»»

Qiyamət və məadla bağlı 6 suala cavab

 QİYAМӘT VӘ ÖLÜМDӘN SONRAKI HӘYAT BARƏDƏ SUALLARA CAVAB

1. ALLAH ÖZ BӘNDӘLӘRİNİ NӘ ÜÇÜN CӘZALANDIRIR?

Sual: Mütlәq ehtiyacsız olan Allah nә üçün günahkarları cәhәnnәmdә oda çәkir?

Cavab:
1. Bir çox ayә vә rәvayәtlәrin bildirdiyi kimi, qiyamәt gününün mükafat vә cәzaları insanların dünyadakı әmәllәrinin nәticәsidir. İnsan öz әmәllәrinin cәzasını çәkmәyә borcludur.

Yaşadığımız dünyada әmәllәrimizin tәbii vә zәruri sonluğu var. Mәsәlәn, narkotik maddәlәrә aludә olmuş bir şәxs tәbii olaraq ağrı-acıya, xәstәliklәrә mәhkumdur. Bir müddәt spirtli içkilәrә aludә olmuş insanın ömrünün qalan hissәsini xәstәliklәr içindә keçirmәsi qaçılmaz bir sonluqdur. Amma elә әmәllәr dә var ki, onların nәticәsi qiyamәt günü ortaya çıxır. Özü öz aqibәtini tәyin edәn insanın düşdüyü vәziyyәtә görә etiraz etmәyә haqqı yoxdur. Hәyatını düzgün proqramla yaşayan insan öz xoşbәxtliyini tәmin edir. Bizim dünyadakı әmәllәrimizin Allaha bir tәsiri olmadığı kimi, bu әmәllәr qiyamәtdә dә Allaha tәsirsizdir.

2. Qiyamәt günü insana verilәn mükafat vә cәza ilahi göstәrişlәrin icrasından asılıdır. Axirәt mühakimәsinin böyük tәrbiyәvi әhәmiyyәti var. Allah öz qәti vәdlәri ilә bәndәlәrini yaxşılığa dәvәt edir, onları pis işdәn çәkindirir. Bu vәdlәr qәti olduğu üçün hәvәslәndirici vә çәkindirici rol oynayır. Әgәr bu vәdlәr dәyişkәn olsaydı, öz tәrbiyәvi әhәmiyyәtini itirәrdi. Hәmin vәziyyәtdә ağır vәzifәlәri öhdәyә götürmәk әhәmiyyәtsiz olardı. Bәli, ilahi mükafatlar vә cәzalar o zaman sәmәrә verib ki, sabit vә dәyişmәz olsun. Allah öz vәdinә әmәl etmәmәk sifәtindәn uzaqdır.

2. BÜTÜN QÖVMLӘR ÜÇÜN QİYAMӘT GÜNÜ EYNİ GÜNDÜR?

Sual: Bәşәr tarixinin әsrlәrlә yaşa malik olduğunu bilirik? Yer üzündә bir çox mәdәniyyәtlәr gәlib-getmişdir. Qiyamәt günü bütün millәtlәr üçün eyni bir gündür, yoxsa hәr bir millәt üçün ayrıca bir qiyamәt günü var?

Cavab: Qurani-kәrimdәki bәzi ayәlәr şәhadәt verir ki, bütün qövmlәr üçün “yәvmul-qiyamә” adlı bir qiyamәt günü var. Nümunә üçün bәzi ayәlәri nәzәrdәn keçirәk: “Göylәrdә vә yerdә olan bütün mәxluqlardan elә biri yoxdur ki, Rәhmanın hüzuruna qul kimi gәlmәsin; And olsun ki, Allah onları hesablamış vә tәkrar-tәkrar saymışdır; Onların hamısı qiyamәt günü Onun hüzuruna tәk-tәnha gәlәcәklәr.” 1 Digәr bir ayәdә belә buyurulur: “O gün biz müttәqilәri Rәhmanın hüzuruna möhtәrәm elçilәr kimi cәm edәrik; Günahkarları isә cәhәnnәmә susuz vәziyyәtdә sürüklәyib gәtirәrik.” 2

3. QİYAMӘTDӘ BİXӘBӘRLӘRİN VӘZİYYӘTİ NECӘ OLACAQ?

Sual: Avropa, Afrika, Amerika vә dünyanın digәr nöqtәlәrindә dünyaya göz açıb, ata-babasının dinindәn başqa bir din görmәyәn, kәnar mühitlәrdәn bixәbәr olanların qiyamәtdә vәziyyәti necә olacaq?

