»»

İmam Əlinin (ə) günahkarları vəsf edən xütbəsi

ƏMİRƏL-MÖMİNİNİN (Ə) GÜNAHKARLARI VƏSF EDƏN XÜTBƏSİ

Əməl etmədən axirətə ümid bağlayan, uzun arzular içində tövbəyə ümid bəsləyən, zahidlərin sözünü deyib özünü dünyaya satanların əməllərini edən, əta edildikdə gözü doymayan, məhrum olduqda qane olmayan, verilənə şükr etməyə aciz olan, qalanlardan daha artığını istəyən, insanları çəkindirib özü isə çəkinməyən, insanlara əmr edib özü isə ona əməl etməyən, saleh bəndələri sevib onların etdiklərini etməyən, pislik edənlərə nifrət edib özü isə pislik edən, pisliklərinin çoxluğundan ölmək istəməyib “əməl edib özümü yormaqdansa, oturub arzu etsəm yaxşıdır”, - deyib həyatının sonuna qədər günahları tərk etməyən, məğfirət arzusunda olub günahlar içində boğulan, nəsihətverən qədər yaşamasına baxmayaraq nəsihətə əməl etməyən, keçmişini xatırlayıb “əməl etsəydim, nə yaxşı olardı”, - deyən, qarşılaşdığı fürsətləri dəyərləndirməyən, xəstələndikdə əməldə təfrit (tələb olunan miqdardan az) etməsinə peşman olan, sağlamlığında məğrur halda əməlini təxirə salan, sağaldıqda özünü bəyənən, xəstələndikdə ümidsizliyə qapılan, zənn edəndə nəfsinə məğlub olan, yəqinliyə yetişəndə nəfsinə qalib gələ bilməyən, onun üçün ayrılan ruziyə qane olmayan, ona kəfil olanın (Allahın) kəfalətinə inanmayan, vacib olan əməlləri etməyən, öz-özlüyündə şəkk edən, zəngin olduqda qürurlanıb fitnə törədən, fəqir olduqda ümidini üzüb zəifləyən, günahkar olmasına baxmayaraq nemət içində olan, nemətin artmasını istəyib şükr etməyən, başqalarının ona aid olmayan qüsurlarını görən, özünün böyük günahlarına göz yuman, şəhvətlə qarşılaşdıqda tövbəyə sığınaraq ləzzətə qapılan, tövbənin necə olduğunu bilməyən, rəğbət ilə kifayətlənməyən, əzab qorxusu ilə çəkinməyən, bir şey istədiyində israr edən, əmələ gəldikdə soyuq davranan, sözdə rəhbərlik edən, əməldə geri çəkilən, etmədiyi işin mənfəətini istəyən, özünü etdiyi cinayətin cəzasından amanda görən, dünyanın fani nemətinin arxasınca qaçan, qalan nemətdən (axirət nemətindən) cahil olan, ölümdən qorxan lakin fürsəti əldən verməkdən qorxmayan, başqasının az günahını çox, özünün çox günahını az görən, başqalarına az itaət etdikdə özünə çox itaət edilməsini istəyən, özündən az miqdarda günah edənin aqibətindən qorxan, özü üçün əməlindən az miqdarda istəyən, insanlara lağ edər özünun isə ondan kənarda olduğunu zənn edən, sağlam və razı halda əmanəti geri qaytaran, qəzəblənib bəlaya uğradıqda əmanətə xəyanət edən, sağaldıqda tövbə etdiyini zənn edən, xəstələndikdə cəzalandığını zənn edən, orucu təxirə salan, yuxunu tezləşdirən, gecə namaz qılmayan, gündüz oruc tutmayan, gecənin yuxusuzluğuna qatılmadan səhərin açılmasını gözləyən, aclıq çəkmədən havanın qaralmasını gözləyən, özündən aşağıda olandan Allaha pənah aparan, özündən yuxarıda olandan Allaha pənah aparmayan, insanlar üçün zəhmətə qatılan, lakin Rəbbi üçün zəhmətə qatılmayan, zənginlərlə birgə yatmağı zəiflərlə birgə rükuya getməkdən üstün bilən, azlığa qəzəblənən, çoxluğa üsyan edən, öz xeyri üçün başqalarına zərər verən, başqalarının xeyri üçün özünə zərər verməyən, itaət edilməsini sevən, üsyan edilməsini sevməyən, almaq istəyən, vermək istəməyən, başqasına yol göstərən, lakin özü yolunu azan, Allaha üsyanda xalqdan qorxan, xalqa üsyanda Allahdan qorxmayan, inkar etdiyini bilən, bildiyini inkar edən, nemətlərə görə Rəbbinə həmd etməyən, nemətin çoxluğuna görə Allaha şükr etməyən, yaxşı əməllərə dəvət etməyən, pis əməllərdən çəkindirməyən, ömrünü şübhə içində keçirən, xəstələndikdə ixlasla tövbə edən, sağaldıqda ürəyi daşlaşan və köhnə əməllərinə qayıdan, başqaları üçün deyil yalnız özü üçün çalışan, əməlinin onu nəyə və hara aparacağını bilməyən, bunun nə vaxta qədər davam edəcəyini bilməyən kimsələrdən olma. Ey Rəbbim, bizi Səndən qorxan bəndələrindən qərar ver. Ey nəsihət istəyən, sözlərimi yadda saxla və düşün. İstəsən geri dön və get.

 

Şeyx Həsən ibn Əli əl-Hərrani, "Tuhəful-Uqul", səh. 151-152

Рейтинг

В этом разделе