Rəhman və Rəhim olan Allahın adı ilə. Həmd olsun aləmlərin Rəbbi olan Allaha! Allahın salam və salavatı Peyğəmbərimiz Muhəmməd (s) və pak Əhli-Beytinin (ə) üzərinə olsun. Allahın, mələklərin və bütün möminlərin lənəti olsun öncəkilərdən və sonrakılardan olan bütün düşmən və qatillərinə!
Hər şeydən əvvəl möminlər buna diqqət etməlidirlər ki, biz dinimizi, əqidə və fiqhimizi əldə etmək üçün, müxaliflərin kitablarına ehtiyac duymuruq. Bizim bu barədə mötəbər qaynaq kitablarımız var ki, dini məsələlərimizi onlardan əldə edirik. Müəyyən ixtilaflı mövzularda qarşı tərəfin kitablarına müraciət etməyimizin səbəbi budur ki, məsələnin həqiqətini onlara sübut edə bilək. Həqiqətdə isə o kitabların bizim üçün əhəmiyyəti yoxdur..
Tarixin ürək yandıran səhifələrindən biri də Xanım Zəhranın (s.ə) evinə hücum edilməsidir. Bəli... Nə qədər ağır və kədərli olsa da bu, tarixi bir həqiqətdir... Əbu Bəkr xilafəti qəsb etdikdən sonra, Ömər ibn Xəttabı Əhli-Beytdən (ə) beyət almaq üçün Xanım Zəhranın (s.ə) evinə göndərir. Bu hadisənin nəticəsində evin qapısı önündə alov qalanaraq onu yandırmaq istəyirlər. Ömər od gətirib qapını yandırdı, qapı yanmağa başladıqda onu sındırıb içəri daxil oldu. Daha sonra, Xanım Zəhra (s.ə) qapı ilə divar arasında qalaraq ağır şəkildə zədələnir və mübarək bətnindəki körpəsi Muhsini (ə) itirir. Xanımın (s.ə) özü isə, aldığı zədə və zərbələr nəticəsində bir müddət sonra şəhid olur...
Bu tarixi hadisə şiə mənbələrində təfsilatı ilə qeyd edilmişdir. Təəssüflər olsun ki, sünni mənbələrində bu, geniş şəkildə nəql edilməmiş, onlar sadəcə olaraq bu tarixi cinayətin müəyyən hissələrini qeyd etməklə kifayətlənmişlər. Bu isə təbii bir haldır. Çünki əgər həqiqət olduğu kimi göstərilsəydi bu gün sünni məzhəbində təəssübkeş və axmaqlardan başqa heç kəs qalmazdı. Buna görə də təhrif qələmləri işə düşərək, bu böyük cinayəti örtbasdır etməyə çalışmışlar. Amma bununla belə yenə də sünni mənbələrində bu hadisənin əslini tapmaq mümkündür. Bəsirət və insaf əhli az olan bu məlumatlara təəssübdən uzaq şəkildə nəzər edib düşünsələr, hökmən həqiqəti anlayar və qəbul edərlər.
Biz bu məqalədə İbn Əbu Şeybənin "əl-Musənnəf"-də nəql etdiyi rəvayət ilə bağlı mətnə və sənədə gətirilən şübhələrə cavab verəcəyik.
Məşhur əhli-sünnə alimi İbn Əbu Şeybə özünün “əl-Musənnəf” kitabında nəql edir:
حدثنا محمد بن بشر، حدثنا عبيد الله بن عمر، حدثنا زيد ابن أسلم، عن أبيه أسلم : أنه حين بويع لأبي بكر بعد رسول الله صلى الله عليه وسلم كان علي والزبير يدخلان على فاطمة بنت رسول الله صلى الله عليه وسلم فيشاورونها ويرتجعون في أمرهم، فلما بلغ ذلك عمر بن الخطاب خرج حتى دخل على فاطمة فقال: يا بنت رسول الله صلى الله عليه وسلم! والله ما من الخلق أحد أحب إلينا من أبيك، وما من أحد أحب إلينا بعد أبيك منك، وايم الله ما ذاك بمانعي إن اجتمع هؤلاء النفر عندك أن آمر بهم أن يُحرق عليهم البيت. قال: فلما خرج عمر جاؤوها فقالت: تعلمون أن عمر قد جاءني وقد حلف بالله لئن عدتُم ليحرقن عليكم البيت وايم الله ليمضينَ لِما حلف عليه، فانصرفوا راشدين، فَرُوا رأيكم ولا ترجعوا إلي، فانصرفوا عنها، فلم يرجعوا إليها حتى بايعوا لأبي بكر.
Bizə Muhəmməd ibn Bişr nəql edib dedi: “Bizə Ubeydullah ibn Ömər nəql edib dedi: “Bizə Zeyd ibn Əsləm atası Əsləmdən nəql edib dedi: “Allah Rəsulundan (s) sonra Əbu Bəkrə beyət edildiyində Əli və Zubeyr Fatimə bint Rəsulullahın (s) yanına daxil olur, onunla məşvərət edirdilər. Bu xəbər Ömərə çatınca (evindən) çıxıb Fatimənin yanına daxil oldu. Dedi: “Ey Allah Rəsulunun (s) qızı, Allaha and olsun ki, sənin atan qədər bizə əziz olan bir kəs yoxdur, sənin atandan sonra da sənin qədər bizə əziz olan bir kəs yoxdur. Lakin, Allaha and olsun ki, bu (xüsusiyyətin) bu şəxslər sənin evinə yığışacaqları təqdirdə evin onlarla birlikdə yandırılması əmrini verməyimə mane ola bilməz!” Ömər çıxanda onlar Fatimənin yanına gəldilər. Fatimə onlara dedi: “Bilirsinizmi ki, Ömər mənim yanıma gəlib Allaha and içdi ki, əgər yenə də bura gəlsəniz, evi sizinlə birlikdə yandıracaq! And olsun ki, o and içdiyi şeyi mütləq edəcək. Elə isə alnıaçıq halda geri dönün, özünüz bir qərara gəlin və mənim yanıma gəlməyin”. Onlar da Fatimənin yanından ayrıldılar və Əbu Bəkrə beyət edənə qədər onun yanına qayıtmadılar”.
İbn Əbu Şeybə, “əl-Musənnəf”, cild 20, səhifə 579, hədis 38200, Təhqiq: Məhəmməd Əvvamə, Nəşr: “Darul-Qiblə lis-Səqafətul-İslamiyyə”, 1427/2006-cı il.

Əvvəlcə hədisin sənədinə nəzər salaq:
1. Muhəmməd ibn Bişr.
Əli ibn Həcər əl-Əsqalani yazır:
محمد بن بشر العبدي أبو عبد الله الكوفي ثقة حافظ
“Məhəmməd ibn Bişr əl-Əbdi, Əbu Abdullah əl-Kufi. Siqadır, Hafizdir”.
Əli ibn Həcər əl-Əsqalani, “Təqribut-Təhzib” kitabı, cild 1, səhifə 828, ravi 5793, Təhqiq: Əbul-Əşbal sağir Əhməd Şağif əl-Pakistani, Nəşr: “Darul-Asimə”, hicri 1421-ci il.


2. Ubeydullah ibn Ömər.
Əli ibn Həcər əl-Əsqalani yazır:
عبيد الله بن عمر بن حفص بن عاصم بن عمر بن الخطاب العمري المدني أبو عثمان ثقة ثبت
“Ubeydullah ibn Ömər ibn Həfs ibn Asim ibn Ömər ibn Xəttab əl-Əmri, əl-Mədəni, Əbu Osman. Siqadır, səbtdir”.
Əli ibn Həcər əl-Əsqalani, “Təqribut-Təhzib” kitabı, cild 1, səhifə 643, ravi 4353, Təhqiq: Əbul-Əşbal sağir Əhməd Şağif əl-Pakistani, Nəşr: “Darul-Asimə”, hicri 1421-ci il.


