»»

"Əli olmasaydı, Ömər həlak olardı" rəvayətinin mənbələri

Bu ifadə ikinci xəlifə Ömər b. əl-Xəttab tərəfindən bir çox müxtəlif şəraitlərdə və zamanlarda səslənmişdir. İlk öncə biz bu rəvayətin şiə və sünni mənbələrini qeyd edəcək, daha sonra isə Ömərin bu ifadəni səsləndirdiyi bir neçə rəvayəti qeyd edəcəyik.

Şiə mənbələri:

1. Kuleyni, əl-Kafi, c.7, s.424

2. ət-Tusi, Təhzib əl-Əhkam, c.6, s.505; c.10, s.50

3. əs-Səduq, Mən la Yəhzuruhu əl-Fəqih, c.4, s.36

4. əl-Müfid, əl-İxtisas, s.111 və 149

5. İbn Şəhr Aşub, Mənaqib Ali Əbu-Talib, c.1, s.311

6. ibn Rüstəm ət-Təbəri, əl-Müstərşid, s.548 və 583

7. Qadi Numan, Şərh əl-Əxbar, c.2, s.319

8. əl-Bəhrani, Mədinət əl-Məaciz, c.2, s.460 və c.5, s.71

9. Seyyid əl-Murtəza, əş-Şafi fi əl-İmamə, c.1, s.203 və c.3, s.130

10. əl-Hilli, Minhac əl-Kəramə, s.18

11. Seyyid ibn Tavus, ət-Təraif, s.255 və 516

Sünni mənbələri:

1. İci, əl-Məvaqif, c.2, s.627 və 636

2. Təftəzani, Şərh Məqasid, c.2, s.294

3. Fəxr Razi, ət-Təfsir əl-Kəbir, c.21, s.22

4. ibn Əbil-Hədid, Şərh Nəhcül-Bəlağə, c.1, s.18 və c.12, s.179

5. əl-Bəqillani, ət-Təmhid əl-Əvail fi Təlxis əd-Dəlail, c.1, s.476 və 547

6. ibn Mərdəveyh, Mənaqib Əli b. Əbu Talib, s.88

7. əl-Qunduzi, Yanəbi əl-Məvəddə, c.1, s.216; c.2, s.172 və c.3, s.147

8. ibn Quteybə, Təvil Müxtəlif əl-Hədis, c.1, s.162

9. əl-Məvardi, əl-Havi əl-Kəbir, c.12, s.115 və c.13, s.213

10. Səmaani, Təfsir Səmaani, c.5, s.154

11. əz-Zəməxşəri, əl-Müfəssəl fi Sənət əl-Ərab, c.1, s.432

12. Əbu Bəkr ibn Ərabi, əl-Əvasim min əl-Qəvasim, c.1, s.203

13. ər-Rəmli, Haşiyət ər-Rəmli, c.4, s.39

14. Saudi Ğazi Amiri, əl-Cid əl-Həsis, c.1, s.186

15. Muhəmməd b. Muhəmməd əl-Xadəmi, Bariqat Mahmudiyyə, c.2, s.108

16. Muhəmməd Aliş, Mən əl-Cəlil, c.9, s.648

17. Qazi Əbdül-Nəbi Nukri, Dəstur əl-Üləma, c.1, s.80

 

Ömərin bu ifadəni işlətdiyi bəzi hadisələr

Rəvayət 1: Ömər iki günahsız qadını daşqalaq etməyi qərara alır

قال أحمد ابن زهير حدثنا عبيد الله بن عمر القواريري حدثنا مؤمل بن إسماعيل حدثنا سفيان الثوري عن يحيى بن سعيد عن سعيد بن المسيب قال كان عمر يتعوذ بالله من معضلة ليس لها أبو الحسن وقال في المجنونة التي أمر برجمها وفى التي وضعت لستة أشهر فأراد عمر رجمها فقال له على إن الله تعالى يقول وحملة وفصاله ثلاثون شهرا الحديث وقال له إن الله رفع القلم عن المجنون الحديث فكان عمر يقول لولا على لهلك عمر

Əhməd b. Zuheyr dedi: bizə Ubeydullah b. Ömər əl-Qəvariri rəvayət etdi, bizə Muammil b. İsmail rəvayət etdi, bizə Süfyan əs-Sövri Yəhya b. Səiddən, o da Səid b. əl-Musəyyibdən rəvayət edərək dedi ki: Ömər (qarşılaşdığı problemlərin) həlli üçün Əbül-Həsənin (Hz.Əli) olmadığı çətinliklərdən Allaha sığınırdı. Ömər (eyni ifadəni) dəli qadının daşqalaq edilməsini və hamilə olduqdan 6 ay sonra uşaq dünyaya gətirmiş qadının daşqalaq edilməsini əmr etdiyi zaman da söyləmişdi. Əli ona dedi: Allah-Təala buyurub: "Onun (bətndə) daşınma və süddən kəsilmə müddəti otuz ay çəkir" (Əhqaf surəsi, 46:15). Həmçinin buyurdu: "Həqiqətən Allah dəlinin üzərindən (ağıllanana qədər) məsuliyyəti götürmüşdür". Bundan sonra Ömər dedi: "Əgər Əli olmasaydı, Ömər həlak olardı".

