»»

Əhli-sünnənin və şiənin nəzərində imaməti (İmam Əli (ə) və ya xəlifələri) inkar etməyin küfr olması

Mərhəmətli və Rəhimli Allahın adı ilə

Aparıcı:

Ümid edirəm ki, indiyədək sizə təqdim olunan proqramlardan bəhrələnmisiniz. Proqramla qurulan əlaqələrdən, əlhəmdulillah, bu nəticəyə gəlmək olar ki, bu proqram tarixin bir sıra qaranlıq qatlarını fars dilli və ya fars dilli olmayan izləyicilərimiz üçün işıqlandırır.

Sizə təqdim olunan bəhslər elmi bəhslərdir. Elə buna görə də bu bəhslərin kəskin olması mümkündür. Amma bu bəhslərin kəskinliyi, Allah eləməmiş, digərlərinin təhqir olunmasına səbəb olmaz. İki tələbə və ya iki alim bəhs edərkən bir-birlərilə kəskin bəhslər etdikləri kimi, sonradan oturub dostcasına söhbət də edirlər. Buna görə də biz digər məzhəblərlə elmi və ixtilaflı məsələləri irəli sürməyi çox istəyirik. Lakin bir-birimizi təhqir etmək istəmirik. Çünki bu, bizim böyüklərimizin göstərişidir. İstəyirik ki, yaxşı və layiqli bir şiə proqramını bütün müsəlmanlara təqdim edək.

Ortaya atdığımız əsas bəhslər əhli-sünnə kitablarındandır. Bizim vəzifəmiz yalnız mətləbləri bəyan etməkdir. Mühakimə yürütmək isə izləyicilərimizin öhdəsindədir. Əlhəmdulillah, əsrimiz kompüter və informasiya əsridir. Buna görə də əziz izləyicilərimiz bizim ekspertlər tərəfindən bəyan olunan bəhsləri çox rahatlıqla təhqiq edə və özləri ilə Allah arasında höccəti tamam edə bilərlər. Biz vəhhabi kanallarının proqramlarını izləyərkən onların bizim belə proqramlarımızın çoxluğundan narahat olduqlarını görürük. Biz ümidvarıq ki, bu proqramlar deyildiyi kimi olacaq. Vaxtımız boş getməsin deyə biz gərək ixtiyarımızda olan bu mühitdən istifadə edək.

Ustad Qəzvini:

Mən səfalı və isti ailələrin qonağı olduğu bu Yer kürəsində yaşayan bütün izləyicilərimizə salamımı və hörmətimi bildirirəm. Mənnan olan Allahdan bütün əzizlərimin müvəffəq olmasını diləyirəm, bütün əzizlərdən xalisanə dualarını iltimas edirəm. Əgər bizim bir müvəffəqiyyətimiz olmuşdursa, bu da siz əzizlərin xeyir-duası sayəsində olmuşdur.

Aparıcı:

Keçən bəhslər vəhdət və onun maneələri ilə bağlı idi və hələ də davam etməkdədir.

Sonda vəhhabi kanalları Şeyx əl-Mufidin dediyi “İmaməti inkar edənlər kafirdir” cümləsindən sıxıntı keçirirlər. Hacı, izləyicilərimiz üçün daha aydın olsun deyə bu barədə daha geniş izah etməyinizi xahiş edirəm.

Ustad Qəzvini:

Əzizimiz Möhsininin işarə etdiyi kimi Vilayət kanalının proqramlarına (insanlar) kamil surətdə şahiddirlər. Bu məsələ əhli-sünnə qardaşlarımızın əlaqələrindən və razılıq bildirmələrindən məlum olur. Belə ki, Vilayət kanalının məntiqi Quran məntiqidir, əhli-sünnənin müqəddəslərini təhqir etmir və bunu iki il ərzində sabit etmişdir. Ümidvarıq ki, kanalın bu metodu davam edəcəkdir. Lakin bizim təkfirçi vəhhabilərlə toqquşmamız eynilə Quranın, Peyğəmbərin (s) və Əmir əl-mumininin (ə) döyüş alovunu qızışdıranlarla və fitnəkarlarla olan toqquşmasıdır.

Bu cənabların bu yayımlanmış videolara heç bir cavabları yoxdur. Yalnız bu ifadəni işlədirlər: Siz onları kompleksli yetişdirmisiniz. Biz də cavabında deyirik ki, əgər biz onları kompleksli yetişdiririksə, o zaman onlar gedib ixtilaf salmaq üçün bomba qoysunlar, adam öldürsünlər və hər cinayətə əl atsınlar. Elm hövzələrindən tələbələri boşaltsınlar, otaqları partladıcı maddələrlə və silahlarla doldursunlar, sünni və şiə alimlərini öldürmək qərarına gəlsinlər. Bu, bəşəriyyətin fundamental məntiqidir. Görəsən bu üsul Amazon cəngəlliklərinin məntiqilə uyğun gəlirmi?

وَلَا يَجْرِمَنَّكُمْ شَنَآَنُ قَوْمٍ عَلَى أَلَّا تَعْدِلُوا اعْدِلُوا هُوَ أَقْرَبُ لِلتَّقْوَى وَاتَّقُوا اللَّهَ إِنَّ اللَّهَ خَبِيرٌ بِمَا تَعْمَلُونَ.

... Hər hansı bir dəstə ilə düşmənçilik sizi ədalətsizliyə vadar etməsin. Ədalətli olun, ki, o, təqvaya daha yaxındır. Təqvalı olun! Həqiqətən Allah etdiklərinizdən xəbərdardır. (əl-Maidə, 8)

Bu şərif ayəyə əməl etmək lazım deyilmi?

Hər halda, bu bəhslər öz təsirini qoymuşdur.

Amma Şeyx əl-Mufidin buyurduğu bəyanat belədir:

واتفقت الإمامية على أن من أنكر إمامة أحد الأئمة وجحد ما أوجبه الله تعالى من فرض الطاعة فهو كافر ضال مستحق للخلود في النار.

İmamiyyə şiələri ittifaq ediblər ki, hər kəs imamlardan (ə) birinin imamətini və Allahın onlara itaət etməyi vacib etdiyini inadkarlıqla və bilərəkdən inkar etsə, kafirdir, yolunu azmışdır və cəhənnəmdə əbədi olaraq qalmağa layiqdir.

Əvail əl-məqalat, Şeyx əl-Mufid, s.44

Biz bu bəyanatı inkar etmirik və (əlavə olaraq) deyirik ki, Malikdən, Əhməd ibn Hənbəldən və Əbu Hənifədən (öz nəzərlərində) bütün şiələrin kafir olduğunu sübut edən 10 sitat gətirmək olar. Biz bu sitatların dəlil və sənədlərini bəyan etmişik. Əgər gizli olan məlumatları açmaq qərarına gəlsək, sizin aranızda bu gizli məlumatlardan çoxdur. Əgər şiə alimləri arasında biri və ya bir neçəsi bu kimi ifadələr işlədibsə, sizin alimləriniz arasında yüzlərlə alim belə ifadələr işlədiblər. Hətta Peyğəmbərdən (s) üstün hesab etdiyiniz İbn Teymiyyə şiəni kafir hesab etməyən əhli-sünnənin kafir olması barəsində fətva vermişdir. Niyə bunlara cavab vermirsiniz?

Biz dəfələrlə demişik ki, məzhəblərin yaxınlaşmasının və vəhdətinin yollarından biri də budur ki, keçmişdəkiləri kənarda qoyaq və görək (cinayətkar və hər gün bir yerdə - Amerikada, Avropada və Əfqanıstanda – Quranın hörmətini sındıran düşmənlərimizin müqabilində) təklifimiz nədir? Siz ki, Quranın müdafiəsindən dəm vurursunuz, bu hörmətsizliklərin müqabilində (etiraz olaraq) bir bəyanat vermisinizmi? Hətta belə bir işə cürət etmisinizmi? Çünki bunlar hal-hazırda sizin böyükləriniz və ruzi verənlərinizdir. Əgər onları (bu hörmətsizliiyə görə günahkar bilib) məhkum etsəniz, neft quyularının boruları kəsilər. Siz hal-hazırda onların bayrağı altında sinə vurursuz və hətta son dərəcə ləyaqətsizcəsinə deyirsiniz ki, biz müsəlmanları öldürmək üçün gərək küfrdən və dünya hegemonlarından istifadə edək. Lakin biz sizin dəm vurduğunuz bu məntiqin nə olduğunu bilmirik. Bir halda ki, onlarla Quran ayəsi buyurur: “Müharibə ardınca olan kafir, yəhudi və məsihilərlə əlaqə qurmaq caiz deyildir.” Biz bu işlərin nəyə əsaslandığını bilmirik. Siz bəşərin hüququndan dəm vurursunuz. Sizin fikrinizə görə, zahirən Suriyada və İranda əhli-sünnənin insan hüquqları tapdalanır. Biz sual veririk ki, görəsən, İraqda, Liviyada, Misirdə və Bəhreyndə öldürülən insanların hüquqları nəzərə alınmamalıdırmı? Məgər onlar insan deyillər? Hətta Bəhreynə qoşun da yürütmüsünüz. Məgər bu, bir havaya iki əl çalmağın nümunəsi deyilmi? Biz bilmirik ki, bizlə təmas qurub sizin üçün fəryad çəkənlər sabahkı gündən – qiyamət günündən qorxmurlarmı? Vicdanlarını ayaqlar altına atanlar, bilin ki, bunlar tarixə yazılır. Gələcək və indiki nəsil sizin barənizdə mühakimə edəcək.

Bunların fəryad etdikləri Şeyx əl-Mufidin məsələsilə bağlı bunu demək olar:

Əvvəla, bunlar öz cəhalətini nümayiş etdirirlər. Şeyx əl-Mufid gətirdiyi ibarənin - İmamiyyə şiələri ittifaq ediblər ki, hər kəs İmamlardan (a) birinin imamətini inkar etsə - ardınca fasiləsiz olaraq belə davam edir:

وجحد ما أوجبه الله تعالى من فرض الطاعة.

Allahın onlara itaət etməyi vacib etdiyini inadkarlıqla və bilərəkdən inkar etsə...

Cəhd – yəni bilərəkdən inkar etməkdir.

Biz sizdən Quranın zahiri və təcvidinə diqqət etdiyiniz kimi bir az da onun barəsində düşünməyinizi istəyirik. Allah Təala Nəml surəsinin 14-cü ayəsində buyurmuşdur:

وَجَحَدُوا بِهَا وَاسْتَيْقَنَتْهَا نمل.

Qəti olaraq inandıqları halda, bilərəkdən inkar etdilər. (ən-Nəml, 14)

Yəni, yəqinləri vardır, lakin bilərəkdən inkar etdilər. Şeyx əl-Mufid də belə buyurur:

وجحد ما أوجبه الله تعالى من فرض الطاعة.

