»»

İlk qabaqcıllar (Tövbə surəsi, 100) - 2ci hissə

 

 

İkinci hissə.

Allah-təala buyurub: “Allah mühacirlərin və ənsarın (Peyğəmbərin–səlləllahu əleyhi və alihi və səlləm–Mədinəyə hicrətindən qabaq iman gətirənlərin) ilk qabaqcıllarından və yaxşılıqla onlara tabe olanlardan razıdır və onlar da Allahdan razıdırlar. Və onlar üçün (ev və ağaclarının) altından çaylar axan Cənnətlər hazırlamışdır və onlar orada əbədi qalacaqlar. Budur böyük uğur və qurtuluş!” (Tövbə surəsi, ayə 100).

Nəqzi (dəlilin batil edilməsi üçün) cavab.

Şeyx Mufid (Allah ona rəhmət eləsin) bu ayə ilə dəlil gətirilən dəlilə cavab olaraq belə deyir: “Allah mühacir və ənsarlardən olan ilk qabaqcıllara vəd etdiyi kimi mömin kişi və qadınlara ümumi olaraq vəd vermişdir. Bu isə iman adna layiq olan kəsin xəta etməsi və zəlalətdən qorunmasını vacib etmir. Heç bir halda onun cənnətə girəcəyini qətiləşdirmir. Allah-təala buyurur: “Allah mömin kişilərə və möminə qadınlara (ev və ağaclarının) altından çaylar axan, əbədi qalacaqları Cənnətlər vəd etmişdir. Həmçinin əbədi Cənnətlərdə pak məskənlər! Allah tərəfindən olan razılıq (isə bütün nemətlərdən) böyükdür. Budur böyük uğur və qurtuluş!” (Tövbə surəsi, ayə 72).

Əgər mühacir və ənsardan olan ilk qabaqcıllar xüsusiyyətinə görə Əmirəl-möminindən (ə) öncə olanlara hər bir halda savab vacib olarsa - necə ki, belə iddia olunur – qeyd etdiyimiz ayəyə əsasən hər hansı bir halda iman adına layiq olan hər kəs üçün belə olması vacibdir. İslam əhlindən olan heç kim bu rəyi söyləməz.

Həmçinin ona belə deyilir: “Allah doğru danışanlara bu cür vəd vermişdir. Onların bağışlanması və onlardan razı olması qəti deyilmişdir. Allah-təala buyurub: “Allah buyurar: «Bu doğruçulara (əqidə, danışıq və əməldəki) düzlüklərinin fayda verdiyi bir gündür. Onlar üçün (ev və ağaclarının) altından çaylar axan Cənnətlər vardır, orada əbədi qalacaqlar. Allah onlardan razıdır və onlar da Allahdan razıdırlar. Budur böyük uğur!” (Maidə surəsi, ayə 119). Məgər hər bir doğru danışan şəxsin həttaən pis əməllər etsə belə zəlalətdən məsum olması və daimi savaba sahib olmasını qəti demək olarm? Əgər bəli deyərsə, İslam millətindən çıxmış olar. Əgər müəyyən səbəblərə əsasən xeyir deyərsə, ilk qabaqcıllar ayəsi barədə də onun dediyi kimi deyilər. Burada heç bir fərq yoxdur.

Ona həmçinin belə deyilər: “Bəs bu ayəni necə izah edəcəksən? “… Səbr edənlərə müjdə ver. O kəslərə ki, onlara hər hansı bir müsibət gəldikdə «həqiqətən biz Allahınıq (bizim yaradılışımız, qorunmağımız, işlərimizin idarə edilməsi və yox edilməyimiz Onun əlində olduğu üçün Onun həqiqi malı, mülküyük) və həqiqətən Ona tərəf qayıdacağıq» deyərlər. Onlar Rəbbi tərəfindən salamlar və rəhmət yetişən kəslərdir və onlardır hidayət olunmuşlar!” (Bəqərə surəsi, ayə 155, 156, 157). Belə düşünürsən ki, müsibətə səbr edən və “həqiqətən biz Allahınıq və həqiqətən Ona tərəf qayıdacağıq” deyən hər kəs etiqad məsələsində sənə müxalif olarsa, hətta İslama müxalif olarsa belə, məsum və əzabdan amanda olacağı qətidir? Əgər bəli deyərsə, xar olması aşkar olar. Əgər xeyir bu, qəti deyil deyərsə, ayədə vəd olunanların şərtdeyil, xüsusi anlamda olduğu rəyində olarsa, ilk qabaqcıllar ayəsində əsaslanıdğıümumilik hökmdən düşər”. (əl-İfsah, səh. 79-83. İxtisarla).

