»»

Möhürə səcdə, yoxsa nəcisə?

Çox eşidirik ki, əhli-sünnə alimləri və cahilləri namazda alınlarını möhürə qoyduqları üçün şiələrə tənə edir, bunun şirk olduğunu və namazı batil etdiyini söyləyirlər. Ancaq qəribədir ki, əhli-sünnənin bir sıra tanınmış alimləri nəcisin üzərinə səcdə etməyi belə məqbul hesab ediblər.

ƏBU HƏNİFƏ SİDİYİN ÜZƏRİNƏ SƏCDƏ ETMƏYİ MƏQBUL HESAB EDİR:

ət-Təhavi yazır:

في النجاسة موضع القدمين أو السجود
بشر بن الوليد عن أبي يوسف عن أبي حنيفة إذا كان في موضع قدميه بول أكثر من قدر الدرهم فصلاته فاسدة ولا تفسد عليه في موضع السجود

Bişr b. Vəlid Əbu Yusufdən, o da Əbu Hənifədən rəvayət edir:
Namaza durulan (iki ayağın qoyulduğu) yerdə bir dirhəm ölçüsündən çox sidik olsa, o zaman namazı batildir. ancaq (həmin nəcasət) səcdə yerində olsa o zaman namaza xələl gətirməz.

ət-Təhavi, Müxtəsər İxtilaful-üləma, c.1, s.261 (onlayn: c.1, s.88)

ət-Təhavini tanımayan oxucular üçün əz-Zəhəbinin onun barəsində bəzi fikirlərini qeyd edirik:

الطحاوي الإمام العلامة الحافظ الكبير محدث الديار المصرية وفقيهها أبو جعفر أحمد بن محمد بن سلامة بن سلمة بن عبد الملك الأزدي الحجري المصري الطحاوي الحنفي صاحب التصانيف من أهل قرية طحا من أعمال مصر مولده في سنة تسع وثلاثين ومئتين
وبرز في علم الحديث وفي الفقه وتفقه بالقاضي أحمد بن أبي عمران الحنفي وجمع وصنف
ذكره أبو سعيد بن يونس فقال عداده في حجر الأزد وكان ثقة ثبتا فقيها عاقلا لم يخلف مثله ثم ذكر مولده وموته
... أخبرنا الشيخ أبو إسحاق في طبقات الفقهاء قال وأبو جعفر الطحاوي انتهت إليه رئاسة أصحاب أبي حنيفة بمصر

ət-Təhavi - imam, əllamə, hafiz, Misirin böyük mühəddis və fəqihlərindəndir. Əbu Cəfər Əhməd b. Muhəmməd b. Səlaamə b. Sələmə b. Əbdül-Məlik əl-Əzdi əl-Hicri əl-Misri ət-Təhavi əl-Hənəfi. Çox sayda kitab müəllifidir. Misirin ətrafında yerləşən Təha kəndində hicrətin 239-cu ilində anadan olmuşdur. Hədis və fiqh üzrə heyrətamiz elmə sahib idi, Əhməd b. Əbu İmran əl-Hənəfinin tələbəsi olmuş (fiqhi öyrənmişdir), çox sayda kitablar yazmışdır.
Əbu Səid b. Yunis onun adını çəkərək demişdir: ... O, siqə, səbt, fəqih və aqil biri idi. Biz heç zaman onun kimisini görməmişdik.
Şeyx Əbu İshaq "Təbəqatul-fuqəha" kitabında yazır: Əbu Cəfər ət-Təhavi Misirdə Əbu Hənifə ardıcıllarının rəhbəri oldu.

əz-Zəhəbi, Siyər aləmun-Nubəla, c.15, s.27

 

ƏBU HƏNİFƏ NƏCİS YERƏ SƏCDƏ ETMƏKDƏ EYİB GÖRMÜR:

روى أبو يوسف عن أبي حنيفة رحمهما الله أن النجاسة في موضع السجود لا تمنع عن الجواز

Əbu Yusif rəvaəyt edir ki, Əbu Hənifə (r.a) səcdə yerində nəcasətin olması (ibadət edənin) oraya səcdə etməsini qadağan etmir.

Əbdül-Əziz əl-Buxari, Kəşful-əsrar, c.2, s.490

Əbdül-Əziz əl-Buxarini tanımayanlar üçün onun barəsində məlumat verməyi lazım bildik:

عبدالعزيز بن أحمد بن محمد البخاري الإمام البحر فى الفقه والأصول تفقه على عمه الإمام محمد النايمرغي من تصانيفه شرح أصول الفقه للبزدوي و

Əbdül-Əziz b. Əhməd b. Muhəmməd əl-Buxari, imamdır, fiqh və üsul elmlərində sanki bir dəniz idi. O, əmisi İmam Muhəmməd ən-Neymərğinin nəzarəti altında təhsil almışdır. Onun müəllifi olduğu kitabların arasında "Şərh üsul əl-fiqh lil-Bəzdəvi...