Allahın onlara itaət etməyi vacib etdiyini inadkarlıqla və bilərəkdən inkar etsə...

Bu, təkcə sünniyə məxsus deyildir. Şiə də həmçinin əgər Həzrət Əlinin (ə) Allah tərəfindən itaətləri vacib olan kəslərin biri olmasını inkar etsə, kafir olar. Namaz da Allahın vacib etdiklərindən biridir, onu da inkar edən kafir olar. Bu məsələ sizin Quranda düşünməməyinizin bariz nümunəsidir. Cümləni üzündən oxuya bilmirsiniz və böyüklərin kəlamlarına da diqqət etmirsiniz.

İkincisi, əgər Şeyx əl-Mufidin belə bir ifadəsi varsa:

واتفقت الإمامية على أن من أنكر إمامة أحد الأئمة وجحد ما أوجبه الله تعالى من فرض الطاعة فهو كافر ضال مستحق للخلود في النار.

İmamiyyə şiələri ittifaq ediblər ki, hər kəs imamlardan (ə) birinin imamətini və Allahın onlara itaət etməyi vacib etdiyini inadkarlıqla və bilərəkdən inkar etsə, kafirdir, yolunu azmişdir və cəhənnəmdə əbədi olaraq qalmağa layiqdir.

Bunun İmam Əlinin (ə) və digər imamların (ə) imamətinə və vilayətinə Qurandan və rəvayətlərdən dəlili vardır. Bəs siz fəqihlərinizin dediyi barəsində nə deyirsiniz?

من أَنْكَرَ إمَامَةَ أبي بَكْرٍ الصِّدِّيقِ رضي اللَّهُ عنه فَهُوَ كَافِرٌ.

Kim Əbu Bəkrin imamətini inkar etsə, kafirdir.

əl-Fətava əl-hindiyyə c.2, s.264; əs-Səvaiq əl-muhriqə c.1, s.139

Bunların dəlili nədir?

Siz qəbri açmaq istəyirsiz və şiə alimlərinin ibarələrini bəyan etmək istəyirsiz, lakin heç olmasa, azca öz alimlərinizin də ibarələrinə nəzər yetirin və insaflı mühakimə yürüdün!

Onlar deyirlər: Şiə bacarırsa, İmam Əlinin (ə) imamətinə bir ayə gətirsin! Biz də cavabında deyirik ki, siz necə Tövbə surəsinin 40-cı ayəsinin Əbu Bəkr haqqında və Nur surəsinin 11-ci ayəsinin də Aişə haqqında nazil olduğunu deyirsiniz və bunu rəvayətlərin köməkliyilə sübut edirsiniz, biz də rəvayətlərin köməkliyi ilə 10-larla ayənin İmam Əlinin (ə) vilayəti haqqında nazil olduğunu bəyan edə bilərik. Məsələn, Maidə surəsinin 55-ci ayəsi kimi:

إِنَّمَا وَلِيُّكُمُ اللَّهُ وَرَسُولُهُ وَالَّذِينَ آَمَنُوا الَّذِينَ يُقِيمُونَ الصَّلَاةَ وَيُؤْتُونَ الزَّكَاةَ وَهُمْ رَاكِعُونَ.

Həqiqətən sizin başçınız və işlərinizin ixtiyar sahibi yalnız Allah, Onun peyğəmbəri və iman gətirənlər – namaz qılıb rüku halında zəkat verən kəslərdir. (Hər iki məzhəb tərəfindən nəql edilmiş rəvayətlərə əsasən, cəm şəkildə buyurulan bu ayənin yeganə nümunəsi Əli əleyhis-salam və onun rüku halında üzük bağışlamasıdır). (əl-Maidə, 55)

Alusi bir əhli-sünnə alimidir və qılıncının kəsərli tərəfini şiənin əleyhinə bağlayanlardandır. O, bu ayə barəsində belə deyir:

وغلب الأخباريين على أنها نزلت فى على كرم الله تعالى وجهه.

Hədis alimlərinin əksəriyyəti bu ayənin Əlinin (ə) haqqında nazil olduğunu deyirlər.

Ruh əl-məani, c.6, s.167

O, başqa bir yerdə isə belə deyir:

والآية عند معظم المحدثين نزلت فى على كرم الله تعالى وجهه.

Böyük hədis alimlərinin fikrinə görə, bu ayə Əli (ə) haqqında nazil olmuşdur.

Ruh əl-məani, c.6, s.186

Cənab İzzəddin əl-İyci və digərləri deyirlər:

.وأجمع أئمة التفسير أن المراد علي.

Təfsir imamları icma ediblər ki, bu ayədən məqsəd Əlidir (ə).

əl-İyci, əl-Məvaqif, c.3, s.601

əl-İycinin bu nəqli (bizə) bunu çatdırır ki, onlar bu mətləbi qəbul edirlər.

Siz Tövbə surəsinin 40-cı ayəsinin Əbu Bəkr haqqında nazil olmasını inkar edənlərin “kafir” olduğunu dediyiniz kimi, biz də Maidə surəsinin 55-ci ayəsini Əmir əl-muminin (ə) haqqında nazil olmasını inkar edənləri “kafir” hesab edirik.

Maidə surəsinin 67-ci ayəsində Allah-Təala buyurur:

يَا يُّهَا الرَّسُولُ بَلِّغْ مَا أُنْزِلَ إِلَيْكَ مِنْ رَبِّكَ وَإِنْ لَمْ تَفْعَلْ فَمَا بَلَّغْتَ رِسَالَتَهُ وَاللَّهُ يَعْصِمُكَ مِنَ النَّاسِ إِنَّ اللَّهَ لَا يَهْدِي الْقَوْمَ الْكَافِرِينَ

Ey Peyğəmbər, Rəbbin tərəfindən sənə nazil olanı çatdır! Əgər (bunu) etməsən, (elə bil ki,) Onun (heç bir) tapşırığını çatdırmamısan. Allah səni insanlardan (onların fitnə və şərrindən) qoruyacaq. Şübhəsiz, Allah kafirlərin dəstəsini hidayət etməz. (əl-Maidə, 67)

Alusi və digərləri kimi böyük alimləriniz bu ayənin Əmir əl-muminin Əli (ə) haqqında nazil olduğunu deyirlər. Təbəri və İbn Əbi Hatim də həmçinin belə deyir: “Bu ayə Əmir əl-muminin Əli (ə) haqqında nazil olmuşdur.” İbn Teymiyyə “Minhac əs-sünnə” kitabında belə deyir: Bu iki təfsir mötəbər təfsirin bir hissəsi sayılır.

و تفاسيرهم متضمنة للمنقولات التي يعتمد عليها في التفسير

Onların təfsirləri təfsir elmində etimad olunmalı nəqlləri özündə ehtiva etmişdir.

Minhac əs-sünnə ən-Nəbəviyyə c.7, s.179

Bunu sizin imamınız deyir, başqası yox!

“Ruh əl-məani” təfsirində İbn Məsudun belə dediyi gəlmişdir:

عن ابن مسعود قال : كنا نقرأ على عهد رسول الله ( صلى الله عليه و سلم ) ياأيها الرسول بلغ ماأنزل اليك من ربك إن عليا ولى المؤمنين

İbn Məsud deyir: Biz Rəsulullahın (s) zamanında (bu ayəni) belə oxuyurduq: Ey Peyğəmbər, Rəbbin tərəfindən sənə nazil olanı çatdır ki, həqiqətən, Əli (ə) möminlərin vəlisidir!

Ruh əl-məani, c.6, s.193

Gəlin bu ayəyə cavab verin! Əgər belə bir ibarə Əbu Bəkr və Aişənin barəsində gəlsə, heç kəsin onu inkar etməyə haqqı yoxdur və bunu inkar edən də kafirdir. Amma (belə bir ibarə) Əmir əl-muminin (ə) haqqında gəlsə, yerlə göy birləşər?!

Əmir əl-mumininin (ə) imamət və vilayəti Quranda gəlməsindən əlavə, dinin kamil olmasının və Allahın İslam dinindən razı qalmasının təməlidir.

Əgər Allah-Təala Maidə surəsinin 3-cü ayəsində buyurursa:

الْيَوْمَ يَئِسَ الَّذِينَ كَفَرُوا مِنْ دِينِكُمْ فَلَا تَخْشَوْهُمْ وَاخْشَوْنِ الْيَوْمَ أَكْمَلْتُ لَكُمْ دِينَكُمْ وَأَتْمَمْتُ عَلَيْكُمْ نِعْمَتِي وَرَضِيتُ لَكُمُ الْإِسْلَامَ دِينًا

... Bu gün kafirlər sizin dininiz(i məhv edib aradan apara biləcəklərin)dən ümidlərini kəsiblər. Odur ki, onlardan qorxmayın, Məndən qorxun. Bu gün dininizi sizin üçün kamilləşdirdim, sizə Öz nemətimi tamamladım və (möhkəm və sabit) bir din kimi sizin üçün İslamı qəbul etdim... (Maidə 3)

Diqqətlə oxusanız, başa düşərsiniz ki, Əmir əl-mumininin (ə) vilayəti olmayan İslam qeyri-islam kimidir.

Sizin 10-larla təfsirçiniz deyib ki, bu ayə Həzrət Əlinin (ə) xilafətə təyin olunmasından sonra nazil olmuşdur. Məsələn, Xətib əl-Bağdadi səhih sənədlə özünün “Tarixi-Bağdad” əsərinin c.8, s.284-də, İbn Əsakir “Tarixi-Diməşq” kitabının c.42, s.237-də, Süyuti Durr əl-mənsur kitabının c.2, s.298- də, Xarəzmi “əl-Mənaqib”inin 80-ci səhifəsində... qeyd ediblər ki, bu ayə Əlinin (ə) xilafətə təyin olunmasından sonra nazil olmuşdur.

Məgər bu, Həzrət Əlinin (ə) vilayətinin Quranda açıq-aşkar gəlməsinin nişanəsi deyilmi? Əgər düz deyirsinizsə gərək bu mətləbi dostcasına müzakirə edək və daha sizin bizdən vəhşət keçirmənizə ehtiyac yoxdur. Çünki siz öz ölkənizdə vəhhabilərin kölgəsi altındasınız, biz isə burda. Camaat bu düzənsizlikdən qurtulsun deyə, bu iki il ərzində bir çox məsələlər camaat üçün aydınlaşmışdır.

Sizin “Səhih əl-Buxari”də “Mənzilət” hədisi gəlmişdir, belə ki, Allahın rəsulu (s) Əliyə (ə) buyurmuşdur:

قال النبي صلى الله عليه وسلم لِعَلِيٍّ أَمَا تَرْضَى أَنْ تَكُونَ مِنِّي بِمَنْزِلَةِ هَارُونَ من مُوسَى

Məgər sən razı deyilsənmi ki, sənin mənə olan nisbətin Harunun Musaya olan nisbəti kimi olsun?

