»»

Hz. Hüseyni (ə.s) şəhid edən səhabə və tabeinlər

BİSMİLLAHİR RƏHMANİR RƏHİM
HƏMD OLSUN ALƏMLƏRİN RƏBBİNƏ
VƏ SALAM OLSUN MÖVLAMIZ MƏHƏMMƏDƏ VƏ ONUN PAK ƏHLİ-BEYTİNƏ

Kərbəla hadisəsi Rəsulullah (s.) və Əhli Beyti (ə.a)-ın bağlıları (şiələr = müsəlmanlar) üçün tarixin ən acı hadisələrindən biri və zülmə qarşı müqavimət göstərmə dərsidir. Bu, tarixi bir hadisədir amma bunun əqidəvi bir çox mövzuya da təsiri vardır. Bu hadisə olduğu zaman səssiz qalan və bu cinayəti törədənləri özləri üçün əmir, xəlifə və s. kimi görən insanlar özlərini 2 od arasında qalmış kimi gördükləri üçün bu hadisəni “tarixi bir hadisədir”, “Yezid bir insandır, günahının cəzası özünə aiddir, bu məsələdə bizə söz düşməz” deyərək canını qurtarmağa çalışırlar. Belə bir yanaşma isə eynilə bəzilərinin Həzrət Yəhya (ə.)-ı şəhid edən şəxslər üçün “tarixi hadisədir” deməsi kimi batildir. Bəli, doğrudur, bu, tarixi bir hadisədir və hər kəsin törətdiyi əməlin savabı və cəzası özünə aiddir, amma bizim bu məsələdə mövqeyimiz necə olmalıdır? Məhz tarixi bir mövzunun əqidəyə təsiri olan hissə tam da budur. Biz öz əməllərimiz ilə məsul olduğumuz kimi, nəbi, rəsul və vəsilər ə.ın düşmənləri və qatilləri haqqındakı mövqe də bizim cavabdeh olduğumuz məqamdır. Görəsən müsəlman olduğunu idda edən birinin Həzrət Zəkəriyyə, Həzrət Yəhya və ya başqa bir peyğəmbər qatilləri haqqındakı mövqeyi necə olmalıdır? Bu qatillərin kafir olduqlarına inanmaq, onlardan təbərra etmək (uzaqlaşmaq), yoxsa “biz bu məsələdə cavabdeh deyilik” deməkdir?

 

Məhz Kərbəla cinayətini törədən şəxsləri özləri üçün əmir, xəlifə və imam kimi görən bu insanlar bu qatilləri təmizə çıxarmaq üçün Kərbəla tarixini təhrif etməyə çalışırlar. Bu səbəblə əhli-xilaf Kərbəlada Həzrət Hüseyn ə.sı şəhid edənlərin əslində şiələr olduğunu iddia edirlər! Düşünə bilirsinizmi? Bu insanlar bütün tarixi, Yezid, Ubeydullah b. Ziyad, Ömər b. Səd kimi qatilləri görməməzliyə gələ biləcək qədər həyasızlaşmışdırlar. Buna görə də bu həyasızlara qarşı bu işi görməyi qərara aldım. İnşəallah bu yazıda Həzrət Hüseyn (ə.s)-ı şəhid edənlərin əhli-xilaf yanında səhabə və tabein imamları, fəzilət sahibi kəslər kimi tanınan şəxslər olduğunu sənədli şəkildə ortaya qoyacağıq.

1. Əmr b. Həris əl-Məhzumi: Bu adam əhli-xilaf yanında Rasulullah (s.)-ın səhabələrindən yəni ədalətli və höccət olan bir şəxsdir. Əhli-xilaf rical alimlərindən əz-Zəhəbi onun biografiyasında deyir ki:

عمرو بن حريث ( ع )  ابن عمرو بن عثمان بن عبد الله بن عمر بن مخزوم المخزومي ، أخو سعيد بن حريث
Əmr b. Həris b. Əmr b. Osman b. Abdullah b. Ömər b. Məhzum əl-Məhzumi, Səid b. Hərisin qardaşıdır.

كان عمرو من بقايا أصحاب رسول الله – صلى الله عليه وسلم الذين كانوا نزلوا الكوفة .  مولده قبيل الهجرة
Əmr, Rəsulullah (s.)-ın səhabələrindən Kufəyə köçənlərin sonuncusudur. Mühacirətdən əvvəl dünyaya gəlmişdir.