3. Zeyd ibn Əsləm.
Əli ibn Həcər əl-Əsqalani yazır:
زيد بن أسلم العدوي مولى عمر أبو عبد الله وأبو أسامة المدني، ثقة عالم
“Zeyd ibn Əsləm əl-Ədəvi Ömərin quludur. Əbu Əbdullah. Atası Əbu Əsləm əl-Mədənidir. Siqadır, alimdir”.
Əli ibn Həcər əl-Əsqalani, “Təqribut-Təhzib” kitabı, cild 1, səhifə 350, ravi 2129, Təhqiq: Əbul-Əşbal sağir Əhməd Şağif əl-Pakistani, Nəşr: “Darul-Asimə”, hicri 1421-ci il.

4. Əsləm.
Əli ibn Həcər əl-Əsqalani yazır:
أسلم العدوي مولى عمر ثقة مخضرم
“Əsləm əl-Ədəvi, Ömərin quludur. Siqadır, Muxtadramdır”.
Əli ibn Həcər əl-Əsqalani, “Təqribut-Təhzib” kitabı, cild 1, səhifə 135, ravi 410, Təhqiq: Əbul-Əşbal sağir Əhməd Şağif əl-Pakistani, Nəşr: “Darul-Asimə”, hicri 1421-ci il.


Beləliklə hədisin sənədində yer alan bütün ravilər güvənilən və etimad olunan ravilərdir. Buna görə də hədisin sənədi səhihdir.
HƏDİSİN SƏNƏDİ BARƏDƏ EDİLƏN ŞÜBHƏLƏRƏ CAVAB
Şübhə: Əsləm siqadır, Əsləmə qədər olan ravilər də siqadır. Rəvayət siqa ravilərdən gəlib çatıb. Amma Əsləm bu hadisəyə şahid olmayıb. Və ya bu şəkildə də şübhə gətirənlər var: “Əsləm, Ömərdən Xanım Fatimə (s.ə) ilə dialoqunu eşitmiş ola bilər. Amma Xanım Fatimənin (s.ə) İmam Əli (ə) və Zubeyrlə dialoquna şahid olmayıb”.
Cavabımız: Əsləm bu hadisəyə şahid olduğunu iddia etmir. Bəs bunu iddia etməsi vacibdirmi? Xeyr, deyil. Çünki bir çox ravilər hadisəyə birbaşa şahid olmasalar da, eşitdiklərini nəql etmişlər və həmişə isnadı açıq şəkildə göstərməyiblər. Bu kimi nümunələr mövcuddur və Allahın izni ilə onları təhlil edəcəyik.
Əsləm Ömərin azad edilmiş köləsidir. İddia edənlərin özlərinin də qəbul etdiyi kimi, o, Ömərə çox yaxın olmuş və onunla on il birlikdə yaşamışdır. Belə olan halda, bu hadisəni Ömərdən eşitməməsi qeyri-mümkündür. Əgər desələr ki, “Əsləm bunu Ömərdən eşitməyib”, onda belə çıxır ki, sizin iddanıza görə o bunu həmin dövrdə hələ mövcud olmayan şiələrdən eşidib. Bu isə mümkünsüzdür. Deməli, iddianız əsassızdır və məqsəd yalnız rəvayətə şəkk salmaqdır. Niyə? Çünki rəvayətdə sizin maraqlarınıza uyğun olmayan məqamlar var.
Əsləm siqa ravidir və müdəllis kimi tanınmır. Yəni, eşitmədiyi bir şəxsdən hədis nəql edib, onu özündən eşitmiş kimi göstərən ravi deyil. Bu xüsusda alimlər ona qarşı heç bir ittiham irəli sürməmişlər. Əgər belə bir hal olsaydı, rical kitablarında qeyd olunardı. Əksinə, Əsləm siqa sayılır və müxaliflərin nəzərində “sələfi salihin”dəndir. Çünki “xayrul-qurun” dövründə yaşamış, Ömərə çox yaxın olmuş və bu xəbəri Ömərdən eşidib.
İndi sual budur: Əsləm və onun kimisi olan ravilərin iştirak etmədikləri hadisələri nəql etdiklərini qəbul ediriksə, niyə bu rəvayətini qəbul etməyək? Əgər siqa bir ravinin hadisəyə şahid olmaması rəvayəti rədd etməyə səbəbdirsə, onda Əbu Hureyrə, Aişə, İbn Zubeyr, İbn Ömər və digərlərinin iştirak etmədikləri bütün rəvayətləri də kənara qoymaq lazım gələrdi. Bu isə tarix araşdırması və rəvayət tənqidi üsulu olmaz.
İndi isə Əsləmdən nəql olunan bu rəvayətin mürsəl olub-olmamasını araşdıracağıq. Bu xəbərin mürsəl olduğuna hökm vermək olarmı? Bunu birlikdə dəyərləndirəcəyik. İlk olaraq Buxaridəki bir rəvayətə nəzər salaq:
حَدَّثَنَا إِسْمَاعِيلُ، قَالَ حَدَّثَنِي مَالِكٌ، عَنْ زَيْدِ بْنِ أَسْلَمَ، عَنْ أَبِيهِ، أَنَّ رَسُولَ اللَّهِ صلى الله عليه وسلم كَانَ يَسِيرُ فِي بَعْضِ أَسْفَارِهِ وَعُمَرُ بْنُ الْخَطَّابِ يَسِيرُ مَعَهُ لَيْلاً فَسَأَلَهُ عُمَرُ عَنْ شَىْءٍ فَلَمْ يُجِبْهُ رَسُولُ اللَّهِ صلى الله عليه وسلم ثُمَّ سَأَلَهُ فَلَمْ يُجِبْهُ ثُمَّ سَأَلَهُ فَلَمْ يُجِبْهُ، فَقَالَ عُمَرُ ثَكِلَتْكَ أُمُّكَ نَزَرْتَ رَسُولَ اللَّهِ صلى الله عليه وسلم ثَلاَثَ مَرَّاتٍ كُلَّ ذَلِكَ لاَ يُجِيبُكَ، قَالَ عُمَرُ فَحَرَّكْتُ بَعِيرِي حَتَّى كُنْتُ أَمَامَ النَّاسِ وَخَشِيتُ أَنْ يَنْزِلَ فِيَّ قُرْآنٌ فَمَا نَشِبْتُ أَنْ سَمِعْتُ صَارِخًا يَصْرُخُ ـ قَالَ ـ فَقُلْتُ لَقَدْ خَشِيتُ أَنْ يَكُونَ نَزَلَ فِيَّ قُرْآنٌ ـ قَالَ ـ فَجِئْتُ رَسُولَ اللَّهِ صلى الله عليه وسلم فَسَلَّمْتُ عَلَيْهِ فَقَالَ لَقَدْ أُنْزِلَتْ عَلَىَّ اللَّيْلَةَ سُورَةٌ لَهِيَ أَحَبُّ إِلَىَّ مِمَّا طَلَعَتْ عَلَيْهِ الشَّمْسُ ثُمَّ قَرَأَ {إِنَّا فَتَحْنَا لَكَ فَتْحًا مُبِينًا}
Bizə İsmail danışdı və dedi: “Mənə Malik danışdı, Zeyd ibn Əsləmdən, o da Atasından (Əsləmdən): “Peyğəmbər (s) səfərlərinin birində gecə vaxtı hərəkət edirdi. Ömər də onunla birlikdə idi. Ömər ona bir sual verdi, lakin Allah Rəsulu (s) cavab vermədi. Sonra yenidən soruşdu, amma yenə cavab almadı. Üçüncü dəfə də eyni sualı təkrar etdi, lakin Allah Rəsulu (s) bu dəfə də cavab vermədi. Nəhayət, Ömər belə dedi: “Anan yasında ağlasın ey Ömər! Sən Rəsulullaha üç dəfə israrla sual verdin, amma o, sənə cavab vermədi. Dəvəmi hərəkət etdirib ordudakıların önünə keçdim. Haqqımda bir Quran ayəsinin nazil olacağından qorxurdum. Az keçmiş bir nəfərin məni çağırdığını eşitdim. Öz-özümə dedim: Deməli, qorxduğum başıma gəldi, yəqin ki, haqqımda ayə nazil oldu. Sonra Allah Rəsulunun (s) hüzuruna gəldim və ona salam verdim. O da salamımı aldı və buyurdu: “Bu gecə mənə bir surə nazil oldu. Həqiqətən, bu surə mənim üçün günəşin doğduğu hər şeydən daha sevimlidir. Sonra “Həqiqətən, Biz sənə açıq-aydın bir fəth bəxş etdik” ayəsi ilə başlayan Fəth surəsini oxudu”.
Muhəmməd ibn İsmayıl, “Səhih Buxari”, səhifə 1280, hədis 5012. Nəşriyyat: Dar İbn Kəsir, Beytur/Diməşq, 1423/2002.