Səhih əl-Buxari, c.3, s.1359

Bu hədis “Səhih Müslim”də də gəlmişdir:

فقال أَمَا تَرْضَى ان تَكُونَ مِنِّي بِمَنْزِلَةِ هَارُونَ من مُوسَى غير انه لَا نَبِيَّ بَعْدِي

Məgər sən razı deyilsənmi ki, sənin mənə olan nisbətin Harunun Musaya olan nisbəti kimi olsun? Bu fərqlə ki, məndən sonra peyğəmbər olmayacaq.

Səhih Muslim, c.4, s.1870

“Məndən sonra peyğəmbər olmayacaq” cümləsi bunu çatdırır ki, Peyğəmbərdən (s) sonra Əli (ə) qalacaq, amma peyğəmbərlikdən söhbət gedə bilməz.

Bundan əlavə “Mənzilət” hədisində “خليفتي" (“xəlifəti” – yəni “xəlifəm”) kəlməsi gəlmişdir. Mən sizdən istəyirəm ki, bir az diqqət edəsiniz və həqiqəti anlamanız üçün bir anlıq təəssübünüzü kənara qoyasınız.

Əhməd ibn Hənbəl öz “əl-Müsnəd” kitabı haqqında deyir: “Bu kitabda olan heç bir rəvayət qeyri-səhih deyil (yəni hər bir rəvayət səhihdir).”

O, elə həmin kitabda Peyğəmbərin (s) Əliyə (ə) belə buyurduğunu nəql edir:

فقال له أَمَا تَرْضَى أَنْ تَكُونَ مِنِّى بِمَنْزِلَةِ هَارُونَ من مُوسَى الا أَنَّكَ لَسْتَ بنبي انه لاَ ينبغي أَنْ أَذْهَبَ الا وَأَنْتَ خليفتي قال بن عباس وقال له رسول اللَّهِ أنت وليي في كل مُؤْمِنٍ بعدي

Məgər sən razı deyilsənmi ki, sənin mənə olan nisbətin Harunun Musaya olan nisbəti kimi olsun? Lakin sən peyğəmbər deyilsən. Sən xəlifəm olmadan mənim getməyim layiq deyildir. İbn Abbas deyir ki, Həzrət Peyğəmbər (s) Həzrət Əliyə (ə) buyurdu: Sən məndən sonra bütün möminlərin vəlisisən (rəhbərisən).

Musnəd Əhməd ibn Hənbəl, c.1, s.330

Cənab əl-Heysəmi “Məcmə əl-zəvaid” kitabında bu rəvayətin səhih olduğunu deyir:

رواه أحمد والطبراني في الكبير والأوسط باختصار ورجال أحمد رجال الصحيح غير أبي بلج الفزاري وهو ثقة.

Bu hədisi Əhməd və ət-Təbərani “əl-Kəbir” və “əl-Əusət” kitablarında rəvayət ediblər. Əbu Bəlc əl-Fəzaridən başqa Əhmədin bütün raviləri əs-Səhihin raviləridir. Əbu Bəlc isə siqədir.

Məcmə əl-zəvaid, c.9, s.120

Bu rəvayətdə Allahın rəsulu (s) İmam Əliyə (ə) buyurur:

“Sən məndən sonra bütün möminlər üçün mənim canişinim və xəlifəmsən.”

Necə də ifadəli bir təbirlə Əmir əl-muminini (ə) canişin olaraq tanıtdırır:

وأنت خليفتي في كل مؤمن من بعدي.

Sən məndən sonra bütün möminlərin vəlisisən (rəhbərisən).

Sizin Cənab Albaniniz “Zilal əl-cənnəh” kitabından yazır:

1188 إسناده حسن ورجاله ثقات رجال الشيخين.

Bu hədisin sənədi həsəndir, raviləri də siqədir və əl-Buxari ilə Müslimin raviləridir.

Zilal əl-cənnəh, c 2, s 338

Sonra isə deyir:

غير أبي بلج واسمه يحيى بن سليم بن بلج قال الحافظ صدوق ربما أخطأ.

Əbu Bəlc istisnadır, onun adı Yəhya ibn Səlim ibn Bəlcdir. Buxari deyir ki, o, doğru danışandır, lakin hərdən xəta edirdi.

Əgər “Hərdən xəta edirdi” ifadəsini meyar götürsək, onda əl-Buxari ilə Müslim barəsində də onların (əl-Buxari ilə Müslimin) “müdəllis” olduğu deyilir. Bu “xəta edir” ifadəsindən daha ağır bir ifadədir. Bəs nə demək olar?

Hakim ən-Nişapuri də elə bu ifadəni qeyd edib:

إنه لا ينبغي أن أذهب إلا وأنت خليفتي قال بن عباس وقال له رسول الله صلى الله عليه وسلم أنت ولي كل مؤمن بعدي ومؤمنة.

Sən xəlifəm olmadan mənim getməyim layiq deyildir. İbn Abbas deyir ki, Həzrət Peyğəmbər (s) Həzrət Əliyə (ə) buyurdu: Sən məndən sonra bütün mömin kişi və qadınların vəlisisən (rəhbərisən).

Bu hədisin altında isə yazır:

هذا حديث صحيح الإسناد ولم يخرجاه بهذه السياقة.

Bu hədisin sənədi səhihdir, əl-Buxari ilə Müslim hədisi bu ifadə tərzilə nəql etməyiblər.

Albani də “Silsilətu əhadis əl-səhihə” kitabının 5-ci cildinin 222-ci səhifəsində 2223-cü hədisin altında əz-Zəhəbi və əl-Hakimin bu hədisin sənədinin səhih olduğunu bildirdiklərini qeyd edir.

وهو كما قالا

(əl-Hakim və əz-Zəhəbinin) dediyi kimi rəvayət səhihdir.

Siz deyirsiz ki, Əmir əl-muminin (ə) vilayəti haqqında bir dənə səhih rəvayət gətirin, biz isə onlarla səhih rəvayət gətiririk. Məgər bu mətləblər Şeyx əl-Mufidin sözünü dəstəkləmir ki, Əmir əl-muminin (ə) vilayəti Allahın vacib etdiyinin və Peyğəmbərin (s) gətirdiyi dinin bir hissəsidir?

Peyğəmbər (s) “Mənzilət” hədisini belə buyurmuşdur:

انت مني بمنزلتي هارون من موسي

Sənin mənə nisbətin Harunun Musaya olan nisbəti kimidir.

Öz xəlifəsini açıq-aşkar bəyan edən yeganə peyğəmbər Həzrət Musadır (ə). Qurana müraciət etsək görərik ki, Həzrət Harun (ə) barəsində açıq-aşkar ifadələr gəlmişdir. Məsələn Həzrət Harunun (ə) nübüvvət məqamı haqqında Allah Təala belə buyurur:

وَوَهَبْنَا لَهُ مِنْ رَحْمَتِنَا أَخَاهُ هَارُونَ نَبِيًّا.

Və Öz rəhmətimizdən qardaşı Harunu peyğəmbər olaraq əta etdik. (Məryəm, 53)

O Həzrətin (ə) canişinliyi barəsində isə Allah belə buyurur:

وَاجْعَلْ لِي وَزِيرًا مِنْ أَهْلِي هَارُونَ أَخِي.

Ailəmdən mənə bir vəzir və yardımçı ver! Qardaşım Harunu. (Taha, 29-30)

لَقَدْ آَتَيْنَا مُوسَى الْكِتَابَ وَجَعَلْنَا مَعَهُ أَخَاهُ هَارُونَ وَزِيرًا

Həqiqətən Biz Musaya (səma) kitab(ı olan Tövratı) verdik və qardaşı Harunu onun yanında (Tövrat elmi, onun qorunması, əməl edilməsi və çatdırılması işində, eləcə də düşmənlə mübarizədə ona) yardımçı etdik. (əl-Furqan, 35)

Həzrətin (ə) xilafət məqamı haqqında isə belə buyurur:

و قَالَ مُوسَى لِأَخِيهِ هَارُونَ اخْلُفْنِي فِي قَوْمِي وَأَصْلِحْ وَلَا تَتَّبِعْ سَبِيلَ الْمُفْسِدِينَ

Musa (vədələşdiyi yerə gedəndə) qardaşı Haruna dedi: “Qövmümün içində canişinlik et, islahla məşğul ol və fəsad törədənlərin yoluna tabe olma”. (Əraf, 142)

Sonda Həzrətin (ə) 4-cü məqamı olan qohumluq nisbəti barəsində isə Allah-Təala buyurur:

وَاجْعَلْ لِي وَزِيرًا مِنْ أَهْلِي هَارُونَ أَخِي اشْدُدْ بِهِ أَزْرِي وَأَشْرِكْهُ فِي أَمْرِي

Ailəmdən mənə bir vəzir və yardımçı ver. Qardaşım Harunu. Arxamı onunla möhkəmləndir. Və onu işimə (ilahi tapşırığın Sənin tərəfindən çatdırılması işinə) şərik et! (Taha, 29-32)

Nübüvvət məqamından başqa qalan bütün xüsusiyyətlər Əmir əl-muminin (ə) üçün sabitdir və bütün bunlara görə dad-fəryad etməyə ehtiyac yoxdur.

Vilayət hədisində Həzrət Peyğəmbər (s) buyurmuşdur:

قال بن عباس وقال له رسول الله صلى الله عليه وسلم أنت ولي كل مؤمن بعدي ومؤمنة فقال اعملوا ما شئتم هذا حديث صحيح الإسناد.

İbn Abbas deyir: Allahır rəsulu (s) Əliyə (ə) dedi: Sən məndən sonra bütün mömin kişi və qadınların vəlisisən. Sonra buyurdu: Nə istəyirsinizsə edin!

Bu hədisin sənədi səhihdir.

əl-Müstədrək əla əl-səhiheyn, c.3, s.143

Cənab Albani də bu hədisi “Silsilətu əhadis əs-səhihə” kitabının 5-ci cildinin 22-ci səhifəsində səhih bilmişdir.

Məgər bu mətləblər Həzrət Əmir əl-muminin (ə) imamətini Allahın vacib etdiyindən və Peyğəmbərin gətirdiyi dinin bir hissəsindən xəbər vermirmi?

Əhli-sünnə kitablarında bu tip rəvayətlər çoxdur. Məsələn “əl-Mənaqib” kitabında deyilir:

على إمام المتقين.

Əli (ə) müttəqilərin imamıdır.

Müvəffəq Xarəzmi, əl-Mənaqib, s.5

“əl-Mucəm əl-kəbir” kitabında ət-Təbərani belə yazır:

أنت وَلِيُّ كل مُؤْمِنٍ بَعْدِي

Sən məndən sonra bütün möminlərin vəlisisən.

ət-Təbərani, əl-Mucəm əl-kəbir, c.12, s.98

Digər əhli-sünnə kitablarında da bu cür mətləblər doludur.

