.
Daha sonra deyir:
وأمّا قولهم لا يوجد دليل على عدالة كل الصحابة فقد مرت بعض الأدلة من القرآن والسنة
Bütün səhabələrin ədalətli olmasına heç bir dəlilin olmadığını haqqında deyilənlərə gəlincə, biz bu haqda Quran və sünnədən bəzi dəlilləri əvvəldə qeyd etmişik.29
Deyirəm:
Osman əl-Xəmisin gətirdiyi Quran ayələrinin onun iddiasına dəlalət etmədiyini isbat etdik. Göstərdik ki, bu ayələrdə iddia olunan ədalətə heç bir dəlil yoxdur. Rəvayətlərə gəlincə isə, rəvayətlər onların öz rəvayətləridir və onların özləri üçün höccətdir. Onlar bu hədisləri onların səhihliyinə etiqad etməyən şəxslərə dəlil gətirə bilməzlər. Hərçənd, onların yanında bütün səhabələrin ədalətli olduqlarına dəlalət edən bircə səhih hədis belə yoxdur.
Vəlhəmdulillahi-Rabbil-aləmin!
Və sallallahu alə seyyidinə Muhəmmədin və Alihit-tayyibinət-tahirin
1 “Sünən Tirmizi”, №3863, Hədisin əsli “Səhih Müslim”, 1496
2 “Hiqbətun minət-tarix”, səh.144-145.
3 Başqa bir rəyə əsasən, 1400 nəfər idi, bir başqa rəyə əsasən isə 1500 nəfər idi. Həmçinin, başqa rəylər də vardır.
4 “Səhihi-Buxari”, 4/1529, rəqəm 3937.
5 “Muvatta”, 2/461.
6 “əl-Mustədrək aləs-sahiheyn”, 2/132, rəqəm 2562; “əl-Mucəmul-Kəbir”, 17/368, rəqəm 1010; “ət-Tarixul-Kəbir”, İyad adlı səhabənin tərcümeyi-halı; “ət-Tabaqatul-Kubra”, 2/155.
7 “Səhihi-Müslim”, 3/1398; “Səhihi-İbn Hibban”, 15/524, hədis 7049.
8 “Sirətu-İbn Hişam”, 5/113; “Zadul-Məad”, 3/471; “Tarixi-Təbəri”, 2/168.
9 “Müsnədi-Əhməd”, 3/376, hədis 15069, Şüeyb əl-Arnaut hədisin ardınca deyir:
إسناده حسن رجاله ثقات رجال الشيخين غير أبي إسحاق فهو صدوق حسن الحديث
“İsnadı həsəndir. Raviləri siqədir. Əbu İshaqdan başqa bütün ravilər şeyxeynin raviləridirlər. Əbu İshaq da səduqdur, “həsənul-hədis”dir (hədisləri həsəndir).”
“Dəlailun-Nubuvvə” (Beyhəqi), 5/128; “Zadul-Məad”, 3/469; “Sirətu-İbn Hişam”, 5/114; “əl-Bidayə vən-Nihayə”, 4/326; “Tarixi-Təbəri”, 2/168.
10 Oxun bir ucuna kəndir bağlamaqla. (Red.)
11 “əl-Məğazi” (Vaqidi), 2/81; “əl-Xasaisul-Kubra” (Suyuti), 1/406; “Subulul-huda vər-rəşad”, 5/41.
12 “əl-Məğazi”, 2/93; “əs-Sirətul-Hələbiyyə”, 2/703; “Təxricul-əhadisi vəl-asar”, 2/94.
13 “Silsilətul-əhadisis-sahihə”, c.5, səh.19.
14 “Hiqbətun minət-tarix”, səh.145.
15 “Hiqbətun minət-tarix”, səh.146.
