Vəhhabilərin (sələfilərin) növbəti saxtakarlığını sizlərə təqdim edirik. Bunlar həmişə olduğu kimi, hədisin tərcüməsində təhriflər etmişlər.
Bu hədisin əsli, Şeyx Kəşşinin (r.a) "Rical" adlı kitabındadır. Şeyx Kəşşidən (r.a) sonra yaşamış Şeyx Tusi (r.a) isə Şeyx Kəşşinin (r.a) "Rical" kitabını yenidən tənzimləmiş və “İxtiyari Mərifətur-Rical” adlandırmışdır.
Hədisin əsli və həqiqi tərcüməsi belədir:
قال لي أبو خالد الكابلي: ... سمعت علي بن الحسين عليه السلام يقول: إن اليهود أحبوا عزيزا حتى قالوا فيه ما قالوا فلا عزيز منهم ولاهم من عزيز، وأن النصارى أحبوا عيسى حتى قالوا فيه ما قالوا، فلا عيسى منهم ولاهم من عيسى. وانا على سنة من ذلك ان قوما من شيعتنا سيحبونا حتى يقولوا فينا ما قالت اليهود في عزيز، وما قالت النصارى في عيسى بن مريم، فلاهم منا ولا نحن منهم
“Əbu Xalid əl-Kabuli mənə dedi: “...Əli ibn Huseynin (İmam Səccad ə.s) belə dediyini eşitdim: “Yəhudilər Üzeyri (ə) çox sevdilər o həddə qədər ki, onun özünün demədiyi şeyləri onun haqqında dedilər. Üzeyr (ə) onlardan deyil və onlar da Üzeyrdən (ə) deyillər. Və nəsranilər İsanı (ə) çox sevdilər o həddə qədər ki, onun özünün demədiyi şeyləri onun haqqında dedilər. İsa (ə) onlardan deyil və onlar da İsadan (ə) deyillər. Və biz də belə bir vəziyyətdəyik. Şiələrimizdən bir qövm bizi çox sevirlər o həddə qədər ki, bizim haqqımızda yəhudilərin Üzeyr (ə) haqqında və nəsranilərin İsa (ə) haqqında dediklərini deyirlər. Onlar bizdən deyildir və biz də onlardan deyilik”.
Şeyx Kəşşi, "Ricali-Kəşşi", səhifə 93.
Gördüyünüz kimi İmam (ə) burada "bizim şiə qrupu" deyil, "şiələrimizdən bir qövm" deyir. İmamın (ə) "şiələrimizdən bir qövm" sözü ilə nəzərdə tutduğu ğulatlardır, şiələr deyil. Çünki yəhudilər Üzeyrin (ə) Allahın oğlu olduğunu deyirlər. Həmçinin xristianlar da İsanın (ə) Allahın oğlu və Allah olduğunu deyirlər. Əhli-Beyt (ə) haqqında da bu sözləri deyənlər ğulatlardır. Ğulatların da kafır və müşrik olması həm Əhli-Beyt (ə) hədisləri ilə həm də Şiə alimlərinin icması ilə sabitdir.
(c) https://t.me/imamrza_xadimi