Məgər bu kimi mətləblər imamın təyin olunmasını bilərəkdən inkar edənin kafir olduğuna dəlalət etmirmi?

Məgər sizin namazların rükətləri barəsində olan rəvayətləriniz və dəlilləriniz yoxdurmi? Siz deyirsiniz ki, əgər hər kəs sübh namazını inkar etsə kafirdir. Əgər Şeyx əl-Mufid deyirsə:

وجحد ما أوجبه الله تعالى من فرض الطاعة فهو كافر ضال مستحق للخلود في النار.

(Hər kəs) Allahın onlara itaət etməyi vacib etdiyini inadkarlıqla və bilərəkdən inkar etsə, kafirdir, yolunu azmişdir və cəhənnəmdə əbədi olaraq qalmağa layiqdir.

Yəni, Əmir əl-muminin (ə) imamətini bilərəkdən inkar etsə kafirdir.

Sizin böyük alimləriniz belə deyibdir:

من أَنْكَرَ إمَامَةَ أبي بَكْرٍ الصِّدِّيقِ رضي اللَّهُ عنه فَهُوَ كَافِرٌ.

Hər kəs Əbu Bəkrin imamətini inkar etsə, kafirdir.

əl-Fətava əl-hindiyyə, c 2, s 164; əl-Səvaiq əl-muhriqə, c 1, s 139

Burada sizə bir sualımız var. Sizin bu barədə neçə rəvayətiniz var?

Əbu Bəkrin xilafına icma mövcuddur və sizin alimləriniz aşkara qeyd ediblər ki, Əbu Bəkrin xilafətə seçilməsində icmadan söhbət gedə bilməz. Tutaq ki, Əbu Bəkrin icmasını qəbul etdik, bəs əleyhinə etirazlar və ixtilaflar ola-ola, Ömər haqqında nə deyirsiniz?

Bu barədə “əl-Fətava əl-hindiyyə” kitabının 2-ci cildinin 263-cü səhifəsinə və “əl-Bəhr əl-raiq” (Müəllif: İbn Nuceym əl-Misri) kitabının 1-ci cildinin 611-ci səhifəsinə müraciət edə bilərsiniz. Biz sizdən soruşuruq ki, əgər Şeyx əl-Mufid deyirsə ki:

وجحد ما أوجبه الله تعالى من فرض الطاعة فهو كافر ضال مستحق للخلود في النار

(Hər kəs) Allahın onlara itaət etməyi vacib etdiyini inadkarlıqla və bilərəkdən inkar etsə kafirdir, yolunu azmişdir və cəhənnəmdə əbədi olaraq qalmağa layiqdir.

Siz İbn Abidinin dediyi sözə nə deyirsiniz? O, belə deyir:

ومن أنكر خلافة الصديق أو عمر فهو كافر.

Kim Əbu Bəkrin və ya Ömərin xilafətini inkar etsə kafirdir.

Haşiyət İbn Abidin, c.1, s.561

Cənab əs-Subki də belə deyir:

الأمر الرابع النقول عن العلماء فمذهب أبي حنيفة أن من أنكر خلافة الصديق رضي الله عنه فهو كافر وكذلك من أنكر خلافة عمر بن الخطاب رضي الله عنه ومنهم من لم يحك في ذلك خلافا

Dördüncü məsələ budur: Biz (bunu) alimlərdən nəql edirik. Əbu Hənifənin əqidəsi bu olub ki, hər kəs Əbu Bəkrin, həmçinin Ömər ibn əl-Xəttabın xilafətini inkar etsə kafirdir. Alimlərdən heç biri bunun əksinə söz deməyiblər.

Fətava əs-Subki, c.2, s.587

Cənab əs-Subki başqa yerdə deyir:

من كتب الحنفية من أنكر إمامة أبي بكر الصديق رضي الله عنه فهو كافر وقال بعضهم هو مبتدع والصحيح أنه كافر.

Əbu Hənifənin yazdıqlarına görə, hər kəs Əbu Bəkrin xilafətini inkar etsə, kafirdir. Bəziləri deyir ki, bidətçidir, lakin səhih fikir budur ki, kafirdir.

Fətava əs-Subki, c.2, s.576

Cənab əl-Heysəmi də bu barədə belə deyir:

فمذهب ابي حنيفة رضي الله عنه أن من أنكر خلافة الصديق أو عمر فهو كافر

Əbu Hənifənin məzhəbinə görə, Əbu Bəkrin, və ya Ömərin xilafətini inkar edən kafirdir.

əs-Səvaiq əl-muhriqə, c.1, s.138

Cənab ən-Nəvəvi “Rəuzət ət-talibin” kitabında deyir:

فقال أبو إسحق من أنكر إمامة أبي بكر رضي الله عنه ردت شهادته لمخالفته الإجماع

Əbu İshaq deyir: Hər kəs Əbu Bəkrin imamətini inkar etsə, icma ilə müxalifət etdiyinə görə şəhadəti qəbul olunmaz.

Rəuzət ət-talibin, c.11, s.240

Biz sual veririk ki, siz Həzrət İbrahimin (ə) imamətinin peyğəmbərliyinin şaxəsi olduğunu və İmam Əlinin (ə) peyğəmbər olmadığı üçün imam da ola bilməyəcəyini söylədiyiniz halda, Əbu Bəkrin imaməti hardan peyda oldu?

Cənab əl-Heysəmi də həmçinin belə bəyan edir:

وفي الفتاوى البديعية من أنكر إمامة أبي بكر رضي الله عنه فهو كافر وقال بعضهم وهو مبتدع والصحيح أنه كافر وكذلك من أنكر خلافة عمر في أصح الأقوال ولم يتعرض أكثرهم للكلام على ذلك

Bədiiyyə fətvalarında gəlmişdir ki, Əbu Bəkrin imamətini inkar edən kafirdir. Bəziləri deyir ki, bidətçidir. Həmçinin Ömərin xilafətini də inkar edən ən səhih nəzərə görə, kafirdir. Alimlərin əksəriyyəti bu fətvaya etiraz etməyiblər.

əs-Səvaiq əl-muhriqə, c.1, s.139

Yenə də həmçinin “əl-Fətava əl-hindiyyə” kitabında belə gəlmişdir:

كَذَا في خِزَانَةِ الْفِقْهِ من أَنْكَرَ إمَامَةَ أبي بَكْرٍ الصِّدِّيقِ رضي اللَّهُ عنه فَهُوَ كَافِرٌ وَعَلَى قَوْلِ بَعْضِهِمْ هو مُبْتَدِعٌ وَلَيْسَ بِكَافِرٍ وَالصَّحِيحُ أَنَّهُ كَافِرٌ وَكَذَلِكَ من أَنْكَرَ خِلَافَةَ عُمَرَ رضي اللَّهُ عنه في أَصَحِّ الْأَقْوَالِ

Həmçinin “Xizanət əl-fiqh” kitabında gəlmişdir ki, Əbu Bəkrin imamətini inkar edən kafirdir. Bəziləri deyir ki, bidətçidir, kafir deyildir. Həmçinin, Ömərin xilafətini də inkar edən ən səhih nəzərə görə kafirdir.

əl-Fətava əl-hindiyyə, c 2, s 264

Biz onlara deyirik ki, siz təkcə şiə alimlərinin ifadələrini görürsünüz? Bir öz alimlərinizin də fikirlərinə baxın! Əgər biz gizlətdiklərimizi açırıqsa, gəlin hər iki tərəfin – şiə və sünninin gizlətdiklərini açaq, görək vəziyyət nə yerdədir. Siz gərək bunu biləsiniz ki, ixtilafa mane olan amillərdən biri də keçmişləri meyar qərar verməkdir. Vəhdətin ən yaxşı yolu budur ki, gələk bu gün nə etməmiz barəsində fikirləşək. Necə ki, Qurani-Kərim keçmiş barəsində buyurur:

تلْكَ أُمَّةٌ قَدْ خَلَتْ لَهَا مَا كَسَبَتْ وَلَكُمْ مَا كَسَبْتُمْ وَلَا تُسْأَلُونَ عَمَّا كَانُوا يَعْمَلُونَ

Onlar bir ümmət idilər ki, keçib-getdilər. Onların əldə etdikləri özlərinə, siz (kitab əhlin)in əldə etdiyiniz isə sizə aiddir və siz əsla onların etdikləri əməllər barəsində sorğu-sual edilməyəcəksiniz. (Bəqərə 134)

Məgər (bu) ayə indiki zamanı və bu günü də əhatə edir, ya yox? Biz gərək indi dünyada meydana gələn islami oyanışa və onun vəziyyətinə baxaq, cavanların diqqəti keçmiş məsələlərdən daha çox islami məsələlərə cəlb olunubdur. Bizim təklifimiz (vəzifəmiz) nədir və onların gözlərinin qarşıdında tikilmiş və onları zülmət içində saxlamış 14 əsrlik bu qalın pərdəni necə aradan götürək? Siz (bu müddət ərzində) onlara demisiniz ki, heç kimin zalım hakimin qarşısında qiyam etməsinin haqqı yoxdur. Bu barədə ikinci xəlifə və digərlərinin dilindən yalançı və qondarma hədislər də düzəltmisiniz ki, İslamın ziddinə rəftar etsə də belə, heç kəsin islam hakiminin əleyhinə qiyam etməsinin haqqı olmasın.

Rəvayət budur:

أخبرنا أبو عبد الله محمد بن عبد الله الحافظ ثنا أبو العباس الأصم ثنا الحسن بن علي بن عفان ثنا أبو أسامة عن سفيان عن منصور عن إبراهيم بن عبد الأعلى عن سويد بن غفلة قال قال لي عمر بن الخطاب رضي الله عنه يا أبا أمية لعلك إن تخلف بعدي فأطع الإمام وإن كان عبدا حبشيا إن ضربك فاصبر وإن أمرك بأمر فاصبر وإن حرمك فاصبر وإن ظلمك فاصبر وإن أمرك بأمر ينقص دينك فقل سمع وطاعة دمي دون ديني

Bizə Əbu Abdullah Məhəmməd ibn Abdullah əl-Hafiz rəvayət etdi, bizə Əbu əl-Abbas əl-Əsəm rəvayət etdi, bizə Həsən ibn Əli ibn Əffan rəvayət etdi, bizə Əbu Üsamə, Süfyandan, o da Mənsurdan, o da İbrahim ibn Əbd əl-Əladan, o da Suveyd ibn Ğəflətdən onun belə dediyini nəql edirlər: Ömər ibn Xəttab mənə dedi ki, ey Əba Üməyyə, ümid var ki, məndən sonra yaşayasan, bu zaman imam Həbəşi də olsa, ona itaət et, əgər səni vursa, sənə bir şeyi əmr etsə, səni məhrum etsə, sənə zülm etsə, dininə nöqsan gətirən bir işi sənə əmr etsə - bütün bu hallarda səbr et və de: Eşitdim və itaət etdim, mən dinimi canıma fəda edirəm.