له صحبة ورواية . وروى أيضا عن أبي بكر الصديق ، وابن مسعود
O səhabədir və (Rəsulullah (s.)-dan) rəvayətləri vardır. Eyni şəkildə Əbu Bəkr və ibn Məsuddan da rəvayət etmişdir.

Zəhəbi, “Siyər”, 3/417-418

Məhz əhli-xilaf yanında belə bir məqama malik olan bu şəxs Kərbəla hadisələri zamanı Kufə valisi Ubeydullah b. Ziyad (l.a)-ın hüquq-mühafizə qüvvələrinin komandanı idi. Və Ubeydullah b. Ziyad (l.a) bu şəxsi Həzrət Müslim b. Əqil (ə.)-ı ələ keçirməklə vəzifələndirmişdi.

katiller-taberi1 amr-b-haris-taberi2

Şəkildə gördüyünüz əhli sünnənin böyük təfsir, hədis və tarix imamı Təbərinin “Tarixi Təbəri” adı ilə məşhur olan kitabıdır, işarə etdiyim yerdə bu ifadələr var:

حدثنا عمرو بن علي قال حدثنا أبو قتيبة قال حدثنا يونس بن أبي إسحاق عن العيزار بن حريث قال حدثنا عمارة بن عقبة بن أبي معيط فجلس في مجلس ابن زياد فحدث قال
فبعث عبيد الله عمرو بن حريث المخزومي وكان صاحب شرطه إليه ومعه عبد الرحمن ابن محمد بن الأشعث فلم يعلم مسلم حتى أحيط بالدار فلما رأى ذلك مسلم خرج إليهم بسيفه فقاتلهم
Mənə Əmr b. Əli danışdı, dedi ki: Mənə Əbu Quteybə danışdı, dedi ki: Yunus b. Əbu İshaq mənə Aiz b. Həris danışdı, dedi ki: Mənə Umarə b. Ukbə b. Əbu Muayt danışdı, dedi ki: Ubeydullah b. Ziyad, təhlükəsizlik qüvvələrinin komandiri Ömər b. Xirris əl-Mahzumini bu işlə (Müslim b. Əqil ələ keçirməklə) vəzifələndirmişdi. Yanına Əbdürrəhman ilə Məhəmməd b. Əşəsi qatdı. Həmçinin əmrinə yetmiş, səksən süvarini də verdi. Müslim, birdən içində olduğu evin ətrafının Ubeydullahın adamları tərəfindən əhatə edildiyini gördü. Bundan sonra Müslim qılıncını əlinə alıb bayıra çıxdı, onlarla döyüşməyə başladı.

Təbəri, “Tarixi-Təbəri”, 5/350

Bu hadisəni başqa bir tarixçi ibn Kəsir “əl-Bidayə vən-Nihayə”, 8/167-də rəvayət etmişdir. Rəvayətin mətnindən aşkar şəkildə göründüyü kimi səhabə Əmr b. Həris əl-Mahzumi, Kufə valisi Ubeydullah b. Ziyadin əmri ilə Həzrət Müslim b. Əqil (ə.)-a qarşı vuruşmuş, onu ələ keçirib Ubeydullaha təslim etmiş və bunun nəticəsində Müslim öldürülmüşdür.

2. Ənəs b. Malik: Bu şəxs əhli-xilaf yanında məşhur səhabələrdən biri və səhabələrdən ən çox hədis rəvayət edənlərin üçüncüsüdür. Əhli-xilaf mənbələrində bu şəxsdən 2286 hədis rəvayət edilmişdir. Belə məşhur bir şəxs haqqında rical kitablarından məlumat verməyə ehtiyac görmürük.

Məhz əhli-xilaf dinlərini üzərində inşa etdikləri hədislərdən tam 2286 dənəsinin rəvayətçisi olan bu şəxs Kərbəla hadisəsində imam Hüseyn (ə.) düşməni olan Kufə valisi Ubeydullah b. Ziyad (l.a)-ın sarayında, onun əmrində olmuşdur.
enes-buhari3 enes-buhari4

Şəkildə gördüyünüz əhli-xilafın ən mötəbər hədis alimi Buxarinin “əs-Səhih” adlı kitabıdır, işarə etdiyim yerdə bu ifadələr var:

