»»

Hidayət olanlar 52 - Bred Heyber

Adı: Bred Heyber

Ölkə: ABŞ

Keçmiş dini (Məzhəbi): Xristian

Mənim adım Bred Heyberdir. Mən Amerika Birləşmiş Ştatlarının Nevada ştatında Las Veqas şəhərində anadan olmuşam. Mən orda 13 yaşıma qədər yaşamışam və 1973-cü ildə mənim 13 yaşım olanda ailəm həmişəlik San Dieqoya köçdü. Mən Allaha inanırdım, amma kilsəyə bağlılıq məsələsində, xüsusi bir kilsəyə bağlılığa gələndə mən heç də xüsusi bir kilsəyə güclü bağlılıq hiss etmirdim. Sonra mən hərbi dəniz donanmasına xidmətə getdim. Mən hərbi dəniz donanmasında 20 il xidmət etdim. Hərbi dəniz donanmasında katoliklər, protestantlar və bəzi başqa dinlərdən qruplaşmalar var idi. Mən protestant idim və hər bazar günü gəminin göyərtəsində dini ibadət mərasimlərinə qatılırdım. Düşünürəm ki, mənim dindən kifayət qədər məlumatım var idi, təkcə İslamdan başqa. Demək olar bu, yeganə din idi ki, mən şəxsən ona maraq göstərməmişdim. Onun haqqında mən hər hansı bir bilgini mediadan almışdım. Əlbəttə ki, mənim İslam haqqında anlayışım müsbət deyildi. Sonra Londonda 7 iyul 2005-ci ildə avtobus partlaması baş verdi. Amma yenə eşidirsən ki, İslam belə deyil, lakin digər tərəfdən də eşidirsən ki, bunun arxasında İslam qruplaşması durur. Bu dəfə mən öz-özümə dedim ki, mən İslamın mənim üçün nə demək olduğunu öyrənməliyəm. Sonra mən Barnes&Noble adlı internet kitab dükanından Quran kitabı aldım. Və mən mənim İslam haqqında malik olduğum bütün mənfi təəssüratlarımı təsdiqləyəcəyimi gözləyirdim. Amma əlbəttə ki, mən gözlədiyimin tam əksi oldu, tamamən fərqli oldu. Mən səhərlər işə gedirdim. O zaman donanmadan tərxis olunmuşdum. İşə getdim və işə başlamamışdan əvvəl onu açdım və təxminən 10 dəqiqə oxudum. Mən ilk olaraq Fatihə surəsini oxudum. Bu, heyrətamiz idi. Və elə həmin an məni rahatlaşdırdı. Mən bunu bir neçə gün davam etdim. Əlbəttə ki, Quran oxumağa başlayanda mən onun çox hissəsini, ayələrin çoxunu anlaya bilmirdim. Amma bəzi ayələri başa düşürdüm. Düşünürəm ki, onlar çox aydın idi. Amma hətta baxmayaraq ki, başa düşmədiklərimdə də gördüm ki, bağışlanmanın, Allahın təkrarlanan mərhəmətinin mövzusu var idi. Bu, həqiqətən də mənim İslam haqqında yanlış anlayışımı silib aparmağa başladı. Gördüm ki, mərhəmət, mərhəmət, mərhəmət yazılıb. Hər yerdə mərhəmətdən danışılır. İsa (ə) haqqında olan hissəni xoşlayırdım. Öz-özümə dedim ki, bu, mənim suallarımdan birinin cavabıdır. Çünki mən bir xristian kimi anlaya bilmirdim ki, bu, necə olur ki, Allah yeganə ən güclü olandır, amma necə olur ki, Allah insanı ona öz oğlunu öldürməklə bağlı icazə verməklə bağışlaya bilərmi?! Buna görə də bu məsələ mən xristian olanda heç vaxt mənə  məntiqli görsənmirdi. Daha çox oxuduqca daha çox yanlış fikirlər yoxa çıxmağa başlayırdı. Quran həqiqətən də heyrətamiz idi.

Beləliklə mən öz iş yerimə yaxın ərazidə bir İslam Mərkəzi tapdım. Mən ora getməyə cəhd etdim və adətən ora çox vaxt bağlı olurdu. Orda heç kəs olmurdu. Amma mən getməyə davam etdim və şükür Allaha nəhayət bir dəfə ora açıq idi və orda iki qardaş məni qarşıladı. Qapını açıb məni içəri dəvət etdilər. Onların biri ingilis dilində danışırdı. Və mən onunla danışdım və soruşdum ki, orada kitabxana varmı. O mənə dedi ki, əlbəttə var və məni kitabxanaya apardı. Orada mənə dedi ki, hansı kitabı istəyirsənsə götürə bilərsən. Orada ingilis dilində üç kitab var idi və mən üçünü də götürdüm. Digər kitablar ərəbcə, farsca və başqa dillərdə idi. Mən onların ikisini dəqiq xatırlayıram, biri cin haqqında idi. İlk oxuduğum bu kitab idi. Bu, çox çox maraqlı kitab idi. İkinci oxuduğum kitab isə Kərbəla haqqında - İmam Hüseyn (ə) haqqında idi. Mən bilmirəm ki, necə ola bilər ki, ümumiyyətlə bu, necə mümkündür ki, hər hansı bir şəxs Kərbəla haqqında oxuya və ya öyrənə və ondan təsirlənməyə. Mən İmam Hüseyn (ə) haqqında oxuyurdum və ümumilikdə Kərbəlada baş verənləri oxudum. Və bu, mənim məsələmə öz möhürünü vurdu. Gördüm ki, bu, həqiqi ibadətdir, fədakar əməldir. Orada baş verən faciə həm də qələbə idi. Mən vurğulamaq istəyirəm ki, bu, faciə idi, amma düşünürəm ki, bu, eyni zamanda, İslamın çox böyük qələbəsi idi. O zaman dedim ki, hə mən indi müsəlman oldum. Sonra mən evə gələndə bu xəbəri həyat yoldaşıma dedim. O, heç də sevinmədi. Buna görə də sonradan düşündüm ki, bunu mən bir az fərqli şəkildə deyə bilərdim. Yenə də deyirəm mən bunun belə olacağını gözləmirdim. Mən gözləmirdim ki, mənim Quran oxumağım və İmam Hüseyn (ə) haqqında öyrənməyim məni İslama gətirə bilər.

Рейтинг

В этом разделе