Sünən əl-kubra, əl-Beyhəqi, c.8, s.159

Şükür olsun Allaha ki, İslami oyanış islamçı gənclərin bu qondarma rəvayəti tarixin zibilxanasına atmalarına səbəb oldu. Daha qulaqları sizin sözlərinizə qulaq asmağa borclu deyil. Biz elə etməməliyik ki, bu cavanlar İslam dinindən təngə gəlib ondan bezsinlər. Əgər biz gəlib sünni və şiənin zərərinə olan mətləbləri bəyan ediriksə, sırf sizin hücumlarınızdan özümüzü müdafiə etmək üçün bunu edirik.

Biz dedik ki, əgər əhli-sünnənin alimlərindən gəlib bu vəhhabi kanallarını məhkum etsələr və bu kanalların onların olmadığını desələr, biz bütünlüklə bu bəhsləri bağlayıb başqa məzhəb və firqələri araşdırmağa başlayarıq.

Və ya gəlin şiə məzhəbinin müsbət tərəflərini ortaya qoyaq. Amma əhli-sünnə alimləri susarkən və yenə müdafiəyə qalxarkən deyirlər ki, gedin mərhum əl-Cəzairinin kitablarına müraciət edin. Halbuki dəfələrlə bəyan etmişik ki, mərhum Əngəci Seyyid Nemətullah əl-Cəzairinin Ənvar əl-nömaniyyə kitabına yazdığı şərhdə, c 2, s 108 də deyir: Bəzi şiə alimləri Seyyid Nemətullah Cəzairinin bəzi kitablarının oxunmasını haram bilmişlər.

Siz yenə də onun kitablarından (sitat) gətirməyə həya etmirsiniz. Əgər siz bunu belə etsəniz, biz də Əbu Hənifənin, Malikin... kitablarından sitat gətirəcəyik.

Məsihi kanalları deyir ki, bunlar bir-birinin canına düşüb. Biz bir neçə fitnəkar yəhudi və məsihinin sözünə qulaq asmırıq. Mənim nəzərimə görə, indiki zamandə aralarında ixtilaf olan bir çox məzhəblər arasında ən ağıllı iş budur ki, gəlib bir-birimizin ətrafında oturaq, əlac yollarını tapaq və dünyaya nə kimi ərməğanımızın olduğunu deyək.

Sabah qiyamətdə o kanallara xərclənən pullar, istər vucuhatdan (xumsdan) gələn pul olsun, istərsə də neftdən, barəsində cavab verəcəyik. İxtilaf və narahatçılıq yaratmaq lazım deyildir.

Aparıcı:

Biz vəhhabi kanallarına bu sualı ortaya atdıqlarına görə təşəkkür edirik. Çünki bu sual sizin Əli ibn Əbu Talibin (ə) imamətinin dəlillərini əhli-sünnə kitablarından xülasə şəkildə bəyan etmənizə səbəb oldu.

Hacı, sizdən xahiş edirik ki, bu mətləbləri hər üç-dörd aydan bir təkrar edəsiniz. Çünki izləyicilər üçün çox faydalıdır.

Ustad Qəzvini:

Bizim bu gün Tehranda 700-800 tələbə ilə ağır bir toplantımız mövcuddur. Şərqdən gələn ustadlardan biri deyirdi ki, mən böyük şiə alimlərindən bir ismariclə gəlmişəm. Onların sizə salamı var və belə deyirlər: Biz sizin bəyan etdiyiniz bu möhkəm dəlillərlə şiə olmağımıza görə iftixar hissi keçiririk. Biz şiənin nəinki şiə kitablarında, hətta əhli-sünnənin kitablarında da bu qədər güclü himayəçilərinin olduğunu bilmirdik.

Aparıcı:

Biz hər ay Hacıdan xahiş edirik ki, imamətin dəlillərini bəyan etsin. Sizdən də həmçinin xahiş edirik ki, siz də öz imamlarınızın imamətinin dəlillərini bəyan edəsiniz. Əgər siz bəyan etməsəniz, biz Hacıdan xahiş edəcəyik ki, sizin imamlarınızın imamətinin dəlillərini bəyan etsin.

Başqa bir sualı Hacıdan soruşmaq istəyirik ki, məgər vəhhabilərdən (və ya əhli-sünnədən) kimsə belə bir fətva veribmi ki, hər kəs bir şiəni öldürsə, cənnət ona vacib olar?

Ustad Qəzvini:

Cənab Möhsini, bu barədə söz çoxdur. Mənim üçün ən dərdli amil budur ki, İranla Osmanlı imperiyası arasında müharibə baş verərkən Nuh Əfəndi adlı bir sərt əhli-sünnə axundu rəsmən belə bir fətva verdi:

من قتل رافضياً واحداً وجب له الجنة

Hər kəs bir rafizi (şiə) öldürsə, cənnət ona vacib olar.

وَمَنْ تَوَقَّفَ فِي كُفْرِهِمْ وَإِلْحَادِهِمْ وَوُجُوبِ قِتَالِهِمْ وَجَوَازقتْلِهِمْ فَهُوَ كَافِرٌ مِثْلُهُمْ

Hər kəs onların küfrü haqqında, mülhid (dindən çıxmış) olması haqqında, öldürülmələrinin vacib, və ya caiz olması haqqında fətva verməsə, o da elə şiələr kimi kafirdir.

فَيَجِبُ قَتْلُ هَؤُلَاءِ الْأَشْرَارِ الْكُفَّارِ

Şərr və kafir olan şiələrin öldürülməsi vacibdir.

تَابُوا أَوْ لَمْ يَتُوبُوا

İstər tövbə etsinlər, istərsə də etməsinlər (öldürülmələri vacibdir).

وَلَا يَجُوزُ تَرْكُهُمْ عَلَيْهِ بِإِعْطَاءِ الْجزءةِ

(Yəhudi və məsihilər kimi) onları sağ buraxıb onlardan cizyə almaq caiz deyildir.

وَلَا بِأَمَانٍ مُؤَقَّتٍ وَلَا بِأَمَانٍ مُؤَبَّدٍ نَصَّ عَلَيْهِ قَاضِي خَانْ فِي فَتَاوِيهِ

Nə müvəqqəti, nə də əbədi olaraq onlara aman vermək olmaz. Qazi Xan özünün fətvalarında bunu açıq-aşkar qeyd etmişdir.

وَيَجُوزُ اسْتِرْقَاقُ نِسَائِهِمْ لِأَنَّ اسْتِرْقَاقَ الْمُرْتَدَّةِ بَعْدَمَا لَحِقَتْ بِدَارِ الْحَرْبِ جَائِزٌ وَكُلُّ مَوْضِعٍ خَرَجَ عَنْ وِلَايَةِ الْإِمَامِ الْحَقِّ فَهُوَ بِمَنْزِلَةِ دَارِ الْحَرْبِ وَيَجُوزُ اسْتِرْقَاقُ ذَرَارِيِّهِمْ تَبَعًا لِأُمَّهَاتِهِمْ لِأَنَّ الْوَلَدَ يَتْبَعُ الْأُمَّ

Şiələrin qadınlarını əsir götürmək caizdir. Çünki mürtəd olmuş qadını küfr ölkəsinə girərkən əsir götürmək caizdir. Haqq imamın vilayətindən xaric olan hər yer küfr ölkəsi sayılır. Həmçinin şiələrin uşaqlarını da əsir götürmək caizdir, çünki onlar da analarına bağlıdır.

Tənqih əl-fətava əl-hamidiyyə, c.2, s.175

Bu fətvaya tabe olaraq, 1148-ci ilin rəcəb ayının 17-dən 1149-cu ilin məhərrəm ayının 23-nədək əhli-sünnə 40000 şiəni qətliam etdi.

Vəhhabilərin bu puç şüarları və boş danışıqları mənim bu mətləbləri camaata birbaşa təqdim etməyimə səbəb oldu.

Əfqanıstanda şiələrin qətliamında əli olan və bir çox cinayətlər törədən vəhhabilərə bağlı olan, din və məzhəb düşməni olan vəhhabilərdən biri də Əbdür-Rəhmandır. Bunlar mərhum Əllamə Məclisinin “Həyat əl-qulub” kitabında xəlifələrə qarşı cəsarət edib yazdığı bir kəlməsinə görə gəlib Kabul şəhərinin peyğəmbər şəriəti ali məhkəməsində elan etdilər ki, bütün şiələr kafir və yer üzünün fəsad törədənləridir. Onların - xüsusilə Əfqanıstanda 1-ci minillikdə yaşayan şiələrin öldürülməsi, tövbə etsələr də, etməsələr də, vacibdir. Dedilər ki, hər kəs ədalətli əmir olan Əbdür-Rəhman xanın əmrindən itaətsizlik edərək boyun qaçırsa, onları ağır cəzalar gözləyir. Bu sərəncama aşağıdakı şəxslər imza atdılar:

1. Mövləvi Mir Fəzlullah (Peyğəmbər şəriət məhkəməsinin məsləhətçisi)

2. Mir Mahmud

3. Mövləvi Nizaməddin

4. Mövləvi Ömər İmran

5. Mövləvi Seyyid Tahir və digərləri

Bu barədə “Əfqanıstan şiələrinin tarixi” kitabının 316-cı səhifəsinə müraciət edin!

Onlar bu fətvaya uyğun olaraq hər cinayətə əl atdılar. Belə ki, qadınları, uşaqları öldürmək və əsir götürmək, məscidləri dağıtmaq, əkin sahələrini və heyvanatı yandırmaq, şiələrin dəfn olunmasının qarşısını almaq, əli bağlı şəkildə insanları vəhşi, yırtıcı itlərin qabağına atmaq, analarının gözləri qarşısında uşaqlarının başını kəsmək, atalarının və ərlərinin gözləri qarşısında qızlara və qadınlara təcavüz etmək, şiə əsirləri müslə (bədən üzvlərini kəsmək) etmək, onların gözlərini (diri-diri) şişləmək kimi cinayətləri həyata keçirtdilər. Bu barədə Cənab Talib Qəndəharinin “Əfqanıstanın keçmişinə və indiki halına bir baxış” kitabının 24-cü səhifəsinə müraciət edin!

Şiə əsirləini Cənab Əbdür-Rəhman müsəlman adı ilə aşağıdakı qiymətlərlə alırdı:

1. Cavan qız – 10 rupi

2. Cavan qadın – 5 rupi

3. Cavan oğlan – 15 rupi

4. 15 yaşdan aşağı uşaqlar – 5 rupi

5. Kiçik uşaqlar – müəyyən bir qiymət olmadan, alan və satanın razılaşması ilə

Dövlət orqanlarına istinadən şəriət məhkəməsinin qazisi Mövləvi Xacə Məhəmməd 1293 şiə qadın və uşağın satılmasından əldə olunan 1940 rupi dəyərində olan gəliri fasiq və facir olan Əbdür-Rəhman xana göndərdi. Qəndəhar şəhərində isə 46666 qadın, uşaq və cavan kişilər satıldı. Bunlar onların cinayətlərindən olan bir nümunə idi.