Müfəssəl cavab.

Qeyd olunan ayə Tövbə surəsindəndir. Tövbə surəsinə nəzər yetirən şəxs bu surənin Peyğəmbərin (s) ətrafında cəm olmuş insanların siniflərindən bəhs etdiyini görürü. Ayə münafiqləri, bədəviləri və yaxşı ilə pis əməlləriqarışdıranları xatırladır. Buna əsasən də “ilk qabaqcılllar” ayəsini də bu surədə yer alan səhabə bölgüsünə əsasən izah etmək lazımdır. Bu ayəni özündən əvvəlki və sonrakı ayələrdən ayrı izah etmək istəyən həmin dövrdəki səhabələrin, müsəlmanların barəsində Quranın düzgün surətini ortaya qoya bilməz.

Şübhəsiz ki, ilk baxışdan ayədən anlaşılan budur ki, Allah-təala mühacir və ənsardən ilk qabaqcıl olanlardan, onlara yaxşılıqla tabe olan səhabə və qeyrilərindən razı olmuşdur Allah onlardan razı olmuş, onlar üçün altından çaylar axan cənnətlər hazırlamışdır. Onlar orada əbədi qalacaqlar. Görürükki, ayə ilk qabaqcıl olmaq mənasını izah etmir. Burada məqsəd imanda, yoxsa hicrətdə və yaxud xeyir işlər etməkdə ilk qabaqcıl olanlardır? Ayə yalnızmihacirlərvə ənsardan olan qabaqcılları qeyd edir və onların ilk olduqlarını bildirir. Burada bütün mühacirlər və ənsar deyil bəziləri nəzərdə tutulur. Ayədəki “min” ön qoşması bəzi mənasını ifadə edir. Alusi təfsir kitabından c. 11, səh. 7-də bu rəyi demişdir. Bütün əlamətlər onların sayının az olduğuna işarə edir. Allahın onlardan razı olması felin keçmiş zaman formasında qeyd. Edilmişdri. Allahın razılığı onları keçmiş əməllərinə görə olmuşdur. Bu, gələcəkdə də mütləq mənada onlardan razı olması demək deyil. Bir çox dəlillərə əsasən bu razılıq onların azmamasını qarantı deyil.

İlk qabaqcıllar və onlara tabe olanlar arasında qəlbləri xəstə olanlar və münafiqlər vardı. Allahınrazılığı onlara da şamil olurmu? Yoxsa bu ayəni başqa dini mətnlər, Allahın Quranda və Peyğəmbərin sünnədə bəyan etdiyi müəyyən qaydalar əsasında başa düşmək lazımdır?

Şübhəsiz ki, ayənin özündə olan və digər əlamətlər nəzərə alınmadan,bu ayəni təfsir edən digər ayələrə baxmadan yalnız ayənin zahiri mənasını götürməkləkifayətlənmək qeyd olunan ayənin aşkar surətini ortaya çıxartmayacaq. Bu isə kamil olmayan yarımçıq bir işdir.

Həmçinin eyni zamanda səhabələrin bu ayəni necə başa düşmələrinə nəzər salmaq lazımdır. Onlar bu ayəyə əsasən özlərinin cənnətdə olacaqlarına əmin idilərmi? Yaxud onlar Allahın razılığını qazanmaları və cənnətdə olacaqlarını iddia etmişlərmi?
 