Diqqət etsəniz, daha sonra rəvayətin məzmunu dəyişir və (قَالَ عُمَرُ) — “Ömər dedi” ifadəsi keçir. Bəs bunu kim nəql edir? Əsləm. Kimdən nəql edir? Təbii ki, Ömərdən. Çünki mətn açıq şəkildə “Ömər dedi” deyir.
Rəvayət sənəd baxımından qırıq, yəni munqəti kimi görünür. Bəs bu rəvayət həqiqətən munqətidirmi, yoxsa müttəsildirmi? Bunu necə başa düşmək lazımdır? “Fəthul-Bari” əsərinin müəllifi, Buxarinin şərhində Əli ibn Həcər əl-Əsqalani bu məsələdə Əsləmin bu rəvayəti haqqında belə demişdir:
قوله: (باب فضل سورة الفتح) في رواية غير أبي ذر: فضل سورة الفتح بغير «باب». قوله: (عن زيد بن أسلم عن أبيه: أن رسول الله ﷺ كان يسير في بعض أسفاره) تقدم في غزوة الفتح وفي التفسير أن هذا السياق صورته الإرسال، وأن الإسماعيلي والبزار أخرجاه من طريق محمد بن خالد بن عثمة عن مالك بصريح الاتصال، ولفظه: عن أبيه عن عمر. ثم وجدته في التفسير من جامع الترمذي من هذا الوجه فقال: عن أبيه سمعت عمر، ثم قال: حديث حسن غريب، وقد رواه بعضهم عن مالك فأرسله، فأشار إلى الطريق التي أخرجها البخاري وما وافقها. وقد بينت في المقدمة أن في أثناء السياق ما يدل على أنه من رواية أسلم عن عمر، لقوله فيه: قال عمر فحركت بعيري … إلخ. وتقدمت بقية شرحه في تفسير سورة الفتح.
“Onun “Bəbu fəzli surətil-Fəth” sözünə gəldikdə: Əbu Zərrin rəvayətindən başqa rəvayətdə “bab” kəlməsi olmadan “Fəzli surətil-Fəth” şəklindədir. Onun “Zeyd ibn Əsləmdən, o da atasından – Rəsulullah (s) səfərlərindən birində gedirdi” ifadəsinə gəldikdə, bu mətn “Fəth qəzvəsi” və “Təfsir” bölməsində daha əvvəl keçmişdir. Orada bu mətndə irsal şəkli olduğu qeyd edilmiş və İsmaili ilə Bəzzar bunu Muhəmməd ibn Xalid ibn Usəmə vasitəsilə Malikdən açıq isnadla (yəni müttəsil formada) rəvayət etmişlər. Onların nəql etdiyi mətndə “atasından, o da Ömərdən” ifadəsi vardır. Sonra mən bu rəvayəti Tirmizinin Cami əsərinin “Təfsir” bölməsində də gördüm. Orada eyni isnadla “atasından, o dedi: “Mən Ömərdən eşitdim” şəklində gəlmiş və Tirmizi demişdir: “Bu, həsən-ğərib bir hədisdir. Bəzi ravi onu Malikdən mürsəl şəkildə nəql etmişdir”. Bu da Buxarinin gətirdiyi və ona uyğun olan isnad yoluna işarə edir. Mən müqəddimədə qeyd etmişəm ki, mətndə elə ifadələr vardır ki, bunun Əsləmin Ömərdən rəvayəti olduğuna dəlalət edir. Çünki o, rəvayətdə “Ömər dedi: Dəvəmi hərəkət etdirdim…” və sairə demişdir. Qalan şərhi “Surətul-Fəth” təfsirində əvvəlcə keçmişdir”.
Əli ibn Həcər əl-Əsqalani, “Fəthul-bari şərhu Səhihil-Buxari”, cild 11, səhifə 241 və 242. Nəşriyyat: Dar-Teybə.



Həmçinin bu barədə Darəqutninin də bir sözü var ki, Əli ibn Həcər əl-Əsqalani buna cavab verir.
Baxaq:
الحديث الرابع والسبعون: قال الدارقطني: أخرج البخاري عن القعنبي وعبد الله بن يوسف وغيرهما، عن مالك، عن زيد بن أسلم، عن أبيه أن النبي ﷺ كان يسير وعمر معه. الحديث في نزول سورة الفتح مرسلاً، وقد وصله قراد وغيره عن مالك. قلت: بل ظاهر رواية البخاري الوصل، فإن أوله وإن كان صورته صورة المرسل، فإن بعده ما يصرح بأن الحديث لأسلم عن عمر، ففيه بعد قوله: فسأله عمر عن شيء فلم يجبه، فقال عمر: نزرتُ رسولَ الله ﷺ ثلاث مرات، كل ذلك لا يجيبك. قال عمر: فحرّكتُ بعيري، ثم تقدمتُ أمام الناس، وخشيتُ أن يُنزل فيَّ قرآن. وساق الحديث على هذه الصورة، حاكياً لمعظم القصة عن عمر. فكيف يكون مرسلاً؟! هذا من العجب، والله أعلم.
Yetmiş dördüncü hədis: Darəqutni dedi: “Buxari Qə'nəbi, Abdullah ibn Yusuf və başqalarından Malik – Zeyd ibn Əsləm – atasından rəvayətlə nəql etmişdir ki, Peyğəmbər (s) Ömərlə birlikdə gedirdi… Surətil-Fəthin nazil olması haqda olan bu hədis mürsəldir. Lakin Qirad və başqaları onu Malikdən müttəsil nəql etmişlər”. Mən (İbn Həcər) deyirəm: “Buxarinin rəvayətinin zahiri vəsldir (qopuqluq yoxdur). Çünki hərçənd onun əvvəl hissəsi zahirən mürsəl görünürsə də, ondan sonrakı hissədə aydın şəkildə hədisin Əsləmdən, onun da Ömərdən olduğu bildirilir. Belə ki, orada deyilir: “Ömər bir şey barəsində Peyğəmbərə (s) sual verdi, o isə cavab vermədi. Ömər dedi: “Sən Rəsulullaha üç dəfə israrla sual verdin, amma o, sənə cavab vermədi”. Sonra Ömər dedi: “Dəvəmi hərəkət etdirib ordudakıların önünə keçdim. Haqqımda bir Quran ayəsinin nazil olacağından qorxurdum”. O, bu şəkildə rəvayəti davam etdirir və hadisənin əksər hissəsini Ömərdən nəql edir. Elə isə bu necə mürsəl ola bilər? Bu, `do`ğrudan da təəccüblü bir haldır. Allah daha yaxşı bilir”.
Əli ibn Həcər əl-Əsqalani, “Hədyus-sari muqəddimətu fəthil-bari” səhifə 373 və 374.