ibn Əbdül-Birr, əl-İstiab, c.3, s.1303

RƏVAYƏTİN SƏNƏDİNİN ARAŞDIRILMASI:

1. Səid b. əl-Müsəyyib

O, Buxarinin ravilərindəndir. İbn Həcər onun barəsində yazır:

سعيد بن المسيب ... أحد العلماء الأثبات الفقهاء الكبار من كبار الثانية اتفقوا على أن مرسلاته أصح المراسيل وقال ابن المديني لا أعلم في التابعين أوسع علما منه.

Səid b. əl-Müsəyyib... böyük, güclü, elmli alimlərdən biridir. Onun hədislərinin ən yaxşılar arasında olması barədə yekdil fikir var. İbn əl-Mədini dedi: Mən tabeinlər arasında ondan elmlisini görmədim.

İbn Həcər əl-Əsqəlani, Təqrib ət-Təhzib, c.1, s.364

2. Yəhya b. Səid

Buxarinin ravilərindəndir. əz-Zəhəbi onun barəsində deyib:

يحيى بن سعيد بن قيس بن عمرو ، الإمام أبو سعيد الأنصاري ، قاضي السفاح ، عن أنس ، وابن المسيب ، وعنه مالك ، والقطان ، حافظ فقيه حجة ، مات 143

Yəhya b. Səid b. Qeys b. Əmr, imam Əbu Səid əl-Ənsari, Qazi əl-Səffah. Ənəs, ibn əl-Müsəyyib, Malik və əl-Qəttana görə hafiz, fəqih və höcəətdir. Hicrətin 143-cü ilində vəfat etmişdir.

əz-Zəhəbi, əl-Kaşif fi mərifəti mən ləhu rivayət fi əl-kütub əs-sittə, c.2, s.366

İbn Həcər deyib:

يحيى بن سعيد بن قيس الأنصاري المدني أبو سعيد القاضي ثقة ثبت ، من الخامسة مات سنة أربع وأربعين أو بعدها / ع

Yəhya b. Səid b. Qeys əl-Ənsari əl-Mədəni, Əbu Səid əl-Qazi, siqə səbtdir.

İbn Həcər əl-Əsqəlani, Təqrib ət-Təhzib, c.2, s.303

3. Süfyan əs-Sövri

Buxarinin ravilərindəndir. əl-Mizzi deyib:

وقال شعبة ، وسفيان بن عيينة ، وأبو عاصم النبيل ، ويحيى بن معين ، وغير واحد من العلماء : سفيان أمير المؤمنين في الحديث

Şöbə, Süfyan b. Üyeynə, Əbu Asim ən-Nəbil, Yahya b. Muin və digər alimlər deyiblər: Süfyan hədisdə "əmiril-muminin"di.

əl-Mizzi, Təhzib əl-Kamal, c.11, s.165

4. Muammil b. İsmail

əz-Zəhəbi onun barəsində deyir:

مؤمل بن إسماعيل البصري العمري مولاهم ... قال أبو حاتم : صدوق شديد في السنة كثير الخطأ ... مات 206 . ت س ق

Muammil b. İsmail əl-Bəsri əl-Umari... Əbu Hatim deyib: səduqdur, sünnəyə çox yaşı bələddir, ancaq çox səhv edib... hicrətin 206-cı ildə vəfat edib.

əz-Zəhəbi, əl-Kaşif, c.2, s.309

İbn Həcər deyib:

قال ابن أبي خيثمة عن ابن معين ثقة وقال عثمان الدارمي قلت لابن معين أي شئ حاله فقال ثقة قلت هو أحب إليك أو عبيد الله يعني ابن موسى فلم يفضل وقال أبو حاتم صدوق شديد في السنة كثير الخطأ

İbn Xeysəmə deyir ki, İbn Muin onu siqə hesab edib... Osman əl-Darimi dedi: İbn Muindən onun halı barədə soruşdum. O dedi: siqədir. Mən dedim: Sən onu Uneydullahdan (İbn Musanı nəzərdə tutur) da üstün sayırsan? O isə onların birini digərinə üstün hesab etmədiyii söylədi. Əbu Hatim dedi: səduqdur, sünnəyə çox yaşı bələddir, ancaq çox səhv edib.