Məkkədə qəlbləri xəstə olanlar.

Məkkədə olan bəzi müsəlmanlar qəlbləri xəstə olanlar idi. Qurani-kərim Məkkə cəmiyyətini bir neçə qrupa bölmüşdür. Allah-təala buyurur: “Və Biz (Cəhənnəm) odun(un) məmurlarını yalnız mələklərdən etdik. Biz onların sayını ancaq kafirlərin imtahana çəkilməsi üçün (on doqquz) etdik ki, özlərinə kitab verilmiş kəslər (yəhudilər və məsihilər Qur’anın öz kitabları ilə uyğun gəlməsini görüb) yəqinlik hasil etsin, möminlərin imanı daha da artsın, kitab əhli və möminlər şəkk – şübhə etməsinlər, digər tərəfdən də qəlblərində (şəkk) xəstəliyi olanlar və bir də kafirlər desinlər: «Allah bu məsəllə (Cəhənnəm məmurlarının sayını deməklə) nə demək istəmişdir? (Heç ola bilərmi ki, yalnız on doqquz nəfər Cəhənnəmin saysız-hesabsız əhlinin yerləşdiyi geniş bir mühiti idarə etsin?!) Beləcə Allah istədiyi kəsi (dəlil-sübutların təqdim edilib tamamlanmasından və onun qəbul etməməsindən sonra) azğınlıqda buraxar və istədiyi kəsi də (dini qəbul etdikdən sonra başqa kamallara doğru) hidayət edər. Rəbbinin ordularını(n sayını) Özündən başqa heç kim bilməz. Bu (Qur’an ayələri) bəşər üçün yalnız bir xatırlatma (öyüd-nəsihət) vasitəsidir”. (Muddəsir surəsi, ayə 31).

Məkkə cəmiyyətində  kafirlər, kitab əhli, möminlər və qəlblərində xəstəlik olanlar vardı. Sonuncular təfsir alimlərinin rəyinə əsasən münafiqlər idi.
Bax; İbn Kəsirin təfsiri, c. 4, səh. 473.

Qəlbləri xəstə olanlar müsəlmanlardandırlar. Lakin onlar münafiqlərdir. Onlar ilk qabaqcıllardandırlar. Onların bu zümrədən xaric olmalarına heç bir dəlil yoxdur. Məgər Allah onlardan da razı olub onlar üçün cənnətlər hazırlamışdır? Halbuki Quranda münafiqlər barəsində cəza və əzab vədi qeyd olunmuşdur. Onlar cəhənnəmin ən aşağı qatındadırlar!
 
Bəzi ilk qabaqcıl müsəlmanların mürtəd olması.
 
Əgər Allah-təala mütləq mənada ilk qabaqcıl müsəlmanlardan razı olubsa, bu razılıq onlardan mürtəd olanlara da şamildirmi? Onlardan kafir olaraq ölənləri də Allah cənnətə daxil edəcəkmi? Allah- buyurur: “Əlif, Lam, Mim. Bu kitabın möhkəm ayələri və bu cür də mütəşabih ayələri vardır.)  Məgər insanlar «İman gətirdik» - demələri ilə onlardan əl çəkilib (əməlləri ilə daha) imtahan olunmayacaqlarınımı sanırlar?!” (Ənkəbut surəsi, ayə 1,2).

İbn Əbu Hatəm Rəbi bin Ənəsdən belə nəql edir: “Peyğəmbər(s) bəzi insanlara əmr etmişdir. Onlar elə bilirdilər ki, bu iş asandır. Elə ki, Allah yolunda əziyyətə düşdülər, onların bəziləri mürtəd oldu. (Təfsiri İbn Əbu Hatəm, c. 9, səh. 3030, 3031).

Bunlar Rəsulullaha iman gətirməkdə Məkkə əhlindən olan ilk qabaqcıllar idi. Onlardan çoxlu sayda insanlar mürtəd oldu. Qeyd olunan rəvayət İbn Əbu Hatəmin nəzərində səhibdir. Çünki o, yazdığı təfsirdə yalnız sənədini səhih hesab etdiyi rəvayətləri qeyd edəcəyini şərt qoymuşdur.
 
