BİSMİLLAHİR RƏHMANİR RƏHİM
HƏMD OLSUN ALƏMLƏRİN RƏBBİNƏ
VƏ SALAM OLSUN MÖVLAMIZ MƏHƏMMƏDƏ VƏ ONUN PAK ƏHLİ-BEYTİNƏ
Müxaliflər Kərbəla hadisəsi ilə bağlı olaraq ortaya atdıqları şübhələrdən biri də imam Hüseyn (ə.s)-a məktub yazan və sonra onu (ə.s) köməksiz qoyan, hətta Əməvi ordusuna qoşularaq onunla savaşmağa gedən Kufəlilərin müsəlman (şiə) olduğu iddiasıdır. Kərbəla hadisəsi, bu hadisənin necə baş verdiyi, imam Hüseyn (ə.s)-ı şəhid edənlərin kimlər olduğu qəti olaraq tanınan tarixi bir həqiqətdir. Amma nasibilərin həyasızlıqda sərhəd tanımayan bir tayfa olduqlarından belə iddia onlardan sadir ola bilir.
Ortaya atılan bu iddiaya cavab olaraq bir iş hazırlamaq istəyirdim, amma alhak.org saytında Kitab Bila Ünvan niki ilə yazan qardaşımızın bu barədə inandırıcı və geniş iş apardığını gördüyüm üçün öz əldə etdiyim məlumatlarla onun paylaşdığı məlumatları çevirib bir məqalə kimi bölüşməyi qərara aldım. Dolayısı ilə, burada paylaştığım iş alhak.org saytında yazan Kitab Bila Ünvan niki ilə yazan qardaş ilə mənim tədqiqatlarım toplusudur. Kitab Bila Ünvan niki ilə yazan qardaşın işinin orijinalı bu linkdə: http://www.alhak.org/vb/showthread.php?t33186
İnşəallah işi 3 hissə şəklində paylaşacağam. İlk hissədə Kufə xalqının kimliyi; İkinci hissədə imam Hüseyn (ə.s)-a məktub yazmalarının səbəbi; Üçüncü hissədə isə müsəlmanların (şiələrin) harada olduğunu və nə üçün imam (ə.s)-a kömək etmədikləri haqqında məlumat verəcəyik.
1. Kufə xalqı müsəlman (şiə) idi ? Ortaya atılan şübhənin əslini Kufə xalqının müsəlman (Şiə) olması iddiası təşkil edir. Ona görə də mənbələrdə “İraq xalqı məktub yazdı”, “Kufəlilər məktub yazdı” – deyə keçən hər bir rəvayət müsəlmanların (Şiələrin) məktub yazdığına dəlil kimi göstərilir. Halbuki həqiqətdə Kufə xalqı məlum olduğu kimi bilinənin əksinə, müsəlman (şiə) deyildi. Kufədə həm müxaliflər (əhli-xilaf), həm xəvariclər və həm də az sayda müsəlman (şiə) yaşayırdı. Amma müsəlmanlar (şiələr) azlıqda idilər. Çünki İraq, Suriya, İran və bu kimi ərazilər ikinci Qüreyş kralı Ömər b. Xəttab dövründə ələ keçirilmişdi və təbii olaraq Qüreyş hökumətinin ələ keçirdiyi ərazilərdə yaydığı, təbliğ etdiyi din İslam (Şiə) deyil sünnilik idi. Və Qüreyş hökuməti tərəfindən təbliğ edilən bu din yenə təbii olaraq vəsilik başda olmaq üzrə İslam (Şiə) inanclarını əks etdirmirdi. Məhz buna görə də Kufə də daxil olmaq üzrə bir çox yerin xalqı nasibi dininə tabe olurdular. Yəni onların İslam deyə bildikləri şey əslində İslam (Şiə) deyil nasibilik idi. İstər Kufə və istərsə də digər bölgələrdə vəziyyət belə idi yəni xalqın əksəriyyəti müsəlman (şiə) deyil sünni idi. Belə ki, bu məqam həm İslami (Şiə) mənbələrdə və həm də digər firqələrin mənbələrində sabitdir.