Cavab: Әgәr bu şәxslәr hәqiqi dini müәyyәnlәşdirmәk üçün imkanlara malik olduqları tәqdirdә axtarış aparmamışsa, üzürlü sayılmayacaqdır. Yox әgәr hәqiqi dini müәyyәnlәşdirmәk üçün heç bir imkanları olmamışsa, Allah hüzurunda üzürlüdürlәr. Belә insanları alәmlәrin Rәbbi cәzalandırmayacaq. Amma bütün bәşәriyyәt dәrk etdiyi hәqiqәtlәrә әmәl etmәlidir. Düşüncәsini işә salan insan bilir ki, Allah var, әdalәt yaxşıdır, zülm pisdir, fәsad vә azğınlıq alçaqlıqdır. Demәk, insan başa düşdüklәrinә әmәl etmәlidir. Belә insanlar Quranda “müstәzәf” adı ilә yad olunur. Böyük İslam tәfsirçilәri müstәzәflәri yad edәn ayәlәr haqqında geniş araşdırmalar aparmışlar. İmamlardan nәql olunmuş rәvayәtlәrdә maraqlı nöqtәlәr bәyan olunur. Uyğun mövzuda daha artıq mәlumat әldә etmәk üçün aşağıdakı mәnbәlәrә müraciәt edin. 3

4. ӘLLİ MİN İLLİK GÜN OLA BİLӘRMİ?

Suаl: Deyirlәr ki, qiyamәt günü әlli min il davam edәcәk. Bir gün әlli min il ola bilәrmi?

Cavab: Unutmamalıyıq ki, gecә-gündüz, ilin uzunluğu bizim planetdәkindәn fәrqli dә ola bilәr. Әgәr bir sutka bizim planetdә 24 saatdırsa, başqa planetlәrdә bu rәqәm fәrqli dә ola bilәr. Mәsәlәn, günәşә әn yaxın olan planet Merkuridә bir il bizim sәksәn sәkkiz sutkamıza bәrabәrdir. Yәni hәmin planet sәksәn sәkkiz gün әrzindә günәş әtrafında bir dövrә vurur. Günәş sisteminin sәkkizinci planeti olon Neptunda bir il tәqribәn bizim yüz altmış dörd ilimizә bәrabәrdir. Günәş sisteminin әn uzaq planeti olan Plutonda bir il bizim iki yüz qırx doqquz ilimizә bәrabәrdir. Hәlә bizim öz planetimizdә şimal vә cәnub qütblәrindә gecә vә gündüzün uzunluğu başqa yerdәkindәn fәrqlәnir. Orada altı ay gecә, altı ay gündüz olur. Ayda isә hәm gecә, hәm dә gündüz tәqribәn bizim on beş gün uzunluqda çәkir.

Ona görә dә tәәccüb etmәyә dәymәz ki, qiyamәt günü bizim әlli ilimizә bәrabәr olacaq. Çünki qiyamәt günü Quran ayәlәrindәn mәlum olduğu kimi, varlıq alәmindәki vәziyyәt dәyişәcәk vә günәş sistemi әvvәlki nizamını itirәcәkdir. Demәk, hәmin gün bu günki gündәn tamamilә fәrqlәnәsidir. Qurani-kәrimdә bu mәsәlәyә belә işarә olunur: “(Qiyamәt günü) elә bir gündür ki, yer başqa bir yerlә, göylәr dә başqa göylәrlә әvәz olunacaq...” 4

5. MӘAD CİSMANİDİR, YOXSA RUHANİ?

Sual: Nә üçün fәqihlәr mәad vә meracın ruhani olduğunu rәdd edirlәr? Axı bәzi qәdim filosoflar mәadın ruhani olacağını qeyd etmiş vә dәlillәr dә gәtirmişlәr?

Cavab: Şübhәsiz ki, ruhani mәadı inkar edәnlәr onu tәkcә cismani bilmirlәr. Onlar mәadın hәm cismani, hәm dә ruhani olması fikrindәdirlәr. Yәni qiyamәtdә hәm ruh, hәm dә cism yenidәn qaytarılasıdır. İnsan hәm cismәn, hәm dә ruhәn dirilir vә әmәllәrinin mükafatını, ya da cәzasını görür. Bu mәsәlә müasir dövr filosofları tәrәfindәn dә bir hәqiqәt kimi qәbul olunmuşdur. Qurani-mәciddә dә mәadın cismani olduğunu bildirәn ayәlәr vardır. Bu mәsәlә әqidә kitablarında geniş şәkildә bәyan olunmuşdur. Bu mәsәlә “Yasin” surәsinin son ayәsindә dә tәsdiqlәnir. “Hәr şeyin hökmü, ixtiyarı әlindә olan Allah pak vә müqәddәsdir. Siz dә Onun hüzuruna qaytarılacaqsınız.”

Onu da qeyd etmәliyik ki, cismani merac atmosfer qatları haqqındakı yanlış bir nәzәriyyәyә әsasәn inkar edilirdi. Bir zaman alimlәr düşünürdülәr ki, atmosfer qatının deşilmәsi mümkünsüzdür vә bu qatı heç vәchlә keçmәk olmaz. Amma sonralar bu nәzәriyyә inkar olundu vә tәcrübәdә sübuta yetdi ki, atmosfer qatı keçilmәz deyil.

