»»

İmam Həsən (ə): “Əli elə bir şəxsdir ki, əvvəlkilər içində onu keçən olmadı, sonrakilar içində ona çata bilən biri olmayacaq.”

BİSMİLLAHİR RƏHMANİR RƏHİM

HƏMD OLSUN ALƏMLƏRİN RƏBBİNƏ
VƏ SALAM OLSUN MÖVLAMIZ MƏHƏMMƏDƏ VƏ ONUN PAK ƏHLİ-BEYTİNƏ

Bü günki yazımızda inşallah həm Şiə , həm də sünni mənbələrindən səhih sənədlərlə rəvayət edilən İmam Həsənin (ə) İmam Əli (ə) barədə “əvvəlkilər içində onu keçən olmadı, sonrakilər içində ona çatan olmayacaq” sözünü  qeyd edəcəyik.

 

Şiə mənbəli hədislər: Nasibi və Şiələrin etibarlılığı xüsusunda ittifaq etdikləri Siqətul-İslam (İslamın etibarı) Şeyx Kuleyni (r.a) Əhli-Beyt (ə) məktəbinin elm xəzinəsi olan “əl-Kafi”də belə rəvayət edir:

 محمد بن يحيى، عن أحمد بن محمد، وعلى بن محمد، عن سهل بن زياد جميعا، عن ابن محبوب، عن أبي حمزة، عن أبي جعفر (عليه السلام) قال: لما قبض أمير المؤمنين (عليه السلام) قام الحسن بن علي (عليه السلام) في مسجد الكوفة فحمد الله وأثنى عليه وصلى على النبي (صلى الله عليه وآله) ثم قال: أيها الناس إنه قد قبض في هذ الليلة رجل ما سبقه الاولون ولا يدركه الآخرون، إنه كان لصاحب راية رسول الله (صلى الله عليه وآله)، عن يمينه جبرئيل وعن يساره ميكائيل، لا ينثني (2) حتى يفتح الله له والله ما ترك بيضاء ولا حمراء إلا سبعمائة درهم فضلت عن عطائه، أراد أن يشتري بها خادما لاهله. والله لقد قبض في الليلة التي فيها قبض وصي موسى يوشع بن نون والليلة التي عرج فيها بعيسى ابن مريم، والليلة التي نزل فيها القرآن

…Əbu Həmzə Əbu Cəfər (İmam Baqir (ə))dan belə rəvayət etdi: Əmirəlmöminin (İmam Əli (ə)) vəfat edəndə, Həsən b. Əli (İmam Həsən (ə)), Kufə məscidində ayağa qalxdı, Allaha həmd-səna etdi, sonra Nəbiyə (s.a.a.) salat göndərdi, ardınca belə dedi: “Ey insanlar! Bu gecə elə bir şəxs öldü ki, əvvəlkilər içində onu keçən olmadı, sonrakilər içində ona çatan olmayacaq. O, Rəsulullahın (s.a.a.) bayraqdarı idi, sağında Cəbrail, solunda Mikail dayanırdı. Allah ona fəth müyəssər etmədikcə, döyüş meydanından geri qayıtmazdı. Allaha and olsun ki, ağ və qızıl mallardan, yeddi yüz dirhəmdən başqa heç nə geridə saxlamadı. O da sədəqələrindən artıq qalandı. Bununla, ailəsi üçün bir qulluqçu almaq istəyirdi. And olsun o, Musanın vəsisi Yuşa b. Nunun öldüyü, İsa b. Məryəmin göyə qaldırıldığı və Quranın endirildiyi gecə öldü.”

“Əl-Kafi”, 1/457, hədis 8

 

1.1.Hədisin səhhəti: Hədisimiz iki fərqli isnadla rəvayət edilmişdir ki, bu sənədlərdən birincisi hədisin sənədindəki ravi Səhl b. Ziyad əl-Adəmi səbəbindən zəifdir. Ancaq hədisimizin ikinci sənədindəki bütün ravilər siqə (etibarlı) və hədisin isnadı müttəsildir. İndi ilk olaraq hədisimizin sənədindəki ravilər haqqında rical kitablarından məlumat təqdim edəcək, daha sonra isə hədisim səhhətini təsdiqləyən alimlərdən bir neçəsini zikr edəcəyik.