Bu şəxslərə də ilk qabaqcıllara cənnət vəd olunması şamil olur, yoxsa onlara mürtəd hökmü tətbiq olunmalıdır? Təbər “… Biz sənin əvvələr üz tutduğun qibləni (Beytül-Müqəddəsi) Peyğəmbərə tabe olan şəxsi geri dönən (və keçmiş qiblədə qalan) şəxsdən ayırd etməkdən (əzəli elmimizi xaricdə gerçəkləşdirməkdən) başqa bir şey üçün (qiblə) təyin etməmişdik...” ayəsinin təfsirində belə deyir: “Qeyd olunanlara görə hətta İslamı qəbul edib Rəsulullaha (s) tabe olanlardan bir çoxları dindən çıxmışdılar. Münafiqlərdən çoxu üzə çıxmışdır. Onlar belə deyirdilər: “Bu Muhəmmədə nə olub? Gah bizi bu tərəfə, gah da o tərəvə çevirir”. Müsəlmanlar vəfat etmiş müsəlman qardaşları barədə belə dedilər: “Bizim də onların da əməlləri batil olub aradan getdi”. (Təfsiri Təbəri, c. 2, səh. 17, 18).

İbn Cureyc belə nəql edir: “Ətaya “… Biz sənin əvvələr üz tutduğun qibləni (Beytül-Müqəddəsi) Peyğəmbərə tabe olan şəxsi geri dönən (və keçmiş qiblədə qalan) şəxsdən ayırd etməkdən (əzəli elmimizi xaricdə gerçəkləşdirməkdən) başqa bir şey üçün (qiblə) təyin etməmişdik...”ayəsi barədə dedim. Əta belə dedi: “Onları sınağa çəkmişdi ki, kimin onun əmrinə tabe olacağı aşkar olsun”. İbn Cureyc dedi: “Mənə çatan xəbərə görə müsəlman olanlardan dindən çıxanlar olmuşdur. Onlar belə deyirdilər: “Gah bu tərəfə, gah da o tərəfə”
(Təfsiri Təbəri, c. 2, səh. 19; Şovkani, Fəthul-qədir, c. 1, səh. 152)

Təbəri Həsəndən “… Və Biz sənə (meymunların sənin minbərindən yuxarı çıxmalarını) göstərdiyimiz o yuxunu və Qur’anda lənətlənmiş o ağacı (xəbis Bəni-Üməyyə ağacını) insanlar üçün yalnız bir sınaq etdik...” (İsra surəsi, ayə 60) ayəsi barədə belə dediyini nəql edir: “Gecə onu Beytulmüqəddəsə apardılar. Orada namaz qıldı. Allah orada oan ayələrini göstərdi. Sonra sübh vaxtı Məkkədə oldu. (Müşriklərə) Gecə ikən Beytulmüqəddəsə aparıldığını dedi. Onlar belə deilər: “Ey Muhəmməd, necə olur ki, gecəni orada, sabahı isə bizimlə keçirmisən və bizə deyirsən ki Beytülmüqəddəsə getmisən”. Bu işə çox təəccüb etdilər. Hətta bəziləri dindən çıxdılar”. (Təfsiri Təbəri, c. 15, səh. 138).

Qətadə “… Və Biz sənə (meymunların sənin minbərindən yuxarı çıxmalarını) göstərdiyimiz o yuxunu və Qur’anda lənətlənmiş o ağacı (xəbis Bəni-Üməyyə ağacını) insanlar üçün yalnız bir sınaq etdik …” ayəsibarədə belə deyir: “Beytulmüqəddəsə gedərkən ona ayələr və ibrətlər göstərmişdir. Bizə nəql olunan əsasən Rəsulullah (s) bu səfəri barədə danışarkən bəzi insanlar müsəlman olduqdan sonra mürtəd olmuşdular. İnanmayıb onu təkzib etdilər. Təəccüb edərək belə dedilər: “Bizə deyirsən ki, iki aylıq yolu bir gecəyə getmisən?”
(Təfsiri Təbəri, c. 15, səh. 138).