Şəkildə gördüyünüz Şiə və Sünnilərin etibarlılığı barədə ittifaq etdikləri Siqatul-İslam (İslamın inamı) Kuleyni (r.ə)-ın “əl-Kafi” kitabıdır, işarə etdiyim yerdə bu ifadələr var:
علي بن إبراهيم، عن أبيه، عن حماد بن عيسى، عن إبراهيم بن عثمان، عن سليم بن قيس الهلالي قال: خطب أمير المؤمنين (ع) فحمد الله وأثنى عليه ثم صلى على النبي (صلى الله عليه وآله)، ثم قال:
قد عملت الولاة قبلي أعمالا خالفوا فيها رسول الله (صلى الله عليه وآله) متعمدين لخلافه، ناقضين لعهده مغيرين لسنته ولو حملت الناس على تركها وحولتها إلى مواضعها وإلى ما كانت في عهد رسول الله (صلى الله عليه وآله) لتفرق عني جندي حتى أبقى وحدي أو قليل من شيعتي الذين عرفوا فضلي وفرض إمامتي من كتاب الله عزوجل وسنة رسول الله (صلى الله عليه وآله)
والله لقد أمرت الناس أن لا يجتمعوا في شهر رمضان إلا في فريضة وأعلمتهم أن اجتماعهم في النوافل بدعة فتنادى بعض أهل عسكري ممن يقاتل معي: يا أهل الاسلام غيرت سنة عمر ينهانا عن الصلاة في شهر رمضان تطوعا ولقد خفت أن يثوروا في ناحية جانب عسكري (1) ما لقيت من هذه الامة من الفرقة وطاعة أئمة الضلالة والدعاة إلى النار
Əli b. İbrahim mənə atasından, o Həmmad b. İsadan, o İbrahim b. Osmandan, o da Süleym b. Qeys əl-Hilalidən rəvayət etdi, dedi ki: Möminlərin Əmiri (imam Əli (ə.s)) xütbə irad edib, Allaha həmd-səna etdi, sonra Nəbi (s)-a salavat gətirdi, daha sonra isə dedi ki: “Məndən əvvəlki rəhbərlər qəsdən və bilərəkdən Rəsulullah (s)-a tərs düşən işlər gördülər, əhdini pozdular, sünnəsini dəyişdilər. Belə ki, bu gün insanları onları tərk etməyə dəvət edib vəziyyəti Rəsulullahın dövrünə qaytarmaq istəsəm ordum ətrafımdan dağılar, məni tək başıma və ya Allahın Kitabından və Rasulullahın sünnəsidən mənim fəzilət və üstünlüyümü və imamətimin özlərinə fərz olduğunu bilən Şiələrimdən az bir qrupla tək qoyarlar. Çünki Allaha and olsun ki, mən xalqa Ramazan ayında fərz namazı əda etmək xaricində camaat etməmələrini əmr etdim və sünnə namazını camaatla qılmağın bidət olduğunu dedim. Amma mənimlə birlikdə döyüşən ordumdan bəziləri, “ey Müsəlmanlar! Əfsus! Ömərin sünnəsi dəyişdirildi. Ramazan ayında bizi camaatla sünnə namazı qılmaqdan saxlayırlar” deyə çığırdılar. Ordumun bir küncündə fitnə və üsyan çıxmasından narahat oldum! Mən, bu ümmətin mənimlə uyğunsuzluğundan və başqalarına itaətlərindən nələr gördüm, nələr”.
Kuleyni (r.ə), “əl-Kafi”, 8/36-37, hədis 21
Bu hədisin sənədindəki bütün ravilər siqa (etibarlı) və hədisin sənədi də müttəsil (kəsintisiz)-dir. Belə ki, Şeyx Hadi ən-Nəcəfi bu hədis barədə deyir ki:
الرواية صحيحة الإسناد
Rəvayətin sənədi səhihdir.
Şeyx Hadi ən-Nəcəfi (r.ə), “Məvsuat əhadisi Əhli-Beyt (ə.s)”, 4/286, hədis 4649
Həzrət Əli (ə.s)-ın Təravih namazını qadağan etməsi və xalqın eynilə indiki nasibilər kimi bu bidətə bağlı olduğunu göstərən bir başqa hədisi Şeyx Tusi belə rəvayət etmişdir:
Şəkildə gördüyünüz Şeyx Tusi (r.ə)-ın “Təhzibul- Əhkam” adlı kitabıdır, işarə etdiyim yerdə bu ifadələr var:
علي بن الحسن بن فضال عن احمد بن الحسن عن عمر وبن سعيد المدائني عن مصدق بن صدقة عن عمار عن ابي عبدالله عليه السلام قال: سألته عن الصلاة في رمضان في المساجد قال: لما قدم أمير المؤمنين عليه السلام الكوفة أمر الحسن بن علي عليه السلام أن ينادي في الناس لاصلاة في شهر رمضان في المساجد جماعة، فنادى في الناس الحسن بن علي عليه السلام بما أمره به أمير المؤمنين عليه السلام فلما سمع الناس مقالة الحسن بن علي صاحوا: واعمراه واعمراه فلما رجع الحسن إلى أمير المؤمنين عليه السلام قال له: ما هذا الصوت؟ فقال: يا أمير المؤمنين الناس يصيحون: واعمراه واعمراه، فقال أمير المؤمنين عليه السلام: قل لهم صلوا.فكان أمير المؤمنين عليه السلام ايضا لما أنكر أنكر الاجتماع ولم ينكر نفس الصلاة، فلما رأى ان الامر يفسد عليه ويفتتن الناس أجاز وأمرهم بالصلاة على عادتهم فكل هذا واضح بحمد الله
Əli b. Həsən b. Fəddal, o Əhməd b. Həsəndən, o Amr b. Səid əl-Mədainidən, o Müsəddiq b. Sədəqədən, o da Əmmardan danışdı, dedi ki: Əbu Abdullaha (imam Cəfər əs-Sadiq (ə.s)) Ramazan ayında məsciddə namaz qılmaq haqqında soruşdum, imam (ə.s) dedi ki: “Möminlərin Əmiri (imam Əli (ə.s)) Kufəyə daxil olduğu zaman Həsən b. Əliyə əmr verdi ki, insanlara Ramazan ayında məsciddə (müstəhəb) namazı camaat ilə qılmamalarını xəbər versin. Həsən b. Əli (ə.s) Möminlərin Əmiri (imam Əli (ə.s))-ın özünə əmr verdiyi kimi, insanlara xəbər verdi. İnsanlar Həsən b. Əlinin dediklərini eşidəndə “vay Ömər! Vay Ömər!” Deyə qışqırdılar. Həsən b. Əli geri qayıtdığı zaman Möminlərin Əmiri (imam Əli (ə.s)) dedi ki: “Bu qışqırmalar da nədir?” Həsən (ə.s) dedi ki: “Ey Möminlərin Əmiri! İnsanlar “vay Ömər! Vay Ömər” deyə qışqırırlar”. Möminlərin Əmiri (imam Əli (ə.s)) dedi ki: “Onlara namazlarını qılmalarını söyləyin .””
