»»

Şeyx Bəhai niyə Şah Abbasin hakimi olmaq istəmədi?

Bir gün Şah Abbas Şeyx Bəhaiyə hakim olmağı təklif edir. Şeyx Bəhai Şah Abbasın yaxın adamlarından olduğu üçün, şah bunu etmək istəyirdi. Onda Şeyx Bəhai deyir:

- Əlahəzrət, sizdən bir xahişim var. Mənə bir həftəlik möhlət verin. Bir həftədən sonra həmin təklifi təkrar edin.

Şah Abbas razı olur. Şeyx Bəhai mürəxxəs olur və atını götürüb, şəhər kənarına gedir. Dəstəmaz alıb, ibadət etməyə başlayır.

Bir azdan yolda bir insan peyda olur. O, şeyxin yanına gedib, ona salam verir. Şeyx Bəhai salamın cavabını verir və deyir:

- İndi mən ibadət edəndə, mənim altımda olan torpaq yarılacaq, mən də içəri düşəcəm. Sən də mənim dərəyə düşdüyümü görəndə, atımı və şeylərimi götürüb şəhərə get, hamıya mənim necə öldüyümü danış.

Amma qorxuram ki, həzrət Əzraili görəndə yaman qorxarsan. Ona görə gözlərini bağla, 70 dəfə Allahın adını çək. Sonra gözlərini aç, dediklərimi et.

Yolçu  Şeyx Bəhainin dediyi kimi, gözlərini bağladı və Allahın adını çəkməyə başladı. Elə ki, Şeyx Bəhai yolçunun gözlərini bağladığına əmin oldu, tez gedib bir daşın dalında gizləndi və şəhərə qaçdı.

Şəhərə  çatanda mənzilinə gəldi. Evdəkilərə dedi ki, heç kimə onun evdə olduğunu deməsinlər.

Səhərisi gün Şeyx Bəhai Şah Abbasın sarayına getdi. Deyildiyi kimi, şaha yaxın olduğu üçün, onun yanına tez çatmağa imkanı  var idi. Şah Abbas ilə görüşəndən sonra, ondan xahiş elədi ki, onun ölümü ilə bağlı adil şəxslərdən sorğu-sual eləsin. Şah Abbas sorğu-suala başlayanda adil şəxslərin cavabları təxminən belə oldu:

- Mən özüm gördüm, Şeyx Bəhai aşağı gedirdi!

- Necə Allahdan bağışlanmaq istəyirdi!

- Yerin içinə düşəndə onu gördüm!

Onda Şah Abbas bütün bu yalanlardan təngə gəlib, hirsləndi. Şeyx Bəhainin yanına gedəndə isə alim ondan soruşdu:

- Əlahəzrət, şahidlər belə olanda hakim necə düzgün mühakimə verə bilər?

Dəyərlər

 

Рейтинг

В этом разделе