 

a)Hədisin sənədindəki ravilər barədə məlumat: Yuxarıda da dediyimiz kimi hədisimizin ikinci sənədindəki bütün ravilər etibarlıdır. İndi onlar haqqında ayrı-ayrı məlumat veririk:

Əbu Həmzə Sumali (أبي حمزة الثمالي): Hədisimizin ilk ravisi olan şəxs etibarlı ravi, tabeinin böyüklərindən və iki imamın – İmam Səccad (ə) və İmam Baqirin (ə) səhabələrindəndir. Kəşşi (r.a) onun bioqrafiyasında deyir:

قال أبو عمرو : سألت أبا الحسن حمدويه بن نصير، عن علي بن أبي حمزة الثمالي و الحسين بن أبي حمزة و محمد أخويه و أبيه فقال كلهم ثقاتفاضلون

Əbül Həsən Həmdəveyh b. Nəsirdən Əli b . Əbu Həmzə əs-Sumali, Hüseyn b. Əbu Həmzə, (onların)qardaşı Muhəmməd və ataları (yəni Əbu Həmzə əs-Sumali) haqqında soruşdum, dedi ki: “hamısı siqətdəndir (etibarlılardandır).

Kəşşi (r.a), “Rical”, 5/406, 761-ci ravi

 

Həsən b. Məhbub (الحسن بن محبوب): Hədisimizin ikinci ravisi və iki imamın – İmam Kazım (ə) və İmam Rzanın (ə) əshabındandır, etibarlı ravidir. Şeyx Tusi (r.a) onun haqqında deyir ki:

الحسن بن محبوب السراد، ويقال له: الزراد، ويكنى أبا علي، مولى بجيلة، كوفي، ثقة

Həsən b. Məhbub əs-Sərrad, əz-Zərrad da deyilmişdir, künyəsi Əbu Əlidir, Kufəli, siqə (etibarlı)dır.

Şeyx Tusi (r.a), “Fihrist”, səhifə 96, 162-ci ravi

 

Əhməd b. Məhəmməd əl-Bəkri (أحمد بن محمد): Hədisimizin üçüncü ravisi və iki imamın – İmam Cavad (ə) və İmam Hadinin (ə) əshabındandır, “Ricali Bəkri” adı ilə məşhur olan rical və “Məhanis” adlı hədis kitabının müəllifidir. Hər iki kitabı bizə çatıb, Nəcaşi (r.a) onun haqqında deyir:

أحمد بن محمد بن خالد بن عبد الرحمن بن محمد بن علي البرقي أبو جعفر أصله كوفي

Əhməd b. Məhəmməd b. Xalid b. Əbdürrəhman b. Məhəmməd b. Əli əl-Bəkri, Əbu Cəfər, əslən Kufəlidir.

وكان ثقة في نفسه

Etibarlıdır.

Nəcaşi (r.a), “Rical”, səhifə 76, 182-ci ravi

 

Məhəmməd b. Yəhya (محمد بن يحيى): Hədisimizin sonuncu ravisi və Kuleyninin (r.a) şeyxlərindəndir. Nəcaşi (r.a) onun bioqrafiyasında bu məlumatları verir:

محمد بن يحيى أبو جعفر العطار القمي ، شيخ أصحابنا في زمانه ، ثقة ، عين ، كثير الحديث

Məhəmməd b. Yəhya, Əbu Cəfər əl-Əttar əl-Qummi, öz zamanında əshabımızın şeyxi, etibarlıdır.