Şeyx Tusi (r.ə), “Təhzibul-Əhkam”, 3/69, bab 4, hədis 30 (227)
Bu hədisin də bütün raviləri siqa (etibarlı) və sənədi müttəsildir. Şeyx Hadi ən-Nəcəfi öz kitabında bu hədisə yer verdikdən sonra deyir ki:
الرواية معتبرة الإسناد
Rəvayətin sənədi mötəbərdir.
Şeyx Hadi ən-Nəcəfi (r.ə), “Məvsuat əhadisi Əhli-Beyt (ə.s)”, 4/287, hədis 4651
“Əl-Kafi” və “Təhzib” kitablarından verdiyimiz bu 2 hədisin mətnindən gördüyümüz kimi, imam Əli (ə.s) özü xəlifə olduğu halda belə, Qüreyş krallarının bidətlərini dəyişmədiyini, çünki xalqın və hətta imam (ə.s)-ın ordusunda müharibə edənlərdən bəzilərinin Qüreyş krallarına bağlı olduqlarını, onları sevdiklərini, onların sünnəsini dəyişdirilməz olaraq gördüklərini bildirir. Yəni bu xalq imam Əli (ə.s)-ı Rəsulullah (s)-ın varisi kimi bildikləri üçün deyil, eynən sünnilər kimi Əbu Bəkr, Ömər və başqaları kimi sadəcə bir kral (xəlifə) kimi gördükləri üçün ona itaət edirdilər. Məhz buna görə də Ömər ibni Xəttab (l)-ın çıxardığı bir bidət olan Təravih namazının qadağan olunmasına “vay! Getdi Ömərin sünnəsi” deyərək etiraz edirdilər. Həzrət Əli (ə.s)-ın Rəsulullah (s)-ın varisi olduğunu bilən müsəlmanlar (şiələr) isə azlıqda idilər.
İslami (Şiə) mənbələrdən gətirdiyimiz bu 2 hədis bizə Kufə xalqının müsəlman (Şiə) olmadığını əksinə, xalqın əksəriyyətinin əhli-sünnə olduğunu göstərir. Amma bu məqam təkcə İslam (Şiə) mənbələrlə məhdud deyil. Əhli-sünnə mənbələrində mövcud olan məlumatlar da o dövrdə Kufə xalqının əksəriyyətinin sünni olduğunu göstərir.
Şəkildə gördüyünüz əhli sünnənin böyük təfsir, hədis və tarix imamı Təbərinin “Tarixi-Təbəri” adı ilə məşhur olan kitabıdır, işarə etdiyim yerdə bu ifadələr var:
قال هشام: قال عوانة:
وكتب إليه معه: أما بعد، فإنه كتب إلي شيعتي من أهل الكوفة يخبرونني أن ابن عقيل بالكوفة يجمع الجموع لشق عصا المسلمين؛ فسر حين تقرأ كتابي هذا حتى تأتي أهل الكوفة فتطلب ابن عقيل كطلب الخرزة حتى تثقفه فتوثقه أو تقتله أو تنفيه؛ والسلام
Yezid də ibni Ziyada bir məktub göndərərək belə yazdı: “Mənim Kufə əhlindən olan şiələrim (tərəfdarlarım) mənə; Müslim b. Əqilin, Kufədə camaat topladığını, Müsəlmanların vahid səltənət əsasını ikiyə parçaladığını, ayırdığını xəbər verdilər. Bu yazımı oxuyan kimi, Kufəyə get. Müslim b. Əqili ələ keçirənə qədər, dəfinə axtarırmış kimi, tələsik axtar, tap. Öldür, yaxud sürgün et! Vəssəlam”.
Təbəri, “Tarixi-Təbəri”, 5/357
Təbərinin dediyi bu rəvayətdən də gördüyümüz kimi Kufədə Əməvilərin də tərəfdarları var idi və bunlar Müslim b. Əqil (ə.s)-ın Kufədəki işləri ilə bağlı olaraq Yezidə məktub yazmışdılar.
O dövrdə Kufə xalqının əksəriyyətinin Əhli-sünnə olduğunu hədis imamlarından olan Əbu İshaq əs-Səbii də təsdiqləmişdir və bunu Əbu İshaqdan ibn Bəttə rəvayət etmişdir.
