»»

Namazın merac zamanı 50 vaxtdan 5 vaxta endirilməsi barədə

Namazın 50 vaxtdan 5 vaxta endirilməsi barədə Buxari və Müslimdə rəvayətlər vardır

Resûl-i Ekrem Efendimiz, Mirâc gecesinde bir çok İlâhî tecellilere, hitap ve iltifatlara mazhar kılındı. Erkân-ı îmâniyenin hakikatlarını göz ile gördü; melâikeyi, Cenneti, âhireti, hatta Zât-ı Zü’l-Celâl’i müşâhede etti.

Ayrıca bu gecede her gün beş vakitte namaz kılınması emredildi. Cenâb-ı Hak, ilk önce her gün 50 vakit namazı farz kıldı. Peygamber Efendimiz, dönüşünde Hz. Musâ’ya uğrayınca o,
"Allah Taâla, ümmetine neyi farz kıldı?" diye sordu. Peygamber Efendimiz, "50 vakit namazı farz kıldı" dedi.
Hz. Mûsa,
"Rabbine dön ve eksiltmesi için niyazda bulun! Ümmetin, buna takat getiremez" dedi.
Resûl-i Ekrem dönüp Cenâb-ı Hakka yalvardı. Allah Teâla, 10 vakit namazı indirdi.
Resûl-i Ekrem, yine Hz. Musâ’nın yanına döndü,
"Allah, 50 vakit namazdan 10 vaktini indirdi" dedi.
Hz. Mûsa,
"Rabbine dön ve niyazda bulun. Çünkü, ümmetin buna da güç yetiremez" dedi.
Resûl-i Ekrem Efendimiz yine Cenâb-ı Hakka döndü ve niyazda bulundu. Allah Taâla 10 vakit daha indirdi.
Peygamber Efendimiz, tekrar dönüp Hz. Mûsa’nın yanına geldi ve
"Allah, 10 vakit daha indirdi" dedi
Hz. Mûsa yine,
"Rabbine dön ve niyazda bulun! Çünkü, ümmetin buna da güç yetiremez" dedi.
Hz. Resûlullah, yine döndü ve yüce Allah’a niyazda bulundu. Cenâb-ı Hak, yine 10 vakit daha indirdi. Aynı şekilde 10 vakte indirilinceye kadar Peygamber Efendimiz, tekrar tekrar Cenâb-ı Hakka niyazda bulundu.
10 vakte indirilince Resûl-i Kibriyâ Efendimiz, tekrar Hz. Mûsa’ya uğradı. Hz. Mûsa yine söylediklerini tekrarladı:
"Rabbine dön ve yalvar! Ümmetin bunun hakkından da gelemez" dedi.
Resûl-i Kibriyâ, yine dönüp yüce Mevlâ’sına niyazda bulundu. Cenâb-ı Hak şöyle buyurdu:
"Yâ Muhammed, Benim katımda, hüküm değişmez! Onlar, her gece ve gündüzde 5 vakit namazdır. Her namaz için de 10 ecir vardır ki, bu da 50 namaz eder."
Bundan sonra Peygamber Efendimiz, yine dönüp Hz. Mûsa’ya uğradı. Hz. Mûsa,
"Neyle emrolundun?" diye sordu. Peygamberimiz,
"Her gün beş vakit namazla emrolundum" dedi.
Hz. Mûsa,
"Ümmetin her gün beş vakit namaza da güç yetiremez. Ben, senden önce insanları, İsrâiloğullarını çok tecrübe ettim, bilirim. Sen, dön de biraz daha indirmesini Rabbinden niyaz et" dedi.
Fakat Resûl-i Ekrem Efendimiz,
"Rabbime çok niyâz ettim. Bir daha niyazda bulunmaya hayâ ederim"[1] dedi.
Böylece, 5 vakit namaz farz kılındı ve Resûl-i Kibriyâ Efendimiz tarafından Mirâc gecesinin cin ve inse bir hediyesi oldu. [2]
_______________________
[1] İbni Hişâm, Sîre: 2/50; Buharî, 2/328; Müslim, 1/101.
[2] Salih Suruç, Kainatın Efendisi Peygamberimizin Hayatı, Nesil Yayınları: 1/375-376.

http://www.muslumangenc.com/kitaplar/oku/0/2DEN/tarih/Peygamberler%20Tarihi/muhammed/kainatinefendisipeygamberim/07/69.htm

Geniş şəkildə sünni qaynaqlarda və nadir də olsa bəzi şiə qaynaqlarında nəql edilən bu rəvayət, mühəqqiq alimlər tərəfindən rədd edilmişdir. Biz əvvəl bu rəvayətin xülasəsini köçürüb daha sonra təhlilinə keçək.