İbn Kəsir təfsirində belə deyir: “Qeyd etdik ki, elə insanlar vardı ki, haqq olduqdan sonra dinlərindən çıxdılar”. (İbn Kəsirin təfsiri, c. 3, səh. 52).

Əs-Siyrətun-nəbəviyyə kitabında belə deyilir: “Peyğəmbər meraca gedib gəldikdən sonra insanların əksəriyyəti belə dedi: “Allaha and olsun ki, bu aşkar məsələdir. Karvan Məkkədən Şama bir aya gedir və bir aya qayıdır. Məgər Muhəmməd bu yolu bir gecəyə gedib gəlmişdir?” İslamı qəbul edənlərin çoxu dindən çıxdı”. (Siyrətu İbn Hişam, c. 2, səh. 270).

İbn Quyeybə belə deyir: “Və Biz sənə (meymunların sənin minbərindən yuxarı çıxmalarını) göstərdiyimiz o yuxunu və Qur’anda lənətlənmiş o ağacı (xəbis Bəni-Üməyyə ağacını) insanlar üçün yalnız bir sınaq etdik…” ayəsində qeyd olunan yuxudan məqsəd merac gecəsi gördükləridir. O, gördükləri barədə qövmünə xəbər verdi. Qövm bundan sonra mürtəd oldu”. (Təvilu muxtələfil-əhadis, səh. 202).

Bəğəvi “Kim İslamdan başqa bir din axtarışında olsa, əsla ondan qəbul olunmayacaqdır…” (Ali İmran surəsi, ayə 85) ayəsi barədə belə deyir: “İslamdan çıxan on iki nəfər barəsində nazil olmuşdur. Mədinədən çıxıb Kafir olaraq Məkkəyə döndülər. Onlardan  biri də Haris bin Suveyd Ənsari idi. Onların barəsində belə nazil oldu. “Kim İslamdan başqa bir din axtarışında olsa, əsla ondan qəbul olunmayacaqdır və o, axirətdə ziyana düşənlərdəndir". (Ali İmran surəsi, ayə 85). “İman gətirərək elçimizin haqq olmasına şəhadət verdikdən və aşkar dəlillər gəldikdən sonra kafir olan dəstəni Allah necə hidayət etsin?!..” (Ali İmran surəsi, ayə 86). (Məalimut-tənzil fi təfsirl-Quran, c.1, səh. 323; Sələbi, əl-Kəşf vəl-bəyan ən təfsiril-Quran, c. 3, səh. 107. Muqatil bin Süleymanın təfsiri, c.1, səh. 180, 181).

Xətib Şərbini (977 h.) belə deyir: “Dindən çıxıb kafirlərə qoşulanlar barəsində nazil olmuşdur. Onlar on iki nəfər idilər. İslam dinindən çıxıb Mədinəni tərk etdilər və kafir olaraq Məkkəyə döndülər. Haris bin Suveyd Ənsari onlardan biri idi”. (əs-Siracul-munir fil-ianəti alə mərifəti bəzi məani kəlami rabbinal-həkimil-xəbir, c. 1, səh. 230).

Əl-Xazin təfsirində deyilir: “İman gətirərək elçimizin haqq olmasına şəhadət verdikdən və aşkar dəlillər gəldikdən sonra kafir olan dəstəni Allah necə hidayət etsin?!..” (Ali İmran surəsi, ayə 86) ayəsi İslam dinindən çıxmış on iki şəxsbarəsində nazil olmuşdur. Onlar Mədinədən çıxıb kafir olaraq Mədinəyə döndülər”. (Lubabut-təvil fi məanit-tənzil, c. 1, səh. 266).

