
Sual: Allah ehtiyacsız olduğu halda, ona nә üçün ibadәt etmәliyik? Allahın bizim ibadәtimizә ehtiyaclı olması Onun uca mәqamı ilә bir araya sığırmı?
Mərhəmətli, rəhmli Allahın adı ilə! İnsani keyfiyyətlərdən sayılan və dini ədəbiyyatda xüsusi yer alan sifətlərdən biri də həyadır. Həya insan həyatının necəliyində təsirlidir. Cəmiyyətin istiqamətlənməsində və formalaşmasında önəmli rol oynayır. Həya dini ədəbiyyatda təqva, ismət, iffət və digər əxlaqi keyfiyyətlərlə sıx əlaqəlidir. Həm fərdi, həm də cəmiyyət arasında həyaya riayət etmək fərdin və cəmiyyətin qorunmasınına gətirib çıxarar.
Hər saniyəmiz hesaba çəkilir!
Bağışlayan və Mehriban Allahın adı ilə!
And olsun axşam çağına ki, İnsan (ömrünü bihudə işlərə sərf etməklə, dünyanı axirətdən üstün tutmaqla) ziyan içindədir. Yalnız iman gətirib yaxşı əməllər edən, bir-birinə haqqı tövsiyə edən və səbri tövsiyə edən kimsələrdən başqa! (Əsr surəsi)
Mərhəmətli, rəhmli Allahın adı ilə! Azan, müsəlmanları namaza çağırmaq üçün azançının səhər, günorta və axşamüstü minarədən ucadan oxuduğu təkbirlə başlayan sözlərdir. Olduqca çox təkid olunmuş müstəhəblərdəndir. Belə ki, bəzi alimlər (müctəhidlər) azan və iqamənin vacib olmasını və kişilərin mümkün qədər azan və iqaməni tərk etməməsini bildirmişlər.
İbrahim ibn Yaqub ibn Əli ibn Muhəmməd ibn Hüseyn miladi təqvimlə 1953-cü ili may ayının 12-də (hicri təqvimlə 1372-ci ilin şaban ayının 15-ci günü, sübhə yaxın bir vaxtda) Nigeriyanın şimalında yerləşən Zaria (və ya: Zakzau və ya Zakzak) şəhərinin elm və alimlik ilə məşhur bir ailəsində dünyaya göz açıb. Gəncliyinin ilk illərində atası vəfat edincə, qardaşları ilə bərabər anasının himayəsində böyümüşdür.
Qalib Əsədinin övladları Bişr və Bəşir rəvayət edirlər ki, Ərəfə gününün axırı Ərəfatda İmam Hüseyn (ə)-ın xidmətində idik. Həzrət xeyməsindən çıxıb bir dəstə əhli-beyti, övladları, şiələri ilə nəhayət dərəcədə xuşu və təzərrülə dağın sol tərəfində dayandılar. Həzrət mübarək üzünü Kəbəyə tərəf çevirdi. Əlini üzü ilə bərabər bir tikə yemək diləyən miskin kimi tutaraq bu duanı oxudu:
Bağışlayan və Mehriban Allahın adı ilə
Təmizlik insanın təbii xüsusiyyətlərindəndir. Belə ki, hər bir insan bacardığı qədər özünü təmiz və səliqəli saxlamağa çalışır. İnsanların ən kamili olan Həzrət Peyğəmbər (s) isə ən kamil təmizliyə riayət edərdi. O Həzrət (s) hər sahədə olduğu kimi təmizliyə riayət etməkdə də bütün insanlara nümunə idi. O, həmişə həmişə ətir vurardı, belə ki, bir yerdən keçdikdə orada olan adamlar ətrin iyini hiss edərdilər. Hətta heç kəsin o həzrəti (s) görmədiyi vaxtlar, o cümlədən gecələr belə, o həzrətin (s) xoş iyi hər yerə yayılardı.
Dost – bu ifadə insanlar arasında ən ülvi xüsusiyyətlərə malik bir ifadədir. O qədər müqəddəsdir ki, insan öz dostundan ötrü hər şeyi qurban verməyə hazır olmağı düşünür. Deyirlər ki, dost qardaşdan da irəlidir. Atalar məsəlinə görə «kaş bütün qardaşlar dost olaydı» məsəli məşhurdur. Çünki insan öz doğma qardaşından gizlətdiyi sirrləri öz dostundan gizlətmir. Xülasə görək İslam baxımından dosta nə dəyər verilib.
Bağışlayan və Mehriban Allahın adı ilə
Böyük və görkəmli şəxsiyyətlər insanlarla qarşılaşanda həmin insanların özünü tanımazdan əvvəl onun şəxsiyyətini tanımağa, mənəviyyatının, təfəkkür tərzinin və davranışının dərinliyindən xəbərdar olmağa, cəmiyyətdə özlərinin hər cür hərəkət və rəftarlarını onun əsasında möhkəmləndirməyə çalışırlar.
1-ci hissə
Bağışlayan və Mehriban Allahın adı ilə
Bizə məlumdur ki, nəfs bizim ən böyük düşmənimizdir. Qədimdən insanlar nəfslə mübarizə yollarını axtarmağa başlamışlar. Çünki, dünyadakı bütün cinayətlər nəfsin səbəbinə meydana gəlib və indi də gəlməkdədir. Həmçinin, nəfsin dəvət etdiyi bütün növ istəklər insanı həlakətə aparır və dünyada və axirətdə onu zəlil edir. Bu səbəbdən də nəfslə mübarizənin ən yaxşı yolunu bizə müqəddəs İslam dini öyrədir.
Rəhman və rəhim olan Allahın adı ilə
Əziz oxucular, Allahın izni ilə bu məqalədə çox mühüm bir məsələni işıqlandırmaq istəyirik. Mötəbər sənədlərlə Rəsulullah (s.ə.a) və onun pak Əhli-beytindən (ə.s) nəql edilmiş bu hədislərin mətninə çox zaman əməl olunmadığı üçün bir sıra çətinliklərlə qarşılaşırıq.
Bir gün Şah Abbas Şeyx Bəhaiyə hakim olmağı təklif edir. Şeyx Bəhai Şah Abbasın yaxın adamlarından olduğu üçün, şah bunu etmək istəyirdi. Onda Şeyx Bəhai deyir:
Müsəlmanların firqələrə bölünməsi və buna rəvac verən amillərə münasibətdə müsəlman alimləri çeşidli mövqelərdən çıxış edirlər.