16 “Müstədrəkul-Hakim”, 1/451, hədis 1419-da deyilir:
إن المغيرة بن شعبة سب الإمام علي بن أبي طالب فقام إليه زيد بن أرقم فقال: يا مغيرة ألم تعلم أن رسول الله صلى الله عليه وسلم نهى عن سب الأموات؟ فلمَ تسب علياً وقد مات؟
“Muğeyrə ibn Şu`bə (lənətullahi əleyh) Əli ibn Əbu Talibi söydü. Zeyd ibn əl-Ərqəm ayağa qalxıb dedi: “Ey Muğeyrə, məgər bilmirsən ki, Allah Rəsulu (sallallahu əleyhi və səlləm) ölən şəxsləri söyməyi qadağan edib? Elə isə ölüb getdiyi halda nə üçün Əlini söyürsən?”.”
Hakim bu rəvayəti səhih hesab etmiş, Zəhəbi də onunla razılaşmışdır. Müasir alimlərdən də Əlbani hədisi səhih hesab etmişdir. “Silsilətul-əhadisis-sahihə”: 5/520.
17 Səhabədir. O, böyük səhabə Əmmar ibn Yasirin (Allah ondan razı olsun) qatilidir. Allah Rəsulu (sallallahu əleyhi və alihi və səlləm) buyurmuşdur ki:
قاتل عمار وسالبه في النار
“Əmmarın qatili və onu (öldükdən sonra) soyan (qarət edən) şəxs Cəhənnəmə gedəcək.”
Şeyx Muhəmməd Nasiruddin Əlbani “Silsilətul-əhadisi-sahihə” kitabında (5/18-19) deyir:
فقال الإمام أحمد (4/198) وابن سعد في الطبقات (3/260-261) والسياق له: أخبرنا عفان بن مسلم , قال: أخبرنا حماد بن سلمة , قال: أخبرنا أبو حفص وكلثوم بن جبر عن أبي الغادية قال:
"سمعت عمار بن ياسريقع في عثمان يشتمه بالمدينة، قال: فتوعدته بالقتل، قلت: لئن أمكنني اللهمنك لأفعلن، فلما كان يوم صفين جعل عمار يحمل على الناس، فقيل: هذا عمار،فرأيت فرجة بين الرئتين وبين الساقين، قال: فحملت عليه فطعنته في ركبته،قال، فوقع فقتلته، فقيل: قتلت عمار بن ياسر؟ ! وأخبر عمرو بن العاص، فقال:سمعت رسول الله صلى الله عليه وسلم يقول: (فذكره) ، فقيل لعمرو بن العاص:هو ذا أنت تقاتله؟ فقال: إنما قال: قاتله وسالبه".
...İmam Əhməd “Müsnəd”də (4/198), İbn Səd də “Təbaqat”da (3/260-261) demişdir ki, - ləfz İbn Sədindir – : Bizə Əffan ibn Müslim xəbər verib dedi: bizə Həmmad ibn Sələmə xəbər verib dedi: bizə Əbu Həfs və Kulsum ibn Cəbr Əbul-Ğadiyədən xəbər verib dedilər:
“Əmmar ibn Yasirin Mədinədə Osman barədə pis sözlər deyib onu söydüyünü gördüm. Mən onu ölüm vədəsi verib dedim: “Əgər Allah səni öldürmək üçün mənə imkan yaratsa, mən bunu mütləq edəcəyəm”. Siffeyn günü olduğunda Əmmar camaata həmlə edirdi. Birdən dedilər: “Bu, Əmmardır.” Mən onun iki böyürü ilə iki baldırı arasında boşluq gördüm.” Ona hücum edib onu dizindən vurdum. Bu zaman o yıxıldı və mən onu qətlə yetirdim. Mənə dedilər: “Sən Əmmarı qətlə yetirdin?”
Və bizə Əmr ibn əl-As xəbər verib dedi: “Allah Rəsulunun (sallallahu əleyhi və səlləm) belə buyurduğunu eşitdim. Sonra hədisi qeyd edir [Yəni, “Əmmarın qatili və onu qarət edən Cəhənnəmdədir” hədisini]. Bu zaman Əmr ibn əl-Asa dedilər: “Budur sən də onunla döyüşürsən.” Əmr dedi: “Peyğəmbər demişdir ki, “onu öldürən və qarət edən” (deməmişdir “döyüşən”)”.