Tabeinin mürsəlləri barəsində başqa bir nümunə də gətirək. Məsələn, “Səhih Buxari”-də Urvədən bir hədis nəql olunur. Bu da kiçik yaşda bir qızın böyük yaşlı bir şəxslə evlənməsi ilə bağlı — Aişə haqqında bir hədisdir. Hədis belədir:
حَدَّثَنَا عَبْدُ اللَّهِ بْنُ يُوسُفَ، حَدَّثَنَا اللَّيْثُ، عَنْ يَزِيدَ، عَنْ عِرَاكٍ، عَنْ عُرْوَةَ، أَنَّ النَّبِيَّ صلى الله عليه وسلم خَطَبَ عَائِشَةَ إِلَى أَبِي بَكْرٍ فَقَالَ لَهُ أَبُو بَكْرٍ إِنَّمَا أَنَا أَخُوكَ، فَقَالَ أَنْتَ أَخِي فِي دِينِ اللَّهِ وَكِتَابِهِ وَهْىَ لِي حَلاَلٌ
Bizə Abdullah ibn Yusuf danışdı, bizə Leys danışdı, Yeziddən, o da İrakdan, o da Urvədən: “Peyğəmbər (s) Aişəni Əbu Bəkrdən istədi. Əbu Bəkr ona belə cavab verdi: “Mən sənin yalnızca qardaşınam”. Bunun üzərinə Allah Rəsulu (s) ona buyurdu: “Sən Allahın dini və kitabına görə mənim qardaşımsan. O (qızın) isə mənə halaldır”.
Muhəmməd ibn İsmayıl, “Səhih Buxari”, səhifə 1296, hədis 5081. Nəşriyyat: Dar İbn Kəsir, Beytur/Diməşq, 1423/2002.


Diqqətlə baxın deyilir ki, Urvədən rəvayət olunur, Urvə tabeindir, Allah Rəsulunu (s) görməyib. Peyğəmbərdən (s) bunu necə birbaşa nəql edir və bu rəvayət necə səhih və muttəsil olur? Gəlin buna baxaq:
قوله: (أنَّ النبيَّ ﷺ خطبَ عائشة). قال الإسماعيلي: ليس في الرواية ما تُرجِم به الباب، وصِغَرُ عائشة عن كِبَرِ رسولِ الله ﷺ معلومٌ من غير هذا الخبر، ثم إنَّ الخبر الذي أورده مرسل، فإن كان يُدخِل مثلَ هذا في الصحيح فيلزمه قبول غيره من المراسيل. قلتُ: الجواب عن الأول يمكن أن يؤخذ من قول أبي بكر: «إنما أنا أخوك»، فإن الغالب في بنت الأخ أن تكون أصغر من عمها، وأيضًا يكفي ما ذُكر في مطابقة الحديث للترجمة ولو كان معلومًا من خارج. وعن الثاني: أنه وإن كان صورة سياقه الإرسال فهو من رواية عروة في قصة وقعت لخالته عائشة وجدّه لأمه أبي بكر، فالظاهر أنه حمل ذلك عن خالته عائشة أو عن أمه أسماء بنت أبي بكر. وقد قال ابن عبد البر: إذا عُلِم لقاء الراوي لمن أخبر عنه، ولم يكن مدلسًا، حُمل ذلك على سماعه ممن أخبر عنه ولو لم يأتِ بصيغة تدل على ذلك.
“Onun “(Peyğəmbər (s) Aişəni istədi)” sözünə gəlincə, İsmaili deyir: “Rəvayətdə bab başlığında qeyd olunan məna yoxdur. Aişənin Peyğəmbərdən (s) yaşca kiçik olması isə bu xəbərdən kənar da məlumdur. Sonra gətirilən rəvayət mürsəldir. Əgər bu kimi mürsəl rəvayətlər “Səhih”ə daxil edilirsə, o zaman digər mürsəlləri də qəbul etmək lazım gələr. Mən (İbn Həcər) deyirəm: “Birinci irada cavab belədir ki, bunu Əbu Bəkrin “Mən sadəcə sənin qardaşınam” sözündən başa düşmək olar. Çünki adətən qardaşın qızı əmisi olan şəxsdən kiçik olur. Həmçinin xaricdən məlum olsa belə, hədisin tərcümə başlığı ilə uyğunluğu üçün deyilənlər kifayətdir. İkinci irada gəlincə: rəvayət zahirən mürsəl şəkildə gəlsə də, Urvənin rəvayəti xalasının – Aişənin – və ana babası Əbu Bəkrin başına gəlmiş bir hadisə haqqındadır. Bu səbəbdən, görünən odur ki, o bunu ya xalasından Aişədən, ya da anası Əsmadan (binti Əbu Bəkr) eşidib”. İbn Əbdul-Birr demişdir: “Əgər ravinin, haqqında xəbər verdiyi şəxslə görüşdüyü məlumdursa və ravi də müdəllis deyilsə, o zaman ifadədə buna dair açıq bir üslub gəlməsə belə, həmin xəbəri ondan eşitmiş kimi qəbul etmək lazımdır”.
Əli ibn Həcər əl-Əsqalani, “Fəthul-bari şərhu Səhihil-Buxari”, cild 11, səhifə 346 və 347. Nəşriyyat: Dar-Teybə.



Hesab edirik ki, məsələ aydın oldu. Urvə tabeindir, O Peyğəmbəri (s) görmədiyi halda Buxari onun hədisi Aişədan nəql etdiyini başa düşür. Üstəlik ravi (Urvə) mudəllis olmur və hədisə səhih deyir və rəvayəti açıq şəkildə kimdən nəql etdiyini bildirməsə də Buxari hədisi qəbul edir. Bu qayda Ömərin qulu Əsləmədə aiddir. Ömərin Xanım Fatimənin (s.ə) evini yandırmağı təhdid etməsi hədisinə. Üstəlik Əsləm bunu Allah Rəsulundan (s) rəvayət etmir. (Ömərdən rəvayət edir). Bu Urvənin hədisindən də ağılabatandır. Əsləm də ağası Ömərdən nəql edir, açıqca bunu bildirməsə də (amma biz yenə də Əsləmin Ömərdən eşitdiyini açıq-aşkar bildirən rəvayəti də irə`lid`ə göstərəcəyik). Həmçinin bilirik ki, O (Əsləm) mudəllis deyil. Buna görə də hədis səhihdir. Gördüyünüz kimi, eyni qayda Əsləm üçün də keçərlidir.
Bununla yanaşı tabein mürsəlinin höccət olması, əhli-sünnə alimlərin nəzdində höccətdir.
Molla Əli əl-Qari və cumhurun nəzərində tabeinin mürsəli höccətdir.
Molla Əli Qari deyir:
قلت : مرسل التابعي حجة عند الجمهور
“Deyirəm: Cümhurun nəzərində tabeinin mürsəl hədisi höccətdir”.
Əli əl-Qari, “Mirqat əl-məfatih şərh mişkat əl-məsabih”, cild 9, səhifə 434; Dar əl-Kutub əl-İlmiyyə, Beyrut, 1422/2001; təhqiq: Camal əl-İtani.


