»»

Xanım Fatimənin (s.ə) dövründə qapı olmayıb şübhəsinə cavab

“Xanım Zəhra (salamullahi əleyha) qapı ilə divar arasında qalıb, şəhid olmamışdır, çünki, o dövrdə qapı olmayıb” şübhəsinə cavab

Müxaliflərimiz iddia edirlər ki, Xanım Zəhranın (salamullahi əleyha) qapının ona dəyməsi nəticəsində şəhadətə yetişməsi xəbəri yalandır. Çünki, o dövrdə Mədinə evlərinin ümumiyyətlə qapısı yox idi. O zaman qapı yerinə pərdə, xurma lifləri və ya həsir vurardılar. Nəticədə xurma ağacının yarpağı, xurma lifləri və ya həsir qabırğa sındıra bilməz.

Tarixin bu kədərli və acı hadisəsini isbat etmək üçün əhli-sünnə mənbələrində çoxlui dəlillər mövcuddur. Həmçinin, bir çox sünni alimi bu hadisənin olmasını etiraf etmişlər. Bu məqləmizdə biz bu hadisəni Qurani-Kərimdən və digər tarixi faktardan istifadə etməklə isbat edəcəyik.

1. Qurani-Kərim:

Allah təala Nur surəsi, 61-ci ayədə buyurur:

لَيْسَ عَلَى الْأَعْمَىٰ حَرَجٌ وَلَا عَلَى الْأَعْرَجِ حَرَجٌ وَلَا عَلَى الْمَرِيضِ حَرَجٌ وَلَا عَلَىٰ أَنْفُسِكُمْ أَنْ تَأْكُلُوا مِنْ بُيُوتِكُمْ أَوْ بُيُوتِ آبَائِكُمْ أَوْ بُيُوتِ أُمَّهَاتِكُمْ أَوْ بُيُوتِ إِخْوَانِكُمْ أَوْ بُيُوتِ أَخَوَاتِكُمْ أَوْ بُيُوتِ أَعْمَامِكُمْ أَوْ بُيُوتِ عَمَّاتِكُمْ أَوْ بُيُوتِ أَخْوَالِكُمْ أَوْ بُيُوتِ خَالَاتِكُمْ أَوْ مَا مَلَكْتُمْ مَفَاتِحَهُ أَوْ صَدِيقِكُمْ

Kora günah gəlməz, çolağa günah gəlməz, bir də xəstəyə günah gəlməz. Sizin özünüzə də öz evlərinizdə, yaxud ata­­larınızın evlərində, yaxud analarınızın evlərində, yaxud qardaşlarınızın evlərində, yaxud bacılarınızın evlərində, ya­­xud əmilərinizin evlərində, yaxud bibilərinizin evlərində, yaxud dayılarınızın evlərində, yaxud xalalarınızın evlərində, yaxud açarları əllərinizdə olan evlərdə, yaxud dostlarınızın evlərində yemək yeməkdə heç bir günah gəlməz.

Bu ayənin birinci xitab etdiyi şəxslər Mədinə əhlidir və ayədə buyurulur ki, “açarları özünüzdə olan evlərə daxil olub, yemək yeyə bilərsiniz”. Sual budur ki, əgər Mədinə şəhərindəki evlərin qapısı yox idisə, “açar” sözünün işlənməsinin nə mənası var idi? Görəsən açarla pərdələri bağlayırdılar, yoxsa həsirləri və ya xurma liflərini? Bu Qurani-Kərimdə açıq-aşkar bildirilən bir məsələdir və əgər biz bütün mövcud olan rəvayətlərə baxmasaq belə, bu təklikdə bizə kifayət edər.

2. “Səhihul-Muslim” kitabında olan rəvayət:

Sünni alimlərindən Muslim öz “Səhih” kitabında  bir rəvayət nəql edir ki, bu rəvayət Mədinə evlərinin qapılarının olmasına dəlalət edir. Rəvayət belədir:

إِنَّمَا أُمِرَ وَ بِالْأَبْوَابِ أَنْ تُغْلَقَ لَيْلًا 

“Göstəriş verildi ki, gecələr qapıları bağlayaq”.[1]

Bu hədisdən belə nəticəyə gəlirik ki, Mədinə evlərinin qapıları olmuşdur.