Əgər cənablar sənədli mətləblərin arxasıncadılarsa, bizim belə mətləblərimiz çoxdur. Əgər gizli olanları açmaq qərarına gəlsək bizdə sizin dəlillərinizdən gizlilikləri açmaq üçüb min qatı mövcuddur. Lakin bununla belə, dəfələrlə demişik ki, gərək keçmişdə olanlar bizim üçün meyar olmasın. Biz görək bu gün informasiya əsrində nə vəzifələrimiz var.

İzləyici: Əhvaz şəhərindən Cənab Əbtəhi:

Cənab Möhsini və Doktor Qəzvinini salamlayıram! Sizin həmişə haqqın sayəsində və şiənin müqəddəs hədəflərini tərəqqiyə yüksəltməkdə müvəffəq olacağınıza ümid edirəm. Cənab Doktor! Sizin narahatçılığınıza səbəb olan “Kəlimə” kanalının İmam Zamanı (ə.f) təhqir edən videonu yayması ilə bağlı deyirəm ki, onların dələduzcasına yayımladığı videolar sizi aldatmasın. Çünki İmam Zamanın (ə.f) təhqir olunması təkcə Doktor Qəzvinini narahat etmir. Əksinə bütün şiə aləminin narahatçılığına səbəb olur.

İkinci məsələ budur ki, mən tələbəyəm, bəzən görürəm ki, bəzi şəxslər sadə şiələrin fikirlərini vəhhabiyyətə tərəf yönəldib onları azdırmaq istəyirlər. Bilmək istəyirəm ki, belə şəxsləri tanıtdırmaq lazımdır, yoxsa buraxaq öz işlərinə davam etsinlər? Sonda istəyirəm ki, fəzanı həmişə Ələvi etdiyinə görə (yəni mühiti Əlinin (ə) qoxusu ilə ətirləndirdiyinə görə) Hacıya təşəkkür edim. Allah bilir ki, Əlinin (ə) adı çəkilərkən bizim ürəyimiz necə sərinlənir.

İzləyici: Bəndər Abbasdan Cənab Həbib (əhli-sünnə)

Hamınızı salamlayıram, Allahın hamımızı tək Allaha pərəstiş etməyə hidayət etməsinə ümid edirəm.

Bir neçə müddət əvvəl cənab Kiyani deyirdi: Məscid əl-həramda namaz qılarkən təşəhhüddə salavat demək olmaz, çünki bu yeni bidət sayılır. Halbuki, məscid əl-haramın imam camaatı salavatı o qədər ahəstə deyir ki, nəinki camaat, hətta onun arxasında oturan şəxs belə onun səsini güclə eşidir.

Aparıcı:

Mən belə eşitmişəm ki, məscid əl-haramda “əssəlamu əleykə əyyuhən-nəbiyy” kəlməsinin əvəzinə “əssəlamu ələn-nəbiyy” deyilir. Videosu da var.

İzləyici:

Cənab Kiyani deyirdi ki, təşəhhüdün sonunda Ali Məhəmmədə (s) deyilən salavatı onlar (şiələr) ləğv ediblər. Mən sizdən Məscid əl-həramın namazının hamısını yayımlamağınızı istəyirəm ki, insanlar belə bir şeyin olub-olmamasını anlasınlar.

Hacıya ikinci sualım budur ki, rəvayəti oxuduğu zaman onu camaata göstərsin. Əgər “Əli (ə) Peyğəmbərdən (s) sonra xəlifədir” deyirsə, bunu əhli-sünnə də qəbul edir. Amma “birinci xəlifədir” deyirsə gərək bunu bizə göstərsin. Əgər birinci xəlifə olmalı idisə, nəyə görə Əli (ə) (xəlifələrə) etiraz etmədi və hətta onlara vəzirlik də etdi. Tarixin həqiqətləri budur ya yox?

Ustad Qəzvini:

Fərz edin ki, sizin atanız dünyadan köçərkən belə deyir: Mənim oğlum məndən sonra mənim vəsimdir. Əgər “mənim vəsim məndən sonra odur” deyirsə, bu yalnız sizə şamildir, yoxsa digərlərinə də aiddir?

Peyğəmbər (s) belə buyurursa ki,

يا علي انت خليفتي في كل مؤمن من بعدي

Ya Əli, sən məndən sonra bütün möminlərin xəlifəsisən.

Biz də gələk Peyğəmbərdən (s) sonra başqa birisini xəlifə seçək, bu zaman biz hədisin əksinə əməl etmişik ya yox? Əgər “məndən sonra” ifadəsi işlənirsə, məqsəd “Əli (ə) məndən sonra xəlifədir” demək deyilmi?

İzləyici:

Peyğəmbər (s) deməyib ki, məndən sonra Əli (ə) dərhal xəlifədir. Əslində məqsədi onun Peyğəmbərdən (s) sonra xəlifə olmasıdır. Belə də oldu və bu kifayət edər. Çünki şuranın vasitəsilə xəlifə təyin olundu və heç bir problem də baş vermədi.

Ustad Qəzvini:

Peyğəmbərin (s) “məndən sonra” buyurduğu şəxs gərək dördüncü xəlifə olsun? Siz xəlifənin şura vasitəsilə təyin olunmasına dair bir rəvayət gətirə bilərsinizmi?

İzləyici:

Düzdür, bizim belə bir rəvayətimiz yoxdur, amma Quran həmişə şuranın olmasına təkid etmişdir.

Ustad Qəzvini:

Deyə bilərsənmi, Quranın harası şuranın olmasına təkid edir?

İzləyici:

Mən o qədər də Quran elminə vaqif deyiləm, amma bunu bilirəm ki, siz tarixinizi inkar edirsiniz.

Ustad Qəzvini:

Siz dediniz ki, bu rəvayəti göstərin və həmin rəvayət də budur, belə ki, Peyğəmbər (s) buyurub:

قال رسول الله صلى الله عليه وسلم لعلي أنت مني بمنزلة هارون من موسى إلا أنك لست نبيا إنه لا ينبغي أن أذهب إلا وأنت خليفتي في كل مؤمن من بعدي

Allahın peyğəmbəri (s) Əliyə (ə) buyurdu: Sənin mənə olan nisbətin Harunun (ə) Musaya (ə) olan nisbəti kimidir. Lakin sən peyğəmbər deyilsən. Sən bütün möminlərin xəlifəsi olmadan mənim getməyim layiq deyildir.

İbn Əbi Asim, əs-Sunnə, c.2, s.565

İzləyici: Qum şəhərindən Cənab Məsud

Sizi və Cənab Qəzvinini salamlayıram. Cənab Ayətullah Qəzvini! Sizə təşəkkür etmək istəyirəm, bunu deyim ki, mən həmişə sizin proqramınıza baxmışam və hal-hazırda da baxıram, həmçinin özümü sizin şagirdiniz hesab edirəm.

Bu gecə ona görə zəng etdim ki, bir cavan şiənin salamını sizə çatdırım və əgər problem olmazsa, proqramdan sonra bir nəfərin də istəyini sizə çatdırım.

İzləyici: Taybaddan Cənab Faruqi (əhli-sünnə)

Ayətullah Qəzvinini və siz möhtərəm aparıcını salamlayıram və televiziyanın bütün kanallarına təşəkkürümü bildirirəm. Bizim əlimizin çatmadığı kitablar və hamının istifadə etməsi lazım olan toz basmış kitablar səbəb oldu ki, biz öz yaxşı və pis olan məsələlərimizi müəyyən edək.

Mən bizi danlayan Əbu Mahirə ərz etmək istəyirəm ki, siz bizim bütün müqəddəslərimizi sual altına aparıb deyirsiz: Əbu Bəkr Allah tərəfindən xilafətə seçilməyib. Məgər siz (bu düşüncə ilə) əhli-sünnə ola bilərsinizmi? Amma biz öz xəlifələrimizə müqəddəs gözlərlə baxmayaq, onları müdafiə etməyək. Elə buna görə də sizdən istəyirəm ki, birlikdə üzbəüz oturaq və aydın olsun ki, hansımız əhli-sünnəyik. Məgər sən əl-Buxarinin "Mənaqib"ində oxumamısan ki, Ömərin peyğəmbərliyə ləyaqətinin olmasını Həzrət Peyğəmbər (s) də etiraf etmişdi? Lakin Peyğəmbərin (s) Ömərlə bir neçə yerdə ziddiyyəti var idi:

1. Hüdeybiyyə sülhündə.

2. Bəni Qüreyzə tayfasının ixtilafında. Belə ki, Əbu Bəkrlə Ömər bir-birilə ixtilaf etdilər və səslərini ucaltdılar. Peyğəmbər (s) onları danladı. Buna görə də ondan sonra Həzrət Ömər o qədər ahəstə danışırdı ki, Peyğəmbər (s) ona buyururdu: Bərk söhbət edin ki, diqqətimi toplaya bilim.

3. “Qirtas” hədisinin cərəyanında.

4. “Mənzilət” hədisinin cərəyanında.

Bu yerlər göstərir ki, Peyğəmbərin (s) Ömərlə rəftarı qərəzli olmuşdur. Bundan başqa yerlərdə Peyğəmbərin (s) Ömərlə bu cür rəftar etməsinə dəlil yoxdur. Çünki ərəbin sünnə və üsulu bu olmuşdur ki, birini rəhbər seçərkən böyüklər və yaşlılar toplaşıb onu seçirdilər və həmçinin bizim də Peyğəmbərin (s) sünnəsi ilə işimiz yoxdur. Əslində biz ərəbin sünnəsinə tabeyik.

İzləyici: Fars vilayətindən Cənab Hüseyn

Mən sizi və cənab Qəzvinini salamlayıram. Əvvəlcə mən bir müqəddimə qurmaq istəyirəm və demək istəyirəm ki, özüməməxsus kamil bir əqidəyə sahibəm. Məsələn, hər hansı bir kitabı, hətta Quranı belə mütaliyə edərkən özümdən asılı olmayaraq onu bilirəm. Bu fikirlər həyatımı fikirlərimlə irəli aparanadək məndə inkişaf etdi. Sonralar araşdırmalar apardım, bir çox kanalları izlədim və sizin kanala bir çox tənqidlərim var. Məsələn, bu gecəki proqramınız Əmir əl-muminin Əlinin (ə) imaməti haqqındadır. Lakin İmam Əlinin (ə) imamətini araşdırmaqdansa, imamət prinsipini araşdırmanız daha mühümdür. Mənim əqidəmə görə, əgər imaməti dindən ləğv etsək, xatəmiyyət (peyğəmbərlərin sona çatması prinsipi) sual altına alınır. Çünki xatəmiyyətin əməli sahəsi imamətdir. Əhli-sünnənin hansı əsasa söykəndikləri məlum olmayan nəzəri ilə isə prinsip etibarı ilə müvafiq deyiləm.