Cümhur - Alimlərin demək olar ki, hamısı, böyük əksəriyyəti deməkdir.
وكذا قال في موضع آخر منها : لا خلاف بين أهل العلم أن إرسال الحديث الذي ليس بمدلس ، هو رواية الراوي عمن لم يعاصره ; كالتابعين عن النبي - صلى الله عليه وسلم - ، وابن جريج عن عبيد الله بن عبد الله بن عتبة ، ومالك عن القاسم بن محمد بن أبي بكر الصديق ، أو عمن عاصره ولم يلقه ; كالثوري ، وشعبة عن الزهري .
Eləcə də o, həmin kitabın (əl-Kifayə) başqa bir yerində belə demişdir: “Alimlər arasında heç bir ixtilaf yoxdur ki, tədlis etməyən ravi üçün mürsəl hədis — ya onun müasir olmadığı bir şəxsdən rəvayətidir, məsələn, tabiilərin Peyğəmbərdən (s) rəvayət etməsi, İbn Cureycin Ubeydullah ibn Abdullah ibn Utbədən rəvayəti, Malik ibn Ənəsin Qasim ibn Muhəmməd ibn Əbu Bəkr əs-Siddiqdən rəvayəti; və ya müasir olduğu, lakin görüşmədiyi bir şəxsdən rəvayət etməsidir; məsələn, Səvri və Şu'bənin Zuhridən rəvayəti”.
Səxavi, “Fəthul-Muğis bi şərhi əlfiyyətil-hədis”, cild 1, səhifə 171.


Həmçinin əvvəldə qeyd etdiyimiz İbn Əbu Şeybənin “əl-Musənnəf” kitabındakı hədisi təsdiq edən eyni məzmunlu və eyni sənədli başqa bir hədis də vardır. Hansı ki, burada Əsləm Ömərdən nəql etdiyini açıq bir şəkildə deyir.
عن زيد بن أسلم عن أبيه عن عمر رضي الله عنه أنه دخل على فاطمة بنت رسول الله صلى الله عليه وعلى آله وسلم، فقال: يا فاطمة والله ما رأيت أحدا أحب إلى رسول الله صلى الله عليه وعلى آله وسلم منك، والله ما كان أحد من الناس بعد أبيك صلى الله عليه وعلى آله وسلم أحب إلي منك.
Zeyd ibn Əsləm atası Əsləmdən o da Ömərdən nəql edib dedi: “O (Ömər) Allah Rəsulunun (s) qızı Fatimənin yanına daxil oldu. Dedi: “Ey Fatimə, and olsun Allaha, Allah Rəsuluna (s) səndən daha sevimli birini görmədim. And olsun Allaha atandan sonra mənim üçün də səndən daha əziz biri yoxdur”.
هذا حديث صحيح بإسناد على شرط الشيخين و لم يخرجاه
(Hakim): “Bu hədis Şeyxeyn (Buxari və Müslim) şərtlərinə görə səhihdir. Amma onlar rəvayət etməmişdir”.
Hakim ən-Nisaburi, “Mustədrək alə əs-Səhiheyn”, cild 3, səhifə 183, hədis 4799.


Gördüyümüz kimi eyni hədisdir. Lakin buradakı hədis həm təhrif edilmiş həm də kəsilmişdir (məzmunu yarımçıqdır). Ömərin Xanım Fatimeyi Zəhranı (s.ə) evini yandıracağı ilə təhdid etdiyi hissəsi kəsib çıxarılmışdır. Lakin nə bu, nə Hakimin səhih deməsi nə də Zəhəbinin rəyi önəmli deyil. Mühüm olan budur ki, Əsləm hədisi Ömərdən rəvayət edir. Necə ki, şahidi olduq. Biz "Musənnəf" kitabına geri dönsək, Ömərdən nəql olunan eyni sənədi tapacağıq.
حدثنا زيد ابن أسلم، عن أبيه أسلم
...Zeyd ibn Əsləmdən, o da atası Əsləmdən rəvayət edir.
Gün kimi aydındır ki, Əsləm bu hadisəni Ömərdən nəql etmişdir və ya bu hadisəni görən başqa bir səhabədən. Çünki Əsləm bütün səhabələrin dövründə yaşamışdır və onlardan nəql edirdi. Beləliklə, Əsləmin rəvayəti muttəsildir, hər hansı bir qırılma yoxdur. Sadəcə rəvayətin onlara uyğun gəlməyən tərəflərini aradan qaldırmaq, rəvayət barəsində şəkk yaratmaq üçün bu yola əl atırlar…
HƏDİSİN MƏTNİNİN TƏHLİLİ
Şübhə: Ömər, Xanım Fatiməni (s.ə) sevdiyini bəyan edir və bu bəyan Xanım Fatimə (s.ə) tərəfindən inkar edilmir və susur (yəni, sünnilər susmağını qəbul etmək anlamında deyirlər).
Cavabımız: Bu sevgi ifadəsi necə olur ki, bir anda sərt və düşüncəsiz bir hədəyə çevrilə bilir? Allah elə bir məhəbbəti lənətləsin ki, sahibini sevdiyi şəxsin evini yandırmağa aparıb çıxarsın! Əgər Ömərin Xanım Fatimənin (s.ə) evini yandırması doğrudan da ona olan sevgisindən qaynaqlanırdısa, kaş ki, Aişəni də eyni sevgi ilə sevəydi və onun da evini Fatimənin (s.ə) evinə etdiyi kimi yandıra idi! Axı nə vaxtdan insanların evlərini yandırmaqla hədələmək, onlara olan məhəbbətin dəlili olub? Allah bizə Əhli-Beytə (ə) məhəbbət bəsləməyi əmr etmişdir, onların evini yandırmaqla təhdid etməyi yox! Bəs görəsən, Ömər razı olardımı ki, kimsə onun qızı Hafsəyə üz tutub belə desin: “Ey Ömərin qızı! Allaha and olsun, məxluqatdan heç kim bizə atan qədər sevimli deyil və atandan sonra bizə səndən sevimli heç kim yoxdur. Allaha and olsun, bu sevgi, səni və atanı sevməyim, sənin evini yandırmağıma mane olmayacaq!” Əgər razı olmursa, deməli münafiqdir, çünki qızına bunu rəva bilmədiyi halda, Peyğəmbərin (s) qızına – aləmlərin qadınlarının xanımına, Allahın razılığı öz razılığına, qəzəbi öz qəzəbinə bağlı olan birinə bunu rəva bilir!
Ömərin “Ey Allah Rəsulunun qızı! Allaha and olsun, məxluqatdan heç kim bizə atan qədər sevimli deyil və atandan sonra bizə səndən sevimli heç kim yoxdur” deməsi iki ehtimala dəlalət edir: 1). Ya bu sözündə yalan danışırdı; dili ilə sevgisini göstərib, əməldə tam əksini ortaya qoymuşdur. Bu isə münafiqlərin sifətidir. 2). Yaxud da ağlı yerində deyildi; çünki ağlı başında olan bir insan, sevdiyi bir şəxsi necə evini yandırmaqla təhdid edə bilər?!
Rəvayətin sonunda gələn ifadə birinci ehtimalı – yəni münafiqliyi – təsdiqləyir. Çünki o, Xanım Fatiməyə (s.ə) belə deyir: “Allaha and olsun ki, bu (xüsusiyyətin) bu şəxslər sənin evinə yığışacaqları təqdirdə evin onlarla birlikdə yandırılması əmrini verməyimə mane ola bilməz!”. Aləmlərin qadınlarının seyyidəsinə sevgi iddia edib, sonra da həyasızcasına evini yandırmaqla hədələyən kimsə yalnız azğın bir münafiq ola bilər, kim olursa-olsun! Əgər Allah Rəsulu (s) həmin an orada olsaydı, görəsən Ömərin Fatiməni (s.ə) yandırmaqla təhdid etməsinə razı olardımı?!
Əgər Ömərin Xanım Fatimənin (s.ə) evini yandırmaq istəyi ona olan sevgisindən qaynaqlanırdısa, bəs onu sevməsəydi nə edərdi? Əgər onlar evdə toplanmağa davam etsəydi, onlara gedin deməyəsdi (ibn Əbi Şeybənin rəvayətinə əsasən) nə olacaqdı o zaman? Və Xanım Fatimə (s.ə) də o evin içindədir!
Əgər kimsə desə “Burada təhdid (hədələmək) Xanım Fatiməyə (s.ə) yönəlik deyil, evin içində olanları deyir” — bu iddia sahibinə belə cavab verərik: Evdə İmam Əli (ə), İmam Həsən (ə), İmam Huseyn (ə) və Xanım Fatimə (s.ə) var idi. Əgər Ömər Fatimənin (s.ə) evini yandırmaqla hədələyirdisə, bu, deməkdir ki, evin içindəkiləri yandırmaq istəyirdi. Aydındır ki, əgər Fatimənin (s.ə) evi yandırılan zaman evdə olanların hamısı — o cümlədən Xanım Fatimə (s.ə) də yanardı. Bu dörd nəfər Quranda “Allah onlardan hər növ murdarlığı uzaqlaşdırdı və onları tərtəmiz etdi” deyildiyi Əhli-Beytdəndir. Onları sevmək bütün ümmətə vacibdir. Allah-Təala Qurani-Kərimdə belə buyurur:
إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا
“Həqiqətən, Allah siz Əhli-Beytdən çirkinliyi uzaqlaşdırmaq və sizi tərtəmiz (pak) etmək istər!” (Əhzab surəsi, 33)
عن أم سلمة رضي الله عنها قالت: نزلت هذه الآية في بيتي إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيراً قلت: يا رسول الله، ألست من أهل البيت؟ قال: إنك إلى خير، إنك من أزواج رسول الله الله. قالت وأهل البيت: رسول الله الا الله وعلي وفاطمة والحسن والحسين. رضي الله عنهم أجمعين
Ümmü Sələmə (r.a) deyir: “Bu ayə mənim evimdə nazil oldu: “Həqiqətən, Allah siz Əhli-Beytdən çirkinliyi uzaqlaşdırmaq və sizi tərtəmiz (pak) etmək istər!” (Əhzab surəsi, 33) Dedim: “Ey Allahın Rəsulu, mən Əhli-beytdən deyiləmmi?” Buyurdu: “Sən xeyirdəsən; sən Allah Rəsulunun zövcələrindənsən”. (Ümmü Sələmə) Deyir: “Və Əhli-Beyt – Allahın Rəsulu (s), Əli, Fatimə, Həsən və Huseyndir. Allah onların hamısından razı olsun”.
Müəllif hədisi qeyd etdikdən sonra deyir:
هذا حديث صحيح
“Bu hədis səhihdir”.
Əhli-Sünnə mənbəsi:
İbn Əsakir, “Kitəbul-Ərbəin”, səhifə 105 və 106, çap: Darul-fikr.




