»»

Ailə üzvlərinin adından qurban kəsmək olarmı?

Əhli-sünnə alimi Əhməd ibn Hənbələ oğlu Abdullah sual verir:

فِي الشَّاة يضحى بهَا عَن أهل الْبَيْت
- 971 قَالَ سَأَلت ابي قلت يضحى بِالشَّاة عَن أهل الْبَيْت

قَالَ لَا بَأْس قد ذبح النَّبِي صلى الله عَلَيْهِ وَسلم كبشين قرب أَحدهمَا فَقَالَ بِسم الله هَذَا عَن مُحَمَّد واهل بَيته وَقرب الآخر فَقَالَ بِسم الله اللَّهُمَّ هَذَا مِنْك وَلَك هَذَا عَمَّن وَحدك من أمتِي قَالَ نَحْو هَذَا الْكَلَام

Ailə üzvlərinin adından qoyun qurban kəsmək olarmı?

971-ci məsələ: Atama belə sual verdim: Ailə üzvləri adından qoyun qurban kəsmək olarmı?

Dedi: Problemi yoxdur. Peyğəmbər iki qoç qurban kəsmiş, birini kəsərkən, “Bismillah. Bu, Məhəmmədin və onun Əhli-Beytinin adındandır”, - demiş, digərini kəsərkən isə, “Bismillah. İlahi, bu, Səndəndir və Sənin üçündür. Bu, Səni tək bilən ümmətimin (yaxud: ümmətim arasında Səni tək bilənlərin) adındandır”, - demişdir.

 

Abdullah ibn Əhməd, “Məsailul-imam Əhməd ibn Hənbəl”, səh. 262; “Məktəbətul-İslami” – Səudiyyə Ərəbistanı; təhqiq: Züheyr əş-Şaviş

Рейтинг

В этом разделе