6. ELMİ KӘŞF VӘ İXTİRA MÜӘLLİFLӘRİ QİYAMӘT GÜNÜ MÜKAFATLANDIRILACAQMI?

Sual: Nәzәrә alsaq ki, Edissonun elektriki, Qalileyin teleskopu ixtira etmәsi bәşәriyyәt üçün xidmәtdir, qiyamәt günü onlar bu xidmәtlәrinә görә mükafatlandırılacaqlarmı? Yoxsa bu alimlәr müsәlman olmadıqları, son dinә iman gәtirmәdiklәri üçün әliboş qalacaqlar?

Cavab: Bu mövzuda İslamın mәntiqini açıqlamazdan qabaq, uyğun mövzu ilә bağlı bәzi baxışlara nәzәr salaq:

1. Bәzilәri tәsәvvür edirlәr ki, cәmiyyәt üçün faydalı olan bütün әmәllәr Allah qarşısında dәyәrlәndirilәcәk. Onların nәzәrincә, cәmiyyәtә xidmәt baxımından müsәlmanlarla qeyri-müsәlmanlar arasında heç bir fәrq yoxdur. Allah әdalәtli olduğu üçün bәndәlәrinin xidmәti arasında fәrq qoymur. Onlar deyirlәr ki, Allaha imanın, son Peyğәmbәrә etiqadın yaxşı әmәlә heç bir dәxli yoxdur. Bir iş cәmiyyәtә xeyirlidirsә, onun mükafatı var. Bu işi görәnin müsәlman vә ya qeyri müsәlman olması әhәmiyyәtli deyil.

2. Başqa bir qrupun fikrincә, iman gәtirmәmiş insanın әmәllәri puçdur vә bu әmәllәr üçün mükafat nәzәrdә tutulmur. Onlar belә düşünürlәr ki, düzgün әqidәdә olmayan insanın yaxşı әmәllәri puç olasıdır.

Әslindә isә bir-biri ilә ziddiyyәt tәşkil edәn bu iki baxışın hәr ikisi yanlışdır. Üçüncü bir baxış daha mәntiqli görünür. Üçüncü baxışa әsasәn bütün yaxşı işlәrin iki yönümü var: 1. İnsanın özünә aid olan fәrdi mәnafe; 2. Bütün bәşәriyyәtә aid olan ictimai mәnafe.

Әgәr alim vә ixtiraçı üzücü zәhmәtlәrә dözüb, yenilik yaradarkәn, mәqsәdi bu olarsa ki, şan-şöhrәt qazansın vә ya öz kәşfindәn böyük gәlir götürsün, onun qiyamәtdә heç bir mükafatı yoxdur. Çünki bu insanların mәqsәdi Allah vә cәmiyyәti razı salmaq olmamışdır. Onlar yalnız şan-şöhrәt vә var-dövlәt haqqında düşünmüş, gecә-gündüz tәr axıdaraq, bu yolda çalışmışlar. Yox әgәr alimin mәqsәdi bәşәriyyәtә xidmәt göstәrmәk, onlara xeyir vermәk olmuşsa, onun Allah qarşısında mükafatı vardır. Allah adildir vә bütün yaxşı işlәri mükafatlandırır.

İslami hәdislәrdә oxuyuruq ki, heç bir sәmavi dinә inanmamış, bütpәrәst olmuş Hatәm Tai mәhrumlara daim әl tutduğu üçün qiyamәt günü münasib bir mükafat alacaqdır. 5 Demәk, alimin mükafatlandırılmasında onun niyyәti mühüm rol oynayır. Әgәr o öz şәxsi mәnafelәrinә görә çalışmısa, qiyamәtdә heç bir mükafatı yoxdur. Әgәr alimi üzücü zәhmәtlәrә vadar edәn, bәşәriyyәtә xeyir vermәk amalıdırsa, onun Allah dәrgahında mükafatı var. Elә alimlәr var ki, bәşәriyyәtә qarşı tәhlükәli silah hazırlamaq üçün onlara yaxşı pul verilsә, әvvәlki işlәrini buraxıb uyğun cinayәtә qatılarlar. Elә alimlәrin Allahdan әvәz istәmәyә haqqı yoxdur. Hәtta pis niyyәtlәrinә görә onların cәzası daha da şiddәtli ola bilәr. Amma bәzi insanlar bәşәriyyәtin xoşbәxtliyi xatirinә öz maddi mәnafeyindәn keçir. Şübhәsiz ki, cәmiyyәtә xidmәt üçün üzücü zәhmәtlәrә qatlaşan insanlar öz zәhmәtlәrinin mükafatını alasıdır.

 

1 "Məryəm" surəsi, ayə 93-95

2 "Məryəm" surəsi, ayə 85-86

3 “Biharul-әnvar”, c. 72, s.157; “Tәfsirәl-mizan”, c. 5, s. 45-61

4 "Ibrahim" surəsi, ayə 48

5 “Sәfinәtul-bihar”, c. 1, s. 607

 

“Dini suаllаrа cаvаblаr”, Аyәtullаh-üzmа Mәkаrim Şirаzi və Аyәtullаh Cәfәr Sübhаni,  səh. 138-142

 

Рейтинг

В этом разделе