Həmçinin rəvayətin mətni diqqətlə oxunduqda bir neçə mühüm məqama rast gəlirik. Rəvayətdə deyilir:
دَخَلَ عَلَى فَاطِمَةَ
“(Ömər) Fatimənin (s.ə) yanına daxil oldu”.
Diqqət edin! İmam Əli (ə) evdə yoxdur, Ömər gəlir və Xanım Fatimənin (s.ə) yanına daxil olur. Bəs İmam Əli (ə) evdə yok ikən Ömər evə necə daxil olur? Hər bir qeyrətli müsəlmana məlumdur ki, Xanım Fatimə (s.ə) naməhrəmə qapını açmaz! Bəs bu hadisə necə gerçəkləşdi? Bu arada olan hadisələri niyə yazılmayıb?! Niyə təfsilatlı anlatılmayıb?
Daha sonra deyilir:
فلما خرج عمر جاؤوها
“Ömər çıxanda onlar Fatimənin yanına gəldilər”.
Deməli, İmam Əli (ə) evdə olmayanda Ömər evə daxil olmuşdu. Öncədən dediyimiz kimi məlumdur ki, Xanım Fatimə (s.ə) qapını naməhrəmə açmazdı. Demək ki, Ömər evə zorla, qapını qıraraq daxil olmuşdur. Lakin hadisə rəvayətdə tam təfsilatı ilə qeyd olunmayıb.
Rəvayətin kəsilib-doğranması və hadisənin bəzi hissələrinin çıxarılması, başqa sünni alimləri bu hadisəni “səhih” saysalar belə, onu nəql edərkən təhrif etmələrinin — Ömərin evi yandırmaqla hədələməsi kimi — əsas səbəbi onların öz alimlərinin yolunu davam etdirmələridir. Niyə belə edirlər? Çünki onların alimləri səhabələr barədə danışmaqdan çəkinirlər; səhabələrin əleyhinə haqq bir söz desən belə — kim olursa olsun — yenə də səni qınayır, dediyini dəyişdirir (təhrif edir) və bunun belə olmadığını iddia edirlər. Bəs bu münasibətin səbəbi nədir? Bu mövzunu dilə gətirən alimlər kimlərdir? Biz burada onlardan bəzilərini zikr edəcəyik. Lakin bunun kimi onlarla nəql gətirmək mümkündür; çünki bu, onların arasında məşhur bir qaydadır.
كما تقرر عن الكف عن كثير مما شجر بين الصحابة وقتالهم رضي الله عنهم أجمعين، وما زال يمر بنا ذلك في الدواوين والكتب والأجزاء، ولكن أكثر ذلك منقطع وضعيف، وبعضه كذب، وهذا فيما بأيدينا وبين علمائنا، فينبغي طيه وإخفاؤه، بل إعدامه لتصفو القلوب، وتتوفر على حب الصحابة، والترضي عنهم ، وكتمان ذلك متعين عن العامة وآحاد العلماء وقد يرخص في مطالعة ذلك خلوة للعالم المنصف العري من الهوى بشرط أن يستغفر لهم
Zəhəbi deyir: “Qərara alındı ki, səhabələr (Allah hamısından razı olsun) arasında baş verən çoxlu münaqişələr gizlədilsin. Bunların hələ də divanlarda (külliyyat), kitablarda, qissələrdə keçdiyini görürük. Lakin bunların əksəriyyətinin sənədi münqəti (sənədi qopuq), zəif, bəziləri isə yalandır. Bunlar bizim əlimizdə və alimlərimizin arasındadır, bunlar gizlədilməli, hətta məhv edilməlidir. (Buna görə ki,) qəlbləri təmizləyərək, səhabələrin məhəbbətini oyadaraq, (insanlar) onlardan məmnun olsunlar. Bunları tək-tük alimlərdən və ümumi camaatdan gizlətmək müəyyənləşdiribdir. İnsaflı, həvai-həvəsdən uzaq olan alimə icazə verilir ki, bunları xəlvətdə, onların bağışlaması şərtilə oxusun”.
Şəmsuddin əz-Zəhəbi, “Siyər Ələmin-Nubələ”, cild 10, səhifə 92. Təhqiq: Şueyb əl-Arnəut, Çap: Musəssətur-Risələ.


Zəhəbinin də sözündən anlaşılacağı üzərə səhabələr arasında olanlar gizlədilməlidir. Məhz bu səbəbdən də bu cür rəvayətləri alimlərinin təhrif etmələri heç təəccüblü deyil.
Bəs əgər bir alim səhabələr arasında olanları, onların etdiklərini yazsa? Bu zaman sünni alimlər nə deyir? Baxaq:
نقول الحمد لله الكتب موجودة ارجع إليها أنت، أما أن ينشر ما جرى بين الصحابة فهذا لا يجوز أبداً ولا استماعه
İbn Useymin deyir: “Biz deyirik, həmd olsun Allaha, kitablar mövcuddur, onlara müraciət et. Amma səhabələr arasında baş verənləri yaymaq heç cür doğru deyil və onları dinləmək də olmaz”.
Tuveyciri, “əl-idəh vəl-bəyən fi əxtai tariqis-suveydan”, səhifə 47.


