İMAM HUSEYNİN (Ə) QATİLLƏRİ NASİBİLƏR İDİ.
İmam Huseynin (ə) qatilləri ona deyirdilər:
فقالوا له: إنا نقتلك بغضا لأبيك
“Biz səni atana qarşı olan nifrətimizə görə öldürürük”.
Əhli-Sünnə mənbəsi:
Qunduzi Hənəfi, “Yənabəul Məvəddə”, cild 3 səhifə 80.
Qəlblərində İmam Əli ibn Əbu Talibə (ə) qarşı bu cür nifrət bəsləyən kəslərin şiə olması necə təsəvvür edilə bilər?!
Bəziləri isə deyirdilər:
يا حسين، يا كذاب ابن الكذاب
“Ey Huseyn, ey yalançı oğlu yalançı!”
Əhli-Sünnə mənbəsi:
İbn Əsir, “Əl-Kamilu fit-Tarix”, cild 3, səhifə 423. Çap: Darul-Kutub əl-İlmiyyə.
Digərləri deyirdilər:
يا حسين أبشر بالنار
“Ey Huseyn, Cəhənnəmlə müjdələn!”
Əhli-Sünnə mənbəsi:
İbn Əsir, “Əl-Kamilu fit-Tarix”, cild 3, səhifə 422. Çap: Darul-Kutub əl-İlmiyyə.
Başqa bir dəstə isə İmam Huseynə (ə) və əshabına belə deyirdi:
إنها لا تقبل منكم
“Həqiqətən də bu (yəni namaz), sizdən əsla qəbul olunmur!”
Əhli-Sünnə mənbəsi:
İbn Kəsir, “əl-Bidayətu vən-Nihayə”, cild 8, səhifə 259.
Onlar qəlblərində İmam Əli (ə) və İmam Huseynə (ə) və ümumən Əhli-Beytə (ə) bəslədikləri nifrət və kinlərinə görə bundan başqa sözlər də deyiblər. Bu sözləri deyən kəslər necə şiə ola bilər axı?! Məlumdur ki, onlar nasibi və xaricilər idi.