Bəli, bu rəvayətə görə, beş vaxt namaz Rəsulullah (s. a. a) meraca getdiyində fərz qılınmışdır. Yəni əvvəl 50 vaxt namaz olaraq fərz qılınmış və Rəsulullaha bildirilmişdi. Daha sonra Rəsulullah meracdan dönərkən Hz. Musa (ə.s) ilə qarşılaşır. Hz. Musa, Rəsulullaha geri dönüb hökmün yüngülləşdirilməsini Allahdan istəməsini nəsihət edir; çünki ümmətinin buna gücü çatmayacağını, necə ki Bəni İsrailin də gücünün çatmadığını söyləyir. Rəsulullah da bundan sonra geri dönüb yüngülləşdirmə diləyir; namazlar 40 vaxta endirilir. Geri döndüyündə təkrar Hz. Musayla qarşılaşanda, Hz. Musa geri dönüb bir daha yüngülləşdirilmə diləməsini tövsiyə edir. Bu səfər 30-a endirilir. Sonra yenə eyni şey təkrarlanır. Bu səfər iyirmiyə, ardından 10-a və 5-ə endirilir. Amma Hz. Musa təkrar israr etsə də, Rəsulullah geri dönməyə həya edir və beləcə namazlar beş vaxtda qərar qılınır. Bir başqa rəvayətdə isə, 5-5 azaldılmış və 5-də qərar qılınmışdır.

Burada məşhur Livanlı mühəqqiq alim, Ustad Əllamə Cəfər Mürtəza Amulinin rəvayət haqqındakı mülahizələrini verməklə kifayətlənirik. Belə deyir:

Bu rəvayət bəzi Şiə qaynaqlarda da keçmiş olsa da, bunu qəbul etməmiz mümkün deyil. Mərhum Seyid Mürtəza da rəvayət haqqında belə görüş bildirmişdi: "Bu rəvayət əhəd rəvayətlərdəndir və yəqin ifadə etməz; ayrıca alimlər tərəfindən təz’if edilmişdir (zəif olaraq hesab edilmişdir)." (Tənzihül-Ənbiya, s. 121)

Rəvayət haqqında ağla gələn bəzi suallar və mülahizələri belə sıralaya bilərik:

1- Niyə Allah Təala əvvəl 50 vaxt fərz edir, daha sonra Rəsulullahın müraciətiylə yüngülləşdirmə yoluna gedir? Əgər məsləhət 50 vaxt namazda isə, o zaman yüngülləşdirmənin bir mənası yoxdur. Yox, əgər məsləhət 5 vaxt namazda isə, o zaman başdan 50, daha sonra 40, daha sonra 30, 20 və 10 vaxtın fərz qılınmasının, ya da 5-5 azaldılmasının hikməti nədir?

Hərçənd Seyid Mürtəza kitabında bir ehtimal olaraq belə cavab verilə bilər demişdir: "Mümkündür ki məsləhət əvvəl 50 vaxt olmağı tələb edərkən, Rəsulullahın müraciətindən sonra məsləhət dəyişmiş və 5 vaxt olmağı tələb etmiş ola bilər."

Amma bizə görə Seyidin bu cavabı kafi bir cavab deyil. Çünki əgər Rəsulullah, Allah Təalanın ancaq məsləhət üzrə hökm təşrii etdiyini bilirsə (ki mütləq bilir), o zaman dönüb də hökmü dəyişdirməsini istəməsi necə düşünülə bilər? Bunu düşünmək, məsləhətə uyğun olmayan bir hökmün təşriini istəmək olar ki Allah Elçisi haqqında belə bir şeyin ehtimalını belə vermək əbəsdir.

Əgər burada sırf Rəsulullahın müraciəti və xahişiylə məsləhətin dəyişdiyini söyləsək, bu vəziyyət hər yer və digər bütün hökmlər üçün etibarlı olmalıdır. Halbuki başqa heç bir mövzuda belə bir şey söz mövzusu olmamışdır.