وأكثرها فوائد كتاب الاستيعاب لابن عبد البر، لولا ما شانه به من إيراده كثيراً مما شجر بين الصحابة وحكاياته عن الأخباريين لا المحدثين
“Ən faydalı kitablardan biri İbn Əbdul-Birrin "əl-İstiab" adlı əsəridir. Əgər səhabələr arasında baş verən çoxsaylı mübahisələri və əxbarilərdən rəvayət etdiklərini təqdim etməsəydi, o qüsursuz olardı”.
İbn Salah, “Ulumul-hədis”, səhifə 292.

Gördüyünüz kimi, kitabların qiymətləndirilməsi də, alimlərin dəyərləndirilməsi də onların səhabələr haqda nə söyləməsindən asılıdır. Əgər bir alim səhabələr arasında baş vermiş hadisələri və ya onların etdiyi müəyyən əməlləri olduğu kimi nəql edirsə, bu artıq onların nəzərində problem sayılır. Yəni, haqqı açıq şəkildə demək əvəzinə, bəzi məqamları gizlədirlər. Məhz buna görə də, hazırda danışdığımız məsələdə — Ömərin evi yandırmaqla hədələməsi hadisəsində — Ömərin bunu dediyini bildikləri halda onun sözlərini təhrif edirlər, rəvayətdəki açıq ifadələri dəyişdirir və belə demədiyini iddia edirlər.
Subhənallah! Görün bu insanlar əqidələrinin əldən getməməsi üçün həqiqətləri gizlətməyə necə çalışırlar. Səhabələr arasında baş verən münaqişələr gizlədilsə, bəs insanlar mömin və münafiqi bir-birindən necə ayırd edəcək? Necə bu insanlar razı ola bilirlər ki, avam kütlə onlara görə münafiq, cinayətkar, şərab içən, zina edən, oğurluq edən, bir-birini qətlə yetirən səhabələrə "Allah onlardan razı olsun" desin?! Bilə-bilə haqqı gizlədərək cinayətkar bir səhabəni insanlara sevdirmək, onun məhəbbətini insanların qəlbinə yerləşdirmək nəyə lazımdır?! Əqidənin əldən getməməsi üçün həqiqətləri gizlətməyə bu qədər həvəsli olanlara Allahın bu ayəsi çatmayıb?!
وَلَا تَلْبِسُوا الْحَقَّ بِالْبَاطِلِ وَتَكْتُمُوا الْحَقَّ وَأَنتُمْ تَعْلَمُونَ
“Özünüz də bilə-bilə haqqa batil donu geyindirməyin və haqqı gizlətməyin”. (Bəqərə surəsi, 42)
Və əvvəldə də toxunduğumuz mövzu — Ömər sevgisini söyləyərkən Xanım Fatimənin (s.ə) onu rədd etməməsi iddiası — əlbəttə ki, qəbul da etmədi, sadəcə sükut etdi; siz isə bunu razılıq kimi görürsünüz. O halda Xanım Fatimənin (s.ə) evində toplananlara — Əbu Bəkrə beyət etmək istəməyənlərə — razı olduğunu hökm etməlisiniz. Rəvayətin sonunda da görürük ki, Xanım Fatimə (s.ə) təhdid edildikdən sonra deyir: “Özünüz bir qərara gəlin və mənim yanıma gəlməyin”. Bunu təhdiddən sonra buyurur. Demir ki: “Siz niyə elə əvvəldən gəlib mənim evimdə oturdunuz? Peyğəmbərin (s) xəlifəsi Əbu Bəkrdir, ən fəzilətlisi odur, ən doğrusu odur, xilafətə layiq olan odur, niyə mənim evimdə toplanmısınız?! Gedin, Peyğəmbərin (s) xəlifəsini gözlətməyin! Hörmətsizlik etməyin!” — bunu demir. Deməli, Xanım Fatimə (s.ə) də Əbu Bəkrə beyət etməyənlərlə eyni görüşdə idi ki, onlara evini açdı və Ömər gəlib evi yandırmaqla təhdid etdi. Bu necə bir təhdiddir? Deyərsən ki, “bu evin içindəkiləri çıxardaram və zorla Əbu Bəkrə beyət etdirməyə apararam”, amma o deyir ki: “Evi yandıraram”. Yəni bu adamlar beyət etmədikdə, beyət üçün çölə çıxmadıqda, yaxud bir yerdə, siyasi məzmunlu bir toplantı etdikdə, bu ev kimə aid olursa olsun — ki, bura da Xanım Fatimənin (s.ə) evidir və onun üzünə qarşı bu təhdidi deyir — bu evi içindəkilərlə birlikdə yandıracağını bildirir. Cəzaya baxırsınızmı? Belə bir kimsənin xilafətinə necə razı ola bilərik?
Hədisin sonunda guya İmam Əlinin (ə) gedib beyət etməsi qeyd olunur. Lakin bu cür əlavələr Bəni Uməyyə ardıcılları tərəfindən həmin hadisənin mahiyyətini dəyişmək və cinayəti ört-basdır etmək məqsədilə uydurulmuşdur.
Bəs sual yaranır. Ömər Xanım Fatimənin (s.ə) evini yandırdımı? Cavab, bəli. Dəlil isə, onun Allaha and içməsidir ki, əgər beyət etməsələr, onlar evin içində olsalarda evi yandıracaq. Ömərin bu and içməsi İmam Əlinin (ə) beyəti ilə əlaqədardır. Bu mənada ki, İmam Əli (ə) Əbu Bəkrə beyət etməsə Ömər evi yandıracaq. Burada isə başqa bir sual meydana çıxır: İmam Əli (ə) ilk gündən beyət etdimi? Xeyr, etmədi. Bunu biz demirik, Aişə və Buxari deyir. Baxaq:
Buxari öz "Səhihində" yazır:
حدثنا يحيى بن بكير حدثنا الليث عن عقيل عن ابن شهاب عن عروة عن عائشة أن فاطمة - عليها السلام - بنت النبى - صلى الله عليه وسلم - أرسلت إلى أبى بكر تسأله ميراثها من رسول الله - صلى الله عليه وسلم مما أفاء الله عليه بالمدينة وفدك ، وما بقى من خمس خيبر ، فقال أبو بكر إن رسول الله - صلى الله عليه وسلم قال لا نورث ، ما تركنا صدقة ، إنما يأكل آل محمد - صلى الله عليه وسلم - فى هذا المال. وإنى والله لا أغير شيئا من صدقة رسول الله - صلى الله عليه وسلم - عن حالها التى كان عليها فى عهد رسول الله - صلى الله عليه وسلم - ولأعملن فيها بما عمل به رسول الله - صلى الله عليه وسلم - فأبى أبو بكر أن يدفع إلى فاطمة منها شيئا فوجدت فاطمة على أبى بكر فى ذلك فهجرته ، فلم تكلمه حتى توفيت ، وعاشت بعد النبى - صلى الله عليه وسلم - ستة أشهر ، فلما توفيت ، دفنها زوجها على ليلا ، ولم يؤذن بها أبا بكر وصلى عليها ، وكان لعلى من الناس وجه حياة فاطمة ، فلما توفيت استنكر على وجوه الناس فالتمس مصالحة أبي بكر ومبايعته ولم يكن يبايع تلك الأشهر فأرسل إلى أبي بكر أن ائتنا ولا يأتنا أحد معك كراهية لمحضر عمر
Bizə Yəhya ibn Bukeyr rəvayət etdi, bizə əl-Leys, Uqeyldən, o da İbn Şihabdan, o da Urvədən, o da Aişədən onun belə dediyini rəvayət etdi: “Peyğəmbərin (s) qızı Fatimə, Əbu Bəkrə xəbər göndərib ondan, Allahın Mədinə torpaqlarından Peyğəmbərə (s) müharibəsiz bəxş etdiyi şeyləri, Fədəki, həmçinin Xeybərin xümsündən qalan mallardan ibarət mirası istədi. Əbu Bəkr dedi: “Allah Rəsulu (s) “Biz özümüzdən sonra irs qoymuruq, bizdən geriyə qalanlar sədəqədir. Və Muhəmməd ailəsi Allahın bu malından yalnız yedikləri miqdarda pay apararlar (bundan artıq haqları yoxdur)” - buyurmuşdur. Allaha and olsun, Peyğəmbərin sədəqə barəsində tutduğu yolu heç vaxt dəyişdirməyəcəyəm. Allah Rəsulu (s) necə edirdisə, mən də o cür edəcəm”. Beləliklə, Əbu Bəkr o mallardan Fatiməyə heç bir şey vermədi. Fatimə Əbu Bəkrə qəzəbləndi və çıxıb getdi, ömrünün sonunadək də onu danışdırmadı. Fatimə Peyğəmbərdən (s) sonra altı ay yaşadı və vəfat edəndə Əli, Əbu Bəkrə xəbər vermədən gecə ikən cənazə namazı qıldı və dəfn etdi. Əlinin Fatimə həyatda ikən insanlar arasında etibarı (hörməti) var idi. Ancaq Fatimə vəfat etdikdən sonra insanların Əliyə münasibəti dəyişdi (sanki Əlini (ə) heç tanımırlarmış kimi hərəkət edirdilər) və Əbu Bəkrin məsləhətini istədi, ona beyət etməyi düşündü. O, bu aylarda ona beyət etməmişdi. Əli Əbu Bəkrə xəbər göndərərək: “Bizə gəl”, - Ömərin iştirakını xoşlamadığı üçün də - “lakin yanında heç kəsi gətirmə” - dedi.
Muhəmməd ibn İsmayıl, “Səhih Buxari”, səhifə 1040, hədis 4241. Nəşriyyat: Dar İbn Kəsir, Beytur/Diməşq, 1423/2002.


