»»

Allaha nә üçün ibadәt edilmәlidir? Namazın, orucun, vә hәccin mənasi nәdir?

Sual: Allah ehtiyacsız olduğu halda, ona nә üçün ibadәt etmәliyik? Allahın bizim ibadәtimizә ehtiyaclı olması Onun uca mәqamı ilә bir araya sığırmı?

Cavab: Bu suala iki şәkildә - icmali vә tәfsili şәkildә cavab vermәk olar.

İcmali cavab: Әgәr düşünsәk ki, Allah bizim ibadәtimizә ehtiyaclıdır, onda belә bir sual yaranır ki, mәhdud olmayan Allah mәhdud varlığa necә möhtac ola bilәr? Yәni Allahın insanın ibadәtinә möhtac olmaması aşkar bir mәsәlәdir. Bilmәliyik ki, Allaha pәrәstişdә mәqsәd insanın özünün kamala çatmasıdır. Yәni ibadәti әmr etmәsi Onun bizә qarşı lütfü, mәrhәmәti kimi başa düşülmәlidir. Allah öz bәndәsini ibadәt vasitәsi ilә kamala çatdırmaq istәyir.

Tәfsili Cavab: Allahın razılığı üçün yerinә yetirilәn hәr bir әmәl, elәcә dә, ibadәt bir sıra fәrdi vә ictimai tәsirlәrә malikdir. İbadәt çox ali tәrbiyәvi vә әxlaqi bir mәktәbdir. Onun bәzi tәsirlәrini nәzәrdәn keçirәk:

1. Allaha pәrәstiş vә ona ibadәt insanda qәdirbilmә, şükretmә hisslәrini dirçәldir. İnsanın ixtiyarında misilsiz nemәtlәr qoymuş varlığın qarşısında tәşәkkür, lәyaqәt nişanәsidir. İnsan öz ibadәti ilә ona әta olunmuş nemәtlәrә layiq olduğunu bildirir. İnsan Allaha hәmd oxuyub, tәşәkkür edәrәk nankor olmadığını aşkarlayır.

2. İbadәt vә Allaha pәrәstiş insan ruhunun tәkamülünün әsasıdır. İnsan ruhunu Allahın mütlәq kamal dünyası ilә әlaqәlәndirәn tәkamüldәn üstün tәkamül ola bilәrmi? İnsan öz bәndәlik vәzifәlәrinin, hәyati işlәrinin icrasında Allahın sonsuz qüdrәtindәn yardım dilәyir vә öz lәyaqәti hәddindә mәbudu ilә danışır.

İxtisar şәkildә bәyan edilәn bu xüsusiyyәtlәr düzgün yerinә yetirilәn bütün ibadәtlәrә xasdır. Hәm dә namaz, oruc, hәcc kimi ibadәtlәrin özünәmәxsus mәziyyәtlәri vardır. İslamda böyük ibadәtlәrdәn sayılan namaz, oruc vә hәcc haqqında müxtәsәr şәkildә danışaq ki, Allahın bu ibadәtlәrә ehtiyacsız olduğu mәlum olsun.

Namaz vә onun tәrbiyәvi әsrarı:

1. Namaz Allahın xatırlanması sәbәbidir: Allahın xatırlanması, zikri insanın öz meyllәrini nәzarәtә alması vә ruhun tüğyanını cilovlaması üçün әn yaxşı vasitәdir.

Namaz qılan şәxs daim bütün işlәrimizdәn xәbәrdar, düşüncәlәrimizdәn agah olan Allahı yad edir. Allah zikri әn azı insanın arzu-istәklәrini tәnzimlәyir. Çünki Allahdan, onun mükafat vә cәzasından qәflәtdә olan insanın ağıl vә düşüncәsi zülmәtә qәrq olur. Allahdan qafil insan öz әmәl vә rәftarlarının nәticәsi haqqında düşünmür, öz azğın istәklәrini hәyata keçirmәk üçün hәdd tanımır. Gün uzunu insana beş dәfә Allahı xatırladan, onu qәflәt yuxusundan аyıldıb tәmizlәyәn namazdır.

Qurani-kәrimdә bu mәsәlәyә belә işarә olunur: “Namaz insanı günah vә çirkin işlәrdәn uzaqlaşdırar.”1

2. Namaz qılan şәxs bilsә ki, qıldığı namaz qәbul olunması üçün zәkat ödәmәlidir, qeybәt etmәmәlidir, tәkәbbür vә hәsәddәn çәkinmәlidir, spirtli içkilәr içmәmәlidir, Allaha diqqәtlә namaz qılmalıdır, bütün bu şәrtlәri ödәmәyә çalışar. Ona görә dә hәzrәt Peyğәmbәr (s) buyurur: “Namaz saf su arxı kimidir. İnsan bu arxda yuyunur. Gün uzunu beş dәfә namaz qılan şәxsin qәlbi bu pak mәnәvi çeşmәdә yuyulur, onun qәlbindә vә ruhunda günah tozu qalmır.”