Mən bir il əvvəl İmam Rzanın (ə) ziyarətinə getdim. İnsan gərək canından keçsin ki, zərihi ziyarət edə bilsin. Mən deyirəm ki, İmam Rza (ə) diri vəziyyətdə necə 500-600 nəfərlə eyni zamanda söhbət edir? Bu düz işdirmi? Mən deyirəm ki, bu cür ziyarət etmək üsulu səhvdir. Fərz edin ki, İmam Rza (ə) yaşayır və diri imamla belə söhbət etmək necə mümkündür?

Aparıcı:

Mənim sizə bir sualım var. Əgər bütün aləmin insanları ibadət edib “Ya Allah!” deyirlərsə, bunun bir problemi varmi? İmamlar da Allahın bütün sifətlərinin aynasıdır. Bir imamın oturub 500 nəfərlə söhbət etməsinin heç bir problemi yoxdur. Siz bir dəfə fəlsəfi üslubda söhbət edirsiniz, bir dəfə də öz fikirlərinizi bəyan edirsiniz. Bu suala Hacı cavab verəcək.

Ustad Qəzvini:

Əziz qardaş, ölü diriltməkmi, yoxsa bir anda 10 nəfərin səsini eşitməkmi daha mühümdür?

İzləyici:

Mənim nəzərimə görə ölü diriltmək daha mühümdür və Allahın sifətlərindəndir.

Ustad Qəzvini:

Allahın belə bir sifəti olduğu halda gəlib Öz sifətini Həzrət İsaya (ə) verir və Həzrət (ə) buyurur:

أَنِّي أَخْلُقُ لَكُمْ مِنَ الطِّينِ كَهَيْئَةِ الطَّيْرِ فَأَنْفُخُ فِيهِ فَيَكُونُ طَيْرًا بِإِذْنِ اللَّهِ وَأُبْرِئُ الْأَكْمَهَ وَالْأَبْرَصَ وَأُحْيِي الْمَوْتَى بِإِذْنِ اللَّهِ وَأُنَبِّئُكُمْ بِمَا تَأْكُلُونَ وَمَا تَدَّخِرُونَ فِي بُيُوتِكُمْ إِنَّ فِي ذَلِكَ لَآَيَةً لَكُمْ إِنْ كُنْتُمْ مُؤْمِنِينَ

... Mən sizin üçün gildən quş surətində bir şey düzəldər, sonra ona üfürərəm, Allahın izni ilə quş olar; Allahın izni ilə anadangəlmə koru və cüzamı sağaldar, ölüləri dirildərəm və sizə evlərinizdə yediyiniz və yığıb saxladığınız şeylərdən xəbər verərəm. Həqiqətən əgər mömin olsanız sizin üçün bunda (Allahın tovhidinə, elm və qüdrətinə, eləcə də mənim peyğəmbərliyimə dəlalət edən) nişanə vardır. (Ali İmran, 49)

Eyni zamanda onlarla Quran ayəsi varımızdır ki, Allah bu ayələrdə buyurur:

وَاللَّهُ يُحْيِي وَيُمِيتُ وَاللَّهُ بِمَا تَعْمَلُونَ بَصِيرٌ

... Dirildən də, öldürən də Allahdır. Allah etdiklərinizi görəndir. (Ali İmran, 156)

Allah-Təalanın belə bir ixtiyarı və qüdrəti vardır ki, ölü diriltməyi Həzrət İsaya (ə) vermişdir. Həmçinin Allah belə bir sifəti İmam Rzaya (ə) da verməsinin heç bir problemi yoxdur.

لايشغله شأن عن شأن

Yəni, eyni zamanda milyonların səsini eşitsə də, heç bir şey Onu özünə məşğul etməz.

İzləyici:

Allah barəsində bir cümlə deyim ki, Allahın ölüləri diriltməsi həqiqi xarakter daşıyır. Həmçinin Həzrət İsa (ə) da ruhunu və ağlını əldən vermiş ölüləri dirildirdi. Cismi diriltmək ilahi qanunlara ziddir.

Aparıcı:

Bəs Üzeyir peyğəmbər (ə) barəsində nə deyirsən? O, yüz ildən sonra dirildi və dirilməyi də həqiqi idi. Bu bəhs çox uzun çəkdi və sizdən etiqadi kitablara müraciət etmənizi tövsiyə edirəm.

Ustad Qəzvini:

Sizin çıxardığınız nəticələr Qurandan sapma olan nəticələrdir. Sünni və şiənin heç biri deməyib ki, Həzrət İsa (ə) avropa həkimləri kimi komada olan ölüləri dirildirdi. Əgər belə bir söz desək Quranın möcüzəsini sual altına atmış olarıq. Söhbət bundan da daha üstün bir məsələdir. Belə ki, aləmlərin Pərvərdigarı məqamı peyğəmbərdən və imamdan az olan ölüm mələyinə belə bir qüdrəti vermişdir ki, eyni vaxtda milyonların canını alsın. Məsələn o mələyin birinin canını alması digərinin canının almağa mane olmur. Milyonlarla müsəlman namazlarında belə deyirlər: Əssəlamu əleykə əyyuhən nəbiyyu və rəhmətullahi və bərəkatuh! Əgər Peyğəmbər (s) eşitmirsə ona belə bir xitab etmək axmaqlıqdır. Yox əgər eşidirsə onda salamın cavabı vacibdir. Peyğəmbərə (s) milyonların salamını cavab verməyə qüdrət verən Allah İmam Rzaya (ə), İmam Əliyə (ə) və digər imamlara (ə) da minlərlə insanı eyni zaman kəsiyində eşitmək və onlarla söhbət etmək qüdrəti vermişdir. “Allahın əli bağlıdır” əqidəsi müsəlmanların yox, yəhudilərin əqidəsidir. Allah-Təala bir yerdə belə buyurur:

وَعِنْدَهُ مَفَاتِحُ الْغَيْبِ لَا يَعْلَمُهَا إِلَّا هُوَ

Qeyb xəzinələrinin («ol!» kəlməsinin altında olan) açarı (və onların həqiqətləri) Onun yanındadır. Onları Ondan başqa heç kəs bilmir. (Ənam, 59)

Başqa bir yerdə isə buyurur:

عَالِمُ الْغَيْبِ فَلَا يُظْهِرُ عَلَى غَيْبِهِ أَحَدًا.

(Allah) qeybi biləndir və öz qeybinin sirlərindən heç kimi agah etməz. (Cin, 26)

إلا مَنِ ارْتَضَى مِنْ رَسُولٍ.

Yalnız seçdiyi rəsuldan (peyğəmbərlərə göndərilən mələkdən və insanlara göndərilən peyğəmbərdən) başqa! (Allah onları agah edər.) (Cin, 27)

Əli bağlı olmayan aləmlərin Allahı bu qüdrəti istədiyi kəsə əta edər. Bir nəfər İmam Cavadın (ə) yanına gəlib dedi: Siz deyirsiniz ki, biz bütün yer və göylərə hakimik, cəhənnəm və cənnətin sakinlərinin hamısının adlarını bilirk. Bu iddia Allahın sifətini özünə aid etmək deyilmi? İmam Cavad (ə) demədi ki, bilirəm və ya bilmirəm. Əksinə bir sual soruşdu: “Məgər Allahın belə bir qüdrəti varmı ki, belə bir qüdrəti ağcaqanada versin, ya yox?” Tərəf cavab verdi: “Bəli, Allah belə bir işi görməyə qadirdir.” Həzrət (ə) buyurdu: “Mən Allahın yanında ağcaqanaddan daha hörmətliyəm. Mənim nəyim varsa, hamısı Allahın lütfüdür.”

İnsan öz düzgün olmayan fikirlərini Qurana nisbət verməməlidir. Yoxsa bu cür əyri fikrə sahib olmanız sizi bu məsəlin nümunəsi edər:

رب تالي القرآن والقرآن يلعنه

Çox Quran oxuyanlar var ki, Quran onlara lənət oxuyur.

Mən sizə tövsiyə edirəm ki, əgər belə bir təfəkkürə sahibsinizsə, islah olmağınız üçün bəzi alimlərlə söhbət edəsiniz. Əgər əsəb xəstəliyinə tutulmusunuzsa, onda psixiatra gedin. Çünki sizin Qurandan belə bir nəticə çıxarmağınız təbii bir nəticə deyildir. Hətta heç bir vəhhabi sizin kimi Qurandan belə bir nəticə əldə etmir.

İzləyici: Kürdüstan vilayətindən Cənab Abdullah

Mən Ayətullah Qəzvinini salamlayıram və proqramı əvvəldən izləyirəm. Hacı mətləbləri çox qəşəng bəyan edir. Mənim bir neçə qeydim olacaq və onları çatdırmaq istəyirəm:

Özlərini əhli-sünnənin nümayəndəsi hesab edən bu vəhhabi kanallarına bir sualım var. Bu gün dünyada nələr baş verir? İslam adı ilə qadın və körpələrin yaşadığı İslam ölkələrində və ərəb dünyasında nə partlayışlar baş verir? Bu partlayışlar kimin adı ilə sonlanır? Biz İslamın həqiqətini unutmuşuq, islamın əsasını öz şəxsi mənafelərimiz və əqidələrimiz xatirinə boşlayaraq heç bir əsası olmayan, bir ovuc çuvalın göstəricisi olan ikinci plana atmışıq. Biz Əfqanıstanda Taliban hökumətini görmüşük. Onlar İslamdan nə cür sima göstərə bilərlər? Onlar İslamdan pis bir sima düzəldərək dünyaya göstərmək istəyirlər. Onlar da (dünya ictimaiyyəti də) vəhşinin belə törətmədiyi bu intihar əməliyyatlarına qarşı bir bəyanat verməklə kifayətlənirlər.

Mənim bu İslamın halına ürəyim yanır, əgər o olmasa, şiə və sünninin heç bir mənası qalmaz.

Min il əvvəl bir qrup insan elə bir iş gördülər ki, onun doğruluğunu və doğru olmadığını camaatın öhdəsinə qoydular. Bu mövcud bəhsləri gərək alimlər həll etsinlər. Bu adi bir bəhs deyil ki, avam insanlar onu həll edə bilsinlər.