Nəcaşi (r.a), “Rical”, səhifə 353, 946-cı ravi

 

2.Sünni mənbəli hədislər: Əhli-sünnə alimlərindən Əhməd b. Hənbəl və Nəsai başda olmaqla bir çox böyük mühəddislər bu hədisi müxtəlif sənədlərlə İmam Həsəndən (ə) rəvayət etmiş və səhhətini təsdiqləmişdir. Lakin mövzu uzanmasın deyə biz bunlardan bir neçəsini, məşhur olanlarını qeyd edəcəyik.

 

saq1 saq2

 

Şəkildə gördüyünüz sünnilərin böyük hədis alimi və kutubi-sittə imamlarından Nəsainin “Xəsais” adlı kitabıdır, işarələnmiş yerdə bu ifadələr var:

اخبرنا إسحاق بن إبراهيم ابن راهويه قال أخبرنا النضر بن شميل قال حدثنا يونس عن أبي إسحاق عن هبيرة بن يريم قال خرج إلينا الحسن بن علي وعليه عمامة سوداء فقال لقد كان فيكم بالأمس رجل ما سبقه الأولون ولا يدركه الآخرون وإن رسول الله قال لأعطين الراية غدا رجل يحب الله ورسوله ويحبه الله ورسوله فقاتل جبريل عن يمينه وميكائيل عن يساره ثم لاترد يعني رايته حتى يفتح الله عليه ما ترك دينارا ولا درهما إلا سبعمائة درهم أخذها من عطائه كان أراد أن يبتاع بها خادما لأهله

…Hübeyrə b. Yərim deyir: Həsən b. Əli atası öndürüləndə, başında qara sarğıyla xalqı topladı və belə xitab etdi: “Dünən, əvvəlkilərin keçə bilmədiyi, sonrakilərin də çata bilməyəcəyi bir şəxsi qətl elədiniz.Halbuki Rasulullah (s.a.a.) bələ buyurmuşdu: “And olsun, sabah bu bayrağı elə birinə vərəcəm ki, o Allah və Rəsulunu, Allah və Rəsulu da onu sevir, sağında Cəbrail, solunda Mikail savaşır. Allah ona fəth nəsib etmədikcə bayrağı geri çevrilməz.” (Həsən b. Əli belə davam etdi): Əli, ailəsinə bir qulluqçu almaq üçün kənara qoyduğu 900 dirhəm xaricində nə bir dinar, nə bir dirhəm saxladı!”

Nəsai, “Xəsais”, hədis 22

Bu hədis aşağıdaki mənbələrdə də qeyd edilib:

Əhməd b. Hənbəl, “Müsnəd”, 1/199-200, hədis 1719 və 1720
Əhməd b. Hənbəl, “Fədail əs-Səhabə”, 1/548, hədis 922 və 2/595, hədis 1013

 

2-1. Hədisin səhhəti: Nəsai və Əhməd b. Hənbəlin rəvayət etdiyi bu hədisin fərqli sənədləri vardır. Nəsai bu hədisi bir isnad ilə, Əhməd b. Hənbəl isə iki müxtəlif isnad ilə rəvayət etmişdir və isnadların hər birindəki ravilər siqə (etibarlı) və isnadlar müttəsildir. Nasibilərin öz mühəddisləri də bu hədisin səhhəti təsdiq edirlər. Əhməd b. Hənbəlin “Müsnəd”ini təhqiq edən nasibi mühəddislərindən Şeyx Şüeyb Arnaut hədisdən sonra deyir:

تعليق شعيب الأرنؤوط : حسن

Şüeyb əl-Arnaut: Hədis həsən

Əhməd b. Hənbəl, “Müsnəd”, 1/199-200, hədis 1719 və 1720

 

Yenə başqa bir nasibi mühəddisi Vəsiyullah b. Muhəmməd Abbas, Əhməd b. Hənbəlin başqa bir kitabı “Fədail əs-Səhabə”nin təhqiqində bu hədis haqqında deyir:

إسناده صحيح

İsnad səhih.

Əhməd b. Hənbəl, “Fədail əs-Səhabə”, 1/548, hədis 922 və 2/595, hədis 1013

 

(c) saqaleyn.wordpress.com

Рейтинг

В этом разделе