Sonra Əlbani deyir:
قلت: وهذا إسناد صحيح، رجاله ثقات رجال مسلم، وأبو الغادية هو الجهني وهوصحابي كما أثبت ذلك جمع...
“Deyirəm: bu, səhih sənəddir. Raviləri siqədir, Müslimin raviləridir. Əbul-Ğadiyə həmin Əbul-Ğadiyə əl-Cuhənidir. Səhabədir...”
Qeyd: Onu da deyək ki, Osman əl-Xəmis yığıncaqların birində Əmmar ibn Yasirin (Allah ondan razı olsun) qatilinin Cəhənnəmlik olduğunu bildirən yuxarıdakı hədisin zəif olduğunu iddia etmiş, bununla da kifayətlənməyərək Əmmarıın qatili olan Əbul-Ğadiyənin (Allah ona lənət etsin) səhabə Əbul-Ğadiyə əl-Cuhəni deyil, “Əbul-Ğadiyə” adında başqa bir şəxs olduğunu iddia etmişdir. Həmin sözlərin əks olunduğu videoya bu linkdə baxa bilərsiniz:
https://www.youtube.com/watch?v=RY5Cd-5Dobg
Qeyd edək ki, Osman əl-Xəmisin səhabəni müdafiə etməkdən ötrü ortaya atdığı bu gülünc iddianı hətta, əhli-sünnə məzhəbindən olan qardaşlarımız belə ciddi şəkildə tənqid etmişlər. Həmçinin də, siz yuxarıda onun öz əqidə yoldaşının, “imam” dediyi şəxsin – Şeyx Əlbaninin hədis və Əbul-Ğadiyə barədə dediyi sözlərlə tanış oldunuz. Gördünüz ki, Əlbani hədisi səhih hesab etmiş, onu “Səhih hədislər silsiləsi” adlı kitabında qeyd etmişdir. Ardınca da Əmmar ibn Yasiri qətlə yetirən Əbul-Ğadiyə adlı şəxsin elə həmin səhabə Əbul-Ğadiyə (Allah ona lənət etsin) olduğunu bildirmişdir. (Red.)
18 “Hiqbətun minət-tarix”, səh.146.
19 “Hiqbətun minət-tarix”, səh.146.
20 “Müsnədi-Əhməd”, c.17, səh.139; Şüeyb əl-Arnautun təhqiqi ilə
21 “Səhihi-Buxari”, 1/27, hədis 48.
22 Əhli-Beytə (əleyhimus-səlam) şiə - ardıcıl olmağın bidətlə heç bir əlaqəsi yoxdur. Bu, hənif İslam dininin özüdür. Peyğəmbər (sallallahu əleyhi və alihi və səlləm) özü ümməti Əhli-Beytinə şiə olmağa, onların ardınca getməyə yönləndirmişdir. Bidət olan Əhli-Beytə şiəlik etmək deyil, nasibiləri, tüləqanı, Əhli-Beyt düşmənlərini Əhli-Beytdən (əleyhimus-səlam) önə keçirməkdir, onlar üçün çalışıb-vuruşmaq, onlara yardım etməyə çalışmaqdır. Osman əl-Xəmisin etdiyi də elə budur.
23 “Hiqbətun minət-tarix”, səh.147.
24 “Hiqbətun minət-tarix”, səh.147-148.
25 “Hiqbətun minət-tarix”, səh.148-149.
26 “Hiqbətun minət-tarix”, səh.149.
27 “Hiqbətun minət-tarix”, səh.149.
28 “Hiqbətun minət-tarix”, səh.149.
29 “Hiqbətun minət-tarix”, səh.150.
Müəllif: Şeyx Həsən Abdullah əl-Əcmi
Əlavələr: 313news.net