حدثني محمد بن الحسين بن إبراهيم قال حدثني حسين بن محمد حدثنا جرير عن محمد عن أنس بن مالك رضي الله عنه أتي عبيد الله بن زياد برأس الحسين عليه السلام فجعل في طست فجعل ينكت وقال في حسنه شيئا فقال أنس كان أشبههم برسول الله صلى الله عليه وسلم وكان مخضوبا بالوسمة
Mənə Məhəmməd b. Hüseyn b. İbrahim danışdı, dedi ki: Mənə Hüseyn b. Məhəmməd danışdı, dedi ki: Cərir mənə Məhəmməddən, o da Ənəs b. Malikdən danışdı, dedi ki: Hüseyn b. Əli (ə.) Kərbəlada şəhid edildikdən sonra, başı Kufəyə gətirildi. Və o zaman Yezid b. Müaviyə Kufə valisi olan Ubeydullah b. Ziyadin qarşısında bir tas içinə qoyuldu. İbn Ziyad, əlindəki süngüsüylə onun mübarək başına, burnuna, gözlərinə vurmağa başladı və dedi ki: “Buna bənzər bir gözəllik görmədim”. Mən dedim ki: “Hüseyn, Əhli-beyt içində Rəsulullaha ən çox bənzəyəni idi”. O vaxt Hüseynin başı vəsmə bitkisi ilə boyalı idi.

Buxari, “əs-Səhih”, 3/31, Səhabənin fəziləti kitabı, bab 22, hədis 3748

Bu hədisi əhli-xilaf bir başqa hədis alimi olan Tirmizi “Sünən”, 6/119-120, Mənaqib kitabı, bab 25, hədis 3778-də müxtəlif bir sənəd ilə Ənəs b. Malikdən rəvayət etmişdir. Hədisin “Səhih Buxari” də keçməsi onsuz da əhli-xilaf yanında onun səhih olduğunu göstərmək üçün kifayətdir. Bundan başqa, hədisi öz kitabında başqa bir sənəd ilə rəvayət etmiş olan Tirmizi hədis haqqında deyir ki:

قال أبو عيسى هذا حديث حسن صحيح غريب
Tirmizi: Bu hədis həsən səhih qəribdir.

Tirmizi, “Sünən”, 6/119-120, Mənaqib kitabı, bab 25, hədis 3778

Hədisin mətninə gəlincə, göründüyü kimi burada Ənəs b. Malik imam Hüseyn ə.ın başının Kufəyə yəni vali Ubeydullah b. Ziyad (l.a)-a gətirildiyi zaman Ubeydullahın yanında olmuşdur. Görəsən bu səhabə belə bir hadisədə Ubeydullah b. Ziyadın yəni imam Hüseyn (ə.)-ın düşməninin, onun öldürülməsi üçün əmr verən birinin yanında nə edirdi? Ənəs b. Malik Kufə sarayında və Kufə valisinin yanında oturan bir İmam Hüseyn (ə.) tərəfdarı olmayacağına görə sualın cavabı aydındır.

3-4. Həccar b. Əbcər və Şəbəs b. Rəbi: Bu 2 nəfər Həzrət Hüseyn (ə.)-a məktub yazıb onu Kufəyə dəvət edən və sonra da ona qarşı vuruşanlardandır. Bunlardan ilki, yəni Həccar səhabə, digəri yəni Şəbəs isə tabeindəndir. Əhli-xilaf rical alimlərindən ibn Hacər səhabələrin biografiyasını verdiyi “əl-İsabə” adlı kitabında Həccar haqqında deyir ki:

حجّار بن أبجر بن جابر العجليّ : له إدراك
Həccar b. Əbsər b. Cabir əl-İcli: Onun (Rəsulullah (s.)-ı) idrakı vardır.

İbni Hacər, “əl-İsabə”, 2/143, 1960-cı ravi

Eyni şəkildə əhli-xilaf rical alimlərindən ibn Sad, onun şərəfli biri olduğunu söyləyib (bax: İbn Sad, “Təbaqət”, 6/231), ibni Hibban isə onu etibarlı ravilər arasında zikr etmişdir (bax: İbn Hibban, “əs-Siqat”, 4/192, 2445-ci ravi.)