Bunu ağıl qəbul etmir ki, biz Peyğəmbərin (s), səhabələrinin və Əhli-beytinin (ə) bütün zəhmətlərini öz mənafelərimizə və əqidələrimizə fəda edək. İslam belə bir vəziyyətə düşüb ki, Əfqanıstanda bir Amerika əsgəri Quranı yandırır. Mən əl-Haşimi ilə əl-Heydəriyə (ikisi də vəhhabi alimidir) deyirəm: “

Niyə siz bu intihar əməliyyatlarına mövqe bildirmirsiniz və niyə demirsiniz ki, bunlar müsəlman deyil? Niyə İslamın abrı ilə oynayırsınız? İmam Hüseynin (ə) dili ilə desək, müsəlman deyilsinizsə, heç olmasa, ən azı azad olun və şərəfiniz olsun! Bizim şərəfimiz hara getdi bəs?”

Aparıcı:

Minnətdaram cənab Abdullah! Kaş bütün əhli-sünnə qardaşlar sizin kimi məntiqli və ağlabatan şəkildə söhbət edərdi. Həqiqət də budur ki, gərək biz İslamdan gözəl simalar nümayiş etdirək.

İzləyici:

Cənab Möhsini! İnqilabdan 33 il keçib və sünni ilə şiə tam arxayınlıqla bir-birinin yanında yaşayır. Ayətullah Xameneyi Kürdüstana səfərində bizlə elə rəftar etdi ki, əhli-sünnənin qəlbini şad elədi. Həmçinin Aişə barəsində verdiyi fətvadan çox xoşhal olduq. Kürdüstan camaatının 99 faizi sünnidir. Onlar çox qonaqpərvərdirlər və və şiələrlə də çox gözəl əlaqələri var. Hətta şiəyə qız verib onlardan qız alırlar. Bunlar əsas problemlərini müzakirə etmək əvəzinə qeyri-əsas məsələləri müzakirə obyektinə çevirirlər. Mən sünni məzhəbinə məxsus bir müsəlman kimi sünni alimlərindən, xüsusilə qərb alimlərindən istəyirəm ki, bu vəhşiliklərin müqabilində qəti mövqe göstərib doğru hesablama aparsınlar.

Aparıcı:

Kaş əhli-sünnə alimlərində sizdə olan ağıl olaydı və gəlib sizin kimi bu mətləbləri bəyan edərdilər. Bu halda biz ixtilaflı məsələləri yox, fəqət şiənin əqidəsini sübut edən bəhsləri müzakirə edərdik .

İzləyici:

Bir mətləb də budur ki, Haşimi tez-tez Ərəbistan barəsində danışır. Halbuki, İraq-Amerika müharibəsində Ərəbistan 5000 Amerika əsgərini aparıb öz ölkələrində onlara yer verdi. Hövsələləri həddini aşmasın deyə ərəb qızlarını da onların ixtiyarında qoydu.

Ustad Qəzvini:

Shianews saytının verdiyi xəbərə görə bu gün İraqın 7-8 şəhərində partlayışlar olub. Bunun nəticəsində də qadınlı-uşaqlı yüzlərlə insan öz qanlarına qəltan olubdur. Bunları kim edə bilər? Ali Səud ailəsindən bir neçə nəfərin bu partlayışlarda əllərinin olduğu bildirilir və tezliklə onlar İraqda mühakimə olunacaqlar. Məlik Abdullah rəsmən elan etdi ki, şiə mədəniyyətinin yayılmasının və şiə hökumətinin qurulmasının qarşısını almaq üçün Nuri əl-Malikiyə iki yüz milyard dollar verməyə hazırdır. Eyni zamanda 35 vəhhabi müftisi fətva verdi ki, vəhhabi cavanları İraqa cihada getsinlər. Belə olan halda İraqda olan nəticəni görürük.

İzləyici: Fars vilayətindən Cənab Əhməd (əhli-sünnə)

Mən sizi və cənab Qəzvinini salamlayıram və gecənizin xeyirli keçməsinə ümid edirəm.

Mən əhli-sünnə alimlərindənəm və müzakirələri bir mütəxəssis kimi davam etdirmənizə görə sizə öz təşəkkürümü bildirirəm. Mən də öz növbəmdə birinci bir müsəlman kimi, ikinci isə bir əhli-sünnə kimi dünyanın hər yerində İslam adı ilə baş verən bu zorakı əməlləri məhkum edirəm. Bu partalışlarda öldürülənlərin, istər sünni olsun, istər şiə şəhidlər zümrəsindən hesab olunmalarına ümid edirəm. Hər bir qrupun ekstermist, ağıl-məntiqə zidd olan hərəkətləri xoşagəlməzdir və tənqidə layiqdir.

Mənim bir sual qarşıma çıxıb. Vilayət kanalı iddia edir ki, bəhsləri elmi şəkildə aparır. Bəs niyə bu bəhsləri avamlar arasında aparırsınız? Mənim fikrimə görə, bu iş camaat arasında psixoloji müharibə və gərginlik yaradır. Elə buna görə də düşünürəm ki, bu bəhslərin alimlər arasında aparılması yaxşı olardı.

Aparıcı:

Əgər siz bizim kanalın izləyicilərindənsizsə, biz iki il əvvəl fəqət şiəliyin sübutlarını əhatə edən bəhsləri bəyan edirdik. Bu vəhhabi kanalları o qədər bu bəhsləri avamlar arasında etdilər ki, biz də öz dinimizi və rəhbərlərimizi müdafiə etməyə məcbur qaldıq. Belə olan halda istər-istəməz bu kimi bəhslər də ortaya atılır. Elə buna görə də sizin bu cümlələriniz gərək öz oxlarını vəhhabi kanallarına tərəf atsın. Əgər onlar bu işdən əl çəksələr biz də müdafiədən əl çəkərik. Çünki şiəliyin isbatı o qədər geniş bəhsləri əhatə edir ki, bu kimi bəhsləri ortaya atmaq ümumiyyətlə lazım gəlmir. Digər tərəfdən, camaatın dərk qabiliyyətinin səviyyəsi bu məlumatları əldə etmək üçün xeyli inkişaf etmişdir və belə bəhsləri rahatlıqla dərk edə bilirlər. Biz bu bəhsləri alimlər arasında etməyi çox istəsək də, avamların təbiətən alimlərə tabe olması nəticəsində də bu məsələlər öz həlli yolunu tapacaq.

Ustad Qəzvini:

Biz bu bəhsləri nəzakətli şəkildə ortaya qoyan alimlərə çox təşəkkür edirik. İstəyirik ki, bu bəhsləri əhli-sünnə alimləri də ortaya atıb müzakirəyə qoysunlar və Beynəlxalq Vilayət kanalının qapıları bütün belə insaflı alimlərin üzünə açıqdır. Hətta biz çox istəyirik ki, əhli-sünnə alimləri gəlsinlər bizim danışdığımız söhbətləri elmi şəkildə tənqid etsinlər. Bəzi mərceyi təqlidlər də bizim Mövləvi Muradzəhi ilə hazırladığımız proqrama görə təşəkkür edərək deyirlər: Sizin bu proqramınızın nəticəsi keçirilən konfransların nəticəsindən daha çoxdur. Bizim gələcəkdə də proqramlarımız olacaq. İslam Akademiyasının ustad və alimlərini toplayaraq bir nəticəyə gəlmək üçün bu bəhsləri ortaya qoyacağıq. Şiə və sünni arasında olan kin-küdurəti aradan qaldırmaq və aralarında ülfət yaratmaq üçün Allah və Həzrət Bəqiyyətullah (ə.f) bu işdə bizə kömək edər inşaAllah! Biz inanırıq ki, bu vəhşicəsinə olan hadisələr və vəhhabi kanalları sünnilərə şiələrdən daha çox zülm edirlər. Çünki boş-boş şeyləri əhli-sünnəyə nisbət verirlər və bunları şiə cavanları da eşidir, əhli-sünnəyə qarşı kin və nifrətləri daha da artır. Amma biz bu cür olmağı istəmirik.

Biz elan edib bildiririk ki, əhli-sünnə alimləri gəlib bu kanalda öz əqidələrini bəyan etsinlər. Əgər bizim də elmi tənqidimiz olsa onu da qeyd edərik. Camaat da görsün ki, həqiqət nədən ibarətdir. Bunun vasitəsilə əhli-sünnə cavanlarının və vəhhabilərin şiə cavanlarında yaratdıqları bədbinlikləri aradan qalxmış olar. Biz kamilən hazırıq ki, siz və sizin nüfuzlu alimləriniz gəlib bu yerdə mətləblərini ortaya atsınlar və bu barədə heç bir şərtimiz olmayacaq. Amma bizim kanalımız siyasi kanal olmadığından siyasi məsələlərin müzakirəyə atılması istisnadır. Eyni zamanda bu kanalda başqalarının müqəddəslərini təhqir etməyə qarşı qırmızı xətt çəkmişik.

Əbtəhinin dediyi vəhhabi əqidələrini bəyan etmək barəsində olan cavabımız da budur ki, biz onları bəyan etmək istəyində deyilik və bu etiqada da malik deyilik. Çünki bunun çoxlu mənfi təsirləri mövcuddur. Bu iş səlahiyyət sahiblərinin öhdəsindədir. Bunlar gəlib otursunlar, elmi bəhslər etsinlər, əgər onlar qane olsalar, iş həll olacaq. Yox əgər qane olmasalar, bir neçə tələbəni və nüfuzu olan şəxsləri bir araya gətirək. Onlar da haqqın kimin tərəfində olması barəsində öz qəzavətlərini yürütsünlər. İmam Baqirin (ə) buyurduğu kimi gərək bu firqənin bütün eyib və cinayətlərini aşkar edək ki, rüsvay olsunlar.

Amma təşəhhüdün salamı barəsində bunu deyim ki, bu dediyiniz məsələ səhv düşübdür. Mən dəfələrlə Həcc ziyarətinə müşərrəf olmuşam, amma indiyədək eşitməmişəm ki, bunlar Peyğəmbərə (s) olan salamı və namazın salamını bərkdən desinlər. Biz bilmirik ki, bu vəhhabi kanalları bu təşəhhüdü haradan tapıb gətiriblər. Neçə dəfə bu videonun yayımladılar. Elə ki, biz öz iradımızı bildirdik və bunun da nəticəsində onların abrı getdi, daha bu videonu yayımlamadılar. Amma bizim məlumatımız belədir ki, bütün məzhəblər əgər bu İbrahimi salavatı (Allahummə səlli əla Muhəmməd və Ali Muhəmməd kəma səlləytə əla İbrahim və Ali İbrahim) deməsələr, namazları batildir. Bəzi firqələr təşəhhüddə bu salavatı demirlər. Amma namazın salamında mütləq deyirlər. Bəlkə də, cənab Kiyanının məqsədi elə həmin təşəhhüddə kənara atılmış salavatdır.

Həzrət Ayətullah Doktor Seyyid Məhəmməd Hüseyni Qəzvini

Tərcümə etdi: Fərhad Mirzə

Redaktə: www.313news.net

Materialı WORD formatda BURADAN yükləyə bilərsiniz.

Рейтинг

В этом разделе