3. Tәmizlik: Bәzi mәqamlarda bütün bәdәni yumaqla qüsl vermәli olan, gündә beş dәfә dәstәmaz alan, qüsl vә dәstәmazdan qabaq bütün bәdәnini paklayan insan, şübhәsiz ki, tәmiz olacaq. Bu baxımdan namaz tәmizliyi tәmin edir.

4. Dәqiqlik vә vaxtşünaslıq: İslamda hәr bir namazın özünәmәxsus vaxtı var. İnsan namaz vaxtlarına riayәt etmәklә dәqiqliyә, vaxta diqqәtli olur. Namaz qılan şәxs sübh namazını qılmaq üçün tüludan qabaq yuxudan oyanmalıdır. O, sübhün pak havasını duymaqla yanaşı, gündәlik hәyat fәaliyyәtlәrinә dә vaxtında başlayır.

Namazın tәrbiyәvi әhәmiyyәti tәkcә yuxarıda deyilәnlәrdәn ibarәt deyil. Biz sadәcә bu böyük ibadәtin bәzi faydalarını sadaladıq.


Namazın ictimai әhәmiyyәti:

Müәyyәn vaxtlarda qılınan namaz әzәmәtli İslam ümmәtinin vәhdәt nümayişidir. Çünki bütün müsәlmanlar müәyyәn vaxtlarda üzüqiblәyә dayanır vә xüsusi bir әdәblә Allaha pәrәstiş edirlәr. Belә bir tәzahür müsәlman ümmәtin birliyinә bariz nümunәdir. İslam dini ibadәt vasitәsi ilә öz ardıcıllarını birlәşdirir.

Namaz cәmiyyәt halında qılındıqda vәhdәt, bәrabәrlik ruhu dәqiq vә sıx cәrgәlәrdә özünü göstәrir. Uyğun birliyin әhәmiyyәtini izah etmәyә ehtiyac yoxdur. Әlbәttә ki, namazın başqa ictimai vә tәrbiyәvi әhәmiyyәtlәri vardır.

Orucun bәzi әhәmiyyәtlәri:

İslami ibadәtlәrdәn biri dә orucdur. Orucun tәrbiyәvi әhәmiyyәtlәrindәn biri insana adәt vә şәhvәtin hakimliyinә son qoyulmasıdır. Oruc insanı nәfsin әsarәtindәn qurtarır.

İnsan üçün әn tәhlükәli hakimiyyәt pis adәt vә azğın nәfsin hakimiyyәtidir. Adicә siqaretә adәtin insana nә qәdәr zәrәrli olduğu inkarolunmazdır. Amma oruc tutan insan bir çox başqa pis adәtlәrdәn dә әl çәkir.

Azad o kәsdir ki, heç bir pis adәtә tәslim olmasın. Oruc insanda elә bir müqavimәt ruhu yaradır ki, o adi vaxtlarda mümkünsüz saydığı adәtlәri tәrk edir.

Bundan әlavә, oruc insanlıq hisslәrini canlandırır. Adәtәn, il boyu rәngbәrәng süfrәlәr arxasında oturan varlı insanlar gün uzunu aclıq çәkәn yoxsullardan xәbәrsiz olurlar. Amma onlar oruc tutduqda gün uzunu ac qalmaqla yoxsulları yada salır, onların dәrdinә şәrik olurlar. Nәticәdә varlı аdаmların insani hisslәri canlanır vә yoxsul tәbәqәnin ehtiyaclarının tәmini üçün şәrait yaranır. Varlı tәbәqәnin belә bir ibadәt vasitәsi ilә aclığı dadıb, ehtiyaclıların halına yanması cәmiyyәt üçün tәhlükәli olan yoxsulluq qәzәbini sakitlәşdirir. Ramazan ayının orucu bәrabәrlik vә birlik tәzahürüdür. Çünki bu ayda cәmiyyәtin bütün tәbәqәlәri nәfs istәklәri ilә mübarizәyә qalxaraq, bir cәrgәdә dayanırlar.