İbn Həcər, Təhzib ət-Təhzib, c.10, s.340

İbn Səd də özünün "Təbaqat əl-Kübra" kitabında onun "siqə" olduğunu lakin çox səhv etdiyini qeyd etmişdir.

Bəziləri onun siqə olduğuna baxmayaraq, bu hədisin də onun səhvlərindən biri olduğunu iddia edə bilərlər. Cavabında deyirik ki, bunu idda etməzdən öncə isbat etməlisiniz. Ömərin bu ifadəsi çox məşhurdur və bir çoxları bunu rəvayət etmişdirlər. bundan əlavə, Ömərin bu iki qadına daşqalaq əmrini verməsi və Hz.Əlinin (ə.s) bunun qarşısını alması da çox məşhur məsələlərdəndir və səhih sənədlərlə nəql edilmişdir. Lakin bəziləri nədənsə Ömərin "Əli olmasaydı, Ömər həlak olardı" ifadəsini nəql etməyə lüzum görməmişdirlər. Onun əvəzinə "Ömər təkbir gətirdi" demişdirlər.

5. Ubeydullah b. Ömər əl-Qəvariri

Buxarinin ravilərindəndir. əz-Zəhəbi onun barəsində deyib:

عبيد الله بن عمر القواريري أبو سعيد البصري الحافظ روى مائة ألف حديث ... مات في ذي الحجة 235 . خ م د س

Ubeydullah b. Ömər əl-Qəvariri Əbu Səid əl-Bəsri, hafizdir, yüz min hədis nəql etmişdir... hicrətin 235-ci ilində Zilhiccə ayında vəfat etmişdir.

əz-Zəhəbi, əl-Kaşif, c.1, s.685

İbn Həcər deyib:

عبيد الله بن عمر بن ميسرة القواريري أبو سعيد البصري نزيل بغداد ثقة ثبت

Ubeydullah b. Ömər b. Meysərə əl-Qəvariri Əbu Səid... siqə səbtdir.

İbn Həcər, Təqrib ət-Təhzib, c.1, s.637

6. Əhməd b. Zuheyr

İbn Həcər deyib:

احمد بن زهير بن حرب بن شداد ... الحافظ الكبير ابن الحافظ ... قال الخطيب كان ثقة عالما متقنا حافظا بصيرا بأيام الناس وأئمة الأدب

Əhməd b. Zuheyr b. Hərb b. Şəddad... böyük hafizdir, hafiz oğludur... əl-Xətib deyib: O siqədir, alimdir, dəqiq biridir, hafizdir. İnsanların zamanları və ədiblərə yaxşı bələd idi.

İbn Həcər, Lisan əl-Mizan, c.1, s.174

Beləliklə, bu hədisi əhli-sünnə rical elminə əsasən səhih, ən pis halda həsən hesab etmək olar.

Rəvayət 2: Ömər yardım üçün Əlini (ə.s) çağırır

ان رجلا اتى به إلى عمر كأن قال : في جوابهم لما سألوه كيف أصبحت قال : أصبحت أحب الفتنة ، وأكره الحق ، واصدق اليهود والنصارى ، وآمن بما لم أره وأقر بما لم يخلق ، فأرسل عمر إلى علي ( ع ) فلما جاء اخبره بما قال الرجل فقال : صدق قال الله تعالى : إنما أموالكم وأولادكم فتنة ، ويكره الحق يعني الموت ، قال الله تعالى وجائت سكرة الموت بالحق ، وصدق اليهود والنصارى قال الله تعالى : وقالت اليهود ليست النصارى على شئ وقالت النصارى ليست اليهود على شئ ، ويؤمن بما لم يره يعني الله ، ويقر بما لم يخلق يعني الساعة فقال عمر : لولا علي لهلك عمر