Şəkildə gördüyünüz sələfilərin Şeyxül-İslam dedikləri ibn Teymiyyənin “Minhac əs-Sünnə” adlı kitabıdır, işarə etdiyim yerdə bu ifadələr var:
وروى ابن بطة عن شيخه المعروف بابي العباس بن مسروق حدثنا محمد بن حميد حدثنا جرير عن سفيان عن عبد الله بن زياد بن جدير قال : قدم ابو اسحاق السبيعي الكوفة قال لنا شمر بن عطية : قوموا اليه فجلسنا اليه فتحدثوا فقال ابو اسحاق : خرجت من الكوفة وليس احد يشك في فضل ابي بكر وعمر وتقديمهما وقدمت الان وهم يقولون ويقولون ولا والله ما ادري ما يقولون “
İbn Bəttə, Əbul Abbas b. Mesruk deyə tanınan müəlliminin belə dediyini nəql edir: Mənə Məhəmməd b. Hümeyd danışdı, dedi ki: Cərir mənə Sufyandan, o da Abdullah b. Ziyad b. Hudeyrdən belə danışdı: Əbu İshaq əs-Səbii Kufəyə gəldi. Şemr b. Ətiyyə, birlikdə yanına getməyimizi istədi. Yanına getdik və söhbət etdik. Əbu İshaq belə dedi: “Mən Kufədə ikən istisnasız olaraq bütün Kufə əhli Əbu Bəkr və Ömərin fəzilətlərinə inanır və onları sair əshabdan üstün tuturdular. İndi isə danışdıqları qədər danışırlar. Vallah nə dediklərini başa düşə bilmirəm”.
İbn Teymiyyə, “Minhac əs-Sünnə”, 6/135-136
Əbu İshaq əs-Səbii Əhli-sünnənin məşhur hədis imamlarındandır və tabeindir. Həzrət Əli (ə.s) və digər bəzi səhabələri görüb (bax: Əbu İshaq əs-Səbii kimdir?)
Yəni Əbu İshaq əs-Səbii Həzrət Əli, Həzrət Həsən və Həzrət Hüseyn (ə.s) dövrlərini görüb, onlara şahid olmuş biridir. Məhz bu şəxs o dövrdə Kufə xalqının Əbu Bəkr və Ömərin fəzilətinə inandıqlarını və bu ikisini hər kəsdən üstün bildiklərini yəni Kufəlilərin sünni olduğunu bildirir.
Yuxarıda “əl-Kafi” den dediyimiz hədisdə Həzrət Əli (ə.s), öz ordusunda olanlardan bəzilərinin belə “vay! Ömərin sünnəsi dəyişdirildi” deyə fəryad etdiklərini deyirdi. Eyni şeyi ibn Teymiyyə də etiraf edir.
Şəkildə gördüyünüz sələfilərin Şeyxül İslam dedikləri ibn Teymiyyənin “Minhac əs-Sünnə” adlı kitabıdır, işarə etdiyim yerdə bu ifadələr var:
وليس كل من قاتل مع على كان يفضله على عثمان بل كان كثير منهم يفضل عثمان عليه كما هو قول سائر أهل السنة
Əli ilə birlikdə döyüşənlərin hamısı Əlini Osmandan üstün bilmirdilər. Əksinə, onların əksəriyyəti əhli-sünni kimi Osmanı Əlidən üstün bilirdilər.
İbn Teymiyyə, “Minhac əs-Sünnə,” 4/132
Kufədə azlığı təşkil edən və “əl-Kafi”-dən dediyim hədisdə Həzrət Əli (ə.s)-ın “Allahın Kitabından və Rəsulullahın sünnəsindən mənim fəzilət və üstünlüyümü və imamətimin özlərinə fərz olduğunu bilən Şiələrimdən az bir qrup” dediyi müsəlmanlar (şiələr) isə Müaviyə dövründə ya öldürülmüş, ya zindana atılmış yaxudda İraqdan digər bölgələrə qaçmışdırlar. Mötəzilə məzhəbinin alimlərindən ibn Əbil Hədid bu məsələ haqqında deyir ki:
روى أبو الحسن علي بن محمد بن أبي سيف المدائني في كتاب الأحداث، قال: كتب معاوية نسخة واحدة إلى عُمَّاله بعد عام الجماعة: (أن برئت الذمّة ممن روى شيئاً من فضل أبي تراب وأهل بيته). فقامت الخطباء في كل كُورة وعلى كل منبر يلعنون عليًّا ويبرؤون منه، ويقعون فيه وفي أهل بيته، وكان أشد الناس بلاءاً حينئذ أهل الكوفة لكثرة ما بها من شيعة علي عليه السلام، فاستعمل عليهم زياد بن سُميّة، وضم إليه البصرة، فكان يتتبّع الشيعة وهو بهم عارف، لأنه كان منهم أيام علي عليه السلام، فقتلهم تحت كل حجر ومدر وأخافهم، وقطع الأيدي والأرجل، وسَمَل العيون وصلبهم على جذوع النخل، وطردهم وشرّدهم عن العراق، فلم يبق بها معروف منهم
Əbul Həsən Əli b. Məhəmməd b. Əbu Seyf əl-Mədaini “Hadisələr” kitabında belə rəvayət etmişdir: “Müaviyə camaat ilindən sonra məmurlarına belə bir məktub yazdı: “Mən, Əbu Turab (imam Əli (ə.s)) və ailəsinin fəzilətlərindən hər hansı bir şey rəvayət edənlərdən biriyəm”. Bu səbəblə xətiblər tapdıqları hər minbərdə Əliyə lənət etməyə, Ondan təbərri edərək Ona və Əhli-beytinə söyməyə başladılar. Və o zaman ən çətin vəziyyətdə olan insanlar Kufə xalqı idi, çünki aralarında Əli (ə.s)-ın şiələrindən çox adam vardı.Müaviyə, Ziyad b. Sümeyyəni Kufə valisi qıldı və eyni zamanda Bəsrə şəhərini də onun ixtiyarına buraxdı. O da Şiələrin ardına düşüb, Əli (ə.s)-ın xilafəti dövründə Onun tərəfdarlarından olduğundan hamısını tanıyırdı. Bu səbəblə onları deşiklərdə belə olsalar tapıb qətlə yetirir və ya ölümlə təhdid edir, əl və ayaqlarını kəsir, gözlərini kor edir və xurma budaqlarında asırdı. Və ya onları İraqdan sürgün edirdi, bütün bunların sonunda İraqda Şiə kimi tanınan kimsə qalmadı.”