Aşağıda dindən çıxmış bəzi səhabələrin adlarını qeyd edirik. Onların içərisində İslam və hicrətdə ilk qabaqcıl olanlar da vardır.
 
1. Ubeydullah bin Cəhş.

Əvvəlcədən İslamı qəbul etmişdir. Həbəşistana hicrət etmiş və orada mürtəd olmuşdur. Xristian olaraq ölmüşdür. İbn Həcər belə deyir: “Ubeydullah bin Cəhş. O, İslamı qəbul etmiş və zövcəsi ilə Həbəşistana hicrət etmişdir. Xristian olaraq ölmüşdü”. (Fəthul-bari, c. 8,səh. 162).

Həmçinin deyir: “Ubeydullah ibn Cəhşin qızı Həbibə. Musa bin Əqəbə onun da Həbəşistana hicrət edənlərdən olduğunu qeyd etmişdir. Ubeydullah bin Cəhş xristian olaraq oldu və orada öldü”. (Fəthul-bari, c. 13, cəh. 10).

İbn Əbdubirr: “Həbəşistan ölkəsində xristian oldu və orada xristian olaraqvəfat etdi”. (əl-İstiab, c. 3, səh. 877).

Zəhəbi belə deyir: “Sonra ona bədbəxtlik üz verdi. Xristianlıq dinindən xoşu gəldi və xristianlığı qəbul etdi. Bir müddət keçmədi ki, elə Həbəşistanda vəfat etdi”. (Siyəru əlamin-nubəla, c. 1, səh. 441).
 
2. Suveyd bin Məxşa.

Bədr döyüşündə iştirak etmişdir. İbn Əbu Hatəm əl-Corh vət-tədilkitabında c. 4, səh. 234-də atasından bu barədə nəql etmişdir. Onun Bədr döyüşçülərindən olması barədə İbn Əbdulbirr, əl-İstiab, c. 2, səh. 680-də; İbn Əsir, Usudul-ğabə, c.1, səh. 58-də nəql etmişdir. İbn Həcər deyir: “O, ilkqabaqcıl mühacirlərdən və Bədrdə iştirak edənlərdəndir”. (əl-İsabə, c. 7, səh. 304).

“Onun mürtəd olduğu deyilir” (əl-İsabə, c. 3, səh. 190).

3. Mürtəd olan mühacir.

İbn Əbu Hatəm belə nəql edir: “İbn Abbasdan belə nəql olunur: “Bu ayə Abdullah bin Uneys barəsində nazil olmuşdu. Rəsulullah (s) onu iki nəfərlə (iş üçün) göndərmişdi. Onlardan biri mühacir, digəri isə ənsardan idi. Əsil-nəsəbləri ilə fəxr etdilər. Abdullah bin Uneys ənsarlını qətlə yetirdi. Sonra İslamdan çıxdı və Məkkəyə qaçdı. Onun barəsində bu ayə nazil oldu. “… Kim onda (insanlara) zülm etmək məqsədi ilə (haqqdan) üz döndərsə ona ağrılı əzab daddırarıq” (Həcc surəsi, ayə 25).

Təfsirul-Quranil-azim, c. 8, səh. 2484. Rəvayətin sənədin qeyd etməsə də lakin o, təfsirində yalnız səhih olan rəvayətləri qeyd edəcəyini şərt qoymuşdur. Mətndən aydın olur ki, mühacir olan ənsarlını qətlə yetirmiş və Məkkəyə qaçmışdır. Tərcümeyi-hal və tarix kitablarında onun adı yazılmamışdır.

4. Bişr bin Haris.

İdn Əbdulbirr belə deyir: “Bəşirə gəlincə, o, şair idi. Münafiq idi və Rəsulullahın (s) səhabələrinə həcv (satirik şeir) söyləyirdi. O, qardaşları Bişr və Mubəşşir ilə bir nəfəri gördülər. Ehtiyac içində idilər. Bəşir Rufaə bin Yezidi zirehini oğurladı. O, sonradan, hicrətin 4-cü ili rəbiəl əvvəl ayı mürtəd oldu”. (əl-İstiab, c.1, səh. 171; əl-İsabə c. 1, səh. 428).
 