Şəbəsə gəlincə, onun haqqında ixtilaf mövcuddur. Əhli-xilafın bəziləri onun səhabə, bəziləri də tabein olduğunu deyiblər. Əhli-xilafın rical alimlərindən ibn Əbi Hatəm onun biografiyasında deyir ki:

شبث بن ربعي روى عن علي وحذيفة روى عنه محمد بن كعب وسليمان التيمي سمعت أبي يقول ذلك وسألته عنه فقال: حديثه مستقيم لا أعلم به بأسا
Şəbəs b. Rəbi: O, Həzrət Əli və Huzeyfədən rəvayət etmişdir. Ondan isə Məhəmməd b. Kab və Süleyman ət-Teymi rəvayət etmişdirlər. Atamın da onun haqqında bunları söylədiyini eşitdim və atama onun haqqında soruşdum, dedi ki: “Hədisi müstəqimdir (doğrudur), onun haqqında bir problem bilmirəm”.

İbn Əbu Xatəm, “Cərh və Tədil”, 4/388, 1695-ci ravi

Eyni şəkildə Əhli-xilafın rical alimlərindən ibn Hibban da onu etibarlı bir ravi saymışdır (bax: İbn Hibban, “əs-Siqat”, 4/371, 3401-ci ravi). Bundan başqa, Şəbəs Əhli-xilafın 6 mühüm hədis kitabından birinin, yəni “Sünəni Əbu Davud” un raviləri arasındadır (bax: Əbu Davud, “Sünən”, 2/736, Ədəb kitabı, hədis 5064).

Yuxarıda da dediyimiz kimi birisi səhabə, digəri tabeindən olan bu 2 şəxs Həzrət Hüseyn (ə.)-a məktub yazıb onu Kufəyə dəvət etmiş, sonra isə ona qarşı döyüşən orduya rəhbərlik etmişdirlər.
katiller-taberi11 heccer-ve-sabas-taberi22

Şəkildə gördüyünüz əhli sünnənin böyük təfsir, hədis və tarix imamı Təbərinin “Tarixi Təbəri” adı ilə məşhur olan kitabıdır, işarə etdiyim yerdə bu ifadələr var:

أخبروني أتطلبوني بقتيل منكم قتلته أو مال لكم استهلكته أو بقصاص من جراحة قال فأخذوا لا يكلمونه قال فنادى يا شبث بن ربعي ويا حجار بن أبجر ويا قيس ابن الأشعث ويا يزيد بن الحارث ألم تكتبوا إلى أن قد أينعت الثمار وأخضر الجناب وطمت الجمام وإنما تقدم على جندك لك مجند فأقبل قالوا له لم نفعل فقال سبحان الله بلى والله لقد فعلتم
Həzrət Hüseyn (ə.) yenə belə səsləndi: “Ey Şəbəs b. Ribi! Ey Həccar b. Əbcər! Ey Qeys b. Əşəs! Ey Zeyd b. Həris! Siz mənə: “Meyvələr yetişdi, bağçalar yaşıllaşdı, bizə gəl, gəldiyin halda sən nizamlı orduların başına keçəcəksən”. Deyə məktub yazmadınızmı”? Onlar da belə məktublar yazmadıqlarını dedikdə Həzrət Hüseyn ə. bu qarşılığı verdi: “Sübhanallah! Vallah siz yazdınız ey insanlar”!

Təbəri, “Tarixi-Təbəri”, 5/425

5. Ömər b. Səd: Bu adam Əhli-xilafın səhabəsi Səd b. Əbu Vəqqas-ın oğludur. Əhli-xilafın nəzdində etibarlı bir imamdır. Belə ki, Əhli-xilaf rical alimi əl-İcli onun haqqında deyir ki:

عمر بن سعد بن أبي وَقاص مدنِي ثِقَة كَانَ يروي عَن أَبِيه أَحَادِيث وروى النَّاس عَنهُ وَهُوَ الَّذِي قتل الْحُسَيْن قلت كَانَ أَمِير الْجَيْش وَلم يُبَاشر قَتله
Ömər b. Səd b. Əbu Vəqqas, Mədinəlidir, siqadır (güvənilən). O atası (Səd b. Əbu Vəqqas) -dan hədislər rəvayət etmişdir, ondan isə insanlar rəvayət etmişdirlər. Və o Hüseynin qatilidir.