İbn Əbil Hədid, “Şərhi Nəhcül-Bəlağə”, 11/30
Əgər müxaliflərin “ibn Əbil Hədid sünni deyil” – deyə etiraz edəcək olsalar cavabımız belə olar ki, bu hadisəni təkcə ibn Əbil Hədid rəvayət etmiş deyil. Əhli-sünnənin hədis alimlərindən Təbərani də bunu rəvayət etmişdir.
Şəkildə gördüyünüz Əhli-sünnə hədis alimlərindən Təbəraninin “Mucəm əl-Kəbir” adlı kitabıdır, işarə etdiyim yerdə bu ifadələr var:
حَدَّثَنَا عَلِيُّ بْنُ عَبْدِ الْعَزِيزِ، ثنا أَبُو نُعَيْمٍ، ثنا سُفْيَانُ، عَنْ يُونُسَ بْنِ عُبَيْدٍ، عَنِ الْحَسَنِ، قَالَ: كَانَ زِيَادٌ يَتَتَبَّعُ شِيعَةَ عَلِيٍّ رَضِيَ اللهُ عَنْهُ فَيَقْتَلُهُمْ، فَبَلَغَ ذَلِكَ الْحَسَنَ بْنَ عَلِيٍّ رَضِيَ اللهُ عَنْهُ، فَقَالَ: «اللهُمَّ تَفَرَّدْ بِمَوْتِهِ؛ فَإِنَّ الْقَتْلَ كَفَّارَةٌ»
Yunus b. Ubeyddən, o da Həsəndən danışdı, dedi ki: “Ziyad, Əli (r.ə)-ın şiələrini təqib edir, onları tutması vəziyyətində qılıncdan keçirirdi. Bu xəbər Həsən b. Əli (r.ə)-a çatanda dedi ki: “Allahım, onun ölümünü təkcə özünə xas qıl və bu öldürülüş kəffarə olsun. “”
Təbərani, “Mucəm əl-Kəbir”, 3/68, hədis 2690
Hədisin səhihliyi haqqında Əhli-sünnə hədis alimlərindən Heysəmi deyir ki:
رواه الطبراني ورجاله رجال الصحيح
Təbərani rəvayət etmişdir və ricalları “Səhih” -in ricallarıdır.
Heysəmi, “Məcməuz-Zəvaid”, 6/266, hədis 10604
2. Kufə əhli nə üçün imam Hüseyn (ə.s)-a məktub yazdı? Mövzu haqqında ortaya atılan şübhələrdən biri də Kufəlilərin Həzrət Hüseyn (ə.s)-a məktub yazmaları məsələsidir. Müxaliflər “bir halda ki, Kufəlilər şiə deyildi o zaman niyə Həzrət Hüseyn (ə.s)-a məktub yazdı”? Deyə etiraz edirlər. Bizim yuxarıda, həm İslamı (Şiə) və həm də Əhli-sünnə mənbələrindən çatdırdığımız sənədlər işığında Kufədə azlığı müsəlmanların (şiələrin) buna qarşılıq əksəriyyəti isə sünnilərin təşkil etdiyini gördük. Məhz Həzrət Hüseyn (ə.s)-a məktub yazan Kufə xalqı bu azlıq olan müsəlmanlar (şiələr); Əksəriyyəti təşkil edən sünnilər və xaricilər idi. Yəni imam Hüseyn (ə.s)-a məktub yazan Kufə xalqı 3 qrupdan ibarət idi:
a) Süleyman b. Surad əl-Hüzai (səhabə), Həbib b. Məzahir və bu kimi azlıqda olan müsəlmanlar (şiələr).
b) Şəbəs b. Rəbi, Şimr b. Zilcövşən və bu kimi xəvariclər.
c) Həccar b. Əbcər (səhabə) kimi əksəriyyəti təşkil edən sünnilər.
Bu dediklərimiz həm İslami (Şiə) və həm də Əhli-sünnə mənbələrində sabit olan məqamlardır. İndi əvvəlcə bu dediyimizə dair dəlilləri çatdıracağıq.
