Adı: Xanım Rafaeli
Ölkə: Braziliya
Keçmiş dini (Məzhəbi): Xristian
Məşhəd şəhərində Yeni braziliyalı müsəlman Rafaeli İslama keçmək istəyini açıqlayıb. O, şahadət kəlməsini söylədikdən sonra İslamı qəbul edib.
İslama keçməsi və bu qərarın səbəbləri barədə o deyib: “Bir çox insanlar İslamdan başqa dinlərə inanırlar. Bu insanlar, Allahın lütf və mərhəməti ilə, şiə məzhəbinin doğru yol olduğunu dərk edirlər.”
Yeni müsəlman olan xanım əlavə edib: “İslam və müsəlmanlar əleyhinə aparılan mənfi təbliğatları gördükdən sonra böyük maraqla İslamı və şiəliyi araşdırdım və nəhayət İslamı qəbul etməyə qərar verdim.”
O bildirib: “Din mənim daxili və dərin suallarıma cavab verməli idi. Lakin əvvəlki dinim bu ehtiyaclarımı qarşılaya bilmirdi.”
“Mən İslamla Rio şəhərindəki ‘İmam Hüseyn (ə.s.) İslam Mərkəzi’ vasitəsilə tanış oldum və mənim düşüncə tərzimə və dini inancıma böyük təsir göstərdi,” – deyə o əlavə edib.
Yeni müsəlman qadın vurğulayıb: “İslam Allah tərəfindən göndərilmiş ən mükəmməl dindir və onun qanunlarına əməl etmək insanı həqiqi nicata aparır.”
Şiəliyə olan marağı və İmam Əliyə (ə.s.) və İmam Hüseynə (ə.s.) sevgisindən danışan Rafaeli deyib: “Peyğəmbərimizin (s.ə.v.) Əhli-beytinə olan məhəbbət və xüsusilə İmam Hüseynin (ə.s.) müqəddəs məqamı təkcə şiələrin deyil, bütün düşüncəli insanların qəlbinə nüfuz edib.”
O bildirib: “İslamda ailə çox vacib və müqəddəsdir, yüksək bir mövqeyə sahibdir. Ailəyə bu qədər dəyər verilməsi mənim üçün çox maraqlıdır.”
Mühəmməd Rza Rzayi deyib: “Həzrət Fatimə Zəhra (s.ə.) bütün dünya qadınları üçün ən gözəl nümunədir və Allah bu mübarək xanıma ithaf olunan ‘Kövsər’ surəsini nazil edib. Sizin bu mübarək xanımın mövlud günü ərəfəsində İslamı qəbul etməyiniz xüsusi şəkildə qarşılanır.”
O əlavə edib: “Peyğəmbər Mühəmməd (s.ə.v.) qadınların ictimai mövqeyini yüksəltmiş və Həzrət Zəhranı (s.ə.) bütün dünyaya nümunə olaraq təqdim etmişdir.”
Sonda qeyd edilib ki, mərasim zamanı bu yeni müsəlman xanıma ispan dilində Qurani-Kərim, İslam haqqında bir neçə kitab və digər mədəni hədiyyələr təqdim olunub.
(c) rahyafteha