3. İbn Kəsirin “əl-Bidayə vən-nihayə” kitabındakı sözü:

İbn Kəsir Dəməşqi qeyd etdiyimiz kitabda yazır:

و فِي تَارِيخِ الْبُخَارِيِّ أَنَّ بَابَهُ عليه السلام كَانَ يُقْرَعُ بِالْأَظَافِيرِ، فَدَلَّ عَلَى أَنَّهُ لَمْ يَكُنْ لِأَبْوَابِهِ حَلَقٌ

“Buxarinin tarixində nəql olunana əsasən Peyğəmbərin qapısı əl ilə döyülürdü və bu ona dəlalət edir ki, Peyğəmbərin evlərinin çax-çaxı[2] yox idi”.[3]       

Yəni, səhabələrin Peyğəmbərlə br işi olduqda, Peyğəmbəri çağırmaq üçün qapını əlləri ilə döyərdilər. Çünki, evin qapısının çax-çaxı yox idi ki, qapını çax-çaxla döysünlər. İndi biz sual veririk ki, görəsən səhabələr xurma liflərini, pərdəni və ya yarpaqları əlləri ilə döyürdülər? Görəsən xurma lifini və ya pərdəni döyməklə səs çıxırmı? Əgər qapı bu cür şeylərdən ibarət idisə, ümumiyyətlə qapıya çax-çax vurmaqdan söz belə gedə bilərmi?

4. Buxarinin “əl-Ədəbul-mufrəd” kitabında nəql etdiyi rəvayət:

Buxari belə rəvayət edir:

فسَألتُهُ عَن بَيتِ عائِشَة، فَقال: كانَ بَابُهُ مِن وِجهَةِ الشّام، فَقُلتُ: مِصراعاً كانَ أو مِصراعَين؟ قَال: كانَ باباً واحداً، قُلتُ: مِن أيُ شَيءٍ كانَ؟ قَال: مِن عَرعَرٍ أو سَاج        

“...Ondan Aişənin evi barəsində soruşdum. O, dedi: “Aişənin evinin qapısı Şama tərəfdir”. Soruşdum: “Evin qapısı bir laylıdır, yoxsa iki laylı?” Cavab verdi: “Bir laylıdır”. Mən yenə soruşdum: “Evin qapısı nədəndir?” O, dedi: “Şam ağacı və ya Tik ağacındandır[4]”.[5]

Nəticədə müxaliflərimizin ən böyük alimlərindən olan Buxarinin nəqlinə əsasən Mədinə evlərinin qapıları Şam, Tik və s. ağaclardan düzəldilirmiş. Tik ağacı isə çox bərk ağacdır. Hətta gəmi və qayıqları adətən bu ağacdan istifadə etməklə düzəldərdilər.

Nəzərinizə çatdıraq ki, bu hədis kitabın “Səhihu-ədəbil-müfrəd” qismində qeyd olunmuşdur və Albani hədis haqqında belə demişdir: “Bu rəvayətin sənədi səhihdir”.[6]

Mürtəza Heydəri

besiret.az


[1] Elektron mənbə: http://yon.ir/9OD7

[2] Qapını döymək üçün, qapının üzərində olan halqavari alət.

[3] Elektron mənbə: yon.ir/QG5v

[4] Hündürlüyü 15 metrə çatan, qalın qabıqları, geniş tacı olan və çox möhkəm olan bir ağacdır. Əsasən Afrikada bitir. Ağacı mişarlayanda qana bənzər qırmızı maye axır.

[5] Elektron mənbə: http://yon.ir/oAP0 

[6] Elektron mənbə: http://yon.ir/jre9

Рейтинг

В этом разделе