Bir gün Ömərin yanına bir şəxsi gətirirlər. Ondan günə necə başladığını soruşduqda cavab verib ki: Günə fitnəni sevən, haqqa nifrət edən halda çıxmışam. Xristian və yəhudilərlə razılaşmışam. Görmədiyim şeyə inanıram, yaradılmamış bir şeyi isə təsdiq edirəm. Ömər Əlini çağırtdırdı və Əli gəldikdə bu adamın dediklərini ona danışdı. Əli dedi: Bu adam haqlıdır. Allah-Təala (Quranda) buyurub: Həqiqətən var-dövlətiniz və övladlarınız (sizin üçün) ancaq bir sınaqdır (ərəbcə: فتنة - fitnə). Və o haqqa nifrət edirəm deyəndə, ölümü nəzərdə tutmuşdur. Necə ki, Allah buyurub: Ölüm sərxoşluğu haqq ilə gələcək. Və o, xristian və yəhudilərlə razılaşıb, necə ki, Allah-Talla buyurub: Yəhudilər: "xristianlar heç bir şeyə əsaslanmırlar" deyir, xaçpərəstlər isə: "yəhudilər heç bir şeyə əsaslanmırlar - deyirlər. O, görmədiyi şeyə inandığını deyəndə Allahı nəzərdə tutmuşdur. Yaradılmamış bir şeyi təsdiq etdiyii deyəndə isə Qiyaməy gününü nəzərdə tutmuşdur. Bundan sonra Ömər dedi: Əli olmasaydı, Ömər həlak olardı".

Zərəndi əl-Hənəfi, Nəzm Durər əs-Simteyn, s.130

Rəvayət 3: Ömər zina etdiyini etiraf edən hamilə qadını daşqalaq etdirmək istəyir

Əhli-sünnənin məşhur kəlam alimlərindən olan Qazi Ədudəddin əl-İcli Peyğəmbərin (s) səhabələri arasında ən elmli şəxsin Əli olduğunu göstərən hədislərin arasında Ömərin altı aydan sonra övlad dünyaya gətirən qadını daşqalaq etdirmək istəməsi barədə rəvayəti qeyd etdikdən sonra aşağıdakı rəvayəti nəql etmişdir:

ونهاه أيضا عن رجم الحاملة التي أقرت عنده بالزنا وقال إن كان لك سلطان عليها فما سلطانك على ما في بطنها فقال عمر في كل واحدة من القضيتين لولا علي لهلك

Və o (Əli) onu (Öməri) zina etdiyini etiraf edən hamilə qadını daşlamaqdan qorudu. Və sonra dedi: "Əgər sənin o qadını daşqalaq etməyə haqqın varsa, bəs o zaman qarnındakı (günahsız) uşağı öldürməyə nə haqqın var?" Hər iki hadisədən sonra Ömər dedi: "Əli olmasaydı, Ömər həlak olardı".

əl-İcli, əl-Məvaqif, c.3, s.636

Bu rəvayətin tam versiyasını qeyd etdikdən sonra əl-Xəvarizmi yazır:

عجزت النساء أن تلدن مثل علي بن أبي طالب ، لولا علي لهلك عمر

Qadınlar Əli b. Əbu Talib kimi bir insan dünyaya gətirməkdə acizdirlər. Əgər Əli olmasaydı, Ömər həlak olardı.

əl-Xəvarizmi, əl-Mənaqib, s.81

Maraqlıdır ki, Ömər Əlinin olmadığı hər bir yerdə Allaha pənah apardığını söyləyirdi. İbn Həcər yazır:

وفي كتاب النوادر للحميدي والطبقات لمحمد بن سعد من رواية سعيد بن المسيب قال كان عمر يتعوذ بالله من معضلة ليس لها أبو الحسن يعني علي بن أبي طالب

Həmidinin "ən-Nəvadir", həmçinin Muhəmməd b. Sədin "ət-Təbəqat" kitablarında Səid b. əl-Musəyyibin belə dediyi rəvayət edilmişdir: Ömər deyərdi ki, Əbül-Həsənin (Əlini nəzərdə tutur) olmadığı bir yerdə hər bir çətinlikdən Allaha pənah aparıram.

İbn Həcər, Fəth əl-Bari, c.13, s.286

Bu ifadə həmçinin aşağıdakı mənbələrdə də qeyd edilmişdir:

1. İbn Əbdül-Birr, əl-İstiab, c.3, s.1103

2. Munəvi, Feyz əl-Qədir, c.4, s.470

3. İbn Əsir, Usd əl-Ğabə, c.4, s.23

4. İbn Həcər, Təhzib ət-Təhzib, c.7, s.296

5. Əhməd əl-Bəkri, Min Həyat Xəlifə Ömər b. əl-Xəttab, s.320

6. əl-Qunduzi, Yanəbi əl-Məvəddə, c.2, s.405

7. əl-Saduni, Tac əl-Arus, c.15, s.497

8. İbn Quteybə, Təvil Müxtəlif əl-Hədis, s.152

9. İbn Əsakir, Tarix Mədinət əd-Diməşq, c.25, s.369 və c.42, s.406

10. əz-Zəhəbi, Tarix əl-İslam, c.3, s.638

11. İbn Kəsir, əl-Bidayə vən-Nihayə, c.7, s.397

12. əl-Mənaqib, əl-Xəvarizmi, s.96 və s.

Рейтинг

В этом разделе