5. Məqis bin Sabəbə.

İbn Həcər belə deyir: “Məqis bin Sabəbə isə İslamı qəbul etmişdi. Ənsardan bir nəfərə təcavüzkarlıq edərək onu qətlə yetirdi. Ənsarlı səhv olaraq onun qardaşını qətlə yetirmişdi. Məqis diyə aldıqdan sonra ənsarlını qətlə yetirdi daha sonra isə dindən çıxdı. Numeylə bin Abdullah fəth günü onu qətlə yetirdi”. (Fəthul-bari, c. 8, səh. 9)
 
6. Əbu Bəkr bin Şuub Leysi.

Adı Şəddad idi. Deyilənə görə isə Əavəd olub. İbn Həcər belə deyir: “İbn Hişam əs-Siyrə kitabının əlavələrində adı çəkilən Şuub barəsində belə deyir: “Əvvəlcə müsəlman oldu, sonra dindən çıxdı. (əl-İsabə, c. 7, səh. 39).
 
7. İslamı qəbul etmiş sonra xristian olmuş səhabə.  

Buxari belə naql edir: “Ənəsdən -Allah ondan razı olsun – belə dediyi nəql olunur: “Bir kişi xristian idi. İslamı qəbul etdi. Bəqərə və Ali İmran surələrini oxudu. Peyğəmbərin (s) yanında (vəhy və ya məktub) yazanlarından idi. Sonra yenidən xristian oldu. O, belə deyirdi: “Muhəmməd onun üçün yazdıqlarımdan başqa bir şey bilmir”. Allah onu öldürdü. Dəfn etdikdən sonra ertəsi günü torpağın onu kənaraatdığını gördülər”. (Səhih Buxari, c. 4, səh. 181).

İbn Həcər belə deyir: “Ənəsin hədisində İslamı qəbul eidb mürtəd olan, dəfn olunduqdan sonra torpağın kənara atdığı şəxs barəsində “xristian idi” deyilir. Onun adına rast gəlmədim. Lakin Müslimin rəvayətində mötəbər yolla nəql olunur ki, Ənəs: “Bizim Bəni Nəccar tayfasından bir kişi” demişdir”. (Fəthul-bari, c. 6, səh 400).

Qeyd etdiklərimiz səhabələrdən mürtəd olub kafir olaraq ölənlərinin bəzilərinin adlarıdır. Qiraətun fil-ədilləris-sələfiyyə kitabında islamı qəbul etdikdən sonra mürtəd olan təqribən iyirmi nəfərin adı qeyd olunmuşdur. (Qiraətun fil-ədillətis-sələfiyyə, səh. 146-148).

Məgər İslamın ilkin çağında mürtəd olan bu kəslər və Ubeydullah bin Cəhş ilk qabaqcıllardandırlarmı? Allahın onlardan razı qalması və cənnətə girəcəkləri vədi öz hökmündə qalırmı? Yoxsa onlar bu məsələdə istisna edilirlər?

Ağıl sahibi olan bir kəsin onlardan Allahın razı qalmasını və cənnətə girəcəklərini deyəcəyini güman etmirəm. Bununla da sübuta yetir ki, onlar ilk qabaqcıllardan olmalarına baxmayaraq bu ayə onlra şamil olmur. Bu isə dəlalət edir ki, insanın aqibətinin yaxşı olması və dinində sabit olması onun axirət müqəddəratını həll edir.

Ardı var.

 

1-ci hissə: http://az.313news.net/article/sehabe/ilk-qabaqcillar-tovbe-suresi-100-1ci-hisse

3-cü hissə: http://az.313news.net/article/sehabe/ilk-qabaqcillar-tovbe-suresi-100-3cu-hisse

4-cü hissə: http://az.313news.net/article/sehabe/ilk-qabaqcillar-tovbe-suresi-100-4cu-hisse

Рейтинг

В этом разделе