Necə ki Hz. Musanın da yüngülləşdirməyi istəməsinə "ümmətin buna gücü çatmaz" şəklində təqdim etdiyi səbəb, bu təşriin məsləhətə uyğun olmadığını düşündüyü nəticəsini doğurar ki Allah Təala haqqında haşa belə bir ehtimal qeyri-mümkündür; eyni şəkildə istər Hz. Musadan, istərsə Hz. Rəsulullahdan belə bir şeyin sədr olması mümkün deyil.

2- Bir başqa sual budur: "Necə olur da (haşa) Allah Təala İslam ümmətinin 50 vaxt namaza gücü çatmayacağını bilmir, Hz. Musa bilir?!

3- Həmçinin "gücü çatmamaq"da məqsəd nədir? Görəsən bundan məqsəd əqlən mümkün olmayan bir şeydirmi? Əgər bu isə, insanların Allah tərəfindən əqlən mümkün olmayan bir şeylə mükəlləf qılınmasının mümkün olmadığını hamımız bilirik, Quranda da açıq bir şəkildə bəyan edilmişdir.
Əgər məqsəd, çox çətin və məşəqqətli bir hökm olduğu isə, bunun da İslam Şəraitində olmadığını həm hədislər, həm də Qurani Kərim açıqca ortaya qoymuşdur. Məsələn

"Allah sizin üçün ağırlıq deyil, yüngüllük istər" (Bəqərə, 185)
"O (Öz dini üçün) sizi seçdi və dində sizin üçün heç bir çətinlik yeri qoymadı – atanız İbrahimin dini (dinində olduğu) kimi." (Həcc, 78)

Bu söylədiklərimizdən ayrıca bunu da anlamış oluruq ki, Allah Təalanın Bəni İsrailə gücü çata bilməyəcəyi şeylərlə mükəlləf etmiş olması qeyri-mümkündür.

Quranda keçən "Ey Rəbbimiz, (bəzi tapşırıqlarını) unutduqda və ya yanıldıqda bizi cəzalandırma! Ey Rəbbimiz, bizdən əvvəlkiləri yüklədiyin kimi, bizi ağır yükləmə! Ey Rəbbimiz, gücümüz çatmayan şeyi bizə yükləyib daşıtdırma!" cümləsindən məqsəd, qeyri-mümkün şeylər deyil; günahların ağır və məşəqqətli cəzalarıdır. Ya da dünyada həlak-yox etmə cəzasıdır.

4- Bir sual da budur ki Hz. Musa, guya İslam ümmətinin gücü çata bilməyəcəyindən bəhs edərkən, Bəni İsraili də nümunə olaraq zikr etdiyindən və necə ki "Bəni İsrailin də gücü çatmamışdı" dediyindən bəhs edir rəvayət... Əgər vəziyyət budursa, yaxşı necə olub da haşa Allah Təala müvəffəqiyyətsiz Bəni İsrail təcrübəsini unudaraq, eyni şeyi İslam ümmətində də təkrarlamaq istəmişdir?!

5- Həmçinin necə olur ki, Hz. Musa bu hökmün ağırlığı və ya qeyri-mümkünlüyünü bilir, peyğəmbərlərin ən üstünü və ən fəzilətlisi olan Rəsulullah (s. a. a) həm də öz ümməti haqqında bunu bilmir, həm də bir dəfə deyil dəfələrcə?! Əgər Hz. Musa olmasaydı, bu xəbərdarlığı etməsəydi, bu ümmətin halı necə olacaqdı?

6- Niyə Allah Təala birinci müraciətdə hökmü 5 vaxta endirmir Elçisi və Həbibini o qədər enib çıxmağa və hətta xəcalətli vəziyyətə düşməyə məcbur edir?

Bütün bunlar bu rəvayətin qəbul edilə bilər bir tərəfi olmadığını açıq bir şəkildə ortaya qoymaqdadır.

Qeyd: Bəzi Şiə qaynaqlarında da nəql edilən bu rəvayət, Mərhum Seyid Mürtəzanın da bəyan etdiyi kimi təzif edilmişdir. Onsuz şiədə heç bir qaynağa 100 % zəmanət verilməmişdir. Amma əgər rəvayətin Əhlibeytə intisabı isbat edilə bilsə, Əhlibeytin belə bir rəvayəti söyləmələrindəki ən güclü ehtimal təqiyyə mühitində olmalarıdır. Yenə də ən doğrusunu Rəbbimiz bilir...

Musa Aydının cavabı ilə...
İsra.Az

Рейтинг

В этом разделе