Hәccin fәlsәfәsi:

İslamın böyük ibadәtlәrindәn biri dә hәccdir. Hәcc ilin müәyyәn günündә tarixi bir mәkanda cәm formada yerinә yetirilәn ibadәtdir. Bu ibadәt bәndә ilә Allah arasında möhkәm bağlılıq yaratmaqla yanaşı, cәmiyyәt üçün dә bir çox faydalara malikdir. Mәsәlәn:

1. Yalnız iki hissә parçaya bürünmәklә libassız v azad şәkildә yerinә yetirilәn bu ibadәt bәndәlәrin Allah qarşısında bәrabәrlik nişanәsidir. Bir gün insanların millәt, dil, rәng, sәrvәt vә mәqamdan asılı olmayaraq bәrabәr şәkildә yaşaması bәşәriyyәtin әn böyük amalıdır. Hәcc mәrasimindә müqәddәs mәkana toplaşanlar bir neçә günlük dә olsa bu hissi yaşayırlar; hәcc ibadәti bәşәriyyәtin birlik amalını gerçәklәşdirir vә hәmin mәrasimdә olanlar öz ictimai imtiyazlarını unudurlar.

2. Dünya müsәlmanlarının hәqiqi nümayәndәlәrindәn tәşkil olunmuş bu әzәmәtli toplum müsәlmanların illik konqresi hesab olunur.
İslam ayinlәri tәkcә әxlaqi vә tәrbiyәvi qanunlardan ibarәt deyil. Müsәlman toplumlarının il boyu mütәmadi şәkildә toplanıb, öz әxlaqi, ictimai, siyasi, iqtisadi, hәrbi problemlәrini müzakirә etmәlәrinә ehtiyac var. Ona görә dә İslamda siyasi qanunlar tәnzimlәnmi; Mәkkә torpağında illik konqres tәşkil olunmuşdur vә bu yolla İslam ayinlәrinin әbәdiyyәt vә paklığı tәmin olunmuşdur. Tәbii ki, ilahi dәyәrlәrin keşiyindә durmuş konqres dünyәvi, siyasi mәqsәdlәrlә tәşkil olunmuş müxtәlif konqreslәrdәn çox-çox üstündür.

Әgәr dünyada mövcud olan siyasi cәrәyanlar yalnız son әsrlәrdә öz konqreslәrini keçirmәk qәrarına gәlmişlәrsә, İslam on dörd әsrdir ki, belә bir toplantıdan faydalanır. Bu mәrasimә toplanmış müsәlman mütәfәkkirlәri dünyada mövcud olan son ictimai-siyasi durumu araşdırır vә ümumi bir qәrara gәlәrәk, fәaliyәt istiqamәtlәrini müәyyәnlәşdirirlәr.

Әgәr müxtәlif sәbәblәrdәn bugünki hәcc mәrasimindә dünya müsәlmanlarının problemlәri istәnilәn sәviyyәdә hәll olunmursa da, hәcc mәrasimi dünya müsәlmanlarına belә bir imkan vermişdir. Hәr halda müsәlman rәhbәrlәrinin bir araya gәlmәsi üçün bundan münasib bir fürsәt tәsәvvür olunmur.

Bu konqres müsәlmanların iqtisadi vә mәdәni durumuna әhәmiyyәtli tәsir göstәrә bilәr. Çünki dünyanın müxtәlif ölkәlәrindәn gәlmiş mütәfәkkirlәr vә nәzәr sahiblәri hәcc әmәllәrini yerinә yetirdikdәn sonra aram bir mühitdә müzakirәlәr aparıb, ümumi bir fikirә gәlә bilәrlәr.
Hәcc konqresi müxtәlif müsәlman ölkәlәrindә zülm-sitәm zәncirlәrinin qırılması üçün azadlıq hәrәkatlarına ilham verә bilәr. İslam tarixinә nәzәr saldıqda bu nöqtә daha da aydın olur. Bir çox zülm-sitәm rejimlәrinin taleyi mәhz hәcc әyyamında hәll olunmuşdur. Bu müqәddәs torpaq müsәlmanların azadlıq hissini güclәndirir.

Bәli, hәcc mәrasiminin belә imkanları var. Tәәssüf ki, dünya müsәlmanları onun әhәmiyyәtini hәlә ki lazımınca dәrk etmәmişlәr.
Yuxarıda deyilәnlәrdәn belә bir nәticә alınır ki, bütün islami ibadәtlәrin ibadәt edәn şәxsә vә cәmiyyәtә müstәsna faydaları vardır.

 

1 Ənkəbut surəsi, 45

 

“Dini suаllаrа cаvаblаr”, Аyәtullаh-üzmа Mәkаrim Şirаzi və Аyәtullаh Cәfәr Sübhаni,  səh. 152-156

Рейтинг

В этом разделе