Şəkildə gördüyünüz əhli sünnənin böyük təfsir, hədis və tarix imamı Təbərinin “Tarixi-Təbəri” adı ilə məşhur olan kitabıdır, işarə etdiyim yerdə bu ifadələr var:
قال أبو مخنف: فحدثني الحجاج بن علي، عن محمد بن بشر الهمداني، قال: اجتمعت الشيعة في منزل سليمان بن صرد، فذكرنا هلاك معاوية، فحمدنا الله عليه، فقال لنا سليمان بن صرد: إن معاوية قد هلك، وإن حسيناً قد تقبض على القوم ببيعته، وقد خرج إلى مكة، وأنتم شيعته وشيعة أبيه، فإن كنتم تعلمون أنكم ناصروه ومجاهدو عدوه فاكتبوا إليه، وإن خفتم الوهل والفشل فلا تغروا الرجل من نفسه، قالوا: لا، بل نقاتل عدوه ونقتل أنفسنا دونه؛ قال: فاكتبوا إليه، فكتبوا إليه: بسم الله الرحمن الرحيم. لحسين بن علي من سليمان بن صرد والمسيب ابن نجبة ورفاعة بن شداد وحبيب بن مظاهر وشيعته من المؤمنين والمسلمين من أهل الكوفة. سلامٌ عليك، فإنا نحمد إليك الله الذي لا إله إلا هو، أما بعد، فالحمد لله الذي قصم عدوك الجبار العنيد الذي انتزى على هذه الأمة فابتزها أمرها، وغصبها فيئها، وتأمر عليها بغير رضاً منها، ثم قتل خيارها، واستبقى شرارها، وجعل مال الله دولةً بين جبابرتها وأغنيائها، فبعداً له كما بعدت ثمود! إنه ليس علينا إمام، فأقبل لعل الله أن يجمعنا بك على الحق. والنعمان ابن بشير في قصر الإمارة لسنا نجتمع معه في جمعة، ولا نخرج معه إلى عيد، ولو قد بلغنا أنك قد أقبلت إلينا أخرجناه حتى نلحقه بالشأم إن شاء الله؛ والسلام ورحمة الله عليك.
Şiələr Kufədə Süleyman b. Suradın evində toplandılar və Müaviyənin ölümünü danışdılar, Allaha həmd etdilər. Daha sonra Süleyman b. Surad dedi ki: “Müaviyə ölmüşdür və Hüseyn beyət etməkdən çəkinərək Məkkəyə getmişdir. Sizlər də onun və atası (imam Əli (ə.s))-ın şiələrisiniz. Əgər siz onun havadarları, düşməninə qarşı döyüşçüləri olduğunuzdan, onun üçün canınızı ortaya qoyacağınızdan əminsinizsə ona yazın. Yox əgər fəsada məruz qalmaqdan və zəiflik göstərməyinizdən qorxursunuzsa adamı aldatmayın”. Dedilər ki: “Biz onun düşməni ilə döyüşəcək və özü üçün ölümə gedəcəyik”. Süleyman b. Surad dedi ki: “Elə isə yazın”. Bundan sonra belə bir məktub yazdılar: “Bismillahir Rəhmanir Rəhim. Süleyman b. Surad, Müseyyib b. Nəcəbə, Rufaə b. Şəddad, Həbib b. Məzahir və Kufə xalqından olan mömin və müsəlman şiələrdən Hüseyn b. Əli (ə.s)-a Sənə salam olsun, biz özündən başqa ilah olmayan Allaha həmd edirik. Bundan sonra. Bu ümmətə hakim olub rəhbərliyini ələ keçirən, fey olan mallarını qəsb edən, ümmətin yaxşılarını öldürüb pislərini qoyan əzazil və inadkar düşməni yox edən Allaha həmd olsun. Allah Səmud qövmünə etdiyi kimi onu da rəzil rüsvay etsin! Bizim başımızda bir imamımız yoxdur, sən bizim imamımız ol. Bəlkə Allah səninlə bizi haqq üzrə bir araya gətirər. Numan b. Bəşir hökumət sarayında dayanır, nə cümədə onunla bir araya gəlirik, nə də bayramda onunla namaza çıxırıq. İnşəallah, sənin bizə doğru gəldiyini xəbər tutan kimi onu Kufədən çıxarar, Şama göndərərik. Allahın rəhmət və salamı üzərinə olsun”.
وكتب شبث بن ربعي وحجار بن أبجر ويزيد بن الحارث بن يزيد بن رويم وعزرة بن قيس وعمرو بن الحجاج الزبيدي ومحمد بن عمير التميمي: أما بعد، فقد اخضر الجناب، وأينعت الثمار، وطمت الجمام، فإذا شئت فاقدم على جندٍ لك مجند؛ والسلام عليك
Və Şəbəs b. Ribi, Həccar b. Əbcar, Yezid b. Həris b. Ruveym, Amr b. Səalibi əz-Zubeydi və Məhəmməd b. Amr b. Yəhya ət-Təmimi də Həzrəti Hüseynə belə bir məktub yazdılar: “İndi bağçalar göyərmiş, meyvələr yetişmiş və ölçüləri ağızlarına qədər dolmuşdur. İstəsən sənin üçün hazırlanmış olan ordunun başına keçməyə gəl. Sənə salam olsun”.