əl-İcli, “Mərifətus-Siqat”, 2/166, 1343-cü ravi

Məhz Əhli-xilafın yanında siqadır (etibarlı) bir tabein olan bu şəxs imam Hüseyn (ə.) ilə döyüşməyə gələn ordunun komandiri idi. Və imam Hüseyn ə. ilə döyüşəcək ordunun komandanlığını üzərinə götürməsinin səbəbi Yezid (l.a)-ın ona Rey valisi təyin ediləcəyinə dair sözü idi. Yəni bu adam dünya mülkü qarşılığında imam Hüseyn (ə.) ilə vuruşmuşdur.

6. Şimr b. Zilcövşən: Bu şəxs də Əhli-xilafın nəzdində tabeindən biridir. Öz dövründə Əhli-xilafın ən böyük alimlərindən olmuş, ən böyük Əhli-xilaf alimlərinə namazda imamlıq etmişdir. Əhli-xilaf alimlərindən İbn Əsakir bu barədə deyir ki:

قال : أخبرنا : مالك بن إسماعيل ، قال : ، حدثني : الهيثم بن الخطاب النهدي ، قال : سمعت أبا إسحاق السبيعي يقول : كان شمر بن ذي الجوشن الضبابي لا يكاد أولاًًً يحضر الصلاة معنا ، فيجئ بعد الصلاة فيصلي ثم يقول : اللهم إغفر لي فإني كريم لم تلدني اللئام ، قال : فقلت له : إنك لسئ الرأي يوم تسارع إلى قتل إبن بنت رسول الله (ص) ، قال : دعنا منك يا أبا إسحاق فلو كنا كما تقول وأصحابك كنا شراً من الحمير السقاءات
Mənə Malik b. İsmayıl məlumat verdi, dedi ki: Mənə Hüşeym b. Xəttab ən-Nəhdi danışdı, dedi ki: Əbu İshaq əs-Səbiinin belə dediyini eşitdim: Şimr b. Zilcövşən əd-Dabbi bizə namaz qıldırdı, namazdan sonra belə dua etdi: “Allahım! Məni bağışla!” Ona dedim ki: “Allah səni necə bağışlasın! Halbuki sən Rəsulullahın oğuluyla müharibəyə cəhd etdin və onun öldürülməsinə kömək oldun!” Şimr bu cavabı verdi: “Vay olsun sənə! Mən nə edə bilərdim ki? Çünki rəhbərlərimiz bizə bu işi etməyi əmr etdi və biz də itaət etdik. Əgər onlara müxalifət edəcək olsaydıq, bu eşşəklərdən daha pis olardıq”.

İbn Əsakir, Tarixi-Diməşq, 23/189

Eyni rəvayəti başqa bir Əhli-xilaf tarixçisi ibn Asakir Tarixi-Dəməşq”, 23/189-də başqa bir sənəd ilə Əbu İshaq əs-Səbiidən rəvayət etmişdir. Bu rəvayətdən gördüyümüz kimi Şimr b. Zilcövşən, Əbu İshaq əs-Səbii kimi insanlara namazda imamlıq edirdi. Bəs Əbu İshaq əs-Səbii kimdir bilirsinizmi? Öz dövründə Kufədə Əhli-xilafın hədisçisi, fəqihi və nüfuz sahibi olan alimi!

Yəni Şimr b. Zilcövşən o dövrdə Əhli-xilafın ən böyük alimlərinə imamlıq etmiş biridir. Və məhz bu insan Kərbəlada amansızlıqla, ən alçaqca bir şəkildə imam Hüseyn (ə.)-a qarşı vuruşmuşdur. Bu məsələ bütün tarixdə məlum olan bir şey olduğu üçün məsələni uzatmamaq üçün ətraflı məlumat vermirik.
7. Yezid b. Müaviyə: Atası Əhli-xilafın səhabə elan etdikləri Əməvi kralı Müaviyə b. Əbu Süfyandır. Atasından sonra Əməvi kralı olmuşdur, öz dövründə Əhli-xilafın xəlifəsi və əmiridir. Əhli-xilafın alimləri onun fəziləti haqqında kitablar yazmış, onun müctəhid və imam olduğunu söyləmişdirlər.

Məhz Əhli-xilafın yanında xəlifə, imam və müctəhid olan bu şəxs imam Hüseyn ə.ın öldürülməsinə əmr vermiş, imam Hüseyn ə.ın kəsik başı yanına gətirildikdə onu məsxərəyə qoymuşdur və Bədr döyüşündə öldürülən müşrik atalarının qisasını aldığını bildirən şeirlər oxumuşdur.

 

(c) saqaleyn.wordpress.com

Рейтинг

В этом разделе