əl-Qəraşi, əl-Cəvahir əl-Məziyyə fi Təbəqat əl-Hənəfiyyə, c.1, s.317, №846

 

HƏNƏFİLƏR İNANIRLAR Kİ, KİÇİK HƏCMDƏ NƏCİS HARDA OLMASINDAN ASILI OLMAYARAQ NAMAZI POZMUR:

Hənəfi məzhəbinin nümayəndələrindən olan Əla əd-Din əl-Kaşani yazır:

وَإِنْ كانت النَّجَاسَةُ في مَكَانِ الصَّلَاةِ فَإِنْ كانت قَلِيلَةً تَجُوزُ على أَيِّ مَوْضِعٍ كانت لِأَنَّ قَلِيلَ النَّجَاسَةِ عَفْوٌ في حَقِّ جَوَازِ الصَّلَاةِ عِنْدَنَا على ما مَرَّ وَإِنْ كانت كَثِيرَةً فَإِنْ كانت في مَوْضِعِ الْيَدَيْنِ وَالرُّكْبَتَيْنِ تَجُوزُ عِنْدَ أَصْحَابِنَا الثَّلَاثَةِ وَعِنْدَ زُفَرَ وَالشَّافِعِيِّ لَا تَجُوزُ وَجْهُ قَوْلِهِمَا أَنَّهُ أَدَّى رُكْنًا من أَرْكَانِ الصَّلَاةِ مع النَّجَاسَةِ فَلَا يَجُوزُ

Əgər nəcasət ibadət olunan yerin səthindədirsə (üzərindədirsə), o zaman namaz nəcasətin hansı tərəfdə olmasından asılı olmayaraq icazəlidir. Çünki, bizə görə kiçik miqdarda nəcasət icazəlidir, əgər çox olsa və iki əlin və iki dirsəyin qoyulduğu məkanda olsa, o zaman bizlərdən 3 nəfərin (Əbu Hənifə, Əbu Yusif və Muhəmməd Şeybani) fikrinə görə icazəlidir, Zufər (Əbu Hənifənin tələbəsi) və Şafeiyə görə isə icazəli deyil. Onlar iddia edirlər ki. bu halda (ibadət edən şəxs) namazın rüknlərindən olan bir rüknü nəcasət üzərinə etmiş olur, ona görə də bu icazəli deyil.

əl-Kəşani, əl-Bədai əs-Sənai fi Tərtib əl-Şərai, c.1, s.82 (onlayn c.1, s.355)

əs-Suduni onun barəsində yazır:

أبو بكر بن مسعود بن أحمد الكاشاني علاء الدين ملك العلماء ... وكان للكاشاني وجاهة وخدمة وشجاعة وكذا قال ابن العديم سمعت قاضي العسكر يقول قدم الكاشاني دمشق فحضر إليه الفقهاء وطلبوا منه الكلام فعينوا مسائل كثيرة فجعل يقول ذهب إليها من أصحابنا فلان وفلان فلم يزل كذلك حتى أنهم لم يجدوا مسألة إلا وقد ذهب إليها واحد من أصحاب أبي حنيفة فأنفض المجلس ولم يتكلموا معه

Əbu Bəkr b. Məsud b. Əhməd əl-Kəşani - alimlərin şahiıdır (Malik əl-Üləma) . əl-Kəşaninin xüsusi dərəcəsi və xidməti olub, həmçinin şücaətli şəxs idi. İbn əl-Adim dedi: Qazi əl-Əskərin belə dediyini eşitdim: əl-Kəşani Dəməşqə gələndə alimlər onu görmək üçün bir yerə toplaşdılar və ondan danışmağı xahiş etdilər. Onlar bir çox məsələ barədə danışdılar, nə sual verirdilərsə, o (əl-Kəşani) da cavab verirki, əshabımızdan filan və filan şəxslər (Əbu Hənifənin ardıcıllarından) bu cür hökm vermişdirlər. Söhbət o yerə qədər davam etdi ki, Əbu Hənifənin ardıcıllarının hökm verdiyi məsələ qalmadı. Ona görə də toplantı yekunlaşdı və daha ona sual vermədilər.

əs-Suduni, Tac əl-Təracim, c.1, s.328

İndi əhli-sünnə nümayəndələrinə sual veririk: Seyyidi Şühəda İmam Hüseynin türbəti üzərinə səcdə etmək yaxşıdır, yoxsa nəcis yerlərə?

Рейтинг

В этом разделе