Təbəri, “Tarixi-Təbəri”, 5/352-353
Bu hadisə Şeyx Müfid (r.ə) “əl-İrşad”, 2/36-38-da Təbəridən və Seyyid ibni Tavus (r.ə) “əl-Luhuf”, səhifə 102-107-də Şeyx Müfiddən rəvayət etmişdir. Göründüyü kimi, məktub yazanlar Kufədən olan ayrı-ayrı qruplar idi. Şiələr Süleyman b. Surad liderliyində toplanmış və məktub yazmışdırlar. Belə ki, həm onlar öz yazdıqları məktubda özlərinin şiə olduğunu bildirirlər, həm də şiə-sünni bütün rical kitabları onların bioqrafiyasını verərkən şiə olduqlarını bildirirlər. Lakin məktub yazan digər qrupların nə özləri məktublarında şiə olduqlarını demirlər və nə də onların bioqrafiyasını verən rical kitabları onların şiə olduqlarını söyləmir. Məhz imam Hüseyn (ə.s)-a məktub yazmalarına baxmayaraq, onu köməksiz buraxan və Əməvi ordusuna qoşularaq imam (ə.s)-a qarşı vuruşan kimsələr bu xarici və sünnilərdir (bax: Həzrət Hüseyn (ə.s)-ı şəhid edən nasibi imamları.)
Müxtəlif qrupların məktub yazmaqda səbəblərinə gəlincə, müsəlmanlar (şiələr) öz məktublarında da bildirdikləri kimi, Həzrət Hüseyn (ə.s)-ın imam olduğuna və hakimiyyətin Əhli-Beytə aid olduğuna inandıqları üçün ona məktub yazmışdılar. Xəvariclər isə Əməvilərə düşmən idilər və Əməvilərin həm özlərinin, həm də Hz. Hüseyn (ə.s)-ın ortaq düşməni olduğunu bildiklərinə görə ona məktub yazmışdılar. Eynilə Həzrət Həsən (ə.s) dövründə xaricilərin Müaviyəni ortaq düşmən olaraq bildiklərinə görə Hz. Həsən (ə.s)-ın odurusuna qoşulmaları kimi. Lakin ibn Ziyadin Kufəyə gəlib qətliamlara başlamasından və Əməvi əsgərlərinin Kufədə nəzarəti ələ keçirməsindən sonra xəvariclər Əməvilərin tərəfinə keçdilər və Kərbəlada Əməvi ordusuna qoşularaq Həzrət Hüseyn (ə.s)-a qarşı vuruşdular. Xalqın əksəriyyətini təşkil edən sünnilərə gəldikdə, onların məktub yazma səbəbi haqqında öz alimlərindən olan ibn Kəsir belə deyir:
ولما أخذت البيعة ليزيد في حياة معاوية كان الحسين ممن امتنع من مبايعته، هو وابن الزبير، وعبد الرحمن بن أبي بكر، وابن عمر، وابن عباس، ثم مات ابن أبي بكر وهو مصمم على ذلك. فلما مات معاوية سنة ستين وبويع ليزيد، بايع ابن عمر وابن عباس، وصمم على المخالفة الحسين وابن الزبير، وخرجا من المدينة فارين إلى مكة فأقاما بها، فعكف الناس على الحسين يفدون إليه ويقدمون عليه ويجلسون حواليه، ويستمعون كلامه، حين سمعوا بموت معاوية وخلافة يزيد. وأما ابن الزبير فإنه لزم مصلاه عند الكعبة، وجعل يتردد في غبون ذلك إلى الحسين في جملة الناس، ولا يمكنه أن يتحرك بشيء مما في نفسه مع وجود الحسين، لما يعلم من تعظيم الناس له وتقديمهم إياه عليه. …. بل الناس إنما ميلهم إلى الحسين لأنه السيد الكبير، وابن بنت رسول الله صلى الله عليه وسلم، فليس على وجه الأرض يومئذٍ أحد يساميه ولا يساويه، ولكن الدولة اليزيدية كانت كلها تناوئه. وقد كثر ورود الكتب عليه من بلاد العراق يدعونه إليهم – وذلك حين بلغهم موت معاوية وولاية يزيد
Müaviyə sağlığında Yezidin vəliəhdliyi üçün beyət alındığında Hüseyn ona beyətə yanaşmayanlardandı. Bu barədə Abdullah b. Zübeyr, Əbdürrəhman b. Əbu Bəkir, Abdullah b. Ömər və Abdullah b. Abbasla birlikdə hərəkət etdi. Sonra Əbdürrəhman b. Əbu Bəkir, bu fikirdə ikən vəfat etdi. Hicrətin altmışıncı ilində Müaviyə vəfat edib Yezidə xəlifəlik üçün beyət edildikdə Abdullah b. Ömər ilə Abdullah b. Abbas beyət etdilər, ancaq Hüseyn ilə Abdullah b. Zübeyr müxalifətə davam etdilər. Mədinədən qaçıb Məkkəyə getdilər və orada yaşadılar. İnsanlar gəlib Hüseynin ətrafında toplaşdılar. Onun məclisinə davam etdilər. Sözlərini dinlədilər. Bütün bunlara baxmayaraq, insanlar nəzdində (ibni Zübeyrin) etibarı Hüseyn ki qədər olmadı. Şanı çox böyük bir şəkildə artmadı, əksinə, insanlar Hüseynə meyl edirdilər. Çünki o böyük seyyid idi, Rəsalullah (s)-ın qızı Fatimənin oğluydu. Yer üzündə ona bərabər və ona tay olacaq kimsə yox idi, amma Yezidi dövləti, bütün gücüylə ona düşmənçilik edirdi. Müaviyə öldüyünü, yerinə Yəzidin keçdiyini və Hüseynin Yezidə beyət etməkdən qaçaraq Məkkəyə getdiyini eşitdikləri zaman İraqlılardan Həzrət Hüseynə çox sayda məktub gəldi.