Beləliklə Aişənin bu sözlərindən anlayırıq ki, İmam Əli (ə) həmin aylar ərzində Əbu Bəkrə beyət etməmişdi və yalnız Xanım Fatimənin (s.ə) vəfatından sonra, yəni altı aydan sonra beyət etdiyini anlayırıq. Deməli İmam Əli (ə) altı ay ərzində beyət etmədi və Ömər də evi yandıracağına Allaha and içmişdi. Bu isə Ömərin evi yandırdığını təsdiqləyir. Çünki İmam Əli (ə) dərhal beyət etməmişdi. Əgər Ömərin evi yandırmadığını desəniz, onda Ömər and içərək yalan danışmış olardı. Yox əgər Əlinin (ə) dərhal beyət etdiyini söyləsəniz, bir təhdid altında beyət etməsini təsdiq etmiş olarsınız. Halbuki bu mövzuda ananız Aişə İmam Əlinin (ə) həmin aylarda beyət etmədiyi söyləyib. O zaman ya Buxari yalançıdır, ya Ömər yalançıdır, ya da Aişə yalançıdır. Seçim etmək sizin ixtiyarınızdadır!
Həmçinin hədisdən də görüldüyü kimi Xanım Fatimənin (s.ə) qəbri bu günə qədər də bilinmir. Təsəvvür edin dünya xanımlarının ən üstününün qəbrinin yerini kimsə bilmir. Bu Xanım Fatimeyi Zəhradan (s.ə) bir məktub və ya nişanə deyilmi? Əbu Bəkr və Ömərdən qəzəbli halda vəfat etdiyi bilinsin. Xanım Fatimə (s.ə) Əbu Bəkr və Ömərə olan şiddətli qəzəbindən cənazəsində onların iştirak etməsini istəmədi. İmam Əliyə (ə) vəsiyyət etdi ki, onu gecə gizlicə dəfn etsin. Onlardan (Əbu Bəkr, Ömər və sair) heç kim onun qəbrinin dəqiq yerinin hara olduğunu bilməsin deyə Allah Rəsulunun (s) qızı, xanımlar xanımı belə dəfn edildi. Sizə meydan oxuyuruq, Xanım Fatimənin (s.ə) Əbu Bəkrə beyəti və ya haqq xəlifə kimi qəbul etməsi barədə səhih bir hədis göstərə bilərsinizmi?
Digər bir məsələ: Fərz edək ki, Ömər Xanım Fatimənin (s.ə) evini yandırmayıb. Təkcə bu məsələdə (evi yandırma hədəsi) yenə də sizə meydan oxuyuruq. İbn Əbu Şeybənin “əl-Musənnəf” kitabındakı səhih və sərih (açıq-aşkar) hədis kifayətdir. Peyğəmbərin (s) canının bir parçası olan qızının təhdid edilməsi... Hansı ki, Peyğəmbər (s) onun barəsində belə buyurub:
أَنَّ رَسُولَ اللَّهِ صَلَّى اللهُ عَلَیْهِ وَسَلَّمَ، قَالَ: «فَاطِمَةُ بَضْعَةٌ مِنِّی، فَمَنْ أَغْضَبَهَا أَغْضَبَنِی
Allah Rəsulu (s) buyurub: “Fatimə bədənimin bir parçasıdır, onu incidən məni incitmişdir”.
Muhəmməd ibn İsmayıl, “Səhih Buxari”, səhifə 915, hədis 3714. Nəşriyyat: Dar İbn Kəsir, Beytur/Diməşq, 1423/2002.


Ömərin bu etdiyi Xanım Fatiməni (s.ə) və övladlarını qorxudub, incidib və qəzəbləndirməyib? Bəli, incidib və qəzəbləndirib. İstənilən insan belə təhdid olunsa dəhşətə gələr. Buxaridən qeyd etdiyimiz hədisə əsasən bu hərəkət Peyğəmbəri (s) də incitmiş sayılır. Deməli Ömərin hökmü nədir? Hökmü budur ki, Allah tərəfindən dünya və axirətdə lənətlənib. Uca Allah Qurani-Kərimdə belə buyurur:
إِنَّ الَّذِينَ يُؤْذُونَ اللَّهَ وَرَسُولَهُ لَعَنَهُمُ اللَّهُ فِي الدُّنْيَا وَالْآخِرَةِ وَأَعَدَّ لَهُمْ عَذَابًا مُهِينًا
“Həqiqətən, Allahı və Onun Peyğəmbərini incidənlərə Allah bu dünyada və axirətdə lənət etmiş və onlar üçün alçaldıcı bir əzab hazırlamışdır”. (Əhzab surəsi, 57)
NƏTİCƏ
Biz bu məqalədə yalnız evin yandırılması mövzusunu işıqlandırmağa çalışdıq. Yuxarıda da qeyd etdiyimiz kimi, əhli-sünnə mənsublarından açıq-aşkar “Ömər evə od vurdu, Xanım Fatimeyi Zəhranı (s.ə) qapı arxasında qoydu, onu vurdu və Xanımın (s.ə) bətnindəki körpə düşdü”- ifadəsini nəql etmələrini gözləmək ağılsızlıq olardı. Qeyd etdiyimiz bu xəbərlər hadisənin əslini sabit edir. Yəni doğrudan da Ömər od gətirərək Xanım Fatimeyi Zəhranı (s.ə) evini yandırmaqla təhdid etmiş və bu işi görəcəyinə and içmişdir. Deməli, bu xəbərin əsli var və bu şiələrin uydurduğu bir şey deyil.
(c) tm @imamrza_xadimi