İbni Kəsir, “əl-Bidayə vən-Nihayə”, 8/162
Yəni Kufə xalqının əksəriyyətini təşkil edənlərin məktub yazmaqda yeganə səbəbləri ibn Kəsirin də dediyi kimi Həzrət Hüseynin Rəsulullah (s)-ın övladı olması idi, onun imam olduğuna inanmaları deyil. Bunların məktub yazmaqda bir başqa səbəbi isə Həzrəti Əli (ə.s) dövründə olduğu kimi Kufənin xilafətin mərkəzi olması idi. Amma Kufədə ibn Ziyad nəzarəti ələ keçirdikdən sonra xəvariclər kimi bunlar da yazdıqları məktublara xəyanət etdilər və Əməvilərin tərəfinə keçdilər.
3. İmam Hüseyn (ə.s)-a məktub yazan şiələr harada idi? Əvvəlki hissədə məktub yazanların 3 qrup olduğunu və hər birinin fərqli səbəblərlə məktub yazdıqlarını göstərdik. Bəs Kufədə azlıqda olan və Həzrət Hüseyn (ə.s)-a məktub yazan şiələrə nə oldu? Bunlar harada idi ki, Həzrət Hüseyn (ə.s)-a kömək etmədilər? İnşəallah indi də mənbələr işığında bu suala cavab verəcəyik.
Hz.Hüseyin (ə.s)-a məktub yazmış olan Kufə şiələri ibn Ziyad və Əməvi qüvvələrinin Kufəni ələ keçirməsindən sonra ya öldürüldülər (məsələn, Şeyx Xani b. Ürvə kimi), ya da zindana atıldılar (Meysəm Temmar və Muxtar əs-Səqəfi kimi). Seyid ibni Tavus (r.ə) bu barədə belə rəvayət edir:
وكتب عبيدالله بن زياد بخبر مسلم وهاني إلى يزيد بن معاوية. فأعاد عليه الجواب يشكره فيه على فعاله وسطوته ، ويعرفه أن قد بلغه توجه الحسين عليه السلام إلى جهته ، ويأمره عند ذلك بالمؤاخذة والإنتقام والحبس على الظنون والأوهام
Ubeydullah b. Ziyad, Müslim və Xaninin öldürülməsi xəbərini Yezid b. Müaviyəyə məktub yazaraq bildirdi. Bir müddət sonra Yezidin cavab məktubu gəldi. Yəzid məktubunda Ubeydullaha təşəkkür edərək belə yazırdı: “Mənə çatan xəbərə görə Hüseyn sənə doğru gəlir. İndi sənin şübhələndiyin hər kəsə qarşı mühakimə, intiqam və həbslərə başlamağın lazımdır”.
Seyid ibni Tavus (r.ə), “əl-Luhuf”, səhifə 124
Kufədə onsuz da azlıqda olan şiələrin liderlərinin və öndərlərinin öldürülməsi və ya həbsə atılması nəticəsində lidersiz qalan avam camaat isə bir şey edə bilmədi. Bunlar ancaq daha sonra Muxtar (r.ə) intiqam üçün qiyam edəndə onun qiyamına qoşuldular. Ancaq bəzi şiələr Kufədən qaçmağı bacarmış, Kərbəlaya gedərək imam (ə.s)-a çatmışdılar. Bunlar Kərbəlada imam (ə.s) ilə birlikdə şəhid oldular (məsələn, Müslim b. Avsəcə və Həbib b. Məzahir kimi). Bundan başqa, bəzi şiələr isə Kərbəlaya vaxtında çata bilmədilər və onlar gələndə artıq gec idi. Seyid ibni Tavus (r.ə) bu barədə belə rəvayət edir:
فلما قرأ الحسين عليه السلام الكتاب قال: «آمنك (112) الله يوم الخوف وأعزك وأرواك يوم العطش الأكبر». فلما تجهز المشار إليه للخروج إلى الحسين عليه السلام بلغه قتله قبل أن يسير، فجزع من انقطاعه عنه
Hüseyn (ə.s) Yəzid b. Məsudun məktubunu oxuduqdan sonra dedi ki: “Allah səni qorxu günündə qorusun və əziz qılsın”. Yezid b. Məsud, Hüseyn (ə.s)-a yardım etmək üçün yola qoyuldu lakin yolda imam (ə.s)-ın artıq şəhid edildiyini xəbər alanda çox üzülüb və ağladı.
Seyid ibni Tavus (r.ə), “əl-Luhuf”, səhifə 113
(c) saqaleyn.wordpress.com